Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1206/2024 10.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 35095 manat əsas borc və 210 manat mediasiya xərcinin cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, tərəflər arasında 29 aprel 2024-cü il tarixdə imzalanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi X1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iddiaçının və cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: – Tərəflər arasında bağlanmış **********1639 nömrəli xx.xx.2022-ci il tarixli xidmət alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya borcu yaranmışdır. Borc aşağıdakı cədvəldə qeyd edilmişdir: Borcun növü Borc məbləği 29741,51 AZN (iyirmi doqquz min yeddi yüz qırx Pul borcu bir manat əlli bir qəpik) ƏDV xaric borc – Cavabdeh iddiaçıdan borca 12% (on iki faiz) endirim etməsini, yəni son olaraq borcun ƏDV xaric 26172,52 AZN (iyirmi altı tnin bir yüz yetmiş iki manat əlli iki qəpik) müəyyən edilməsini, borcu ödədiyi təqdirdə isə iddiaçının ödədiyi 210 (iki yüz on) manat mediasiya xərcini ödəməyəcəyini təklif etmişdir; – Tərəflər yuxanda qeyd edilən təklifləri və şərtləri aşağıdakı şərtlərlə qəbul edirlər; – Hazırkı barışıq sazişinin yuxarı hissəsində göstərilmiş borca 12% (on iki faiz) endirim edilərək borc ƏDV xaric 26172,52 AZN (iyirmi altı min bir yüz yetmiş iki manat əlli iki qəpik) müəyyən edilir; – Cavabdeh borcu 31 may 2024-cü il tarixədək ödəyəcəkir; – Barışıq sazişinin 1-ci maddəsində nəzərdə tutulan borcun cavabdeh tərəfindən ödənilməsi iddiaçının bütün tələblərinin xitamı olacaqdır və iddiaçı 210 (iki yüz on) manat mediasiya xərcini cavabdehdən tələb etməyəcəkdir, cavabdehə qarşı müqavilə və yaxud qanun ilə digər bir tələb irəli sürməyəcəkdir; – Cavabdeh borcu barışıq sazişinin 2-ci maddəsində qeyd edilən müddət ərzində ödəmədiyi təqdirdə, iddiaçı müvafiq qaydada yenidən məhkəməyə müraciət edəcəkdir; – Hazırkı barışıq sazişi məhkəməyə təqdim ediləcəkdir və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minəcəkdir; – Hər bir tərəf bu barışıq sazişini vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür; – Hazırkı barışıq sazişi 29 aprel 2024-cü il tarixdən qüvvəyə minir və tərəflər onun şərtlərini tam yerinə yetirənədək qüvvədə qalır. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi X1 tərəfindən imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: – Tərəflər arasında bağlanmış **********1639 nömrəli xx.xx.2022-ci il tarixli xidmət alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya borcu yaranmışdır. Borc aşağıdakı cədvəldə qeyd edilmişdir: Borcun növü Borc məbləği 29741,51 AZN (iyirmi doqquz min yeddi yüz qırx Pul borcu bir manat əlli bir qəpik) ƏDV xaric borc – Cavabdeh iddiaçıdan borca 12% (on iki faiz) endirim etməsini, yəni son olaraq borcun ƏDV xaric 26172,52 AZN (iyirmi altı tnin bir yüz yetmiş iki manat əlli iki qəpik) müəyyən edilməsini, borcu ödədiyi təqdirdə isə iddiaçının ödədiyi 210 (iki yüz on) manat mediasiya xərcini ödəməyəcəyini təklif etmişdir; – Tərəflər yuxanda qeyd edilən təklifləri və şərtləri aşağıdakı şərtlərlə qəbul edirlər; – Hazırkı barışıq sazişinin yuxarı hissəsində göstərilmiş borca 12% (on iki faiz) endirim edilərək borc ƏDV xaric 26172,52 AZN (iyirmi altı min bir yüz yetmiş iki manat əlli iki qəpik) müəyyən edilir; – Cavabdeh borcu 31 may 2024-cü il tarixədək ödəyəcəkir; – Barışıq sazişinin 1-ci maddəsində nəzərdə tutulan borcun cavabdeh tərəfindən ödənilməsi iddiaçının bütün tələblərinin xitamı olacaqdır və iddiaçı 210 (iki yüz on) manat mediasiya xərcini cavabdehdən tələb etməyəcəkdir, cavabdehə qarşı müqavilə və yaxud qanun ilə digər bir tələb irəli sürməyəcəkdir; – Cavabdeh borcu barışıq sazişinin 2-ci maddəsində qeyd edilən müddət ərzində ödəmədiyi təqdirdə, iddiaçı müvafiq qaydada yenidən məhkəməyə müraciət edəcəkdir; – Hazırkı barışıq sazişi məhkəməyə təqdim ediləcəkdir və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minəcəkdir; – Hər bir tərəf bu barışıq sazişini vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür; – Hazırkı barışıq sazişi 29 aprel 2024-cü il tarixdən qüvvəyə minir və tərəflər onun şərtlərini tam yerinə yetirənədək qüvvədə qalır. İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1206/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1206/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver