Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10223/2025 02.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, vəkil xərcinin ağlabatanlığı) Bakı Kommersiya Məhkəməsinin hakimi Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ.İşin halları
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehNDƏN (VÖEN №**********) ******* saylı xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 1349.92 (bir min üç yüz qırx doqquz.92) manat və ******* saylı xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 28653.75 (iyirmi səkkiz min altı yüz əlli üç.75) manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 830 (səkkiz yüz otuz) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 184 (bir yüz səksən dörd) manat dövlət rüsumunun tutularaq İddiaçıNƏ (VÖEN №**********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN №**********) ilə Cavabdeh MMC (VÖEN №**********) arasında ******* saylı xx.xx.2023-cü il tarixli Müqavilə bağlanmışdır. Bundan əlavə, İddiaçı MMC (VÖEN №**********) ilə Cavabdeh MMC (VÖEN №**********) arasında ******* saylı xx.xx.2023-cü il tarixli Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilələrin 3.1-ci bəndində göstərilmişdir: “SİFARİŞÇİ” bu Müqavilə üzrə nəzərdə tutulan tələblərə uyğun olaraq, malın (xidmətin) dəyərini ödəməlidir.” Tərəflər arasında bağlanmış Müqavilələrin 4.1-ci bəndində göstərilmişdir: “Müqavilədə nəzərdə tutulmuş malın (xidmətin) miqdarı, çeşidi, qiyməti, dəyəri və malın təhvil verilməsi tarixi bu Müqavilənin ayrılmaz hissəsi sayılan X2 əsasən, müəyyən edilir.” İddiaçı MMC-yə Cavabdeh MMC-nin (VÖEN №**********) ******* saylı xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 1349.92 (bir min üç yüz qırx doqquz.92) manat və ******* saylı xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 28653.75 (iyirmi səkkiz min altı yüz əlli üç.75) manat borcu vardır. ******* saylı xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 1349.92 (bir min üç yüz qırx doqquz.92) manat və ******* saylı xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 28653.75 (iyirmi səkkiz min altı yüz əlli üç.75) manat məbləğində borcun ödənilməsi ilə əlaqədar mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair bildiriş xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-yə göndərilmişdir.
3. İddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında iki müqavilə bağlanıb və iki müqaviləni təsdiq edən sənədlər iş materiallarına əlavə edilib. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1349.92 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 28653.75 manat məbləğində borc yaranmışdır. Eyni zamanda hüquqi yardım xərcini və ödənilmiş dövlət rüsumunuda tələb edirlər. Bununla bağlı zəruri sənədlər təqdim edilmişdir.
4. Hazırki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ.Tədqiq olunan sübutlar
6. İş materiallarına əlavə edilmiş:
7. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı müqavilədən görünür ki, «İCRAÇİ» bu Müqavilədə müəyyən olunmuş əsasən yanğınsöndürmə avadanlıqlarının satışını, texniki servis xidmətini və təkrar texniki servis xidmətini və həmçinin “Sifarişçi”-nin sifarişi əsasında ona məxsus olan və yaxud faktiki istifadəçiliyində olan ünvanlarda, lazım gəldikdə yanğın söndürmə və yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalizasiya) sisteminin satışı və quraşdırılması işlərini və habelə yanğın əleyhinə digər sistemlərin, habelə təhlükəsizlik sistemlərinin (kart nəzarət sistemi, müşahidə sistemi və sair kimi) avadanlıqlarının və qurğularının satışı, bərpası, təmiri (nasazlıqların aradan qaldırılması), quraşdırılması işlərini, mühəndislik xidməti işlərini və habelə yanğın əleyhinə digər avadanlıqların, o cümlədən yanğınsöndürmə balonlarının təmiri, doldurulması və satışı işlərini və həmçinin yüksək təzyiqə davamlı xortumların və fıtinqlərin yığılması və istehsalı sahəsinin yanğın alarm və müvafiq söndürmə sistemlərinin qurulması üçün işləri gələcəkdə razılaşdırıldığı təqdirdə tərəflər arasında razılaşdırılmış protokollara (və yaxud POlara (satış orderi) uyğun olaraq yerinə yetirir. «SİFARİŞÇİ» isə həmin şərtlər daxilində malı (xidməti) qəbul edib, bütün vergilər daxil olmaqla, ödəməyi öz öhdəsinə götürür. Bu müqavilənin 2.1-ci bəndinə əsasən «İCRAÇİ» malı (xidməti) qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda «SİFARİŞÇİ»ya təhvil verməlidir. Bu müqavilənin 3.1-ci bəndinə əsasən «SİFARİŞÇİ» bu Müqavilə üzrə nəzərdə tutulan tələblərə uyğun olaraq, malın (xidmətin) dəyərini ödəməlidir. Bu müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən Müqavilədə nəzərdə tutulmuş malın (xidmətin) miqdarı, çeşidi, qiyməti, dəyəri və malın təhvil verilməsi tarixi bu Müqavilənin ayrılmaz hissəsi sayılan X2 əsasən, müəyyən edilir. “Sifarişçi” yekun məbləğin 100 %-ni mallar təhvil verildikdən vəya xidmət(lər) başa çatdıqdan dərhal sonra təqdim edilmiş hesab fakturaya əsasən 5 iş günü ərzində “İcraçı”-nın bank hesabına ödəyir. Bu müqavilənin 5.1-ci bəndinə əsasən Malı (xidməti)n «SİFARİŞÇİ»ya çatdırılması, tərəflərin qarşılıqlı razılığına əsasən, bir qayda olaraq, «SİFARİŞÇİ»nm anbarında təhvil verilməklə (mal müəyyən partiyalarla təhvil verilə bilər) həyata keçirilir. Bu müqavilənin 7.1 və 7.2-ci bəndlərinə əsasən Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixinə kimi qüvvədədir. Hazırkı Müqavilənin 7.1-ci bəndində qeyd edilən ibtidai icra müddəti bitdikdən sonra, bu Müqaviləyə hər hansı tərəfin təşəbbüsü ilə xitam verilmədikdə, hazırkı müqavilənin müddəti avtomatik olaraq 1 (bir) illik müddətə uzadılır.
8. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı müqavilədən görünür ki, «İCRAÇİ» bu Müqavilədə müəyyən olunmuş əsasən yanğınsöndürmə avadanlıqlarının satışını, texniki servis xidmətini və təkrar texniki servis xidmətini və həmçinin “Sifarişçi”-nin sifarişi əsasında ona məxsus olan və yaxud faktiki istifadəçiliyində olan ünvanlarda, lazım gəldikdə yanğın söndürmə və yanğın əleyhinə avtomatik xəborvermə (siqnalizasiya) sisteminin satışı və quraşdırılması işlərini və habelə yanğın əleyhinə digər sistemlərin, habelə təhlükəsizlik sistemlərinin (kart nəzarət sistemi, müşahidə sistemi və sair kimi) avadanlıqlarının və qurğularının satışı, bərpası, təmiri (nasazlıqların aradan qaldırılması), quraşdırılması işlərini, mühəndislik xidməti işlərini və habelə yanğın əleyhinə digər avadanlıqların, o cümlədən yanğınsöndürmə balonlarının təmiri, doldurulması və satışı işlərini və həmçinin yüksək təzyiqə davamlı xortumların və fıtinqlərin yığılması və istehsalı sahəsinin yanğın alarm və müvafiq söndürmə sistemlərinin qurulması üçün işləri gələcəkdə razılaşdırıldığı təqdirdə tərəflər arasında razılaşdırılmış protokollara (və yaxud POlara (satış orderi) uyğun olaraq yerinə yetirir. «SİFARİŞÇİ» isə həmin şərtlər daxilində malı (xidməti) qəbul edib, bütün vergilər daxil olmaqla, ödəməyi öz öhdəsinə götürür. Bu müqavilənin 2.1-ci bəndinə əsasən «İCRAÇİ» malı (xidməti) qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda «SİFARİŞÇİ»ya təhvil verməlidir. Bu müqavilənin 3.1-ci bəndinə əsasən «SİFARİŞÇİ» bu Müqavilə üzrə nəzərdə tutulan tələblərə uyğun olaraq, malın (xidmətin) dəyərini ödəməlidir. Bu müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən Müqavilədə nəzərdə tutulmuş malın (xidmətin) miqdarı, çeşidi, qiyməti, dəyəri və malın təhvil verilməsi tarixi bu Müqavilənin ayrılmaz hissəsi sayılan X2 əsasən, müəyyən edilir. “Sifarişçi” yekun məbləğin 40 %-ni avans olaraq, 40 %-ni iş görülən zaman, 20 %-ni isə mallar təhvil verildikdən və ya xidmətlər başa çatdıqdan dərhal sonra təqdim edilmiş hesabfakturaya əsasən 5 iş günü ərzində “İcraçı”-nın bank hesabına ödəyir. Bu müqavilənin 5.1-ci bəndinə əsasən Malı (xidməti)n «SİFARİŞÇİ»ya çatdırılması, tərəflərin qarşılıqlı razılığına əsasən, bir qayda olaraq, «SİFARİŞÇİ»nm anbarında təhvil verilməklə (mal müəyyən partiyalarla təhvil verilə bilər) həyata keçirilir. Bu müqavilənin 7.1 və 7.2-ci bəndlərinə əsasən Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixinə kimi qüvvədədir. Hazırkı Müqavilənin 7.1ci bəndində qeyd edilən ibtidai icra müddəti bitdikdən sonra, bu Müqaviləyə hər hansı tərəfin təşəbbüsü ilə xitam verilmədikdə, hazırkı müqavilənin müddəti avtomatik olaraq 1 (bir) illik müddətə uzadılır.
9. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan X1 görünür ki, tərəflər malların qiymətinin ümumilikdə 11.822,42 manat dəyərində olması barədə razılığa gəldilər. Bu protokollar xx.xx.2023-cü il tarixli müqaviləyə aiddir.
10. xx.xx.2023-cü il tarixli X1 və həmin protokollara müvafiq olaraq tərtib edilmiş qəbul aktlarından görünür ki, ümumilikdə 72.253,74 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Bu protokollar və qəbul aktları xx.xx.2023-cü il tarixli müqaviləyə aiddir.
11. xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan elektron qaimələrə əsasən ümumilikdə 14.493,94 manat dəyərində mallar ödəniş üçün cavabdehə təqdim edilmişdir.
12. xx.xx.2023-cü il tarixli müqaviləyə aid olan elektron qaimələr üzrə ödənişlərlə bağlı bildirişlərdən görünür ki, ümumilikdə 13.144,04 manat ödənilmiş və cavabdehin 1349,92 manat borcu qalmışdır.
13. xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan elektron qaimələrə əsasən ümumilikdə 72.253,75 manat dəyərində mallar ödəniş üçün cavabdehə təqdim edilmişdir.
14. xx.xx.2023-cü il tarixli müqaviləyə aid olan elektron qaimələr üzrə ödənişlərlə bağlı bildirişlərdən və arayışdan görünür ki, ümumilikdə 43600 manat ödənilmiş və cavabdehin 28653.75 manat borcu qalmışdır.
15. xx.xx.2025-ci il tarixli Vəkil Orderindən görünür ki, İddiaçı MMC Vəkil ilə xx.xx.2025-ci il tarixli hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlamışdır.
16. MT2512 seriyalı,10618721 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimədən görünür ki, 830 manat dəyərində hüquqi xidmət “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosu tərəfindən iddiaçıya ödəniş üçün təqdim edilmişdir.
17. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC “Yusif Allahverdiyev və Partnyorları” Vəkil bürosunun hesabına 2590 manat pul vəsaiti köçürmüşdür (MT2512 seriyalı,10618721 nömrəli e-qaimə üzrə ödəniş də daxil).
18. xx.xx.2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1349.92 manat və ******* saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 28653.75 manat borcun 5 gün ərzində ödənilməsinin tələb olunduğu, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.
19. 09.12.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 184 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
23. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 26.752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 27.753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
İV.Məhkəmə baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
V.Məhkəmənin mövqeyi
36. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr öz hüquqi mahiyyətinə görə qarışıq müqavilə olub, yanğınsöndürən avadanlıqlarının satılması hissəsində alqı-satqı müqaviləsinin, yanğınsöndürən avadanlıqlarının təmirinin, bərpasının və quraşdırılmasının, texniki servis və mühəndislik xidmətlərinin, eyni zamanda digər xidmətlərin həyata keçirilməsi hissəsində isə podrat (xidmət) müqaviləsinin elementlərini özündə birləşdirir.
37. Eyni zamanda MM-nin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 38.İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı cavabdehə müxtəlif mallar satmışdır. Beləliklə, müqavilələr üzrə icranın mahiyyəti alqı-satqı müqaviləsi üzrə normalara uyğundur və icranın mahiyyətinə alqı-satqı ilə bağlı normalar tətbiq edilməlidir.
39. İddiaçı cavabdehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə məhsulları təhvil vermiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməyərək təhvil aldığı məhsulların dəyərini tam ödəməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli müqavilə üzrə təhvil-təslim aktları məhkəməyə təqdim olunmasa da, iş materiallarında olan elektron qaimələr və ödənişlərlə bağlı sənədlərdən görünür ki, iddiaçı cavabdehə malları təhvil vermiş, cavabdeh isə malların dəyərinin bir hissəsini ödəmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, qiymətlərin razılaşdırılması protokolu, qəbul aktları, elektron qaimələr və ödəniş sənədləri) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.
40. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, xx.xx.2023cü il tarixli müqavilə üzrə 1349,92 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 28653.75 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, əşyanın ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, xx.xx.2023cü il tarixli müqavilə üzrə 1349,92 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 28653.75 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Eyni zamanda iddiaçı 830 manat hüquqi yardıma görə vəkil qonorarı xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
42. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən “Yusif Allahverdiyev və Partnyorları” Vəkil bürosuna 1 ədəd hüquqi xidmətə görə 830 manat vəsait ödənilməsi nəzərdə tutulsa da, məhkəmə mübahisənin sadəliyini, iclasların sayını nəzərə alaraq, 320 manat məbləğdə vəsaitin digər tərəfdən alınıb iddiaçıya verilməsini ağlabatan hesab edir.
43. Belə ki, MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
44. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 184 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Vİ.Nəticə
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1349,92 (min üç yüz qırx doqquz manat doxsan iki qəpik) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 28653.75 (iyirmi səkkiz min altı yüz əlli üç manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 30.003,67 (otuz min üç manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti, 320 (üç yüz iyirmi) manat vəkil xərci və 184 (yüz səksən dörd) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “FİRE GROUP" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Əliyev