Məhkəmə qərarları › İş №e-2-2(113)-1172/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1172/2020

31.08.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1172/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin müflis elan edilməsi, iflas prosesinə başlanılması və borcların ödənilməsi məqsədilə aktivlərin müəyyən edilməsi üçün əmlak inzibatıçısının təyin edilməsi tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC müflis elan edilməsi, iflas prosesinə başlanılması və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı xx xxxxxx 2011-ci il tarixdə ********** nömrə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır və cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmuşdur. Lakin son zamanlar İddiaçı MMC-nin fəaliyyətində müəyyən problemlər yaranmışdır. Belə ki, MMC kredit borcu ödənişlərini həyata keçirə bilməmiş, külli miqdarda borcları yaranmışdır. Hazırda müəssisə iflic vəziyyətindədir, hesablarında pul vəsaiti yoxdur, bu səbəbdən də cəmiyyət öhdəliklərini yerinə yetirə bilmir. Bütün bunlardan sonra MMC məcburiyyət qarşısında qalaraq 2019-cu ilin iyun ayından fəaliyyətini dayandırmışdır (iddia ərizəsinə əlavə edilmiş AR VN Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəinin xx.xx.2019-cu il tarixli arayışı bunun əyani sübutudur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınınnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan, AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə ********** VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində MMC-nin dövriyyəsi 1058370.69 manat təşkil etmişdir. MMC 2019-cu ilin iyun ayında fəaliyyətini dayandırdığından iyul-noyabr ayları üzrə bəyannamələr təqdim edilməmişdir. İş materiallarında olan AR Vergilər Nazirliyinin Mənfəət vergisinin bəyannaməsinə əsasən İddiaçı MMC-nin 2018-ci il vergi dövrü üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 7.400.707,86 manat, o cümlədən pərakəndə satışdan 1.502.564,07 manat, topdan satışdan 5.898.143,79 manat məbləğində gəlirləri olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı MMC-nin adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı İddiaçı MMC-nin rəhbərliyinin 163 saylı məktubuna cavab olaraq bildirir ki, İddiaçı MMC-yə məxsus AZ92AİİB******************** hesabda xx.xx.2019-cu il tarixində 0.10 AZN məbləğ mövcuddur. İş materiallarında olan “xxxxxxx” ASC-nin İddiaçı MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli arayışa əsasən xx xxxxxx 2019-cu il tarixli 162 saylı məktubunuza cavab olaraq bildiririk ki, şirkətinizini “xxxxxxxx” ASC-nin Baş ofisində olan cari hesabları üzrə xx xxxxxx 2019-cu il tarixinə qalıqları aşağıdakı kimidir: Cari AZN hesabı üzrə - 0,43 AZN; Cari USD hesabı üzrə - 0,17 USD; Cari EUR hesabı üzrə - 0,30 EUR. İş materiallarında olan İddiaçı MMC-nin təsisçisi X5 və MMC-nin direktoru X2 iştirakı ilə keçirilən iclasında xx.xx.2019-ci il tarixli qərarına əsasən İddiaçı MMC-nin direktoru X4 iclasda çıxış edərək bildirdi ki, müəssisənin fəaliyyəti tam olaraq dayandırılmışdır. Belə ki, müəsissəsinin heç bir gəliri yoxdur. Aktivlər müəsissəsinin borclarını ödəmək iqtidarında deyil və gələcəkdə də müəsissənin gəlirlə işləməsinə imkan yoxdur. İddiaçı MMC-nin təsisçisi X5 iclasda çıxış edərək bildirdi ki, müəsissənin gəlirlə işləməsinə heç bir imkan olmadığı üçün müəsissənin müflis elan edilməsi məqsədəmüvafiqdir. Yuxarıda yazılanları nəzərə alaraq, qərara aldı ki, "İddiaçı" MMC müflis elan edilsin və qanunvericiliyə müvafiq olaraq müflis edilməsi prosesinə başlanılsın. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdə MMC-nin təsisçisi X5 qərara almışdır ki, X4 İddiaçı MMC-nin direktoru vəzifəsindən azad edilsin; X3 İddiaçı MMC-nin direktoru vəzifəsinə qəbul edilsin; Əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilsin. İş materiallarında olan Vergilər Nazirliyinin Sosial-İqtisadi Onlayn qəzetindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə dərc edilmiş elan üzrə İddiaçı MMC-nin ləğv olunduğu elan edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 63-cü maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər (maddə 63.1). Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir (maddə 63.2.). “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkasının Qanununun 1-ci maddəsinə əsasən Müflisləşmə borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır; Borclu müəssisə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Borclunun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir. İflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir: a) ərizənin verildiyi məhkəmənin adı; b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı; ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. 2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Göründüyü kimi, hüquqi şəxsin iflas prosesinə məruz qalması üçün məhkəmə tərəfindən müəyyən edilməlidir ki, - borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; - borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; - borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Halbuki, işin məhkəmə araşdırması zamanı qeyd edilən üç haldan hər hansı birinin mövcud olmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin faktiki halları və qeydedilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin müflis elan edilməsi, iflas prosesinə başlanılması və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə iddia tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar