Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1013/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, SS24/55 nömrəli Müqavilənin 01 və 02 saylı Əlavələri üzrə cəmi 8714.9 manat əsas və 1568.68 manat ƏDV məbləği olmaqla, ümumilikdə 10 283.58 manat məbləğində borcun, iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 125 manat dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1320 manat məbləğində xərcin dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən onun xeyrinə 5.141,79 manat avans məbləğinin, qanunvericiliyə uyğun 257 manat dəyərində dəbbə pulunun, həmçinin 11.728,58 manat iddianın təmini tədbiri olaraq ödənilmiş məbləğin və 142 manat dövlət rüsumunun tutularaq, ümumilikdə 17.269,37 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:
1. Sazişin məqsədi və predıneti: 1.1. Bu Sazişin məqsədi Tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq və güzəştlər əsasında barışıq vasitəsilə həll edilməsindən ibarətdir. 1.2 X2 Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 8698/2024 nömrəli iş üzrə mövcud mübahisənin həll edilməsi üçün aşağıda göstərilən öhdəliklər çərçivəsində razılıq əldə etdilər.
2. Tərəflərin öhdəlikləri: 2.1. Cavabdeh MMC aşağıda qeyd edilən şərtlər yerinə yetirildiyi təqdirdə 'Smart Security'' MMC-dən ümumilikdə 17.269,37 (on yeddi min iki yüz altımış doqquz manat otuz yeddi qəpik) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qarşılıqlı iddia tələbindən imtina edir: 2.1.1. Tərəflər arasında mövcud xx.xx.2024-cü il tarixli SS24/55 nömrəli Müqavilənin 01 və 02 saylı Əlavələri üzrə yerinə yetirilmiş işlərə dair zəruri olan test-sınaq və digər sənədlər (təlimat və sınaq aktı) İddiaçı MMC tərəfindən təqdim edilir;. 2.1.2. Tərəflər arasında mövcud xx.xx.2024-cü il tarixli SS24/55 nömrəli Müqavilənin 03 saylı Əlavəsi üzrə işlər "Smart Security” MMC tərəfindən icra edilir və həmin işlərə görə Cavabdeh MMC tərəfindən cəmi 5141,79 manat vəsaitin avans formasında ödənildiyi nəzərə alınaraq, həmin işlər təhvil-təslim aktı əsasında təhvil alındıqdan sonra "xxxx" MMC-yə Cavabdeh MMC tərəfindən 3 696,79 manat (Cavabdeh MMC tərəfindən artıq ödənilmiş 1320 manat vəkil xərci və 125 manat rüsum çıxılmaqla) ödəniş həyata keçiriləcəkdir. 2.2. İddiaçı MMC: 2.2.1. Tərəflər arasında mövcud xx.xx.2024-cü il tarixli SS24/55 nömrəli Müqavilənin 01 və 02 saylı Əlavələri üzrə icra etdiyi işlərin (xidmətlərin) tam dəyərinin "RİCON” MMC tərəfindən ona ödənildiyini təsdiq edir və ilkin iddia üzrə Cavabdeh MMCyə qarşı hər hansı tələbinin qalmamasını bəyan edir.
3. Sazişdən irəli gələn münasibətlərin tənzimlənməsi: 3.1. Tərəflər bu sazişdən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. 3.2. Bu Saziş imzalandığı andan qüvvəyə minir və məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra icra edilir. 3.3. Sazişin icrası ilə bağlı yaranmış mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, Tərəflər məhkəməyə müraciət edə bilərlər. 3.4. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
4. Yekun Müddəalar: 4.1. Sazişin şərtlərini Tərəfler qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr Tərəflərə tam aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, hazırki Sazişi imzalamışlar. 4.2. Tərəflər razılığa gəlirlər ki, Tərəflərdən hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və əlavələr edilə bilməz. 4.3. Bu Saziş 3 nüsxədə tərtib olunur, bir nüsxəsi iddiaçıya, bir nüsxəsi Cavabdehə, bir nüsxəsi isə təsdiq olunması məqsədilə Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Sazişin məqsədi və predıneti: 1.1. Bu Sazişin məqsədi Tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq və güzəştlər əsasında barışıq vasitəsilə həll edilməsindən ibarətdir. 1.2 X2 Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 8698/2024 nömrəli iş üzrə mövcud mübahisənin həll edilməsi üçün aşağıda göstərilən öhdəliklər çərçivəsində razılıq əldə etdilər.
2. Tərəflərin öhdəlikləri: 2.1. Cavabdeh MMC aşağıda qeyd edilən şərtlər yerinə yetirildiyi təqdirdə 'Smart Security'' MMC-dən ümumilikdə 17.269,37 (on yeddi min iki yüz altımış doqquz manat otuz yeddi qəpik) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qarşılıqlı iddia tələbindən imtina edir: 2.1.1. Tərəflər arasında mövcud xx.xx.2024-cü il tarixli SS24/55 nömrəli Müqavilənin 01 və 02 saylı Əlavələri üzrə yerinə yetirilmiş işlərə dair zəruri olan test-sınaq və digər sənədlər (təlimat və sınaq aktı) İddiaçı MMC tərəfindən təqdim edilir;. 2.1.2. Tərəflər arasında mövcud xx.xx.2024-cü il tarixli SS24/55 nömrəli Müqavilənin 03 saylı Əlavəsi üzrə işlər "Smart Security” MMC tərəfindən icra edilir və həmin işlərə görə Cavabdeh MMC tərəfindən cəmi 5141,79 manat vəsaitin avans formasında ödənildiyi nəzərə alınaraq, həmin işlər təhvil-təslim aktı əsasında təhvil alındıqdan sonra "xxxx" MMC-yə Cavabdeh MMC tərəfindən 3 696,79 manat (Cavabdeh MMC tərəfindən artıq ödənilmiş 1320 manat vəkil xərci və 125 manat rüsum çıxılmaqla) ödəniş həyata keçiriləcəkdir. 2.2. İddiaçı MMC: 2.2.1. Tərəflər arasında mövcud xx.xx.2024-cü il tarixli SS24/55 nömrəli Müqavilənin 01 və 02 saylı Əlavələri üzrə icra etdiyi işlərin (xidmətlərin) tam dəyərinin "RİCON” MMC tərəfindən ona ödənildiyini təsdiq edir və ilkin iddia üzrə Cavabdeh MMCyə qarşı hər hansı tələbinin qalmamasını bəyan edir.
3. Sazişdən irəli gələn münasibətlərin tənzimlənməsi: 3.1. Tərəflər bu sazişdən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. 3.2. Bu Saziş imzalandığı andan qüvvəyə minir və məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra icra edilir. 3.3. Sazişin icrası ilə bağlı yaranmış mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, Tərəflər məhkəməyə müraciət edə bilərlər. 3.4. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
4. Yekun Müddəalar: 4.1. Sazişin şərtlərini Tərəfler qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr Tərəflərə tam aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, hazırki Sazişi imzalamışlar. 4.2. Tərəflər razılığa gəlirlər ki, Tərəflərdən hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və əlavələr edilə bilməz. 4.3. Bu Saziş 3 nüsxədə tərtib olunur, bir nüsxəsi iddiaçıya, bir nüsxəsi Cavabdehə, bir nüsxəsi isə təsdiq olunması məqsədilə Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov