Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-112/2023 17.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC 2022-ci il 28 iyul tarixində cavabdeh "xxxx" MMCyə qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, cavabdehdən 13.430,76 manat (ƏDV daxil) pul vəsaiti əsas borcun və 131 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı tərəf xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda Xəzər Rayon Məhkəməsinin və Bakı Kommersiya Məhkəməsinin icraatında iş var. Xüsusi icraat qaydasında daxil olmuş ərizəyə Bakı Kommersiya Məhkəməsində baxılarkən bildirilmişdir ki, Xəzər Rayon Məhkəməsinə verilmiş iddia ərizəsi hələ icraata qəbul edilməmiş, Bakı Kommersiya Məhkəməsinə daxil olmuş iş dayandırılmalı idi. Hazırda tərəflər arasında məhkəmə mübahisəsi mövcuddur. İşə xüsusi icraat qaydasında baxılarkən həmçinin iddiaçının nümayəndəsi iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Barışıq sazişi bağlansa da saziş qeyri müəyyəndir. İmzalanmış barışıq sazişi təsdiq edilib və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Apellyasiya Məhkəməsinin qətnaməsindən kasassiya şikayəti verilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5981/2022 saylı xx.xx.2022 tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-267/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5981/2022 saylı xx.xx.2022 tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. AR MPM-nin 259.0.4. maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizə baxılmamış saxlanılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi hazırki kommersiya mübahisəsi ilə birbaşa əlaqəli olduğundan prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın . Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-112/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-112/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver