Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1039/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı müflis elan olunma barədə ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətin müflis elan olunmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2ci maddəsinə əsasən iflas haqqında məhkəməyə verilən ərizədə bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri göstərilməlidir. Ərizədə kreditor kimi “Hong Kong Oil Gas Limited” şirkəti qeyd olunmuş və şirkətin poçt ünvanı olaraq “Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi, Adore Plaza, 4-cü mərtəbə” göstərilmişdir. Lakin ərizəyə “Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi, Adore Plaza, 4cü mərtəbə” ünvanının “Hong Kong Oil Gas Limited” şirkətinin poçt ünvanı olması barədə heç bir sənəd əlavə olunmamışdır. Borclu hüquqi şəxs xarici şirkət olduğundan həmin şirkətin poçt ünvanının Bakı şəhərində olması da mümkün deyildir. Ərizəyə əlavə olunmuş “xxxx” MMC tərəfindən tərtib olunmuş 28 fevral 2020ci il tarixli aktda da “Hong Kong Oil Gas Limited” şirkəti ünvandan köçdüyünə görə məktubun çatdırılmadığı qeyd olunmuşdur. Qeyd olunan hal da təsdiq edir ki, “Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi, Adore Plaza, 4-cü mərtəbə” ünvanı “Hong Kong Oil Gas Limited” şirkətinin poçt ünvanı deyildir. Bundan başqa, ərizə xüsusi icraat qaydasında verilərək “xxxx” MMC ərizəçi kimi göstərilsə də, ərizənin elektron qaydada məlumatların yazıldığı hissədə həmin hüquqi şəxs həm iddiaçı, həm də cavabdeh kimi qeyd olunmuşdur. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci maddəsinə əsasən iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmiyyətin müflis elan olunması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1039/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1039/2020
10.03.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver