Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1007/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 311,76 manat (üç yüz on bir manat yetmiş altı qəpik) ödənilməmiş borc məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 09 fevral 2016-cı il tarixli, ***-**** saylı “mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 311,76 manat (üç yüz on bir manat yetmiş altı qəpik) ödənilməmiş borcu qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443,9, 445.2, 445.2.1, 445.2.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış müqavilələrə əsasən İddiaçı MMC-dən rabitə xidmətləri alınmışdır. Ancaq xx.xx.2023-cü il tarixində həmin xidmətlərdən imtina edilməsi barədə İddiaçı MMC-yə yazılı şəkildə müraciət edilib, xidmətdən imtina edilməsi barədə məlumat verilmişdir. Bu barədə mail yazışması "müqavilənin və nömrələrin ləğvi barədə müraciət" başlığı altında sistemə daxil edilmişdir. Ödənişlər və təqdim edilən qaimələrin yoxlaması aparılmış və məlum olmuşdur ki, bu müraciətdən aylar (xx.xx.2023 tarixində) sonra İddiaçı MMC-dən yenidən e-qaimə yazılmışdır. Danışıq kartlarından imtina edilməsi barədə müraciətdən sonra yazıldığı üçün ödəniş edilməmişdir. Danışıq kartlarının həmin tarixlərdə istifadə edilməməsini də İddiaçı MMC tərəfindən yoxlanılaraq aydınlaşdırılması təmin edilə bilər. Hal-hazırda "xxxx" MMCyə daxil olan borc məbləği qəbul edilmir və buna etiraz edilir. Cavabdeh yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış məlumatda deyilir ki, cavabdehdən tələb olunan 311,76 manat (üç yüz on bir manat yetmiş altı qəpik) borc məbləğinin 190 (yüz doxsan) manat hissəsi elektron qaimələr üzrə, yerdə qalan 121,76 manat (yüz iyirmi bir manat yetmiş altı qəpik) hissəsi isə nömrələrin fərdi balansına görə yaranmış borc məbləğidir. Bildirilir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə xidmətlərdən imtina etdiyini göstərsə də, həmin xidmətlərdən istifadə etmişdir. Belə ki, qaimələr üzrə borclar 2023-cü ilin fevral (54 manat 86 qəpik), mart (55 manat 02 qəpik), aprel (55 manat 02 qəpik) və may (25 manat 10 qəpik) ayları üçün olan borcdur. Həmin dövrlərlə bağlı cavabdehə elektron qaimələr göndərilmiş, fevral və aprel ayı üçün olan qaimələr sistem tərəfindən təsdiq edilmiş, mart və may ayı üçün olan qaimələr isə düzəlişə geri qaytarılmışdır. Borcun yerdə qalan 121,76 (yüz iyirmi bir manat yetmiş altı qəpik) manat hissəsi isə 2020-ci ilin may və iyun ayları üçün 055 *** ** ** nömrəsinə görə, 2023-cü ilin mart, aprel, may ayları üzrə 055 *** ** ** nömrəsinə görə, 2023-cü ilin aprel ayı üzrə 055 *** ** ** nömrəsinə görə, 2023-cü ilin may ayı üzrə 055 *** ** ** nörməsinə görə yaranmış borcdur. Göründüyü kimi, tələb olunan borc məbləğinin çox hissəsi 2023-cü ilin mart ayından əvvəlki dövrün borcudur. Eyni zamanda nömrələrin ləğvi ilə bağlı bildirilmişdir ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi yazışmadan görünür ki, onlar 055 *** ** ** və 055 *** ** ** nömrələrinin ləğvini istəyiblər. Borc məbləği isə həm də cavabdehin istifadəsində olmuş digər nömrələrə görə də yaranmışdır. (Hesabdan çıxarışda ətraflı göstərilib) Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bütün bunları nəzərə alaraq, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC–yə qarşı “pul “tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, şirkət qismində İddiaçı MMC ilə korporativ abunəçi qismində Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün “simkart” paketləri ilə birlikdə 8 ədəd qold nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı əlavədə əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə əlavə olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işlərinin xidməti istifadəsinə verir və korporativ tarif təklif planına uyğun olaraq xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilə üzrə qold nömrə hər birinin nominal dəyəri göstərməklə aşağıdakı kimi bölünür: sadə nömrə paketi 10 manat, gümüş nömrə paketi 50 manat, qızıl nömrə paketi 250 manat və platinum nömrə paketi 1000 manat. Həmin müqavilənin 1.6-cı maddəsinə əsasən şirkət korporativ abunəçiyə nömrələrdən istifadəni təmin etmək məqsədilə öz mülahizəsinə görə və ya korporativ abunəçinin birbaşa yazılı müraciəti və ya elektron məktubu əsasında yeni telefonlar, cihazlar, ödəmə və kontur kartı və ya digər rabitə xidmətləri təqdim edə və göstərə bilər. Telefonların, cihazların ödəmə və kontur kartı və ya digər rabitə xidmətlərinin dəyəri müvafiq əlavələr ilə müəyyən edilir və təhvil-təslim aktı əsasında təqdim olunur. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən hazırkı müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti korporativ tarif planında, digər xidmətlərin dəyəri isə müqavilənin müvafiq əlavələrində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə, yaxud şirkətin müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən əgər korporativ abunəçi tərəfindən hazırkı müqavilə üzrə ödəniş şərtləri pozularsa, korporativ abunəçi gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,05%-i həcmində, lakin əsas borcun 20%-dən çox olmamaq şərtilə cərimə ödəyir.
8. İddiaçı tərəfindən iş materiallarına ***-**** saylı, xx.xx.2016-cı il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə “fərdi qaydada ödənilən nömrələr” adlı 1 saylı Əlavə, ***-**** saylı, xx.xx.2016-cı il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə “korporativ təklif” adlı 2 saylı Əlavə və ödəniş qrafiki əlavə edilmişdir.
9. İddiaçı MMC tərəfindən tərtib edilmiş hesab-fakturadan müəyyən olunur ki, cəmi qaimə üzrə ödəniləcək ümumi məbləğ 311,76 manat təşkil edir. Hesab-faktura 05.20xxxx.2023 tarixlər arasını təşkil edir.
10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlamış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCdən istifadə olunmayan 055 *** ** ** və 055 *** ** ** İddiaçı nömrələrinin deaktiv edilməsi xahiş edilmişdir.
11. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 862020 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 55,02 manat təşkil edir. Qaimənin əsası kimi 2022-ci ilin dekabr ayında göstərilən xidmət göstərilmişdir.
12. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 677207 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 55,02 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin yanvar ayında göstərilən xidmət göstərilmişdir.
13. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 700815 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 55,01 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin fevral ayında göstərilən xidmət göstərilmişdir.
14. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 401321 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 55,02 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin mart ayında göstərilən xidmət göstərilmişdir.
15. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 580285 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 55,02 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin aprel ayında göstərilən xidmət göstərilmişdir.
16. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 473085 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 25,1 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin may ayında göstərilən xidmət göstərilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
19. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2016-cı il tarixli, ***-**** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərməyi, korporativ abunəçi isə bu xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilənin bağlanması, müəyyən müddət ərzində müvafiq xidmətlərin göstərilməsi və ödənişlərin edilməsi işin mübahisəsiz tərəfini təşkil edir. İddiaçı MMC Cavabdeh MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, təqdim edilmiş hesablar üzrə ödənişləri həyata keçirmədiyini, nəticədə iddiaçıya 311,76 manat borcunun qaldığını qeyd etmişdir. Cavabdeh MMC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, 2023-cü ilin mart ayından etibarən müqaviləyə xitam vermək istəyini iddiaçıya bildirdiyini qeyd etmiş, bu səbəbdən həmin tarixdən göndərilən qaimələr üzrə ödənişlərin edilmədiyini bildirmişdir.
20. İddia tələbini cavabdeh "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixli, ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 311,76 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması təşkil edir.
21. Məhkəmənin qənaətinə əsasən iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı və Cavabdehndən 231,64 manat (311,76-55,02-25,1=231,64) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.
22. Belə ki, məhkəmənin qənaətinə əsasən borc məbləği hesablanarkən xx.xx.2023cü il tarixli, EBDF seriyalı, 580285 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 473085 nömrəli elektron qaimələrdə göstərilən məbləğlər cavabdehdən tutula bilməz. Belə ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, 055 *** ** ** və 055 *** ** ** mobil nömrələrinin deaktiv edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş elektron-qaimələrdən və hesabdan çıxarışdan müəyyən edilir ki, məktubun göndərilməsindən sonra həmin nömrələrdən istifadəyə görə ödənilməli olan cari məbləği nəzərdə tutan qaimələr göndərilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, təqdim olunan 2023-cü ilin aprel və may ayları üçün göndərilmiş elektron qaimələr çıxılmaqla (həmin elektron qaimələr cavabdeh tərəfindən qəbul edilməyərək geri qaytarılmışdır), digər qaimələr üzrə məbləğlər cavabdehdən tutulmalıdır.
23. Eləcə də, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
24. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 22,3 manat (iyirmi iki manat otuz qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 231,64 manat (iki yüz otuz bir manat altmış dörd qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 22,3 manat (iyirmi iki manat otuz qəpik) manat olmaqla, ümumilikdə 253,94 manat (iki yüz əlli üç manat doxsan dörd qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul e İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova