Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1207/2020 23.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, kreditin, faizlərin ödənilməsi və girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC -yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17002-0051/174788 saylı kredit müqaviləsinin, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavənin və xx.xx.2019-cu il tarixli 2 nömrəli Əlavənin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 653183.72 manat əsas kredit borcunun, 13335.48 manat faiz borcunun, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 666579.20 manat pulun tutulması; tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus ipoteka predmetləri olan Sumqayıt şəhəri, Tuğ zavod qəsəbəsində yerləşən 489.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, 2006-cı il buraxılışlı, sarı rəngli, mühərrik markası D7E LA E3, gücü 180 KVt, zavod № 2666 olan VOLVO L110E markalı (modelli) yükləyiciyə, girov predmeti olan beton hazırlayan avadanlığa yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 666579.20 manat pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan qeyriyaşayış binasına tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması; ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17002-0051/174788 saylı kredit müqaviləsinin, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1 nömrəli əlavənin və xx.xx.2019-cu il tarixli 2 nömrəli Əlavənin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 653183.72 manat əsas kredit borcunun, 55646,76 manat faiz borcunun, 247,89 manat cərimənin, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 709.108,37 manat pulun tutulması; tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus girov predmeti olan beton hazırlayan avadanlığa yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 709.108,37 manat pulun İddiaçı ASC-yə ödənilməsi, girov predmetinin hərracdan satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 16:00-a təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, kreditin, faizlərin ödənilməsi və girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1207/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1207/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver