Məhkəmə qərarları › İş №e-2-2(113)-1010/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1010/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1010/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 20 iyul 2022-ci il tarixli İG#2022/07/20 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə aşağıdakı xidmətləri göstərməlidir: a) Sifariş olunan vaxtlarda catering (yemək) xidmətinin təmin edilməsi. b) Göstərilən xidmətin gigiyena standartlarına uyğunluğu ; c) İcraçının bütün işçi heyətinin müvafiq geyim, baş üçün setka, yaxud papaqların təmin edilməsi. d) Xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsi. - 1.2-ci bəndinə əsasən bu müqavilə 20 iyul 2022-ci il tarixdən 20 iyul 2023-cü il tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir. - 2.2-ci bəndinə əsasən xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra sifarişçi tərəfindən 10 iş günü ərzində ödənilməlidir. - 6-cı bəndinə əsasən tərəf 1 (bir) ay qabaqcadan yazılı surətdə bildiriş verməklə digər tərəfin hər hansı öhdəliklərinin və ya zəmanətlərinin pozulması səbəbindən Müqaviləni o şərtlə ləğv edə bilər ki, bildiriş verilənədək Tərəflər arasında əmələ gələn bütün qarşılıqlı öhdəliklər icra edilmiş olsun. Bu müqavilənin müddətinin bitməsinə 1 (bir) ay qalmış Tərəflər Yazılı surətdə müqavilənin xitam olunması təşəbbüsü ilə çıxış etməzlərsə, müqavilə eyni şərtlərlə növbəti təqvim illəri üzrə avtomatik olaraq uzadılmış hesab olunacaq. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 122.885,2 manat dəyərində göstərilmiş xidmətlərə görə, o cümlədən 1.542,85 manat dəyərində EBCB seriyalı, 276414 nömrəli, xx.xx.2022-ci il tarixli, 5.569,60 manat dəyərində EBCD seriyalı, 062932 nömrəli, xx.xx.2022-ci il tarixli, 5.112,35 manat dəyərində EBCG seriyalı, 436085 nömrəli, xx.xx.2022-ci il tarixli, 1.191,80 manat dəyərində EBCİ seriyalı, 487349 nömrəli, xx.xx.2022-ci il tarixli, 4.463,35 manat dəyərində EBCK seriyalı, 385857 nömrəli, xx.xx.2022-ci il tarixli, 5.374,9 manat dəyərində EBCM seriyalı, 501490 nömrəli, xx.xx.2023-cü il tarixli, 6.487,05 manat dəyərində EBCO seriyalı, 080088 nömrəli, xx.xx.2023-cü il tarixli, 8.109,55 manat dəyərində EBDA seriyalı, 903174 nömrəli, xx.xx.2023-cü il tarixli, 4.085,75 manat dəyərində EBDC seriyalı, 780871 nömrəli, xx.xx.2023-cü il tarixli, 1.472,05 manat dəyərində EBDE seriyalı, 681312 nömrəli, xx.xx.2023-cü il tarixli, 14.419,60 manat dəyərində EBDH seriyalı, 056463 nömrəli, xx.xx.2023-cü il tarixli, 13.142,25 manat dəyərində EBDJ seriyalı, 102938 nömrəli, xx.xx.2023-cü il tarixli, 15.826,75 manat dəyərində EBDL seriyalı, 219136 nömrəli, xx.xx.2023-cü il tarixli, 18.691,20 manat dəyərində EBDN seriyalı, 448493 nömrəli, xx.xx.2023-cü il tarixli, 6.009,15 manat dəyərində EBDP seriyalı, 640223 nömrəli, xx.xx.2023-cü il tarixli, 11387 manat dəyərində EBDR seriyalı, 915515 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh MMC-yə göndərilmişdir.

3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli **********/471854717 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBCB seriyalı, 276414 nömrəli, EBCD seriyalı 062932 nömrəli qaimələrə əsasən) İddiaçı MMC-nin hesabına 6.027,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

4. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/599995312 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBCK seriyalı, 385857 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 4.782,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/599995315 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBCİ seriyalı, 487349 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 1010 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/599995317 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBCK seriyalı, 385857 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 3.782,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/610558247 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBCO seriyalı, 080088 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 5.497,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/610558250 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBCM seriyalı, 501490 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 4105 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

9. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/638262903 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDA seriyalı, 903174 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 6.872,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

10. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/638262907 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDC seriyalı, 780871 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 3.462,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

11. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/638262914 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDH seriyalı, 056463 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 3400 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli **********/638262917 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (EBDE seriyalı, 681312 nömrəli qaiməyə əsasən) İddiaçı MMC-nin hesabına 1.247,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

13. Sub-uçot hesabından digər Sub-uçot hesaba köçürülmə əməliyyatları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından ümumilikdə 7.233,75 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.

14. Oktyabr 2023-cü ili əhatə edən watsapp yazışmalarından görünür ki, 2023-cü ilin oktyabr ayının müxtəlif günlərində, müxtəlif sayda insanlar üçün nahar və axşam yeməklərinə İSBO Group tərəfindən sifarişlər verilmişdir.

15. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

16. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 75.463,95 manat borcun və mediasiya xərclərinin əvəzi olaraq 410 manat məbləğində pul vəsaitinin, cəmi 75873 manat borcun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric nahar yeməyi üçün isə 5 manat məbləğində xidmət haqqı nəzərdə tutulmuşdur. Qeyd edirlər ki, iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-ni həmin müqaviləyə əsasən 20 iyul 2022-ci il tarixindən 20 iyul 2023-ci il tarixinədək yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. Bu müddət ərzində iddiaçı cavabdehə ümumilikdə 122.885,20 manat dəyərində xidmət göstərmiş, cavabdeh isə 47.421,25 manat ödəniş etmişdir. Göstərilən xidmətə görə xx.xx.2022-ci il tarixə ƏDV daxil olmaqla 75.463,95 manat ödənilməmiş borc məbləği qalmışdır. Belə ki, sözügedən müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə ƏDV daxil xx.xx.2023-cü il tarixli 681312 nömrəli elektron qaiməyə əsasən 1.472,05 manat dəyərində, xx.xx.2023-cü il tarixli 056463 nömrəli elektron qaiməyə əsasən 14.419,60 manat dəyərində, xx.xx.2023-ci il tarixli 102938 nömrəli elektron qaiməyə əsasən 13.142,25 manat dəyərində, xx.xx.2023-cü il tarixli 219136 nömrəli elektron qaiməyə əsasən 15.826,75 manat dəyərində, xx.xx.2023-cü il tarixli ******* nömrəli elektron qaiməyə əsasən 18.691,20 manat dəyərində, xx.xx.2023-cü il tarixli 640223 nömrəli elektron qaiməyə əsasən 6.009,15 manat dəyərində, xx.xx.2023- cü il tarixli 915515 nömrəli elektron qaiməyə əsasən 11387 manat dəyərində, xx.xx.2022-ci il tarixli 062932 nömrəli elektron qaiməyə əsasən 5.569,60 manat dəyərində, xx.xx.2023-cü il tarixli 501490 nömrəli elektron qaiməyə əsasən 5.374,90 manat dəyərində, xx.xx.2023cü il tarixli 436085 nömrəli elektron qaiməyə əsasən 5.112,35 manat dəyərində, xx.xx.2023-cü il tarixli 903174 nömrəli elektron qaiməyə əsasən 8.109,55 manat dəyərində, xx.xx.2023-cü il tarixli 276414 nömrəli elektron qaiməyə əsasən 1.542,85 manat dəyərində, xx.xx.2023-ci il tarixli 780871 nömrəli elektron qaiməyə əsasən 4.085,75 manat dəyərində, xx.xx.2023-cü il tarixli 385857 nömrəli elektron qaiməyə əsasən 4.463,35 manat dəyərində, xx.xx.2023-cü il tarixli 487349 nömrəli elektron qaiməyə əsasən 1.191,80 manat dəyərində, xx.xx.20223-cü il tarixli 080088 nömrəli elektron qaiməyə əsasən 6.487,05 manat olmaqla ümumi dəyəri 122.885,20 manat dəyərində xidmət göstərilmişdir. İddiaçı MMC-nin xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, bu günədək ƏDV daxil olmaqla 75.463,95 manat ödənilməmiş borc məbləği mövcuddur. ƏDV daxil ödənilmiş 47.421,25 manata dair ödəniş tapşırıqları qoşmaya əlavə edilmişdir. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri "xxxx" MMC tərəfindən hər növbəti ayın ilk 10 günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. Tərəflərindən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır.

18. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 427.3, 442.1, 445.7, 445.8, 447.1, 448.1 və 449-cu maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

19. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

22. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

23. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

24. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

25. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.- 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

28. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 20 iyul 2022-ci il tarixli İG#2022/07/20 saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə cəmi ƏDV daxil 122.885,2 manat məbləğində keyterinq xidmətləri göstərmişdir. İddiaçı tərəfindən qeyd edilən dəyərdə xidmətlərin göstərilməsi faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrlə və gündəlik sifarişlər verilməsinə dair whatsapp yazışmalarından çıxarışlarla ilə təsdiq edilir.

30. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən elektron qaimələrdən başqa xidmətlərin göstərilməsi faktını təsdiq edən yazılı sübutlar (məs. təhvil-təslim aktları) məhkəməyə təqdim edilməsə də, məhkəmə mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə əvvəllər də xidmət göstərilməsi, həmin xidmətlərlə bağlı təhvil-təslim aktları tərtib edilmədən iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilməsi və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsi tərəflər arasında xidmətlərin göstərilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir.

31. Digər tərəfdən iş materiallarından o da müəttən edilir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin müqabilində ƏDV daxil 47.421,25 manat məbləğində ödəniş etməklə, göstərilmiş xidmətlərin dəyərini ödəmək öhdəliyini tam şəkildə icra etməmiş, nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 75.463,95 manat (122.885,20-47.421,25) məbləğində borcu yaranmışdır.

32. Odur ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanılmış 20 iyul 2022-ci il tarixli İG#2022/07/20 saylı müqavilə üzrə ƏDV daxil 75.463,95 manat məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.

33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 410 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

34. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 316,39 manat təşkil edir.

35. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

36. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 410 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 20 iyul 2022-ci il tarixli İG#2022/07/20 saylı müqavilə üzrə ƏDV daxil 75.463,95 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 410 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar