Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1047/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10752,96 manat xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən abunəçi Cavabdeh MMC-yə 070 220-21-03, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, 070-220- 21-16, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-** və ***-***-**-** nömrələrini təqdim edilmiş və telekommunikasiya xidmətləri göstərilmiş, Cavabdeh MMC isə təqdim olunan xidmətlərdən istifadə edib xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməli idi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2009-cu il tarixli, ******* saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsindən və müqaviləyə A N52098844 nömrəli əlavələrdən görünür ki, sözügedən müqavilə və ona əlavə İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmışdır. Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 54.2-ci və 77.1-ci maddələrinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə baxışında sübutlar tədqiq edilərkən müəyyən edilmişdir ki, İddiaçı MMC xx.xx.2009-cu il tarixli, ******* saylı “mobil radiotelefon şəbəkəsindən istifadə” müqaviləsini "xxxx" MMC ilə bağlasa da, İddiaçı MMC məhkəməyə müraciət edərkən müqavilənin imzalandığı vaxtdan 6 il sonra vergi orqanlarda qeydiyyatdan keçən iddiaya cavab verməli olmayan Cavabdeh MMC-ni cavabdeh kimi qeyd etmişdir. Göründüyü kimi xx.xx.2009-cu il tarixli, ******* saylı müqaviləyə görə tərəf "xxxx" MMC olsa da, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, tələbi iddiaya cavab verməli olmayan Cavabdeh MMC-yə qarşı irəli sürmüşdür. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı Cavabdeh MMC-dən 10752,96 manat xidmət haqqının və ödənilmiş 200 manat mediaiya xərcinin tutularaq xeyrinə ödənilməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 10752,96 manat xidmət haqqının və ödənilmiş 200 manat mediaiya xərcinin tutularaq xeyrinə ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1047/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1047/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver