Məhkəmə qərarları › İş №e-2-2(113)-1147/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1147/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1147/2025 22.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi,pul) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh , Cavabdehndən 50000 (əlli min) manat əsas borcun, ödənilmiş rüsum olan 240 manatın, toplamda 50240 (əlli min iki yüz qırx) manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış“Kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin yaradılması barədə” 13 aprel 2023-cü il tarixli Razılaşma Protokolunun 2.4-cü bəndinə əsasən tərəflərin hər biri digər tərəfin hər-hansı bir səbəblə əmək müqaviləsinə xitam verilərək işdən ayrılan/çıxarılan (keçmiş) əməkdaşını əmək müqaviləsinə xitam edildiyi gündən etibarən 1 (bir) il müddətinə işə qəbul etməyəcəyini, onunla hansısa vasitə ilə birbaşa və yaxud da dolayısıyla əməkdaşlıq münasibəti qurmayacağını qəbul və vəd etmişdir. Həmin Protokolun 2.5-ci bəndə əsasən qeyd olunan keçmiş əməkdaşlarla əmək müqaviləsinin bağlanması yaxud əməkdaşlıq edilməsinə yalnız digər tərəfin yazılı razılığı olduqda yol verilir. Protokolun 2.6-cı bəndinə əsasən isə tərəflərdən hər biri razılaşmada qeyd olunan şərtləri pozması halında digər tərəfə 50.000 (əlli min) manat məbləğində kompensasiya (cərimə) ödənilməsi barədə öhdəlik götürmüşdür. Bildiririk ki, İddiaçı MMC-ninqastroenterologiya şöbəsinin müdiri vəzifəsində çalışan həkimqastroenteroloq X4 10 sentyabr 2024-cü il tarixində öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Müəssisələr arasında qüvvədə olan razılaşma Protokoluna görə həmin şəxs BonaDea-dan ayrıldıqdan sonra 1 (bir) il müddətinə MəlhəmMəhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul edilməməli idi. Lakin adıkeçən həkim-mütəxəssisin (X4) X1 fəaliyyət göstərməsi barədə hospitalın rəsmi sosial-media hesablarında paylaşımlar edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar Cavabdeh MMC-yə 02 oktyabr 2024-cü il tarixində müqavilə öhdəliyinin icrası ilə əlaqədar, 23 oktyabr 2024-cü il tarixində pretenziya məktubu ilə iki dəfə müraciət edildi. İş üzrə cavabdeh tərəf olan Cavabdeh MMCcavab məktublarında tərəflər arasındakı razılaşmanın niyyət razılaşması olduğunu, öhdəlik yaranmasına əsas olan əqd olmadığını, həmçinin sözü gedən razılaşma protokolunun əmək qanunvericiliyi ilə uzlaşmadığını qeyd etmişdir. Bununla da iş ürə cavabdeh tərəf olan X3 MMC altına imzasını atdığı tərəflər arasındakı razılaşma protokoluna əsassız olaraq don geydirməklə yayınmağa çalışır. Tərəflər arasındakı razılaşma protokolunun 2.1 bəndinə görə tərəflərin hər biri bu Protokol çərçivəsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirmək üçün lazımi və müvafiq hüquqi, inzibati və digər tədbirləri görür. Razılaşma protokolunun 2.2 bəndinə əsasən Tərəflər bu Protokolu imzalamaqla, iki ququm arasında xx.xx.2023-cü il tarixindən etibarən kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin yaradılacağını, biri digərinin əmək müqaviləsi əsasında fəaliyyət.

3. Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək,iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış iddiaçının hazırki iddiasının əsası kimi istinad etdiyi xx.xx.2023-cü il tarixli razılaşma protokolu Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilən öhdəliklərin yaranmasına əsas olan mülki-hüquqi əqd (müqavilə) deyil. Sözügedən protokol yalnız bu və ya digər öhdəlik yaratmayan niyyət razılaşmasıdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Əmək hüquq münasibətləri Az.Res.Əmək Məcəlləsi, eləcə də Əmək Qanunvericiliyin sisteminə daxil müvafiq normativ aktlarla tənzimlənir. Əmək hüququ konstitusion norma olmaqla hər hansı bir şəxsin əmək hüququ bu və ya digər formada məhdudlaşdırıla bilməz. Belə ki, Az.Res. Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsası olmaqla hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa, eləcə də əmək müqaviləsi bağlamaqdan imtina etməyə məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olubolmamaqda azad olduğunu müəyyən etməklə əmək hüquq münasibətləri ilə əlaqədar dövlət siyasətini əks etdirir, həmçiin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. (bax Az.Res. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı) Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda sözügedən qərarında tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının tənzimlənməsi ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətininin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydalar hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Nəzərə çatdırmağı zəruri hesab edirik ki, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi xx.xx.2023-cü il tarixli protokol qanunvericilin tələblərinə zidd olduğundan əhəmiyyətsiz sənəddir və bu sənəd heç bir hüquqi nəticələr yarada bilməz. Qeyd edirik ki, yuxarıda göstərilən protokola hüquqşünas tərəfindən baxıldıqdan sonra bu protokolun qanuna zidd olduğu bildirilmiş və bu səbəbdən də həmin protokolun şərtləri nəzərə alınmamışdır. İddiaçı iddiasında heç bir hüquqi əsas olmadan bu protokolu mülki-hüquqi əqd (müqavilə) hesab etmişdir. Bir daha qeyd edirik ki, bu protokol mülki-hüquqi müqavilə hesab edilə bilməz.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış“Kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin yaradılması barədə” 13 aprel 2023-cü il tarixli Razılaşma Protokolu imzalanmışdır. Həmin Protokolun: - 1.1-ci bəndinə əsasən bu protoolun məqsədi tərəflər arasında kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin təmin edilməsindən ibarətdir. - 2.4-cü bəndinə əsasən tərəflərin hər biri digər tərəfin hər-hansı bir səbəblə əmək müqaviləsinə xitam verilərək işdən ayrılan/çıxarılan (keçmiş) əməkdaşını əmək müqaviləsinə xitam edildiyi gündən etibarən 1 (bir) il müddətinə işə qəbul etməyəcəyini, onunla hansısa vasitə ilə birbaşa və yaxud da dolayısıyla əməkdaşlıq münasibəti qurmayacağını qəbul və vəd etmişdir. - 2.5-ci bəndə əsasən qeyd olunan keçmiş əməkdaşlarla əmək müqaviləsinin bağlanması yaxud əməkdaşlıq edilməsinə yalnız digər tərəfin yazılı razılığı olduqda yol verilir. - 2.6-cı bəndinə əsasən isə tərəflərdən hər biri razılaşmada qeyd olunan şərtləri pozması halında digər tərəfə 50.000 (əlli min) manat məbləğində kompensasiya (cərimə) ödənilməsi barədə öhdəlik götürmüşdür. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC-nin 10 sentyabr 2024-cü il tarixli 1836 saylı əmri ilə X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunda Protokolun 2.6-cı bəndinə əsasən 50.000 manat məbləğində kompensasiyanın (cərimə) xx.xx.2024-cü il tarixinədək Hospitalın aşağıda qeyd olunan bank hesabına ödənilməsini xahiş etmişlər.

13. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki,Pretenziya adlanan məktubda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, Cavabdeh MMC ilə "xxxx" MMC-si arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma protokolu Az.Res. Mülki Məcəlləsi ilə müəyyən edilən öhdəliklərin yaranmasına əsas olan mülki-hüquqi əqd (müqavilə) deyil, yalnız bu və ya digər öhdəlik yaratmayan niyyət razılaşmasıdır. V. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstiyasının: İ.Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

15. AR Mülki Məcəlləsinin: - 6.1.5- ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir. -6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 389.1- ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 389.2- ci maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. - 389.3- cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. - 390.1- ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 402.1- ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. - 402.6- ci maddəsinə görə niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən “...Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır.Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.”

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

20. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

21. İşin məhkəmə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış “Kadr siyasətində ədalətli və sağlam rəqabət mühitinin yaradılması barədə” 13 aprel 2023-cü il tarixli Razılaşma Protokolu imzalanmışdır.Həmin protokolun şərtlərinə əsasən tərəflərin hər biri digər tərəfin hərhansı bir səbəblə əmək müqaviləsinə xitam verilərək işdən ayrılan/çıxarılan (keçmiş) əməkdaşını əmək müqaviləsinə xitam edildiyi gündən etibarən 1 (bir) il müddətinə işə qəbul etməyəcəyini, onunla hansısa vasitə ilə birbaşa və yaxud da dolayısıyla əməkdaşlıq münasibəti qurmayacağını qəbul və vəd etmiş, razılaşmada qeyd olunan şərtləri pozması halında digər tərəfə 50.000 (əlli min) manat məbləğində kompensasiya (cərimə) ödənilməsi barədə öhdəlik götürmüşdür.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin 10 sentyabr 2024-cü il tarixli 1836 saylı əmri ilə əmək müqaviləsinə xitam verilən G.Vəliyeva "xxxx" MMC-də fəaliyyət göstərir.

23. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsası ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinə əsas kimi Mülki Məcəllənin 385,425,448-ci maddələrinə istinad etmişdir.

24. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin əsası kimi göstərilən xx.xx.2023-cü il tarixli Razılaşmaya müqavilə qiymətini vermək olmaz.

26. Belə ki,Mülki Məcəllənin 389-1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Hətta yuxarıda adıçəkilən Razılaşmaya müqavilə kimi yanaşsaq belə həmin razılaşmananın şərtləri qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qeyd edilən müqavilənin 2.4-cü şərti, Azərbaycan Re4spublikasının Konstitusiyası, həmçinin Əmək qanunvericiliyin tələblərinə ziddi olaraq üçüncü şəxslərin qanunla qorunan hüquqlarına toxunduğundan Melki Məcəllənin 6.2, 337.1-ci maddələrinə əsasən etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz.

27. Müqavilə azadlığı prinsipinin mütləq, yəni qeyri-məhdud dərəcədə tətbiqi hüquqdan sui-istifadə halına səbəb olur. Hüquqdan sui-istifadə xüsusi xarakterli mülki hüquq pozuntusudur. Subyekt formal olaraq müqavilə azadlığı prinsipinə əsaslanaraq, onu konkret şəkildə həyata keçirərkən öz hərəkəti ilə başqa şəxsin qanunla qorunan mənafeyini və hüququnu pozur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

28. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar