Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1024/2021 10.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Ərizəçinin nümayəndəsi vəkil Bağır-zadə Nofəl İsax oğlunun, Kreditor “X6 Azerbaijan” MMC (Basf Caspian MMC)-nin nümayəndəsi X2, Kreditor “xxxx” MMC-nin nümayəndəsi X4, Kreditor “xxxx” MMC-nin nümayəndəsi Şamilli Nicat Kamran oğlunun iştirakı ilə, Ərizəçi İddiaçı MMC kreditorlar “xxxx” ASC, “Cavabdeh2 sığorta” ASC, Cavabdeh11 MMC, “xxxx” MMC, Cavabdeh3 MMC, Cavabdeh12 MMC, Cavabdeh8 QSC, Cavabdeh1 MMC, Cavabdeh13 MMC, “xxxx” MMC, Cavabdeh4 MMC, “X6 Azerbaijan” MMC, “xxxx” ASC, “xxxx” ASC, “xxxx” MMC və Cavabdeh5 olmaqla “müflis elan olunma barədə” işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı MMC kreditorlar “xxxx” ASC, “Cavabdeh2 sığorta” ASC, Cavabdeh11 MMC, “xxxx” MMC, Cavabdeh3 MMC, Cavabdeh12 MMC, Cavabdeh8 QSC, Cavabdeh1 MMC, Cavabdeh13 MMC, “xxxx” MMC, Cavabdeh4 MMC, Cavabdeh14 MMC, “xxxx” ASC, “xxxx” ASC və Cavabdeh5 olmaqla “müflis elan olunma barədə” barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin müflis elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tikinti işləri ilə məşğul olmuş kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasında bir sıra tikinti işlərinin həyata keçirilməsi üçün müqavilələr bağlamış və icra etmişdir. Lakin hal hazırki dövrdə maliyyə çətinlikləri yaranmış, bunun nəticəsində yaranmış borcları ödəmək qabiliyyətindən məhrum olmuşdur. Belə ki, İddiaçı MMC-nin “xxxx”ASC və Cavabdeh2 sığortaASC-yə 52417.59 manat, Cavabdeh11 MMC-yə 43374 manat, Cavabdeh7 MMC-yə 1312 manat, Cavabdeh3 MMC-yə 5456 manat, Cavabdeh12 MMC-yə 36831.51 manat, Cavabdeh8 QSC 527 manat, Cavabdeh1 MMC-yə 22903 manat, Cavabdeh13 MMC-yə 2008.79 manat, Azərsun holding MMC-yə 1552 manat, Cavabdeh4 MMC-yə 5100 manat, Cavabdeh14 MMC-yə 229740.04 manat, xxxx ASC-yə 402424.52 manat, xxxx ASC-yə 34178.68 manat, Cavabdeh5na isə 268800 manat borcu vardır və kreditorlar tərəfindən həmin məbləğlərin ödənilməsi tələb olunur. Lakin İddiaçı MMC həmin məbləği ödəmək qabiliyyəti yoxdur. İddiaçı MMC-nin külli miqdarda vergi borcu yaranmışdır. Vergi borcu ilə əlaqədar son ödəniş xx xxxxxxxx 2015-ci il tarixində 23 manat olmuşdur. Qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC-nin ödəmə qabiliyyəti olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçi iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin müflis elan olunması və X1 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi vəkil Bağır-zadə Nofəl İsax oğlu ərizəni müdafiə edərək, İddiaçı MMC-nin müflis elan olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Kreditor “X6 Azerbaijan” MMC (Basf Caspian MMC)-nin nümayəndəsi X5 ərizəçinin “X6 Azerbaijan” MMC-yə borcu olduğunu və borcun ödənilməsini tələb edərək, müflis elan olunmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasında kreditor “xxxx” MMC-nin nümayəndəsi X8 borc olduğuna görə İddiaçı MMC-nin müflis elan olunmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasında kreditor “xxxx” MMC-nin nümayəndəsi Şamilli Nicat Kamran oğlu borcun ödənilməsini tələb edərək, müflis elan olunmağa əsas olmadığını bildirdi. Digər kreditorlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə işə kreditorların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -İddiaçı MMC-nin 01 saylı xx xxxxxxxx 2020-ci il tariuxli qərarından görünür ki, İddiaçı MMC-nin müflis elan olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-2(102)- 409/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 266536,13 manat pulun tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin qismən cavabdeh İddiaçı MMCdən 105.000 manat pulun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-300/2016 saylı xx xxxxxx 2016cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMCdən 229.740,04 manat əsas borc, 5000 manat penya borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 234770,04 manat iddiaçı “BASF X7 Sanayi” MMC-nin xeyrinə tutulması qət edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********397100 nömrəli məlumatın təqdim edilməsi haqqında məktubundan görünür ki, vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) vergi borcu barədə məlumatın təqdim edilməsinə dair müraciətə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Cəmiyyət tərəfindən sonuncu ödəniş tarixinin xx.xx.2015-ci il olduğu nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixə əsas vergi üzrə 353979,49 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 470399,01 manat, əsas vergi borcuna hesablanmış faizi üzrə 165335,41 manat, Azərbaycan Respublikasının CPM-nin 53-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi üzrə 699722,80 manat, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə 12974,97 manat, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər vərəqəsi üzrə 28265,85 manat borcu vardır. Məhkəmənin qiymətləndirməsi. İş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə borclu İddiaçı MMC-nin vergi borclarını ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.2-ci maddəsinə əsasən, hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. İş materiallarına əlavə olunmuş “Respublika” qəzetinin xx.xx.2021-ci il tarixli 21 (6917)-ci nömrəsində dərc edilmiş elana əsasən, İddiaçı MMC-nin müflis elan olunması, bununla əlaqədar Bakı Kommersiya Məhkəməsinə müraciət olunması, məhkəmə baxışının xx xxxxxx 2021-ci il tarixə saat 10:30-a təyin edilməsi barədə mətbuat vasitəsi ilə bildirilmişdir. “Müflisləşmə və iflas “ haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC-nin nizamnamə kapitalının miqdarı 500.00 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci maddəsinə əsasən, əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Göründüyü kimi, cavabdehin hazırda ödəmə qabiliyyətinin olmaması onun müflis olma nəticəsində ləğv edilməsi üçün əsasdır. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər. Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir. Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar. Törətdiyi cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsi müddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunan ərizədə xx.xx.1977-ci il təvəllüdlü hüquqşünas X1 əmlak inzibatçısı təyin edilməsini xahiş edilmişdir və ərizəyə qanunvericiliklə tələb olunan sənədlər, eləcə də, təyin olunması tələb olunan şəxsin bu təyinatda şəxsi marağının olmaması barədə yazılı bəyənatı əlavə olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu İddiaçı MMC vergi (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir.. Və borclu İddiaçı MMC-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. “Müflisləşmə və iflas“ haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə müvafiq qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 217 227, 360-cı maddələrini və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-11-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Borclu İddiaçı MMC müflis elan olunsun. xx.xx.1977-ci il təvəllüdlü X3 əmlak inzibatçısı təyin edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1024/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1024/2021
10.02.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver