Məhkəmə qərarları › İş №e-2-2(113)-1173/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1173/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1173/2024 16.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə iş (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, mücərrəd müqavilə) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı (bundan sonra İddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2017-ci il tarixli 305 nömrəli müqaviləyə əsasən cavabdehdən 2022-ci il üçün 11323,37 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 210 manat pul vəsaitinin tutularaq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında 01 fevral 2017-ci il tarixində 305 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq “Cavabdeh” istismar etdiyi radioelektron vasitələrinin anketlərini “İddiaçı”ya təqdim etmiş, anketlərə əsasən “İddiaçı” tezlik və radioelektron vasitələrindən istifadəyə görə “Cavabdeh”ə 2022-ci il üçün 11 323,37 manat məbləğində xx.xx.2022-ci il tarixli DRİ2022-06/220 nömrəli, xx.xx.2022-ci il tarixli DRİ2022-09/38 nömrəli və xx.xx.2022-ci il tarixli DRİ2022-10/105 nömrəli hesablar göndərmişdir. “Cavabdeh”ə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 30-cu, 49-cu bəndlərinə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında 19 sentyabr 2022 - ci il tarixli KQ-10/22 nömrəli Qərarına əsasən tərtib olunmuşdur. “Cavabdeh” müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün qeyd edilən dövrdən 11323,37 manat məbləğində borcu hal-hazıradək qalmaqdadır. Bildiririk ki, qanunvericiliyə müvafiq olaraq “Cavabdeh”ə xx.xx.2023-cü il tarixli 3-27-119/2-391/2023 nömrəli “Pretenziya” məktubu və mediasiyada iştiraka dair xx.xx.2023-ci il tarixli 3-27- 119/2-831/2023 nömrəli “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Lakin, “Cavabdeh” tərəfindən DRİ-nin pretenziya məktubuna və mediasiyaya dair təklifinə cavab verilməmişdir. Kommersiya mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi məqsədilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, mediatorun xx.xx.2023-cü il tarixinə təyin etdiyi ilkin mediasiya sessiyasında “Cavabdeh”in nümayəndəsi iştirak etməmişdir. Bu haqda mediator xx.xx.2023-cü il tarixində MŞB/2-3871/2023 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” tərtib edərək “İddiaçı”ya təqdim etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427.3, 441.1, 441.4-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh məhkəmə bildirişlərini qəbul etsədə, məhkəmə prosesində nümayəndəsi iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 fevral 2017-ci il tarixində 305 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə”dən görünür ki, icraçı İddiaçı sifarişçi "xxxx" MMC-nin rəsmi müraciətini nəzərə alaraq RRX rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarını nəzarət tarifləri” preyskurantının bəndinə uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda icraçı hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini sifarişçidən tələb edir. İddiaçı 59 ədəd radiorele xəttinin (RRX) anketindən görünür ki, cavabdeh tərəfindən 59 ədəd radioelektron vasitələrdən istifadə edilmişdir. İddiaçı tərəfindən cavabdehə EBCL seriyalı, 512215 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 221855 nömrəli xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 771798 nömrəli xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 342708 nömrəli xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 933146 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 096640 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 099098 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 737640 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 187041 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr cəmi 11323,37 manat ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. xx.xx.2022-ci il tarixli DRİ2022-06/220 nömrəli hesabdan görünür ki, "xxxx" MMCnin İddiaçınə 5547 manat borcu var. xx.xx.2022-ci il tarixli DRİ2022-09/38 nömrəli hesabdan görünür ki, "xxxx" MMC-nin İddiaçınə 2773 manat borcu var. xx.xx.2022-ci il tarixli DRİ2022-10/105 nömrəli hesabdan görünür ki, "xxxx" MMCnin İddiaçınə 3003,37 manat borcu var. xx.xx.2023-cü il tarixli MŞB/2/3871-2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 210 manat məbləğində mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1 və 430.2-ci maddələrinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2007-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nın (bundan sonra qaydalar) 1.7-ci bəndinə görə mülki istifadə məqsədləri üçün Komissiya tərəfindən icazə verilən tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrinin qeydiyyatı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı tərəfindən aparılır. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, icraçı İddiaçı və sifarişçi "xxxx" MMC arasında 01 fevral 2017-ci il tarixində 305 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” bağlanmış, sifarişçi "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirməyərək 11323,37 manat borcunu ödəməmişdir. Qeyd edilənlər iş materiallarına əlavə olunmuş müqavilə, hesablar və elektron qaimələr ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2017-ci il tarixli 305 nömrəli müqaviləyə əsasən 2022-ci il üçün tezlik və radioelektron vasitələrinə görə 11323,37 manat istismar haqqı və 210 manat mediasiya xərcinin əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2017ci il tarixli 305 nömrəli müqaviləyə əsasən 2022-ci il üçün tezlik və radioelektron vasitələrinə görə 11323,37 manat istismar haqqı və 210 manat mediasiya xərcinin əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar