Məhkəmə qərarları › İş №e-2-2(113)-126/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-126/2021

06.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-126/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan 450 kv.m (əldə edilən plan sxemdə qeyd olunan) torpaq sahəsinin boşaldılması və mülkiyyətçiyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflərin razılığa gəldiyini bildirərək, barışıq sazişini məhkəməyə təqdim edir. Qeyd olunan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, 05.05.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı MMC Nizamnamə əsasında fəaliyyət göstərən Baş direktoru Turqut Məmmədovun şəxsində bir tərəfdən və bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh MMC Nizamnamə əsasında fəaliyyət göstərən direktor Nurlana Abdelnəbi şəxsində digər tərəfdən bu sazişi imzalamaqla aşağıdakılar barədə razılaşdılar:

1. Bu saziş AR Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər arasındakı yaranmış mübahisənin həll edilməsinə yönəldilir. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: xanım Səbinə Nuriyeva) baxılmaqdadır.

2. Cavabdeh onun tərəfindən Bakı şəhəri, Nərimanov rayon icra hakimiyyətinin 98 nömrəli 06.03.2018-ci il tarixli Sərəncamı əsasında ünvan 2 ünvanında tikintisi nəzərdə tutulan 5 nömrəli binanın İddiaçının mülkiyyətində olan 450 kv.m. torpaq sahəsinə (ünvan 3) düşdüyünü və inşa edildiyini təsdiq edir.

3. Cavabdeh İddiaçı tərəfindən onun xeyrinə özgəninkiləşdiriləcək ünvan 3 ünvanında yerləşən 450 kv.m. torpaq sahəsinin təqdim edilməsi müqabilində ünvan 2 ünvanında inşa etdiyi 5 nömrəli binanın 1-ci mərtəbəsini tam (520-530 kv.m.) olaraq (lift və pilləkan qəfəsi istisna) İddiaçıya təhvil verir.

4. Cavabdeh bu saziş imzalandığı tarixdən 3 gündən gec olmayaraq təhvil-təslim aktına əsasən ünvan 2 ünvanında inşa edilən 5 nömrəli binanın 1-ci mərtəbəsini tam (520- 530 kv.m.) olaraq (lift və pilləkan qəfəsi istisna) İddiaçıya təhvil verir.

5. Cavabdeh ünvan 2 ünvanında inşa edilən 5 nömrəli binanın 1-ci mərtəbəsinin (lift və pilləkan qəfəsi istisna) digər şəxslərin hüquqları ilə yüklü olmadığına, o cümlədən özgəninkiləşdirmədiyinə, digər razılaşmalar əsasında hüquqlar ötürülmədiyinə zəmanət verir.

6. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra və tərəflər buna etiraz etmədiyi halda 3 iş günü ərzində: - Cavabdeh ünvan 2 ünvanında inşa edilən 5 nömrəli binanın 1-ci mərtəbəsinin İddiaçıya təqdim edilməsini əks etdirən müqaviləni və bununla bağlı borcun olmamasına dair arayışı təhvil verir. - İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 450 kv.m. torpaq sahəsini razılaşdırılmış şərtlərlə Cavabdehə özgəninkiləşdirir.

7. Cavabdeh ünvan 2 ünvanında inşa edilən 5 nömrəli binanı başa çatdırılmasına, təqdim edilən sahəni kommunikasiya xətləri ilə (işıq, qaz, su, kanalizasiya, telefon və s.) təchiz etməsinə, İddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədlərin təqdim edilməsinə öhdəlik daşıyır.

8. Məhkəmə xərcləri AR MPM-nin 122-ci maddəsinə uyğun olaraq ödənilir.

9. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar.

10. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir.

11. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı MMC Nizamnamə əsasında fəaliyyət göstərən Baş direktoru Turqut Məmmədovun şəxsində bir tərəfdən və bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh MMC Nizamnamə əsasında fəaliyyət göstərən direktor Nurlana Abdelnəbi şəxsində digər tərəfdən bu sazişi imzalamaqla aşağıdakılar barədə razılaşdılar:

1. Bu saziş AR Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər arasındakı yaranmış mübahisənin həll edilməsinə yönəldilir. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: xanım Səbinə Nuriyeva) baxılmaqdadır.

2. Cavabdeh onun tərəfindən Bakı şəhəri, Nərimanov rayon icra hakimiyyətinin 98 nömrəli 06.03.2018-ci il tarixli Sərəncamı əsasında ünvan 2 ünvanında tikintisi nəzərdə tutulan 5 nömrəli binanın İddiaçının mülkiyyətində olan 450 kv.m. torpaq sahəsinə (ünvan 3) düşdüyünü və inşa edildiyini təsdiq edir.

3. Cavabdeh iddiaçı tərəfindən onun xeyrinə özgəninkiləşdiriləcək ünvan 3 ünvanında yerləşən 450 kv.m. torpaq sahəsinin təqdim edilməsi müqabilində ünvan 2 ünvanında inşa etdiyi 5 nömrəli binanın 1-ci mərtəbəsini tam (520-530 kv.m.) olaraq (lift və pilləkan qəfəsi istisna) İddiaçıya təhvil verir.

4. Cavabdeh bu saziş imzalandığı tarixdən 3 gündən gec olmayaraq təhvil-təslim aktına əsasən ünvan 2 ünvanında inşa edilən 5 nömrəli binanın 1-ci mərtəbəsini tam (520- 530 kv.m.) olaraq (lift və pilləkan qəfəsi istisna) İddiaçıya təhvil verir.

5. Cavabdeh ünvan 2 ünvanında inşa edilən 5 nömrəli binanın 1-ci mərtəbəsinin (lift və pilləkan qəfəsi istisna) digər şəxslərin hüquqları ilə yüklü olmadığına, o cümlədən özgəninkiləşdirmədiyinə, digər razılaşmalar əsasında hüquqlar ötürülmədiyinə zəmanət verir.

6. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra və tərəflər buna etiraz etmədiyi halda 3 iş günü ərzində: - Cavabdeh ünvan 2 ünvanında inşa edilən 5 nömrəli binanın 1-ci mərtəbəsinin İddiaçıya təqdim edilməsini əks etdirən müqaviləni və bununla bağlı borcun olmamasına dair arayışı təhvil verir. - İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 450 kv.m. torpaq sahəsini razılaşdırılmış şərtlərlə Cavabdehə özgəninkiləşdirir.

7. Cavabdeh ünvan 2 ünvanında inşa edilən 5 nömrəli binanı başa çatdırılmasına, təqdim edilən sahəni kommunikasiya xətləri ilə (işıq, qaz, su, kanalizasiya, telefon və s.) təchiz etməsinə, İddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədlərin təqdim edilməsinə öhdəlik daşıyır.

8. Məhkəmə xərcləri AR MPM-nin 122-ci maddəsinə uyğun olaraq ödənilir.

9. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar.

10. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir.

11. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar