Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1181/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə (X33, X23, X28, X34 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı “öhdəliklərin icra edilməsi” və birləşdirilmiş iş üzrə iddiaçı X33 Cavabdeh1 MTK-ya qarşı (QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) və "xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxslər olmaqla) qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X5 katibliyi ilə, İlkin iddia üzrə iddiaçının və birləşdirilmiş iş üzrə 3-cü şəxsin nümayəndəsi X6, İlkin və birləşdirilmiş iş üzrə Cavabdeh1 nümayəndəsi Hikmət Yiğitdölün, İlkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və birləşdirilmiş iş üzrə iddiaçı X15 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə (X33, X23, X28, X34 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı “öhdəliklərin icra edilməsi” və birləşdirilmiş iş üzrə iddiaçı X33 Cavabdeh1 MTK-ya qarşı (QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) və "xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxslər olmaqla) qeyriyaşayış sahəsinin təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB və Cavabdeh1 MTK tərəfindən 14 may 2014-cü il tarixli müqavilüəzrə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyriyaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulmasınıvə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MTK-dan iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB-nin İdarə Heyətinin sədri S.Kriman və Cavabdeh1 MTK-nın sədri H.S.Yigitdöl tərəfindən 14 may 2014-cü il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli,170 kv.m. ofisin QSC "xxxx" KB-yə verməyi, QSC "xxxx" KB isə həmin qeyriyaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. 14 may 2014-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi QSC "xxxx" KB-ə məxsusdur. Lakin 2014-cü il tarixindən sözügedən qeyri-yaşayış sahəsi Banka təhvil verilməmişdir. 14 may 2014-cü il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən, “Koorperativ” obyektin tikintisinin layihə sənədlərinə və tikinti NormaQaydalarının tələblərinə uyğun surətdə,müəyyən edilmiş müddətdə başa çatdırılmasını, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın 4-cü mərtəbəsində 23 nömrəli,170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi öhdəsinə götürür.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, QSC "xxxx" KB və Cavabdeh1 MTK tərəfindən 14 may 2014-cü il tarixli müqavilə üzrə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMCnin üzərinə qoyulmasını və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Nəzərinizə çatdırmaq istəyirik ki, iddiaçı X15 ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı qeyri-yaşayış obyektinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-8766/2024 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1181/2025 saylı kommersiya işinə bir icraatda birləşdirilməsi üçün göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-8766/2024 saylı mülki işi üzrə iddiaçı X33 tərəfindən Elektron Məhkəmə Sisteminə sübut qismində xx.xx.2018-ci il tarixli müqavilə əlavə edilmişdir. Belə ki, AR Auditorlar Palatasının auditoru A.A.Əliyev, Cavabdeh1 MTK-nın sədri Hikmet Yigitdöl və Cavabdeh2 MMC-nin direktoru Q.T.Əliyev arasında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri yaşayış sahələrində yaranmış bütün problemlərin Cavabdeh2 MMC tərəfindən həll edilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. İddia tələblərinin obyekti - Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsidir. Göründüyü kimi iddia tələbinin obyekti olan əmlak xx.xx.2018-ci il tarixli müqavilənin təsir dairəsində daxil olur. Odur ki, Cavabdeh2 MMC-nin e-2-2(113)-1181/2025 saylı kommersiya işi üzrə cavabdeh qismində cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır.
5. Birləşdirilmiş iş üzrə iddiaçı X33 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli, ümumi sahəsi 170 kv.m olan qeyri-yaşayış obyektinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birləşdirilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK-nın direktoru Hikmət Yigitdöl arasında qeyri-yaşayış obyektinin alqı-satqısına dair xx.xx.2014cü il tarixli 014 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli, 170 kv.m sahəsi olan qeyri-yaşayış obyekti ümumi dəyəri 850.000 manat dəyərləndirilərək tərəfindən həmin qeyri-yaşayış obyektinə hissə-hissə ümumi məbləğin 731.000 manatını öncədən ödəyərək (561.000+100.000+70.000 AZN), yerdə qalan 119.000 AZN pulu MTK-ya ödəməli idi. Həmin protokol 3 tərəfin razılığı ilə olmuşdur. Lakin həmin vaxt 119.000 AZN-i ödəyə bilmədiyi üçün və sonradan "xxxx" ASC ləğv edildiyi üçün həmin pulu ödəyə bilməmişdir. Hazırda qalıq olan 119.0 AZN pulu MTK-ya ödəməyə hazırdır, bu barədə dəfələrlə MTK-ya müraciətlər etsə də, lakin müsbət nəticə əldə edə bilməmişdir. Aralarındakı xx.xx.2014-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinin tələbinə əsasən MTK müqavilə şərtinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A1, A2 blokunun orta hissəsində, 4-cü mərtbəsində, 23 nömrəli, 170 kv.m sahəsi olan qeyri-yaşayış obyektini payçıya, yəni alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə və verilmiş maliyyə arayışlarına əsasən tərəfindən sözügedən qeyri-yaşayış obyektinin dəyərinin 731.0 manat hissəsinin ödənilməsinə, 119.000 manatı MTK-ya ödəməyə cəhd etsə də, yaşayış binasının tikintisinin başa çatdırılmasına baxmayaraq heç bir əsaslı səbəb göstərilmədən sözügedən qeyri-yaşayış obyektini bal- hazıradək ona təhvil verilmək İstəmir. Halbuki, dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh qeyri-yaşayış obyektinə daxil olmağına maneə yaratmış və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur, hal-hazırda da pozulmaqda davam edir. Çarəsiz qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəfindən həmin qeyri-yaşayış obyektinin ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehə müvafiq peretenziya məktubu da ünvanlamışdır. Ünvanlamış olduğu xx.xx.2024-cü il tarixli peretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə götürülmüş, lakin bu günə kimi heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi tamamilə qanuni və əsaslıdır, iddia tələbinin məhkəmə qaydasında təmin olunmalı və göstərilən qeyri-yaşayış obyektinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmalıdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8766/2024 saylı qərardadı ilə iddiaçı X15 Cavabdeh1 MTK-ya qarşı (QSC "xxxx" KB-nin (ləğv prosesindədir) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimsində cəlb olunduğu) qeyriyaşayış obyektinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməi tələbinə dair 2(011)-8766/2024 nömrəli mülki iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı QSC "xxxx" KB (ləğv prosesindədir) Cavabdeh1 MTK-ya qarşı öhdəliklərin icra edilməsi tələbinə dair e-2-2(113)-8995/2024 saylı kommersiya mübahisəsi üzrə işlə ir icraatda birləşdirilməsi qərara alınmışdır.
8. İlkin iddiaçının birləşdirilmiş iddia ərizəsinə dair mülahizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X15 ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı və iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X7 işi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı birləşdirilmiş işlər hazırda icraatdadır. Hikmət Yiğitdöl ilə QSC "xxxx" KB arasında xx.xx.2008-ci il tarixli, ********** saylı təminatsız kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən 6 ay müddətinə illik 22% dərəcəsi ilə 591.000 manat məbləğində kredit verilmişdir. X21 BƏS-də xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 212.946,12 manat məbləğində kredit borcu mövcuddur. X40 oğlu ilə QSC "xxxx" KB arasında xx.xx.2005-ci il tarixli, ********** saylı təminatlı kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən 12 ay müddətinə illik 20% dərəcəsi ilə 2.300.000.000 köhnə Azərbaycan manatı ilə kredit verilmişdir. X41 Sistemi üzrə verilən kreditin məbləği 470.000 manat kimi qeyd edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2008- ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbləri qismən təmin edilmiş, X40 oğlundan və "xxxx" MTK-dan müştərək qaydada 470.000 manat əsas, 107.133,82 manat faiz, cəmi 577.133,82 manat borcun tutulması qət edilmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzillərin QSC "xxxx" KB-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, iddiaçı X33, “X49” MTK və "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən QSC "xxxx" KB-yə məxsus olan A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh1 MTK tərəfindən QSC "xxxx" KB-yə həmin binanın 4cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini və QSC "xxxx" KB-nin isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin X1 etiraz etmədiyini bildirmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışında QSC "xxxx" KB-yə məxsus olan ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini əvəzində Hikmət Yiğitdöl ilə QSC "xxxx" KB arasında xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə həmçinin X40 oğlu ilə QSC "xxxx" KB arasında xx.xx.2005-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borcu ilə əvəzləşdiriləcəyi qeyd edilmişdir İddiaçı X15 cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzillərin ona təhvil verilməsini tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4393/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində Cavabdeh1 MTK-nın rəhbəri Hikmet Yiğitdöl tərəfindən aşağıdakı məzmunda ifadə verilməsi qeyd edilmişdir ( apellyasiya şikayəti də həmin məzmunda tərtib edilmişdir) Belə ki, 21, 22 və 24 saylı mənzillərin iddiaçıdan ( X33) əvvəl QSC "xxxx" KB-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, iddiaçı X33, “X49” MTK və QSC "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən QSC "xxxx" KB-nin xeyrinə girov qoyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh1 MTK tərəfindən QSC "xxxx" KB-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini və QSC "xxxx" KB isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin X1 etiraz etmədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh1 MTK ilə iddiaçı X33 arasında bağlanmış şifahi razılaşmaya əsasən iddiaçı X4 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin QSC "xxxx" KB-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcək, QSC "xxxx" KB isə Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin QSC "xxxx" KB-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış aldıqdan sonra balansa keçirəcək və bundan sonra Sənan və Hikmət adlı şəxslərin borcunu MKR-dən silinəcəkdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, mübahisələndirilən qeyri-yaşayış sahəsinin Banka məxsus olması Cavabdeh1 MTK-nın rəhbəri Hikmet Yiğitdöl tərəfindən birbaşa etiraf edilir. Məhkəməyə təqdim edilmiş sübutlardan mübahisələndirilən əmlakla bağlı müqavilənin ilkin olaraq Bankla bağlanması məlumdur. xx.xx.2014-cü il tarixli razılaşmadan sonra bağlanmış müqavilənin mötəbərliyi ilə bağlı əsaslı şübhələr mövcuddur. Həmin müqavilə Bankın razılığı olmadan tərəflərin öz arasında tərtib edilmişdir. Belə ki, borc əvəzində banka təhvil verilməli olan ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin hansı səbəbdən bankın razılığı olmadan X3 qeyri-müəyyən olaraq qalır. Cavabdeh1 MTK-nın rəhbəri Hikmet Yiğitdöl məhkəmə iclasında X33 tərəfindən qeyri-yaşayış sahəsinin alınması üçün ödənilmiş pul məbləğinin, borclarının qarşılığında Banka köçürüldüyünü iddia etsə də, həmin məbləğ banka köçürülməmişdir. Bütün bunları nəzərə alaraq, tərəflərindən verilmiş iddianı təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Cavabdeh1 MKT-nın nümayəndəsi məhkəməyə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, hər iki iddia predmeti Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32-də inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A1 A2 bloklarının orta hissəsində olan 4-cü mərtəbədə yerləşən, sahəsi 170 kv.m olan 23 saylı qeyri-yaşayış obyektidir. Bununla bağlı aşağıdakıları bildirmək istəyir: 1 .Cavabdeh1 MTK (VÖEN: **********) xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X8r. Respublika Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin X14 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və ona X14 Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli **********857400 saylı çıxarış sənədi verilmişdir. Həmin çıxarış sənədinə əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X11, təsisçiləri isə X43, X42, X13, X24 və X9r. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1- ci bəndi ilə "HOM-PAŞ Prestij” MTK-ya Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181- ci məhəllədə, Xocalı prospekti 32 ünvanında 0,73 ha torpaq sahəsi, həmin ünvanda 5 bloklu hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmış, həmin tikintinin aparılması üçün eskiz layihə işləri görülmüşdür. Öz vəsaitimiz hesabına və "xxxx" Kommersiya Bankından götürülmüş kredit hesabına həmin ünvanda yerləşən 0,73 ha torpaq sahəsinin 0,2316 ha hissəsində 18 mərtəbəli A1 A2 bloklarını və A1 A2 bloklarının arasında 6 mərtəbə (2 mərtəbəsi zirzəmi olmaqla) hər iki binanı tikib başa çatdırdıq. Sözdə Maliyyə çatışmaması səbəbindən 0,73 ha torpaq sahəsinin geridə qalan 0,4984 ha hissəsində əlavə olaraq 3 bloklu hündürmərtəbəli yaşayış binasını inşa edib başa çatması üçün əlavə vəsait lazım olduğu üçün X25 Notarial qaydadaözümə 20%ə şərik etdim. Bu barədə MTK-nın Nizamnaməsində Vergilər Departamentinin sənədləşdiriliməsi səbəbindən X39 payçı kimi göstərilməyib (2013-cü il). 0,4984 ha torpaq sahəsində 3 bloklu hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması, lazımi sənədlərin toplanması, eləcə də eskiz layihəsində bəzi dəyişikliklərin aparılması üçün ilk olaraq 19 oktyabr 2013-cü il tarixində xx.xx.2014-cü il tarixinə kimi işlərin aparılmasına kömək məqsədi ilə etibarnamə verdim. Ailə vəziyyətim ilə əlaqədar olaraq uzun müddət Türkiyə Respublikasına getməli olduğum üçün 04 sentyabr 2014-cü ildə X26 yenidən həmin işləri davam etdirməsi üçün uzun müddətə etibarnamə verdim. Mən bir müddət Türkiyə Cümhuriyyətində qaldığım dövrdə Cavabdeh1 MTK-nın təmsilçilərinin hesabına tikintisi tamamlanmış 2 bloklu hündürmərtəbəli yaşayış binasının A1 A2 və eləcə də onun orta hissəsində tikilmiş 6 mərtəbə (-2 mərtəbəsi qaraj) olan qeyri-yaşayış obyektlərindən və mənzillərdən mənzilin və obyektlərin müəyyən hissəsində aparılmış satışdan və ödəniləcək məbləğdən X39 istifadə edərək inşasına başladığımız yeni tikiləcək 3 bloklu hündürmərtəbəli yaşayış binasının layihə işlərini və texniki işlərini aparmış, sonradan mənim Azərbaycanda olmamağımdan istifadə edib Cavabdeh1 MTK-nın “xüsusi” balanfcında mənim imzamı saxtalaşdıraraq guya ki, 0,4984 ha torpaq sahəsini "xxxx" MTK-nın adına keçirilməsi barədə razılıq vermişəm. Cavabdeh2 MMC xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən xx.xx.2004-cü il tarixli ********* saylı şəhadətnamə (VÖEN) verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin tərəfindən qeydiyyata alınmış və ona X14 Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli **********25700 saylı çıxarış sənədi verilmiş və təsisiçisi X27r. Azərbaycana qayıtdıqda bilmişəm ki, tikintisini başa çatdırdığım A1, A2 blokunun bir neçə mənzilləri tərəfimdən satılmasına baxmayaraq Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X39 bəzi mənzilləri təkrar satmaqla MTK-ya üzv olan payçılar arasında narazılıqlar yaratmış, həmin payçıların da bir neçəsi artıq dövlət orqanlarına müraciətlər edibdir. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hər ikimizə qarşı açılmış cinayət işi uzun müddət davam etmiş, istintaq dövründə bütün anlaşılmamazlıqlara aydınlıq gətirilmiş, mənim etibarımdan sui- istifadə edərək Cavabdeh2 MMC-nin balansına ayrılmış xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncama əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda onun təsisçisi və qanuni təmsilçisi kimi tanınan (məhkəmədə barışıq sazişi imzalandı) X39 tərəfindən tikilməkdə olan C, D bloklarındakı sahələrə təkrar satış edilmiş vətəndaşların ora Cavabdeh2 MMC tərəfindən yerləşdirilməsi və yeni tikdiyi binada həmin vətəndaşları sənədlə təmin etmək öhdəliyi qəbul etmişdir. Həmin razılaşma xx.xx.2018-ci il tarixli müqavilədə və eləcə də 21 fevral 2019- cu il tarixli Auditor rəyində öz əksini tapmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmündə də göstərilmişdir. xx.xx.2018-ci il tarixli müqavilə, 21 fevral 2019-cu il tarixli Auditor rəyi və eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü Sizin icraatınızda olan iş materiallarında təqdim edilib. “HOM-PAŞ Prestij" MTK ilə onun təsisçiləri arasında 02 iyul 2007-ci il tarixində “Birgə fəaliyyətin göstərilməsi haqqında” müqaviləyə əsasən "xxxx" MTK-nın direktoru Asif Abbasov bizə ayrılmış 0,73 ha torpaq sahəsində 5 bloklu hündürmərtəbəli yaşayış binasının tikintisi üçün, təsisçisi olduğu “ABES” kəndli fermer təsərrüfatı təsisçilərinin ümumi yığıncağının 25 may 2007-ci il tarixli protokoluna əsasən “ABES” kəndli fermer təsərrüfatının xüsusi mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 20 ha, və mənim adımda olan 2 torpaq sahəsini ( 2.22 ha və 2.23 ha) QSC "xxxx" KB ilə "xxxx" MTK arasında imzalanmış 29 may 2007-ci il tarixli ********** saylı kredit müqaviləsini təmin etmək məqsədi ilə xx.xx.2007-ci il tarixində bağlanmış ********** saylı İpoteka müqaviləsi bağlanmışdır. Bizim MTK həmin bankla işlədiyinə görə 2008-ci il tarixində də mənə kredit xətti açaraq 591.000 AZN ( beş yüz doxsan min manat) vəsaiti kreditlə vermişdir və həmin krediti tam ödəyərək borcumu bağlamışam. X37 bağladığı kredit müqaviləsini vaxtında ödəyə bilmədiyinə görə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən və qeyri-yaşayış obyektlərindən banka girov kimi qoyub 20 ha torpaq sahəsini girovdan azad etmək məqsədilə xx.xx.2009-cu il tarixində şəxsən mən bir neçə mənzillərin müqaviləsini bankın direktoru olan Krimana təklif etdim. Və bir müddət sonra yerdə qalan müqavilələrin nəğd şəkildə pulunu ödəyərək , həmin müqavilələri Krimandan geri almışam. uHOM-PAŞ Prestij” MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A1 A2 bloklarının orta hissəsində yerləşən 4-cü mərtəbədə sahəsi 170 kv.m olan qeyri-yaşayış obyekti mənim tərəfimdən vətəndaş X2. Bu barədə xx.xx.2014-cü il tarixli 014 saylı alqı-satqı müqaviləsi də imzalanmışdır. Həmin qeyri-yaşayış obyekti tərəfimdən başqa adama satılmamış, lakin hal-hazırda həmin obyektə başqa bir vətəndaş sənədsiz daxil olaraq oradan istifadə etdiyinə görə həmin obyekti mən alıcı X19 təhvil verə bilmirəm. Sənan Novruzovun QSC "xxxx" KB ilə bağlamış olduğu kredit müqaviləsi təminatlıdır, sadəcə olaraq onu bildirmək istəyirəm ki, həmin dövrdə mən QSC “Bank Standart’ KB-nin işçilərini tanıdığıma görə onlardan Sənan Novruzova kredit verilməsini xahiş etmişdim. Hal-hazırda ona zamin durmağım barəsində Zaminlik müqaviləsinə imza atmağım yadımda deyil. Həmçinin bildirmək istəyirəm ki, X40 oğlunun krediti QSC "xxxx" KB -na ödəmədiyinə görə bu barədə Bakı şəhəri Xətai Rayon Məkəməsinin 07 iyul 2008 -ci il tarixli iş № 2 ( 011) 1117 /08 saylı qətnaməsi ilə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri , Səbail rayonu , Badamdar qəsəbəsi, 2-ci massiv küçəsindəki , 4 otaqlı, 128,1 kvm yaşayış sahəsi, 201.6 kvm ümumi sahəsi olan 176 saylı fərdi yaşayış evinə yönəldilmişdir. Banka Cavabdeh1 MTK-nın 119.000 AZN (bir yüz on doqquz min manat) ödəniş olunmağını qəbul edirəm,( lakin 731 000 AZN olan vəsaiti Krimana nağd şəkildə tam ödəmişən) qalan iddialarda göstərilən xüsusatları rədd edir.
10. Cavabdeh2 MMC-nin vəkili xx.xx.2025-ci il tarixində iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraicət edərək X33 və QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin əsassız olduğunu və iddia tələbinin məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş 6 illik iddia müddətinin ötürüldüyünü nəzərə alaraq Sizdən iddia müddətinin tətbiq edilməsi və iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, İddia müddətinin tətbiq edilməsinə dair İddiaçı X15 ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı və iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X7 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-yə qarşı birləşdirilmiş işlər hazırda icraatınızdadır. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1181/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 olmaqla) qarşı “öhdəliklərin icra edilməsi” və birləşdirilmiş iş üzrə iddiaçı X33 Cavabdeh1 MTK-ya qarşı (QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla) qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair e-2-2(113)-1181/2025 saylı kommersiya mübahisəsi üzrə birləşdirilmiş iş üzrə iddiaçı X15 Cavabdeh1 MTK-ya qarşı (QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) müstəqil tələb irəli sürməyən 3cü şəxs olmaqla) qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iş üzrə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Qeyd edim ki, iddiaçılar X33 və QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələrə istinad edərək Cəmiyyətdən onlara qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb edirlər. Qeyd edim ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddiaçılar tərəfindən hazırda qaldırılmış iddia tələbi qanunla müəyyən edilmiş iddia müddətlərinin ötürülməsi ilə məhkəməyə təqdim edilmişdir. Tərəfimizdən bir müddət əvvəl eyni tipli ərizə məhkəmə sisteminə yerləşdirilmişdir. Lakin məhkəmə tərəfindən bizə haqlı olaraq bildirilmişdir ki, həmin müddətdə biz Əliyev Musa tərəfindən qaldırılmış iddia tələbi üzrə tərəf deyilir. Hazırda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından sonra təkrar məhkəməyə eyni tipli ərizə ilə müraciət edirik. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
II. Tərəflərin mövqeləri:
12. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/birləşdirilmiş iddia üzrə cavabdehin nümayəndəsi iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş/birləşdirilmiş iddia üzrə iddiaçı/ilkin iddia üzrə 3-cü şəxs ilkin iddia ərizəsinin rədd edilməsini, öz iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən həm ilkin, həm birləşdirilmiş iddia üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi Bankın iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
15. İlkin iddia üzrə cavabdehin/birləşdirilin iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
16. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin/birləşdirilin iş üzrə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
17. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətinə əsasən:
19. Müqavilənin 1.3-cü bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Hom-Paş Prestij“ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tkintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli ofis 170 kv.m., “Kooperativ” “Payçı” ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini “payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbule tməyi öz öhdələrinə götürürlər.
20. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəf imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayır.
21. QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə MTK tərəfindən imza və möhür ilə, Bank tərəfindən yalnız bankın idarə heyətinin sədri S.Krimanın imzası ilə təsdiq edilmişdir.
22. xx.xx.2014-cü il tarixli maliyyə arayışının surətinə əsasən Bakı şəhəri, Xocalı pr, 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində,4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi (ofis) QSC "xxxx" KB0na məxsus olduğu vəbu 3 tərəfin razılı ilə yazılmış maliyyə arayışı Hikmət Yiğitdol, Sənan Novruzov, QSC "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman kreditlərdən qalan borc əvəzində verildiyi, Hikmət Yigitdol, Sənan Novruzovun "xxxx" KB-na heç bir borcu qalmadığını, bundan öncə bağlanan yaşayış və qeyri-yaşayış sahələrinə aid bütün müqavilələr etibarsız hesab edildiyi, pay dəyəri olan 850000 manatın tam ödənildiyi və borcu olmadığı qeyd olunmuşdur.
23. xx.xx.2014-cü il tarixli qarşılıqlı razılaşma protokolunun surətinə əsasən "xxxx"a məxsus olan ofis 170 kv.m. 4-cü mərtəbədə yerləşən 23 nömrəli ofisin (hazır tikilinin) dəyəri 850000 manat və bir il müddətində Cavabdeh1 MTK tərəfindən 170 kv.m. olan ofis təmir edilib "xxxx"a təhvil veriləcəyi, "xxxx" A2 blokunda 21/22/24 və 30 nömrəli mənzillərin X1 etiraz etmədiyi və daha əvvəl banka girov kimi verilən bütün müqavilələr, mənzillər yaşayış və qeyri-yaşayış sahələrinin etibarsız hesab edildiyi və 170 kv.m. ofis əvəzində Hikmet Yigitdolun bankda olan və eləcə də Sənan Novruzon qalan kredit borclarının tam bağlanılmış hesab edilməsi razılaşdırılmışdır.
24. Cavabdeh1 MTK ilə X33 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 014 saylı müqaviləyə (əsli iş materiallarında mövcüddur) əsasən:
25. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən “Hom-Paş Prestij“ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tkintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli ofis 170 kv.m., “Kooperativ” “Payçı” ya (ofisin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini “payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
26. xx.xx.2014-cü il tarixli maliyyə arayışına (əsli iş materiallarında mövcüddür) əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın Al , A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 m2 sahəsi olan qeyri-yaşayış obyekti X19 850 000 AZN satıldığı, ümumi məbləğin 731 000 AZN-i daha öncədən 3 dəfəyə ödəndiyi, (561 000 AZN + 100 000 AZN + 70 000 AZN) lakin yerdə qalan hissə 170 m2 sahəli ofis X19 təhvil verildiyində), yəni 119 000 AZN "Standart Bank” -a ödəniş ediləcəkəyi (sözügedən obyekt banka məxsus olduğuna görə). Bu protokol hər üç tərəfin razılığı ilə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən bağlandığı, həmçinin "xxxx"-a məxsus olan ofis 170 kv m 4-cü mərtəbədə yerləşən 23 nömrəli ofisin (hazır tikilinin) dəyəri 850.000 azn olan və bir il muddətində Cavabdeh1 MTK tərəfindən 170 kv. m olan ofis tam tamir edilib "Standart Banka"-a tehvil veriləcəyi və "Standart Bank” ASC yerdə qalan vəsaitin qarşılığında obyekti 1 il ərzində X19 təhvil verməyi öhdəsinə götürdüyü, o cümlədən Hikmət Yiğitdölə məxsus ********** şifrəli kredit hesabı və eləcədə də Senan Novruzova məxsus ********** şifrəli kredit hesabı ödəniş tamamlandığında bağlanmış hesab ediləcəyi qeyd olunmuşdur. Arayış MTK-nın möhür və imzası ilə, Bankın idarə heyətinin imzası ilə və Əliyev Musanın imzası ilə təsdiq edilmişdir.
27. “X49” MTK-nın xx.xx.2014-cü il tarixli Ümumi yığıncağının protokolundan çıxarışdan (əsli) görünür ki, kooperativin üzvləri yekdilliklə X15 “X49” MTK-ya üzv və payçı kimi qəbul olunmasına razılıq veriblər.
28. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən:
29. Müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Yığıtdöl Hikmət Bakı ş., Xocalı pr., 32 ünvanında inşa etdiyi 21 mərtəbəli A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı pr., 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X39 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinn tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixdə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının Yiğitdöl Hikmətin şəriki Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi X20 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir.
30. Müqvilənin 2-ci bəndinə əsasən müxtəlif vaxtlarda tərtib olunmuş müqavilələrə əsasən Cavabdeh1 MTK-nın təsisçisi və qanuni təmsilçisi X10 rəsmi şəriki Cavabdeh2 MM-nin təsisçisi və qanuni təmsilçisi X39 aşağıda qeyd olunan öhdəliklərin icrasını öz üzərinə götürür:
31. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MTK-nın təsisçisi və qanuni təmsilçi X12 tərəfindən ayrı-ayrı şəxslərə təkrar satılmış və Audit rəyində öz əksini tapacaq həcmlərdə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi öhdəliyinin Cavabdeh2 MMC-yə keçməsini və həmin Cəmiyyət tərəfindən vurulmuş ziyanın ödənilməsi prosessinin qısa müddətdə icra edilməsini,
32. Müqavilənin 3.2-ci bəndinə əsasən Cavabdeh1 MTK-nın X26 və Cavabdeh2 MMC-yə qarşı qaldırdığı bütün məhkəmə iddialarından və müxtəlif orqanlara şikayətlərindən imtina etməyi, Cavabdeh1 MTK-nın Cavabdeh2 MMC-yə qarşı hər hansı iddiasının olmayacağını,
33. Müqavilənin 3.3-cü bəndinə əsasən “X49” MTK audit keçirildikdən sonra ortaya çıxacaq istənilən mübahisəli məsələni, o cümlədən təkrar alqı-satqı müqavilələrində nəzərdə tutulmuş digər şəxslər qarşısında öhdəliklərə görə özünün məsuliyyət daşımağını,
34. Müqavilənin 3.5-ci bəndinə əsasən Cavabdeh1 MTK Bakı ŞİH-nin 443 saylı 2015-ci il oktyabr tarixli sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihələndirilmiş 3 bloklu yaşayış kompleksini və altındakı torpaq sahələrinin Cavabdeh2 MMC-yə məxsus olmasını, Hikmət Yiğitdol tərəfindən tiilmiş A1 bloknda, eləcə də A1, A2 blokları arasında olan 6 mərtəbəli (2mərtəbəsi zirzəmi olmaqla) qeyri-yaşayış sahəsindən yaranmış bütün problemlərin Cavabdeh2 MMC tərəfində həll edilməsini qəbul edir.
35. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-78/2020 saylı hökmünə əsasən X30 AR CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və müvafiq maddələrə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
36. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin rədd edilməli, birləşdirilmiş iddia ərizəsi təmin edilməlidir.
37. Belə ki, işin halları ondan ibarətdir ki, ilkin iddiaçı bildirir ki, QSC "xxxx" KB-nin İdarə Heyətinin sədri S.Kriman və Cavabdeh1 MTK-nın sədri H.S.Yigitdöl tərəfindən 14 may 2014-cü il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli,170 kv.m. ofisin QSC "xxxx" KB-yə verməyi, QSC "xxxx" KB isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. 14 may 2014-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyriyaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi QSC "xxxx" KB-ə məxsus olduğundan ilkin iddiaçı həmin qeyri-yaşayış sahəsinin ona verilməsini tələb edir. Birləşdirilmiş iddia üzrə iddiaçı isə bildirir ki, Cavabdeh1 MTK-nın direktoru Hikmət Yigitdöl arasında qeyri-yaşayış obyektinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli 014 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli, 170 kv.m sahəsi olan qeyriyaşayış obyekti ümumi dəyəri 850.000 manat dəyərləndirilərək tərəfindən həmin qeyriyaşayış obyektinə hissə-hissə ümumi məbləğin 731.000 manatını öncədən ödəyərək (561.000+100.000+70.000 AZN), yerdə qalan 119.000 AZN pulu MTK-ya ödəməli idi. Həmin protokol 3 tərəfin razılığı ilə olmuşdur. Lakin həmin vaxt 119.000 AZN-i ödəyə bilmədiyi üçün və sonradan "xxxx" ASC ləğv edildiyi üçün həmin pulu ödəyə bilməmişdir. Hazırda qalıq olan 119.000 AZN pulu MTK-ya ödəməyə hazırdır, bu barədə dəfələrlə MTK-ya müraciətlər etsə də, lakin müsbət nəticə əldə edə bilməmişdir. Aralarındakı xx.xx.2014-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinin tələbinə əsasən MTK müqavilə şərtinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A1, A2 blokunun orta hissəsində, 4-cü mərtbəsində, 23 nömrəli, 170 kv.m sahəsi olan qeyri-yaşayış obyektini payçıya, yəni alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə və verilmiş maliyyə arayışlarına əsasən tərəfindən sözügedən qeyri-yaşayış obyektinin dəyərinin 731.0 manat hissəsinin ödənilməsinə, 119.000 manatı MTK-ya ödəməyə cəhd etsə də, yaşayış binasının tikintisinin başa çatdırılmasına baxmayaraq heç bir əsaslı səbəb göstərilmədən sözügedən qeyri-yaşayış obyektini bal- hazıradək ona təhvil verilmək İstəmir. Halbuki, dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh qeyri-yaşayış obyektinə daxil olmağına maneə yaratmış və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur, hal-hazırda da pozulmaqda davam edir. Çarəsiz qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
38. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi)
40. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə).
41. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə).
42. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə)
43. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə)
44. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi)
45. Məhkəmə iş materiallarında olan müqavilələrin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddiaların həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir.
46. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə)
47. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə)
48. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə)
49. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə)
50. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə)
51. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə)
52. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə)
53. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə)
54. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə)
55. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə)
56. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə)
57. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir.
58. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
59. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
61. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.
62. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
63. İlkin iddia ərizəsi üzrə qiymətləndirmə:
64. İşdən göründüyü kimi QSC "xxxx" KB-nin ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən “Hom-Paş Prestij“ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tkintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli ofis 170 kv.m., “Kooperativ” “Payçı” ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini “payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüş və müqavilənin qüvvəyə minməsi kimi imzalanma şərti nəzərdə tutulmuşdur. Lakin müqavilə MTK tərəfindən imza və möhür ilə təsdiq edilsə də, Bank tərəfindən yalnız bankın idarə heyətinin sədri tərəfindən imza ilə təsdiq edilmişdir. Məhkəmə qedişatı zamanı ilkin iddia üzrə iddiaçıdan həmin müqavilənin və maliyyə arayışının əslinin təqdim edilməsi təklif edilmiş, lakin Bankın nümayəndəsi həmin sənədlərin əisllərinin onlarda mövcüd olmadığını bildirmişdir (yazılı sübutun mötəbərliyi mübahisə doğurursa MPM-nin 89.3-cü maddəsinə əsasən sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir).
65. Beləliklə, birincisi, ilkin iddia üzrə iddiaçı-Bank ilə MTK arasında bağlanmış müqavilənin möhtəbərliyi məhkəmədə şübhə doğurmuşdur. Lakin, həmin müqavilə MTKnın nümayəndəsi tərəfindən inkar edilməmiş, əksinə bildirmişdir ki, öncə Bank ilə müqavilə bağlansa da, lakin son olaraq Bankın razılığı iki kredit müqaviləsi üzrə götürülən pulların ödənilməsi müqabilində mübahisəli qeyri-yaşayış sahəsi X2.
66. Bundan başqa xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı pr, 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində,4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi (ofis) QSC "xxxx" KB-na məxsus olduğu və bu 3 tərəfin razılı ilə yazılmış maliyyə arayışı Hikmət Yiğitdol, Sənan Novruzov, QSC "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman kreditlərdən qalan borc əvəzində verildiyi, Hikmət Yigitdol, Sənan Novruzovun "xxxx" KB-na heç bir borcu qalmadığını, bundan öncə bağlanan yaşayış və qeyri-yaşayış sahələrinə aid bütün müqavilələr etibarsız hesab edildiyi, pay dəyəri olan 850.000 manatın tam ödənildiyi və borcu olmadığı qeyd olunmuşdur. Buna əlavə olaraq xx.xx.2014-cü il tarixli qarşılıqlı razılaşma protokoluna əsasən "xxxx"a məxsus olan ofis 170 kv.m. 4-cü mərtəbədə yerləşən 23 nömrəli ofisin (hazır tikilinin) dəyəri 850000 manat və bir il müddətində Cavabdeh1 MTK tərəfindən 170 kv.m. olan ofis təmir edilib "xxxx"a təhvil veriləcəyi, "xxxx" A2 blokunda 21/22/24 və 30 nömrəli mənzillərin X1 etiraz etmədiyi və daha əvvəl banka girov kimi verilən bütün müqavilələr, mənzillər yaşayış və qeyri-yaşayış sahələrinin etibarsız hesab edildiyi və 170 kv.m. ofis əvəzində Hikmet Yigitdolun bankda olan və eləcə də Sənan Novruzon qalan kredit borclarının tam bağlanılmış hesab edilməsi razılaşdırılmışdır.
67. Həmçinin xx.xx.2014-cü il tarixli maliyyə arayışına (əsli iş materiallarında mövcüddür) əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın Al , A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 m2 sahəsi olan qeyriyaşayış obyekti X19 850 000 AZN satıldığı, ümumi məbləğin 731 000 AZN-i daha öncədən 3 dəfəyə ödəndiyi, (561 000 AZN + 100 000 AZN + 70 000 AZN) lakin yerdə qalan hissə 170 m2 sahəli ofis X19 təhvil verildiyində), yəni 119 000 AZN "Standart Bank” -a ödəniş ediləcəkəyi (sözügedən obyekt banka məxsus olduğuna görə). Bu protokol hər üç tərəfin razılığı ilə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən bağlandığı, həmçinin "xxxx"-a məxsus olan ofis 170 kv m 4-cü mərtəbədə yerləşən 23 nömrəli ofisin (hazır tikilinin) dəyəri 850.000 azn olan və bir il muddətində Cavabdeh1 MTK tərəfindən 170 kv. m olan ofis tam tamir edilib "Standart Banka"-a tehvil veriləcəyi və "Standart Bank” ASC yerdə qalan vəsaitin qarşılığında obyekti 1 il ərzində X19 təhvil verməyi öhdəsinə götürdüyü, o cümlədən Hikmət Yiğitdölə məxsus ********** şifrəli kredit hesabı və eləcədə də Senan Novruzova məxsus ********** şifrəli kredit hesabı ödəniş tamamlandığında bağlanmış hesab ediləcəyi qeyd olunmuşdur. Arayış MTK-nın möhür və imzası ilə, Bankın idarə heyətinin imzası ilə və Əliyev Musanın imzası ilə təsdiq edilmişdir.
68. Yəni, Bank ilə MTK arasında bağlanmış müqavilə etibarlı müqavilə hesab edildiyi halda belə, nəzərə alınmalıdır ki, X33 ilə müqavilə bağlanan zaman həmin qeyri-yaşayış sahəsinin M.Əliyeva satılmasına dair Bankın nümayəndəsinin (məhz müqaviləni və bütün maliyyə arayışlarını imzalayan Bankın idarə heyətinin sədrinin) razılığı olmuşdur. Və mübahisəli qeyri-yaşayış sahəsinə görə Musa Əliyevin cəmi 119.000 manat borcun mövcüdluğu və həmin məbləğin qeyri-yaşayış sahəsi ona təhvil verildikdən sonra ödəniləcəyi MTK, Bank və M.Əliyev tərəfindən razılaşdırılmışdır.
69. Qeyd olunanlardan göründüyü kimi ilkin iddiaçı (Bank) mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Əliyev Musaya satılmasına etiraz etməmiş və maliyyə arayışına və MTK-nın ümumi yığıncağının protokoluna əsasən Əliyev Musa tərəfindən sahəsi 170 kv.m olan 23 nömrəli qeyri-yaşayış sahəsinə görə 731.000 manat ödənildiyi, MTK-ya 119.000 manat borclu qaldığı, MTK-ya üzv və payçı kimi qəbul olunduğu müəyyən edilmişdir.
70. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İlkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh1 MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə tələbi təmin edilə bilməz.
71. İlkin iddia ərizəsinin Cavabdeh2 MMC-yə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə də tələb tamamilə əsassızdır, rədd edilməlidir.
72. Belə ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə)
73. Lakin, Bank ilə ikinci Cavabdeh2 MMC arasında hər-hansı müqavilənin, beləliklə də öhdəlik hüquq münasibətlərinin, mövcüdluğu müəyyən edilmir.
74. İlkin iddia üzrə iddiaçı-Bankın “AR Auditorlar Palatasının auditoru A.A.Əliyev, Cavabdeh1 MTK-nın sədri Hikmet Yigitdöl və Cavabdeh2 MMC-nin direktoru Q.T.Əliyev arasında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri yaşayış sahələrində yaranmış bütün problemlərin Cavabdeh2 MMC tərəfindən həll edilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. İddia tələblərinin obyekti - Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsidir. Göründüyü kimi iddia tələbinin obyekti olan əmlak xx.xx.2018-ci il tarixli müqavilənin təsir dairəsində daxil olur” arqumentlərini məhkəmə tamamilə əsassız hesab edir. Belə ki, AR Auditorlar Palatasının auditoru A.A.Əliyev, Cavabdeh1 MTK-nın sədri Hikmet Yigitdöl və Cavabdeh2 MMC-nin direktoru Q.T.Əliyev arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MTK-nın təsisçisi və qanuni təmsilçi X12 tərəfindən ayrı-ayrı şəxslərə təkrar satılmış və Audit rəyində öz əksini tapacaq həcmlərdə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi öhdəliyinin Cavabdeh2 MMC-yə keçməsini və həmin Cəmiyyət tərəfindən vurulmuş ziyanın ödənilməsi prosessinin qısa müddətdə icra edilməsini, audit keçirildikdən sonra ortaya çıxacaq istənilən mübahisəli məsələni, o cümlədən təkrar alqı-satqı müqavilələrində nəzərdə tutulmuş digər şəxslər qarşısında öhdəliklərə görə “X49” MTK özü məsuliyyət daşıyır.
75. İş materiallarında olan istintaq zamanı tərtib edilmiş Audit rəyində, xx.xx.2018-ci il tarixli müqavilədə və Məhkəmə Hökmündə nə Bank, nə də X33 zərərçəkmiş şəxslər qismində tanınmayıblar (istintaq zamanı onlar tərəfindən zərərçəkmiş şəxs qismində tanınmaları barədə müraciətlər belə olunmayıb).
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
77. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
80. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
81. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
82. Birləşdirilmiş iddia tələbinə dair qiymətləndirmə:
83. Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, iddiaçı X33 ilə cavabdeh “X49” MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 014 saylı müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən “Hom-Paş Prestij“ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tkintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli ofis 170 kv.m., “Kooperativ” “Payçı” ya (ofisin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini “payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşdür. Tərəflərin razılığına əsasən 731.000 manat Əliyev Musa tərəfindən ödəniş edilmiş, yerdə qalan 119.000 manat qeyri-yaşayış sahəsi təhvil verildikdən sonra ödənilməlidir. Göründüyü kimi M.Əliyev tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, lakin MTK tərəfindən qeyri-yaşayış sahəsi alıcıya/sifarişçiyə təhvil verilməmişdir.
84. Məhkəmə gedişatı zamanı Cavabdeh2 MMC-nin nümayəndəsi bildirmişdir ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən A1 və A2 blokların orta hissəsində 4cü (mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə) mərtəbəsində boş qalan hərhansı qeyri-yaşayış sahəsi mövcüd deyil, bütün qeyri-yaşayış sahələri X16, X22, X32 və X17 satılmış və təhvil verilmişdir (məhkəmə tərəfindən həmin şəxslər iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilmişdilər).
85. Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatının dorğuluğunu və ümumiyyətlə mübahisəli 170 kv.m qeyri-yaşayış sahəsinin faktiki olaraq kimi sahibliyində olmasının müəyyən edilməsi üçün məhkəmə tərəflərin iştirakı ilə yerinə müəyinə keçirmişdir (müayinə zamanı foto və video görüntülər çəkilərək iş materiallarına əlavə edilmişdir). Və muayinə zamanı müəyyən edildi ki, Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatı həqiqəti əks etdirmir (növbəti iclaslarda nümayəndə ona da müvəkkilinin yalnış məlumat verilməsi və mübahisəli ərazidə özünün əvvəllər olmadığı səbəbi ilə o cür yalnış izahat verdiyini bildirmişdir), mübahisəli qeyri-yaşayış sahəsi əlavə olaraq kiməsə satılmayıb və adları qeyd edilən şəxslərin sahibliyində deyil. Əksinə mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin təsisçisi Qabil Əliyevin sahibliyindədir (yerində baxış zamanı Cavabdeh2 MMC-nin təsisçisi kimi özünü təqdim etdi və qeyri-yaşayış sahəsinin və açarının onun sahibliyində olduğunu, sahibliyinin qanuni olduğunu bildirmişdir).
86. Növbəti məhkəmə iclaslarında mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən öz sahiblik və istifadəsinə götürdüyünə dair hüquqi əsasların nədən ibarət olmasına nümayəndəyə suallar ünvanlansa və sübutların təqdim edilməsi təklif edilsə də, nümayəndə yalnız istintaq zamanı AR Auditorlar Palatasının auditoru A.A.Əliyev, Cavabdeh1 MTK-nın sədri Hikmet Yigitdöl və Cavabdeh2 MMC-nin direktoru Q.T.Əliyev arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Və bildirmişdir ki, Cavabdeh2 MMC məhkəmə hökmünə əsasən saysız-hesabsız zərərçəkmiş şəxslərin tələblərini təmin etmiş, bu qeyri-yaşayış sahəsi də onun özünə qalmalıdır. Lakin, məhkəmə bir daha da qeyd edir ki, nə xx.xx.2018-ci il tarixli müqavilədə, nə istintaq zamanı tərtib edilmiş audit rəyində, nə də məhkəmə hökmündə hazırkı iş üzrə mübahisəli qeyri-yaşayış sahəsi araşdırma/müzakirə/mübahisə predmeti olmamışdır. Ələxsus da həmin xx.xx.2018-ci il tarixli müqavilədə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC-yə keçməsinə dair hər-hansı müdəa öz əksini tapmamışdır.
87. Həmin müqavilə ilə MMC-nin təsisçisi Cavabdeh1 MTK tərəfindən ayrı-ayrı şəxslərə satılmış və zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməsi öhdəliyini öz üzərinə götürmüş və həmin müqavilənin 3.5-ci bəndinə əsasən Cavabdeh1 MTK Bakı ŞİH-nin 443 saylı 2015-ci il oktyabr tarixli sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihələndirilmiş 3 bloklu yaşayış kompleksini və altındakı torpaq sahələrinin Cavabdeh2 MMC-yə məxsus olmasını, Hikmət Yiğitdol tərəfindən tiilmiş A1 bloknda, eləcə də A1, A2 blokları arasında olan 6 mərtəbəli (2mərtəbəsi zirzəmi olmaqla) qeyri-yaşayış sahəsindən yaranmış bütün problemlərin Cavabdeh2 MMC tərəfində həll edilməsini qəbul etmişdir. Göründüyü kimi həmin müqavilə Cavabdeh2 MMC-yə sadəcə yaranmış problemlərin həlli ilə bağlı öhdəlik verilmişdir.
88. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və mülki işdə olan sübutları nəzərə alaraq, belə qənaətə gəlir ki, X15 iddiası əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən iddiaçı X19 təhvil verilməlidir.
89. Bundan əlavə, məhkəmə son olaraq, Cavabdeh2 MMC-nin X33 və QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizələrinə dair vermiş olduğu 6 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələrinə dair aşağıdakıları qeyd edir.
90. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
91. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
92. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
93. 384.0-cə maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir:
94. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;
95. Qeyd olunanlardan göründüyü kimi hazırkı iş üzrə iddiaçılar (ələxsus da iddiası təmin olunan M.Əliyevin) pozulmuş mülkiyyət hüquqlarının bərpasını məhkəmədə mübahisələndirmişlər və həmin növ mübahisələr üzrə isə mülki qanunvericilikdə iddia müddətinin şamil edilmədiyi nəzərdə tutulmuşdur.
96. Buna görə də Cavabdeh2 MMC-nin ərizəsi əsassız olduğundan təmin edilə bilməz.
97. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, həm ilkin, həm qarşılıqlı iddia ərizələri üzrə dövlət rüsumları ödənilmişdir.
98. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
99. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilməli və birləşdirilmiş iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 MTK-dan tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
100. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə ilkin iddia ərizəsi rədd edilsin. İlkin iddia verilən zaman ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilsin. Birləşdirilmiş/qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən iddiaçı X19 təhvil verilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 MTK-dan tutulaaq iddiaçı X19 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova