Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1179/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə ödənilmiş 100000 manat məbləğində əsas borc, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 8500 manat məbləğində dəbbə pulu, 153161.42 manat əldən çıxmış fayda və müqavilənin 2.12-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün 100000 manat məbləğində maddi ziyan və mediasiya xərclərinin əvəzi olaraq 410 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası MPM-nin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Məhkəmə qeyd edir ki, daxil olmuş iddia ərizəsi üzrə 361661,42 (100000+8500+153161,42+100000) manat ümumi tələbə uyğun olaraq dövlət rüsumu 651,66 manat təşkil edir, lakin iddiaçı yalnız mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 410 manat məbləğində pulu ödəmiş, yerdə qalan 241,66 manat məbləğində dövlət rüsumu isə ödənilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, 241,66 manat məbləğində dövlət rüsumu ödənildikdən sonra yenidən məhkəməyə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1179/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1179/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver