Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-109/2020 19.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı ASC nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş 12978,86 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Veraj” şöbəsi ilə Cavabdeh MMC arasında 02 saylı xx xxxx 2018-ci il tarixli plastik kart müqaviləsi və 18/000/11M/328030 saylı xx xxxxx 2018-ci il tarixli bank hesabı müqaviləsi bağlanmışdır. X7 xx xxxxx 2018-ci il tarixli əmrə əsasən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC tərəfindən pos terminalın bərpa edilməsi ilə bağlı İddiaçı ASCyə müraciət edilmişdir. Həmçinin Cavabdeh MMC tərəfindən “Manual Entry” əməliyyatının aktiv edilməsi və yaranmış olacaq hər hansı bir riskli və ya fraud (fırıldaqçılıq) əməliyyatına görə vəsaitin hesabından silinməsinə etiraz etmədiyinə dair ərizə ilə xx xxxx 2018-ci ii tarixdə İddiaçı ASC-yə müraciət edilmişdir. Cavabdeh MMC-nin ofisinə yerləşdirilmiş pos terminaldan “Manual Entry” əməliyyatının aparılmasına İddiaçı ASC tərəfindən razılıq verilmişdir. “Manual Entry” əməliyyatına əsasən xidmətdən yararlanan şəxs tərəfindən plastik kart istifadəçisinə məxsus məlumatlar pos terminala daxil edilir və məbləğ hesabdan silinir. "Manual Entry” əməliyyatına görə bütün məsuliyyəti xidməti göstərən Cavabdeh MMC öz üzərinə götürmüşdür. Lakin Cavabdeh MMC tərəfindən müştərilərinə göstərilmiş “Manual Entry” əməliyyatına görə ödəniş İddiaçı ASC-dən silinmişdir. Cavabdeh MMC-nin xx xxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC-yə 12978,86 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC nümayəndələri X3 və X2 iddianı müdafiə etdiklərini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2108-ci il tarixli, 18/000/HM/328030 nömrəli bank hesab müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh MMC-yə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürülməsinə və nağd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştəri - Rezgi Tour MMC-nin sərəncamlarını yerinə yetirməyi, müştəri – Cavabdeh MMC isə hesabındakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. xx xxxx 2018-ci il tarixli 02 nömrəli müqavilədən görünür ki, Mastercard İnternationalın və Visa İnternational-nı üzvü kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan İddiaçı ASC, Cavabdeh MMC-ni vəkil edir ki, yuxarıda göstərilən kartları malların və xidmətlərin alınması müqabilində qəbul etsin. İddiaçı ASC kartlarla aparılmış əməliyyatların müqabilində bu müqavilənin 3.1-ci və 3.4-cü bəndlərində göstərilən komisyon haqqını Cavabdeh MMC-yə çatası pul məbləğindən çıxdıqdan sonra qalan məbləği MMC-nin müvafiq bank hesabına köçürür. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, Veraj 075 nömrəli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixində Cavabdeh MMC (VÖEN **********) İddiaçı ASC-nin “Veraj” şöbəsində AZ07MUGA**********00002AZM35 saylı cari hesab açmışdır. xx.xx.2018-ci il tarixində həmin müəssisəyə öz istəyinə əsasən pos terminal verilmiş və müştərinin müraciəti əsasında manual entry (qarşı tərəfə məxsus kartın fiziki iştirakı olmadan) xidməti aktivləşdirilmişdir. Sözü gedən hesabda xx.xx.2018-ci il tarixində 5671,91 manat, xx.xx.2018-ci il tarixində 4356,80 manat və xx.xx.2018-ci il tarixində 2949,99 manat məbləğində əməliyyatlar aparılmışdır. Kart sahiblərindən silinmiş yuxarıda göstərilən məbləğlərin müqabilində vəd olunan xidmət göstərilmədiyindən bu əməliyyatlara etiraz sorğusuna (chargeback) əsasən ümumilikdə Cavabdeh MMC-dən 12978,7 manat geri silinmiş və həmin məbləğdə banka borcu yaranmışdır. xx.xx.2018-ci il tarixdə imzalanmış ərizədən görünür ki, Cavabdeh MMC (direktor X7) İddiaçı ASC-nin “Veraj” şöbəsinə (müdir Ələkbərov E.O) müraciət edərək, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək Cavabdeh MMC-də Manual Enter əməliyyatını aktiv edilməsini xahiş etmiş və yaranmış olacaq hər hansı bir riskli və ya fraud (fırıldaqçılıq) əməliyyatına görə vəsaitin hesabından silinməsinə etiraz etmir. xx xxxxxx 2020-ci il tarixli 9/2015 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC-yə arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 18/000/HM/328030 nömrəli Bank hesab müqaviləsi üzrə aparılan əməliyyatlara görə ödənişlər həyata keçirildikdən sonra qalıq, yəni Cavabdeh MMC-nin İddiaçı ASC-yə öhdəliyi 12978,70 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh MMC arasında 02 saylı xx xxxx 2018-ci il tarixli plastik kart müqaviləsi və 18/000/11M/328030 saylı xx xxxxx 2018-ci il tarixli bank hesabı müqaviləsi bağlanmışdır. Daha sonra Cavabdeh MMC-nin direktoru İran İslam Respublikasının vətəndaşı X7 İddiaçı ASC-yə müraciət edərək pos terminalın bərpa və “Manual Entry” əməliyyatının aktiv edilməsini xahiş etdiyinə görə İddiaçı ASC tərəfindən həmin əməliyyat aktiv edilməklə X5 yaranmış olacaq hər hansı bir riskli və ya fraud (fırıldaqçılıq) əməliyyatına görə vəsaitin hesabından silinməsinə etiraz etməməsi barədə latın əlifbası ilə tərtib edilmiş ərizə alınmışdır. Bundan sonra X7 bankın terminalı ilə “Manual Entry” əməliyyatı vasitəsi ilə 12978,86 manat məbləğində müştərilərə xidmət göstərsə də və həmin vəsait müştərilən kartlarından silinsə də, müəyyən müddətdən sonra həmin vəsait müştərilərin kartlarına xidmət göstərən şirkətlər (məsələn “Viza”) tərəfindən İddiaçı ASC-nin hesabından müştərilərin xeyrinə silinmiş və iddiaçıya 12978,86 manat məbləğində ziyan dəymişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-yə 12978,86 manat məbləğində ziyan dəysə də, hazırki tələb təmin edilə bilməz. Belə ki, İslam Respublikasının vətəndaşı X6 təqdim edilən ərizə sonuncuya tanış olmayan latın qrafikalı əlifba ilə tərtib edilmiş və risk və ya fraud (fırıldaqçılıq) nədə özünü ehtiva etdiyi göstərilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, bank özü həmin riskin yaranmasına şərait yaratmışdır, belə ki, terminalda “Manual Entry” əməliyyatının riski ondan ibarətdir ki, sözügedən əməliyyat iki hissədən ibarətdir: riskli olmayan birinci – kartın üzərində olan rəqəmlər vasitəsi ilə (kart olmadan) müştərinin hesabında olan sifarişə uyğun olan vəsaitə (məsələn hoteldə otaq sifarişi – 1000 ABŞ dolları) blok qoyulur, daha sonra həmin vəsaitin (risksiz) yalnız kartın özünün terminala daxil olduğu təqdirdə çıxarılması (köçürülməsi və sair) mümkündür. Eyni zamanda həmin vəsaitin (yüksək riski) kart olmadan üzərində olan rəqəmlər vasitəsi ilə terminalda olan “Manual Entry” əməliyyatı ilə çıxarılması (köçürülməsi və sair) mümkündür. Lakin sözügedən risk ondan ibarətdir ki, gələcəkdə sifariş verən və kartdan pulu çıxarılan müştəri istifadəsində olan karta xidmət göstərən şirkətə (məsələn “Viza”) kartı olmadan pulun silinməsi ilə bağlı müraciət etdikdə, həmin vəsait terminala xidmət göstərən (hazırki iş üzrə İddiaçı ASC) bankın hesabından silinən vəsaiti müştərinin kartına qaytarır. Göründüyü kimi bank “Manual Entry” əməliyyatının riskli olduğunu bilərək, həmin əməliyyatı aktivləşdirməklə vəsaitin silinməsinə şərait yaratmış, sözügedən riskin nədən ibarət olmasını İslam Respublikasının vətəndaşı olan X6 bildiyi dildə izah etməmiş, 12978,86 manat məbləğində vəsaitin qaytarılması ilə bağlı pulu silən quruma qarşı apelyasiya verməmişdir. Məhkəmə məcmu halda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin rədd olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və ekspertiza xərci olan 100 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən vurulmuş 12978,86 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbi ilə bağlı iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ ******************** SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-109/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-109/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver