Məhkəmə qərarları › İş №e-2-2(113)-1130/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1130/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1130/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndələri X1, Nümayəndə, X7, X5, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Məmməd-zadə Rüfət Əhməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, arasında bağlanmış 13 may 2016-ci il tarixli 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə”yə əsasən cavabdehdən 2023-cü il üçün 93924,47 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və dövlət rüsumu olaraq ödənilmiş 395,72 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı (bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC arasında 13 may 2016-ci il tarixində 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq cavabdeh istismar etdiyi radioelektron vasitələrinin anketlərini iddiaçıya təqdim etmiş, anketlərə əsasən iddiaçı tezlik və radioelektron vasitələrindən istifadəyə görə cavabdehə 2023-cü il üçün 123455,47 (bir yüz iyirmi üç min dörd yüz əlli beş manat qırx yeddi qəpik) manat məbləğində xx.xx.2023-cü il tarixli DRİ2023-12/65 nömrəli hesab göndərmişdir. Cavabdehə təqdim olunmuş hesab Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması metodikası”nın təsdiq edilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli KQ-10/22 nömrəli Qərarına əsasən tərtib olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyinə görə 105724,47 (bir yüz beş min yeddi yüz iyirmi dörd manat qırx yeddi qəpik) manat məbləğində xx.xx.2024-cü il tarixli 3-27-119/2-1303/2024 nömrəli pretenziya məktubu göndərilmişdir. Lakin, müqavilə üzrə öhdəlik tam icra edilmədiyi üçün qeyd edilən dövrdən 93924,47 (doxsan üç min doqquz yüz iyirmi dörd manat qırx yeddi qəpik) məbləğində borc hal-hazıradək qalmaqdadır.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 82356,40 manat məbləğində tezlik və istismar haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, 2023-cü il üçün Cavabdeh MMC-yə tezlik və radioelektron vasitələrinə görə İddiaçı tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli DRİ2023-12/65 nömrəli hesab üzrə ödəniləcək istismar haqqının məbləği həqiqəti əks etdirmir. Çünki, istismar haqqı məbləği olan 123455,47 manat “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın tələblərinə uyğun düzgün hesablanmamışdır, yəni yüksək məbləğdə hesablanmışdır. Bu səbəbdən Cavabdeh MMC tərəfindən ödəniş edilməmişdir. Lakin, İddiaçı ödənişin edilməsi barədə pretenziya məktubu MMC-yə təqdim edildikdən sonra Cavabdeh MMC iddiaçının pretenziya məktubunda tələb etdiyi düzgün hesablanmayan məbləği deyil, “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın tələblərinə uyğun tezlik və radioelektron vasitələrinə görə istismar haqqını hesablamaqla ödəniş etmişdir. Ödəniş edilməsinə baxmayaraq, İddiaçı 2023-cü il üçün əsassız olaraq hələ də 93924,47 manat borcun qaldığını iddia edir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Quliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə 2023-cü il üçün tezlik və radioelektron vasitələrinə görə istismar haqqı olaraq 123455,47 manat vəsait hesablanmış, həmin faktura üzrə cavabdeh qismən ödəniş etmiş, hazırda qalıq borcu 82356,40 manat təşkil edir. İddiaçı tezlik və radioelektron vasitələrinə görə istismar haqqını “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın tələblərinə uyğun hesablamışdır. Həmin hesablamanın yanlış olması barədə cavabdehin dəlili əsassızdır, belə ki, hesablama bütün ödəyicilərə münasibətdə bu qaydada müəyyən edilmiş, yalnız hazırkı cavabdeh tərəfindən mübahisələndirilmişdir. Bundan əlavə, hesablama aparılan zaman REV-lərin sayının nəzərə alınmaması barədə cavabdehin dəlili də əsassızdır, belə ki, metodikada REV-lərin sayı nəzərə alınmaqla müddətli ödənişin müəyyən edilməsi qaydası nəzərdə tutulmuşdur.

7. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə, A.Nəbizadə və M.Rəsulov ayrı-ayrılıqda iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

8. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi Məmməd-zadə Rüfət Əhməd oğlu ayrı-ayrılıqda iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 13 may 2016-ci il tarixli, 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə görə icraçı sifarişçinin rəsmi müraciətini nəzərə alaraq simsiz internet və RRX rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir.

11. Müqavilənin 3-cü bəndinə görə sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda icraçı hər gecikdirilmiş aya görə 0,1% penya ödənilməsini sifarişçidən tələb edir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, DRİ2023-02/65 nömrəli 123455,47 manat məbləğində hesab təqdim olunmuşdur.

13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDC 322622 nömrəli 11441,38 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 508354 nömrəli 22882,76 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 508661 nömrəli 34324,14 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 730599 nömrəli 22882,78 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 334493 nömrəli 22882,76 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 405058 nömrəli 11441,38 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 273232 nömrəli 11441,38 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixi EBDN 236554 nömrəli 46863,48 manat məbləğində, xx.xx.2023-cü il tarixi EBDR 672243 nömrəli 23431,74 manat məbləğində, xx.xx.2023-cü il tarixi EBDS 580887 nömrəli 23431,74 manat məbləğində, xx.xx.2023-cü il tarixi EBDP 115170 nömrəli 23431,74 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur

15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCL 207510 nömrəli 23023,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH 751283 nömrəli 23023,39 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 119829 nömrəli 23023,39 manat məbləğində elektron qaimə fakturalar təqdim olumuşdur.

16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDE 2266,42 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 336708 nömrəli 566,60 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

17. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 30000 manat və 5400 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 9022,70 manat və 1624,09 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 10000 manat və 1800 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 9803,45 manat və 1764,62 manat məbləğində ödənişlər olunmuşdur.

18. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDS 570887 nömrəli 23431,74 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 672343 nömrəli 23431,74 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 115170 nömrəli 23431,74 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 732013 nömrəli 566,62 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 336708 nömrəli 566,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 506641 nömrəli 2266,42 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 274232 nömrəli 11441,38 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 405058 nömrəli 11441,38 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-278/2024 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 may 2016-cı il tarixli 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında Müqavilə” üzrə cavabdehdən 20480,00 (iyirmi min dörd yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 210 (iki yüz on) manat pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddiası rədd edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-443/2024 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-278/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

22. İddiaçı iddia ərizəsində cavabdehin 2023-cü il üzrə tezlik və radioelektron vasitələrinə görə istismar haqqı olaraq 123455,47 manat vəsait ödəməli olduğunu, həmin borc üzrə cavabdehin qismən ödəniş etdiyini, hazırda qalıq borcunun 82356,40 manat olmasını göstərmişdir.

23. Cavabdeh iddiaya qarşı yazılı etirazında iddiaçının 2023-cü il üzrə tezlik və radioelektron vasitələrinə görə istismar haqqını düzgün hesablamadığını, bu səbəbdən cavabdehin 2023-cü il üzrə 44812,20 manat vəsait ödəməli olduğunu bildirir.

24. Məhkəmə cavabdehin icazə verilmiş (təyin edilmiş) radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə görə ödəməli olduğu müddətli ödəniş məbləğinin iddiaçı tərəfindən düzgün hesablanmadığı, əsassız olaraq hesablamada REV-lərin sayının nəzərə alınması barədə dəlili ilə razılaşmır.

25. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının xx.xx.2022-ci il tarixli, KQ-10/22 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikasının 3.1-ci bəndinə görə, müddətli ödəniş icazə verilmiş (təyin edilmiş) radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə görə aşağıdakı formula əsasında hesablanır: M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8. Burada: M - müddətli ödənişin məbləği (manatla). M1 – müddətli ödəniş üzrə sabit dəyər kəmiyyəti (manatla). Bu kəmiyyət radioxidmətlərin sosialyönümlü olması, ümumistifadəli və ya daxili tələbat üçün istifadə edilməsi, eləcə də radiorabitə xidmətlərinin əlçatan olması nəzərə alınaraq müəyyən edilib. Metodika uzunmüddətli dövr üçün təsdiq olunduğuna görə il ərzində baş verə biləcək iqtisadi dəyişikliklərin və volatil amillərin nəzərə alınması üçün M1 sabit dəyər kəmiyyəti qəbul olunur və bu Metodikanın 5 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. Zəruri olduğu təqdirdə M1 sabit dəyər kəmiyyətinə yenidən baxılır. M2 – radiotezliklərin və eyni şəbəkədə işləyən REV-lərin sayını nəzərə alan əmsal. Bütün hallarda M2 əmsalı simpleks rabitəsi üçün 1, dupleks rabitəsi üçün isə 2-yə bərabər götürülür. Səyyar radiorabitə şəbəkəsində və trank radiorabitə sistemində istisna olaraq, icazə verilən(təyin edilən) ümumi tezlik sayı ilə yanaşı, istismar edilən ümumi REVlərin sayı da nəzərə alınır. M2 əmsalı bu Metodikanın 6 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. M3 – istifadə edilən radiotezlik zolağının genişliyini nəzərə alan əmsal. Müddətli ödənişin hesablanması zamanı təyin olunmuş hər bir tezlik üçün, BTİ-nin müxtəlif texnologiyalar və xidmətlər üzrə standartları və tezlik zolağına olan tələbat nəzərə alınmaqla radiotezlik zolağının genişliyi (eni) əmsalı müəyyən olunur və bu Metodikanın 7 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. Radiorele xətləri (RRX) və X4 (YPS) avadanlıqları üçün istifadə olunan radiotezliklərin (icazədə göstərilən) tezlik zolaq genişliyi (eni), beynəlxalq standartlarla bu texnologiyalar üzrə seçilmiş intervallar üzrə müəyyən edilmiş əmsallar əsasında təyin edilir. M4 - radiotezliyin istifadə olunduğu coğrafi ərazini nəzərə alan əmsal. Coğrafi ərazi əmsalı müəyyən edilərkən, radiotezliyin istifadə olunduğu regionun və ərazinin əhali sayı, iqtisadi inkişaf göstəriciləri, alıcılıq qabiliyyəti, eləcə də digər iqtisadi və sosial parametrlər nəzərə alınır. M4 əmsalı üzrə 5 coğrafi ərazi müəyyən edilib və bu Metodikanın 3 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. Eyni radiotezlikdən istifadə edilməklə yuxarıda göstərilən 2 coğrafi ərazidə eyni vaxtda xidmət göstərildikdə onlardan əmsalı ən yüksək olanı seçilir. Eyni radiotezlikdən 3 coğrafi ərazidə eyni vaxtda istifadə olunarsa, habelə verilmiş icazədə xidmət göstərilən ərazi 2-ci və 3-cü, eyni zamanda 4-cü (və ya 5-ci) coğrafi əraziyə aid olan 3-dən artıq şəhər və rayonu əhatə edərsə, bu halda 1-ci coğrafi əraziyə uyğun əmsal tətbiq olunur. M5 – REV-in şüalandırdığı ərazinin sahəsini (xidmət sahəsini) nəzərə alan əmsal. Bu əmsal xidmət ərazisinin sahəsinə əsasən müəyyən edilir və bu Metodikanın 11 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. Radio yayımı (FM və T-DAB) və televiziya yayımı (DVB-T) üzrə istismar olunan ötürücülərin quraşdırılma yeri, gücü, anten güclənməsi və anten hündürlüyü parametrləri əsasında effektiv şüalanma gücü (Pef(dBVt)) və effektiv anten hündürlüyü (Heff (m)) hesablanır. Pef(dBVt)) və Heff (m) əsasında xidmət sahəsi hesablanır. Pef(dBVt) və Heff (m) üzrə hesablanmış dəyərlər, Metodikanın müvafiq 8, 9 və 10 nömrəli Əlavələrindəki dəyərlərlə müqayisə edilir və uyğun olaraq, ən aşağı həddə olan dəyərlər götürülməklə xidmət sahəsinin radiusu müəyyən edilir. Metodikanın 8, 9 və 10 nömrəli Əlavələri ilə müəyyən edilən xidmət sahəsinin radiusunun hesablanması cədvəlləri BTİ-nin İTU-R P.370 və İTU-R P.1546 nömrəli tövsiyələri əsasında tərtib olunmuşdur. Xidmət sahəsi müvafiq proqram təminatları vasitəsilə avtomatik olaraq da hesablana bilər. Xidmət sahəsi əmsalı QD və OD radioyayımı və radionaviqasiya sistemi üzrə REV-in gücü nəzərə alınmaqla, s əyyar radiorabitə şəbəkəsində isə radiostansiyaların (UQD, QD və OD) və repitorların bir coğrafi zona daxilində toplam gücü üzrə müəyyən edilmiş 3 interval əsasında hesablanır. M6 – radiotezlik zolağının əhəmiyyətlilik əmsalı. Əmsal müəyyən edilərkən həmin tezlik zolağına tələbat, ondan istifadə səviyyəsi və yuxarı tezlik zolaqlarından istifadənin stimullaşdırılması amili nəzərə alınıb. Əmsal bu Metodikanın 4 nömrəli Əlavəsinə uyğun tətbiq olunur. Müddətli ödəniş hesablanan zaman, radiohəvəskarlara müxtəlif radiotezlik zolaqlarından istifadəyə icazə verilsə də bütün zolaqlar üçün M6 əmsalı 0,1-ə bərabər götürülür. M7 – istifadə olunan radiotezliklərə köklənmiş REV-lərin texnologiya növlərini nəzərə alan əmsal. Əmsal müəyyən edilərkən, icazə verilmiş (təyin edilmiş) radiotezliklərdə işləyən REV-lərə texniki nəzarət, radiomonitorinq işlərinin mürəkkəblik dərəcəsi, həmin REV-lərin tezlik zolağını məşğul etmə səviyyəsi və yeni texnologiyalardan istifadənin təşviqi nəzərə alınır. Əmsal bu Metodikanın 12 nömrəli Əlavəsinə uyğun olaraq tətbiq olunur. M8 - İstifadə olunan radiotezliklərdən və həmin radiotezliklərə köklənmiş REV-lərdən istifadə müddətini nəzərə alan əmsal. Bu əmsal radiotezlik və REV-lərdən il ərzində faktiki istifadə edilən günlərin sayı əsasında müəyyən edilir (0÷1 arası dəyişir, M8=Xgün/365gün). Tam 1 illik xidmət dövrü üçün M8 əmsalı 1-ə bərabər götürülür.

26. İddiaçı tərəfindən təqdim edilmiş hesab fakturada cavabdeh yalnız xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə simsiz radiorabitə sistemi (Wi-Fi RRX) – 5 QHs üçün müəyyən edilmiş 108000 manat vəsaiti mübahisələndirmişdir.

27. İddiaçı tərəfindən təqdim edilmiş hesablama qaydasından görünür ki, həmin hesablama aşağıdakı qaydada aparılmışdır: M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8, yəni M=2*2*8*4*1*0,9*2,5*1=288. 288 manat * 375 ədəd Wi-Fi RRX=108000 manat.

28. Belə ki, cavabdeh tərəf hesablama ilə yalnız 288 manat hissədə razılaşdıqlarını, həmin hissədə hesablamanın metodikaya əsasən aparıldığını göstərmiş, iddiaçının alınan həmin rəqəmi daha sonra REV-lərin sayına vurulması ilə bağlı mövqeyi ilə razılaşmamışlar.

29. Lakin məhkəmə həmin hesablama zamanı REV-lərin sayının nəzərə alınmalı olmaması barədə dəlillə razılaşmır.

30. Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir.

31. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının xx.xx.2022-ci il tarixli, KQ-10/22 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikasının 3.1-ci bəndinə əsasən müddətli ödəniş icazə verilmiş (təyin edilmiş) radiotezliklərdən (radiotezlik kanallarından) istifadəyə görə aşağıdakı formula əsasında hesablanır: M = M1 x M2 x M3 x M4 x M5 x M6 x M7 x M8. Burada ... M2 – radiotezliklərin və eyni şəbəkədə işləyən REV-lərin sayını nəzərə alan əmsaldır.

32. Bundan əlavə, Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının xx.xx.2022-ci il tarixli, KQ-10/22 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

33. Məhkəmə tərəfindən həmin hesablama ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli nümayəndəsi mütəxəssis qismində işə cəlb edilmişdir.

34. Mütəxəssis (nümayəndə) X2 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının xx.xx.2022-ci il tarixli, KQ-10/22 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikasının hazırlanmasında özü iştirak etmişdir, belə ki, mövcud qanunvericiliyə uyğun olaraq ölkə ərazisində istifadə olunan bütün radio tezliklər qeydiyyata alınmalıdır. Bunların hesablanması üçün həmin metodika var. Metodikanın 3 nömrəli bəndinə əsasən müddətli ödəniş qeyd edilmiş əmsalların bir-birinə vurulması ilə müəyyən edilir. Əmsal sonradan REV-lərin sayına ədalətliliyi təmin etmək üçün vurulur, çünki hər bir şirkət fərqli sayda avadanlıq istifadə edir. Metodikanın 3.1-ci bəndində REV-lərin sayına vurulması birbaşa olaraq ona görə qeyd edilməmişdir ki, çünki hər bir istifadəçinin müxtəlif sayda REV-ləri olur. M2 əmsalı bu Metodikanın 6 nömrəli Əlavəsinə uyğun tətbiq edilir. REV-lərin sayı nəzərə alınmasa, bütün şirkətlərdən eyni ödəniş məbləği alınar və bu ədalətli olmaz. Metodikaya sonradan əlavə və dəyişiklik olunmayıb. Metodikanın tətbiqi ilə bağlı Nazirliyə bu günə qədər heç bir şikayət daxil olmamışdır. Metodika hazırda iddiaçı tərəfindən düzgün şəkildə tətbiq edilmişdir. Beynəlxalq təcrübə əsas götürülərək metodika tərtib olunub. Müddətli ödənişlər illik hesablanır.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin müddətli ödənişin iddiaçı tərəfindən yanlış hesablanması barədə dəlili əsassızdır.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

39. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

40. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 13 may 2016-ci il tarixli, 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin 2023-cü il üçün tezlik və radioelektron vasitələrinə görə istismar haqqı olaraq 123455,47 manat borcu yaranmış, həmin borc üzrə cavabdeh qismən, 41099,07 manat ödəniş etmiş, hazırda qalıq borcu 82356,40 manat təşkil edir.

43. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı göstərilən borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməklə haqlıdır.

44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 82356,40 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

45. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 337,07 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 34,71 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia ərizəsi verilərkən artıq ödənilmiş 23,94 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 82356,40 manat məbləğində pul, 337,07 manat dövlət rüsumu, ümumilikdə 82693,47 (səksən iki min altı yüz doxsan üç manat qırx yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 34,71 (otuz dörd manat yetmiş bir qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddia ərizəsi verilərkən artıq ödənilmiş 23,94 (iyirmi üç manat doxsan dörd qəpik) manat dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar