Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1133/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliyin icrası, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Qasımov Fərid Fərzalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 209614,13 manat əsas borc və 500 manat rüsumun İddiaçı ММC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 aprel 2022-cı il tarixli, 77 nömrəli müqaviləyə əsasən müxtəlif beton məhsulları cavabdehə iddiaçı tərəfindən təhvil verilmişdir. Malların təhvil alınmasından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozur və təhvil aldığı malların qiymətini ödəmir. Cavabdeh təşkilatın borcu ƏDV daxil 209614,13 manat təşkil edir.
3. İddiaçı tərəfindən iddia ərizəsinin əlavə əsaslandırması adlı ərizə təqdim edilmişdir. İddia ərizəsinin əlavə əsaslandırmasına dair ərizə onunla əsaslandırılmışdır ki, 14 aprel 2022-ci il tarixli, 77 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumilikdə 470991,21 manat məbləğində müxtəlif beton məhsullarını təhvil almışdır. 31 may 2023-ci il tarixə bu məbləğin 261377,08 manatını cavabdeh ödəmiş, 209614,13 manat məbləğində isə borcu qalmışdır. Cavabdehə müvafiq elektron qaimələr göndərilmiş və təsdiq olunmuşdur. 14 aprel 2022-cı il tarixli, 77 nömrəli müqavilənin 2.4.2, 2.4.3, 3.2-ci bəndlərinə əsasən cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında icra etməli, pozuntuya yol verməməli, aldığı malların qiymətini növbəti ayın 5-nə kimi ödəməlidir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 567, 598, 385, 386, 389, 425, 442, 448-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında şahid kimi ifadə verən X1 bildirdi ki, İddiaçındə iş icraçısı vəzifəsində çalışır. Cavabdeh təşkilatla münasibətləri yaxşı olub. "xxxx" MMC-nin əməkdaşları onlardan daş, bardur daşları götürüblər. Gündüz maşınlar işləmirdi deyə, gecə yollayırdıq onlara. Dedilər vaxtında pulu ödəyəcəklər, lakin ödəmədilər. Təxminən 470991 manatlıq malın 260000 manata yaxın hissəsini ödədilər.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, mal göndərən qismində İddiaçı MMC ilə alıcı qismində "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 77 nömrəli göndərmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə görə mal göndərən bordur daşlarını hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə mal göndərən tərəfindən malın alıcıya təhvil verilməsi, alınan malın miqdarı və təhvil müddəti (dövrləri) göstərilən alıcının sifarişi əsasında həyata keçirilir. Malın sifarişini alıcı mal göndərənə 3 (üç) gün öncədən sürətli və ya adi poçt, telefon, elektron poçt vasitəsi ilə göndərir. Mal göndərən ondan asılı olmayan səbəblərdən alıcının sifarişini yerinə yetirə bilməyəcəyi və ya yerinə yetirilməsinin gecikdiriləçəyi qənaətinə gələrsə, sifarişi aldıqdan sonra dərhal alıcını məlumatlandırmalıdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən malın təhvil-təslimi mal göndərənin yerləşdiyi Əmircan qəsəbəsi, İ.Məmmədov 10 ünvanında həyata keçirilir. Mal alıcının təşkil etdiyi nəqliyyat vasitələri ilə aparılır. Mal göndərən malı alıcıya təhvil verdiyi andan bu müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş hesab edilir. Qaimə-faktura bu müqavilə üzrə malın təhvil verilməsini təsdiq edən sənəd sayılır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən alıcı malı yerinə daşınmasından sonra 10 gün ərzində paletləri mal göndərənə qaytarmalıdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə satınalınan malın qiyməti aşağıda qeyd edilən məbləğdə müəyyən edilir: - bordur daşlarının (1000X150X300) hər bir paqon metrə üçün – ƏDV-siz 6,50 manat; - səki bordurun (1000X80X200) hər bir paqon metrə üçün – ƏDV-siz 4,50 manat; - nov (600X300) hər bir ədəd üçün – ƏDV-siz 5,80 manat. Həmin müqavilənin 3.2ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər ay ərzində faktiki alınmış malların dəyərinə əsasən növbəti ayın 5-dən gec olmamaqla, bank köçürmə yolu həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən bu müqaviləyə görə mal göndərən malın qiymətində dəyişiklik etmək niyyəti olduqda bu barədə alıcıya 5 (beş) gün öncədən yazılı bildiriş göndərir.
10. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 77 nömrəli göndərmə müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən mal göndərən alıcının ünvanına malı daşıyır və Bakı şəhərində yerləşən obyektində boşaldır. Həmin sazişin 2-ci bəndinə əsasən bu əlavə saziş üzrə alıcıya göstərilən xidmətlərin qiyməti - bir reys üçün 80 (səksən) manat müəyyən edilir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişilməz olaraq qalır. Həmin sazişin 4-cü bəndinə əsasən bu ələvə saziş imzalandığı andan qüvvəyə minir və xx.xx.2022-ci il tarixli 77 saylı müqavilənin ayrılmaz hissəsi hesab edilir.
11. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 77 nömrəli göndərmə müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə saziş imzalanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən mal göndərən alıcıya 10x20 sm ölçüdə olan “karo” döşəmə daşlarını satmağı öhdəsinə götürür. Həmin sazişin 2-ci bəndinə əsasən bu əlavə saziş üzrə satılan bir m2 “karo” döşəmə daşlarının qiyməti ƏDV daxil 10,62 manat müəyyən edilir. Həmin sazişin 3cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişilməz olaraq qalır. Həmin sazişin 4-cü bəndinə əsasən bu əlavə saziş imzalandığı andan qüvvəyə minir və xx.xx.2022-ci il tarixli 77 saylı müqavilənin ayrılmaz hissəsi hesab edilir.
12. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 724849 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2643,20 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 972175 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2397,76 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 163615 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2848,52 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 206387 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2522,84 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 492664 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4350,42 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 903114 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1711,47 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 674090 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4795,52 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 794594 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8170,32 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 881384 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1779,44 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 013906 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7832,84 manat (ƏDV daxil) təşkil edir.
22. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 084316 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4835,17 manat (ƏDV daxil) təşkil edir.
23. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 204773 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3195,44 manat (ƏDV daxil) təşkil edir.
24. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 243924 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2102,76 manat (ƏDV daxil) təşkil edir.
25. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 364681 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4181,45 manat (ƏDV daxil) təşkil edir.
26. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 452640 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1889,89 manat (ƏDV daxil) təşkil edir.
27. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 535717 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1779,44 manat (ƏDV daxil) təşkil edir.
28. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 632099 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3251,61 manat (ƏDV daxil) təşkil edir.
29. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 810649 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3902,26 manat (ƏDV daxil) təşkil edir.
30. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 914756 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2312,56 manat (ƏDV daxil) təşkil edir.
31. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 004483 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2863,86 manat (ƏDV daxil) təşkil edir.
32. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 204743 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3096,08 manat (ƏDV daxil) təşkil edir.
33. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 287469 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4335,79 manat (ƏDV daxil) təşkil edir.
34. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 408414 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1876,20 manat (ƏDV daxil) təşkil edir.
35. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 471973 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3726,44 manat (ƏDV daxil) təşkil edir.
36. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 550536 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 613,60 manat (ƏDV daxil) təşkil edir.
37. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 726966 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6321,26 manat (ƏDV daxil) təşkil edir.
38. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 821214 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4030,88 manat (ƏDV daxil) təşkil edir.
39. xx.xx.2023-ci il tarixli, EBCO seriyalı, 987403 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9389,26 manat (ƏDV daxil) təşkil edir.
40. xx.xx.2023-ci il tarixli, EBDA seriyalı, 080981 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2555,88 manat (ƏDV daxil) təşkil edir.
41. xx.xx.2023-ci il tarixli, EBDA seriyalı, 178741 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7540,91 manat (ƏDV daxil) təşkil edir.
42. xx.xx.2023-ci il tarixli, EBDA seriyalı, 264923 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3058,56 manat (ƏDV daxil) təşkil edir.
43. xx.xx.2023-ci il tarixli, EBDA seriyalı, 373720 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3809,98 manat (ƏDV daxil) təşkil edir.
44. xx.xx.2023-ci il tarixli, EBDA seriyalı, 473974 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2468,32 manat (ƏDV daxil) təşkil edir.
45. xx.xx.2023-ci il tarixli, EBDA seriyalı, 632426 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1710,76 manat (ƏDV daxil) təşkil edir.
46. xx.xx.2023-ci il tarixli, EBDA seriyalı, 910037 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.
47. xx.xx.2023-ci il tarixli, EBDB seriyalı, 000813 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1453,76 manat (ƏDV daxil) təşkil edir.
48. xx.xx.2023-ci il tarixli, EBDB seriyalı, 511289 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18942,07 manat (ƏDV daxil) təşkil edir.
49. xx.xx.2023-ci il tarixli, EBDB seriyalı, 545986 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4513,03 manat (ƏDV daxil) təşkil edir.
50. xx.xx.2023-ci il tarixli, EBDB seriyalı, 730011 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4587,84 manat (ƏDV daxil) təşkil edir.
51. xx.xx.2023-ci il tarixli, EBDB seriyalı, 774921 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2652,64 manat (ƏDV daxil) təşkil edir.
52. xx.xx.2023-ci il tarixli, EBDB seriyalı, 939477 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5354,84 manat (ƏDV daxil) təşkil edir.
53. xx.xx.2023-ci il tarixli, EBDC seriyalı, 215154 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17306,12 manat (ƏDV daxil) təşkil edir.
54. xx.xx.2023-ci il tarixli, EBDC seriyalı, 379399 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5377,50 manat (ƏDV daxil) təşkil edir.
55. xx.xx.2023-ci il tarixli, EBDC seriyalı, 439792 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1146,96 manat (ƏDV daxil) təşkil edir.
56. xx.xx.2023-ci il tarixli, EBDC seriyalı, 556564 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1146,96 manat (ƏDV daxil) təşkil edir.
57. xx.xx.2023-ci il tarixli, EBDC seriyalı, 635833 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1146,96 manat (ƏDV daxil) təşkil edir.
58. xx.xx.2023-ci il tarixli, EBDC seriyalı, 715902 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 920,40 manat (ƏDV daxil) təşkil edir.
59. xx.xx.2023-ci il tarixli, EBDC seriyalı, 890280 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3895,42 manat (ƏDV daxil) təşkil edir.
60. xx.xx.2023-ci il tarixli, EBDC seriyalı, 948141 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1380,60 manat (ƏDV daxil) təşkil edir.
61. xx.xx.2023-ci il tarixli, EBDD seriyalı, 016300 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 460,20 manat (ƏDV daxil) təşkil edir.
62. xx.xx.2023-ci il tarixli, EBDD seriyalı, 122334 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 460,20 manat (ƏDV daxil) təşkil edir.
63. xx.xx.2023-ci il tarixli, EBDD seriyalı, 411803 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1478,30 manat (ƏDV daxil) təşkil edir.
64. xx.xx.2023-ci il tarixli, EBDD seriyalı, 731870 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2142,88 manat (ƏDV daxil) təşkil edir.
65. xx.xx.2023-ci il tarixli, EBDE seriyalı, 157999 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1529,28 manat (ƏDV daxil) təşkil edir.
66. xx.xx.2023-ci il tarixli, EBDE seriyalı, 239930 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1357 manat (ƏDV daxil) təşkil edir.
67. xx.xx.2023-ci il tarixli, EBDF seriyalı, 281451 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5584 manat (ƏDV daxil) təşkil edir.
68. xx.xx.2023-ci il tarixli, EBDG seriyalı, 585781 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1190,86 manat (ƏDV daxil) təşkil edir.
69. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 220516/2435876 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ56AZAL******************** nömrəli hesabına 13850 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq bardur e-qaimə EBBU 892897, EBBV 387444 xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
70. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 22060/82463513 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ56AZAL******************** nömrəli hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq bardur e-qaimə EBBX 325700, 350114 xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
71. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 220805/2521070 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ56AZAL******************** nömrəli hesabına 32656 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq e-qaimə EBBX 506952, 600698, 682033 xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
72. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 220914/2560549 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ56AZAL******************** nömrəli hesabına 30000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq bardur e-qaimə EBBX 506952, EBBY 547836 xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
73. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 221026/2603419 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ56AZAL******************** nömrəli hesabına 20000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq bardur e-qaimə EBBZ 004084, EBCA 070864 xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
74. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 221104/2612664 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ56AZAL******************** nömrəli hesabına 30000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq bardur e-qaimə EBCA 217572, xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
75. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 221207/2643198 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ56AZAL******************** nömrəli hesabına 35000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq bardur e-qaimə EBCB 923469, EBCC 953384 xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
76. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 230224/2762793 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin AZ56AZAL******************** nömrəli hesabına 50000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı olaraq bardur e-qaimə EBCD 011513, EBCİ 400394 xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
77. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 261- ÇS/ASG BA/Cİ pretenziya məktubundan görünür ki, borcun qısa bir zamanda ödənilməsi tələb olunmuşdur.
Tətbiq edilən hüquq
78. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
80. İddia tələbini cavabdeh "xxxx" MMC-dən 209614,13 manat məbləğində borcun tutulması təşkil edir.
81. Müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə və ona edilən əlavə sazişlərlə müqavilə üzrə malın qiyməti, həmçinin müqaviləyə əsasən müqavilə üzrə ödənişlərin ay ərzində faktiki alınmış malların dəyərinə əsasən növbəti ayın 5-dən gec olmamaqla, bank köçürmə yolu həyata keçirildiyi müəyyən olunmuşdur. İddiaçı öhdəliklərini icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
82. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfdən cavabdehə müvafiq elektron qaimələr göndərilmiş, həmin elektron qaimələr əsasında da iddiaçının bank hesabına ödənişlər edilmişdir. İddiaçı tərəfdən həmin halın təsdiqi qismində ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir. Ödəniş tapşırıqlarından müəyyən olunur ki, cavabdeh tərəfindən ödənişlər göndərilən elektron qaimələr əsasında edilmişdir, yəni qaimələr göndərilmiş, ödənişlər edilmişdir. Təqdim edilən ödəniş tapşırıqları üzrə ümumi məbləğ 221506 manat, ƏDV ilə birlikdə 261377,08 manat təşkil edir. Həmin məbləğ də iddia ərizəsində göstərilən məbləğlə eynidir. Həmin halla bağlı tərəflər arasında mübahisə yoxdur. İddiaçı məhkəməyə elektron qaimələr təqdim edərək, həmin qaimələr üzrə ödənişlərin edilmədiyini bildirərək, cavabdehdən həmin qaimələr üzrə 209614,13 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Həmin qaimələrdə göndərilmiş malların adları, miqdarı, qiyməti və göndərimə üçün əsas qrafasında xx.xx.2022-ci il tarixli, 77 nömrəli müqavilə qeydi edilmişdir.
83. Məhkəmə qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 208848,87 manat (iki yüz səkkiz min səkkiz yüz qırx səkkiz manat səksən yeddi qəpik) məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, iddiaçı 209614,13 (ƏDV daxil) manat məbləğində pulun tutulmasını xahiş etsə də, elektron qaimələr üzrə ümumi məbləğ 208848,87 manat (ƏDV daxil) təşkil etmişdir. Ona görə də iddia 208848,87 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin olunmamalıdır.
84. Eləcə də, iddiaçı 500 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
85. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 497,80 manat (dörd yüz doxsan yeddi manat səksən qəpik) (ödənilməli olan dövlət rüsumu olmuşdur) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
86. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 208848,87 manat (iki yüz səkkiz min səkkiz yüz qırx səkkiz manat səksən yeddi qəpik) əsas borc (ƏDV daxil), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 497,80 manat (dörd yüz doxsan yeddi manat səksən qəpik) olmaqla, cəmi 209346,67 manat (iki yüz doqquz min üç yüz qırx altı manat altmış yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova