Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1131/2023 31.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin ləğvi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 25 fevral 2019-cu il tarixli, HX 019/0219 nömrəli Xidmət müqaviləsinin ləğv edilməsini və cavabdehdən 135864.41 manat əsas borc, 2021-ci il tarix üzrə 12105.51 manat və 2022-ci il tarix üzrə 13246.78 manat olmaqla cəmi 25352.29 manat faiz (dəbbə) borc, 10000 manat vurulan mənəvi zərərin əvəzi olaraq, 400 manat mediasiya xərci və ödənilmiş 62 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 fevral 2019-cu il tarixli, HX 019/0219 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən “İcraçı” istifadəsində olan 3 ədəd yük maşını, 1 ədəd zincirli traktor, 1 ədəd Ekskavatorla və müqavilə üzrə digər texnikalarla “Sifarişçi”nin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində “Sifarişçi” “İcraçı”ya xidmət haqqı ödəyir. Müqavilə və ona əlavə olunmuş sazişlər əsasında “İcraçı” tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilmiş və bu barədə tərəflər arasında aylar üzrə “görülmüş işlərin təhvil-təslimi barədə akt”lar tərtib edilərək müvafiq qaydada imzalanmışdır. Lakin öhdəliklərin icra edilməsi üçün müqavilə ilə müəyyənləşdirilmiş müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən xidmət haqqı məbləğinin müəyyən qismi ödənilsə də, 135864.41 (yüz otuz beş min səkkiz yüzaltmış dörd) manat hissəsi ödənilməmişdir. Belə ki, razılaşdırılmış müvafiq işlər görüldükdə, hər ayın 5-i təhvil təslim aktları imzalanmış və görülən işlərin ödənişlərində sifarişçi tərəfindən ödəmələrdə gecikmələr olmasına baxmayaraq hissəvi qaydada ödənişlər edilmişdir. 2020-ci il “covid- 19” pandemiyasından sonra hissə-hissə ödənilən ödənişlər belə dayandırıldı. Buna baxmayaraq, razılaşdırılmış bütün işlər 2021-ci il tarixdə də “icraçı” tərəfindən qüsursuz olaraq icra edilmişdir. LakinBu illər ərzində cavabdehin pandemiya və digər məsələlərlə bağlı bəyanları sadəcə bahanədən ibarətdir və öz öhdəliklərini icra etməkdən yayınmaq üçün məqsədli şəkildə törədilən əməldir. Bu müddət ərzində dəfələrlə borcluya müraciətlər edilməsinə baxmayaraq, müxtəlif bəhanələr ilə borcun ödənilməsi yubadılaraq yayınılmasından görünür və artıq edilən xəbərdarlıqların heç bir nəticə verməyəcəyi aydındır və borcun ödənilməsi üçün əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsinin heç bir əhəmiyyəti yoxdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli xidmət müqaviləsinə əsasən icraçı istifadəsində olan 3 ədəd yük maşınları, 1 ədəd zəncirli traktor və 1 ədəd ekskavatorla sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçinin tələbi ilə icraçı özünə məxsus texnikanı sifarişçinin bu müqavilədə göstərilən təyinat yerinə göndərir və həmin texnika ilə sifarişçiyə xidmət göstərir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə hər yük maşını ilə aylıq xidmət haqqı vergilər daxil 1290,32 manat, ekskavatorla aylıq xidmət haqqı vergilər daxil 5000 manat, buldozerlə aylıq xidmət haqqı vergilər daxil 3225,80 manat təşkil edir. Müqavilənin 14.2-ci bəndinə əsasən icraçı bu müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda, gecikdirilmiş müddətin hər günü üçün bu müqavilənin ümumi məbləğinin 0,5 % həcmində sifarişçiyə dəbbə pulu ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən yekun təhviltəslim aktına əsasən həyata keçirilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX 019/0219 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən müqavilənin 1.1-ci bəndinə icraçı istifadəsində olan əlavə bir ədəd texnika ilə nəqliyyat xidmətini həyata keçirir və aşağıdakı kimi əlavələr edir. ** AC *** dövlət nömrə nişanlı Kamaz-5320 markalı 1980-ci il buraxılış ili sudaşıyanın aylıq xidmət haqqı vergilər daxil 2150,53 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX 019/0219 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə 2 saylı əlavəyə əsasən müqavilənin 1.1-ci bəndinə icraçı istifadəsində olan əlavə bir ədəd texnika ilə nəqliyyat xidmətini həyata keçirir və aşağıdakı kimi əlavələr edir. ** BD *** dövlət nömrə nişanlı Kamaz 5320 markalı 1982-ci il buraxılış ili bortlunun aylıq xidmət haqqı vergilər daxil 1290,32 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli HX 019/0219 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə 4 saylı əlavəyə əsasən müqavilənin 1.1-ci bəndinə icraçı istifadəsində olan əlavə bir ədəd texnika ilə nəqliyyat xidmətini həyata keçirir və aşağıdakı kimi əlavələr edir. ** BB *** dövlət nömrə nişanlı Kamaz-53213 yük markalı 1988-ci il buraxılış ili betonqarışdıranın aylıq xidmət haqqı vergilər daxil 2258,06 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12759,80 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 13368,47 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12735,66 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12860,83 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 8369,30 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 iyul 2019-cu il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 11095,08 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 iyun 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 13003,68 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 may 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 7308,36 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 11302,97 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 mart 2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 1606,12 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 150,54 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 602,16 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 870,97 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 avqust 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 2526,90 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 iyul 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 6620,95 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 iyun 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 13513,35 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 may 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12040,60 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 aprel 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 11168,88 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 mart 2020-ci il tarixli görülmüş işin təhviltəslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 10124,78 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 14075,15 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktdan görünür ki, xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində müqavilənin 1.2-ci bəndində qeyd olunan xidmətləri gösrəmiş, 2.2-ci bəndinə əsasən xidmətlərin həcmi və ümumi dəyəri 12445,37 manat məbləğində olmuşdur. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin ümumilikdə 135864.41 manat məbləğində borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2019-cu il tarixli HX 019/0219 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 135864.41 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 135864.41 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 2021-ci il və 2022-ci il üzrə cavabdehdən illik uçot faiz dərəcəsi nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq 2 faiz dərəcəsi də əlavə olunmaqla hesablanmış faiz borclarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 2021-ci il və 2022-ci il üzrə cavabdehdən illik uçot faiz dərəcəsi nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq 2 faiz dərəcəsi də əlavə olunmaqla hesablanmış faiz borclarının ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 2021-ci il tarix üzrə 12105.51 manat və 2022-ci il tarix üzrə 13246.78 manat olmaqla cəmi 25352.29 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX 019/0219 saylı xidmət müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür. Belə ki, həmin müqavilənin 15.2.5-ci bəndinə əsasən tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərini kobud şəkildə və ya davamlı olaraq pozulması əsaslı pozuntular sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini tam və vaxtında icra etməməsi müəyyən edildiyindən Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı və cavabdeh arasında bağlanmış 25 fevral 2019-cu il tarixli, HX 019/0219 nömrəli Xidmət müqaviləsi ləğv edilməli, cavabdehdən 135864,41 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01 noyabr 2022-ci il tarixli MŞB/9-00483 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, qalan 62 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 25 fevral 2019-cu il tarixli, HX 019/0219 nömrəli Xidmət müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 135864,41 (bir yüz otuz beş min səkkiz yüz altmış dörd manat qırx bir qəpik) manat əsas borc və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1131/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1131/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver