Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-116/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 İskəndər oğlunun iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinə qarşı pul tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kolleci ilə İddiaçı arasında 01 iyun 2022-ci il tarixli və 01 dekabr 2022-ci il taixli “Birgə fəaliyyət haqqında” Müqavilələrin şərtlərindın irəli gələn öhdəliklərə əməl edilməsi üçün cavabdehin balansında olan idman zalının və mətbəənin təmirinə 05 mart 2019-cu il tarixində tərtib olunmuş aktlara əsasən İddiaçı MMC tərəfindən sərf edilmiş ümumilikdə 193.382,7 manat pul vəsaitinin müəyyən edilməsi (rəsmiləşdirilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, “ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kolleci (VÖEN **********) ilə İddiaçı (VÖEN **********) arasında 01 iiyun 2022ci il tarixli və 01 dekabr 2022-ci il taixli “Birgə fəaliyyət haqqında” Müqavilələr bağlanmışdır. 01 dekabr 2022-ci il Müqavilənin 1-ci bəndində deyilir: Bu Müqaviləyə əsasən Təhsil müəssisəssi və İddiaçı MMC birgə fəaliyyətinin predmetini idman və sair dərnəklər, kurslar, məşğələlər, eləcə də nəşriyyat və poliqrafiya işləri və s. təşkil edir. Həmin Müqavilənin 3.3.3-cü bəndinə görə birgə fəaliyyət predmetini təşkil edən fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar müqavilələr bağlamaq, eləcə də fiziki və hüquqi şəxslərdən yığılan haqqın məbləğini müəyyən etmək və almaq İddiaçı MMC-nin hüququdur. Həmin Müqavilənin 5.2ci bəndində deyilir ki, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və 5 (beş) il müddətinə qüvvədədir. (Müqavilə 2066-cı ilə qədər nəzərdə tutulub. Həmin Müqavilənin 6.1-cı bəndinə görə Tərəf dəgər tərəfə vurduğu zərərə görə qanunvercilkdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. ”BİTKOL+OM” MMC tərəfindən təmir işlərinin görülməsinə Tərəflərin razılaşmasında nəzərdə tutulan məbləğdə vəsait xərclənməsinə baxmayaraq, Təhsil müəssisəsi çəkilən xərclərin rəsmiləşdirilməsinə mane olur və bunun da nəticəsində Müqavilə şərtlərinə əməl etmir. Belə ki, Tərəflər arasında tərtib edilmiş və imzalanmış AKTlardan görünür ki, İddiaçı MMC tərəfindən təmir işlərinə cəmi, 193.382,7 manat vəsait xərclənmişdir. Bu mübahisənin məhkəmədən kənar mediasiya vasitəsi ilə həll olunması üçün cavabdehə təkilf göndərilmiş, lakin cavabdeh Mediasiya seminarında iştirak etməmişdir və mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Bu barədə müvafiq arayış təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdeh “ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kolleci iddaya qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin (həcminin artırılması) dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kolleci ilə İddiaçı arasında 01 iyun 2022-ci il tarixli və 01 dekabr 2022-ci il taixli “Birgə fəaliyyət haqqında” Müqavilələrin şərtlərindın irəli gələn öhdəliklərə əməl edilməsi üçün cavabdehin balansında olan idman zalının və mətbəənin təmirinə 05 mart 2019-cu il tarixində tərtib olunmuş aktlara əsasən İddiaçı MMC tərəfindən sərf edilmiş ümumilikdə 193.382,7 manat pul vəsaitinin xərclənməsinin təsdiq edilməsi (rəsmiləşdirilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, hazırkı iş üzrə kompleks məhkəmə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 3-16-16-2/10/7694 saylı ekspert rəyi kommersiya mübahisəsinə dair işlə birlikdə məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinə qarşı pul tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının irəli sürdüyü iddia tələbi cavabdehin balansında olan idman zalının və mətbəənin təmirinə İddiaçı MMC tərəfindən ümumilikdə 193.382,7 manat pul vəsaitinin xərclənməsinin təsdiq edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia icraatı qaydasında mübahisəedən tərəflər arasında hüquq barədə mübahisələrə baxılır. Hazırkı halda iddiaçı cavabdehə qarşı iddia icraatı qaydasında iddia qaldırsa da, iddia ərizəsində, eləcə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdehə qarşı yönəldilmiş tələbini göstərməmiş, belə ki, təmirə pul xərclənməsinin təsdiq edilməsi tələbi mahiyyət etibarilə faktın müəyyən edilməsi tələbi olmaqla hər hansı bir şəxsə, o cümlədən cavabdehə qarşı yönəlməmişdir. Belə olan halda isə tərəflər arasında hüquq barədə mübahisə mövcud olmadığından işə məhkəmə qaydasında baxılması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh ADNSU-nin nəzdində Bakı Sənaye və Texnologiya Kollecinə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-116/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-116/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver