Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-102/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kirayə haqqı) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə son 22 ayın icarə haqqı olan (xx.xx.2023-cü il tarixdən-xx.xx.2025-ci il tarixədək hesablanmaqla) 33.000 manat məbləğində pul (22 ayX1500 AZN) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 220 manat dövlət rüsumunun, ümumilikdə 33.220 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə xx.xx.2021-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən mən-İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmza Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə mülkiyyətində olan ünvan 1 ünvan: ünvan 2n ibarət qeyri-yaşayış sahəsini sökülməsi üçün "xxxx" MTK-ya təhvil verməyi, "xxxx" MTK da öz növbəsində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 43D ünvanında yerləşən sözügedən qeyriyaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəf) 80 kv.m təmirli qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin sözügedən müqavilənin 1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və onu təmirli qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə icarə haqqı şəklində aylıq 1500 (bin beş yüz) manat 1 may 2021-ci il tarixindən hesablamaqla hər rübün ilk günüdə 3 aylıq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MTK ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək yaşayış binası bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətinə qədər başa çatdırıb müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ona verməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlə ilə bağlanan xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq müqavilə şərtlərinə əsasən 80 kv.m-lik təmirli qeyri-yaşayış sahəsi bugünkü günə kimi tam şəkildə təmir olunaraq ona təhvil verilməmiş, eyni zamanda son 22 ayın icarə haqqı da ödənilməmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin təhvil-təslimi ilə bağlı cavabdeh ilə heç bir təhvil-təslim prosesi olmamış və təhvil-təslimə aid heç bir sənəd tərtib edilərək imzalanmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. işin müəyyən olunmüş halları ondan ibarətdir ki, X2 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır.
8. Qeyd edilmiş müqavilənin 1.2-ci bəndinə əsasən əmlak mülkiyyətçisi X2, mülkiyyətində olan ünvan 3 ünvan: ünvan 4arət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürmüşdür.
9. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən “Tikinti şirkəti” “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1-ci mərtəbəsinin 1-ci səviyyəsində 80.kv.m təmirli qeyri-yaşayış sahəsini Əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
10. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsəsi ilə “Əmlak mülkiyyətçisi”nə icarə haqqı şəklində aylıq 1.500 manat pulu, xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər rübün ilk günündə 3 aylıq ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın Bağışlanması müqaviləsinə əsasən X2 ona məxsus olan ünvan 4arət qeyri-yaşayış sahəsini İddiaçı bağışlamışdır.
12. Hazırda iddiaçı tərəf, qeyri-yaşayış sahəsinin tam təhvil verilmədiyini bildirərək, cavabdehdən 2023-cü ilin may ayından 22 aylıq icarə haqqının tutulmasını tələb edir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə etiraz təqdim edərək, iddiaçıya təmirli qeyri-yaşayış sahəsinin verilməli olduğunu, lakin layihənin iddiaçı tərəfindən təqdim edilməli olduğunu, layihə olmadığından təmir işlərinin mümkün olmadığını, iddiaçının qəsdən təmiri gecikdirdiyindən xx.xx.2023-cü il iyul ayından icarə haqqının verilməsinin dayandırıldığını, iddiaçının təmiri özünün edəcəyini əsas gətirərək, xx.xx.2024-cü il tarixdə 14.400 manat aldığını və təmirə başladığını bildirmişdir.
14. Məhkəmə iclasında iddiaçı tərəfdən son olaraq hansı ay icarə haqqının alınması halı soruşulmuş, iddiaçı tərəf də, son icarə haqqını 2023-cü ilin iyun ayında aldığını bildirmişdir.
15. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh tərəfindən İddiaçı 14.400 manat məbləğində pul ödənilmişdir.
16. Məhkəmə iclasında iddiaçı tərəfdən xx.xx.2024-cü il tarixdə MTK tərəfindən ona 14.400 manat məbləğində pulun nəyə görə verilməsi halı soruşulmuş, iddiaçı tərəf də, qeyri-yaşayış sahəsinin təmiri məqsədi ilə, aldığını bildirmişdir.
17. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf ilkin redaksiyada xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Məhkəməyə müraciət edərkən, cavabdehdən həmçinin qeyriyaşayış sahəsinin təmiri üçün 30.000 manat məbləğində pulun da, tutulmasını xahiş etsə də, sonradan qeyri-yaşayış sahəsinin təmiri pulunun ödənilməsi səbəbi ilə, iddiasında artıq təmir xərcini istəməmişdir.
18. Göründüyü kimi, cavabdeh tərəf iddiaçını qeyri-yaşayış sahəsi ilə təmin etmiş və təmir xərcinin xx.xx.2024-cü il tarixdə 14.400 manat pulun ödənilməsi ilə razılıq əldə edilmişdir.
19. Məhkəmə iclasında iddiaçı tərəfdən, həmçinin sahəni hal-hazırda təmir etdiribetdirməməsi, icarəyə verib verməməsi halı soruşulmuş, iddiaçı tərəf də, təmirin bitdiyini və yaxın zamanda icarəyə verəcəyini bildirmişdir.
20. Ona görə də, Məhkəmə hesab edir ki, 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar, fevral və mart aylarının, yəni 9 ayın icarə haqqı hesablanmaqla cavabdehdən tutulmalıdır.
21. Belə olan halda, icarə haqqı olaraq 13.500 (9x1500) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf qeyd etmiş olduğu “tam təhvil verilməmişdir” halının nədən ibarət olduğu izah edə bilməmişdir.
23. Belə ki, özünün də, qeyd etdiyi kimi, verilmiş olan qeyri-yaşayış sahəsini təmir etdirmiş və artıq yaxın müddətdə sahəni icarəyə verəcəkdir.
24. Həmçinin də, iddiaçı nəyə görə, təmir pulu ilə bağlı cavabdehdən pul aldıqdan və razılığa gəldikdən sonra, icarə haqqının tələb edilməsi halını da, əsaslandıra bilməmişdir.
25. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130,85 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
26. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 13.500 (on üç min beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi olaraq 130 (bir yüz otuz) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov