Məhkəmə qərarları › İş №e-2-2(113)-1267/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1267/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1267/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 qanuni təmsilçisi Nümayəndə1, Cavabdeh1 vəkili Vəkil2, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ərizəçi Tanriverdi oğlunun nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh1nə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci cavabdeh olan "xxxx" MMC-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48.734.005,73 avro, faizlər üzrə 31.769.268,39 avro, cərimə üzrə 207.986,05 avro olmaqla ümumilikdə 80.711.260,19 avro məbləğində vəsaitin, eləcə də 31.05.2019-cu il tarixdən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14.890,95 avro məbləğində dəbbə pulunun tutularaq iddiaçı tərəfə - İran İslam Respublikasının İddiaçına ödənilməsi, borcun tutulmasının birinci cavabdeh olan "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv.m olan (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21.12.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasına və birinci cavabdeh olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% (bir yüz faiz) paylara yönəldilməsini, həmin daşınmaz əmlaklar və "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% (bir yüz faiz) paylar hərracda satılmasını və satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" MMC-nin iddiaçı İran İslam Respublikasının İran X1 borcunun ödənilməsini xahiş etmişdir. 07.09.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 elektron sistemə ərizə yükləyərək, ərizəsində iddia ərizəsini iddiaçı "X2" Bankının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 100% paylara yönəldilməsi və həmin payların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya olan borcunun ödənilməsi hissəsində geri götürdüyünü bildirmiş və iddiaçı "X2" Bankının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48.734.005,73 avro, faizlər üzrə 31.769.268,39 avro, cərimə üzrə 207.986,05 avro olmaqla ümumilikdə 80.711.260,19 avro məbləğində vəsaitin, eləcə də 31.05.2019-cu il tarixdən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14.890,95 avro məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv.m olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21.12.2017-cu il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 elektron sistemə ikinci ərizə yükləyərək iddiaçı "X2" Bankının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 100% paylara yönəldilməsi və həmin payların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya olan borcunun ödənilməsi hissəsində iddiadan imtina etdiyini bildirmiş və imtinanın qəbul edilməsini xahiş etmişdir. Nümayəndə Vəkil3 verdiyi iddiadan hissəvi imtina edilməsi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, həmin ərizəni elektron imza ilə imzalamış Vəkil3, eləcə də fiziki imza ilə imzalanmış X3 Nazhadın adına İddiaçı tərəfindən verilmiş etibarnamələrdə həmin şəxslərin bankın adından iddiadan imtina etmək səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Belə olan halda tələbdən imtinanın məhkəmə qəbul edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçının nümayəndəsinin tutmanın cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% paylara yönəldilməsi, "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% payların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına cavabdeh "xxxx" MMC-nin iddiaçı İran İslam Respublikasının İran X1 borcunun ödənilməsi tələbinə dair hissədə iddia ərizəsinin geri götürülməsi barədə ərizə verdiyini, cavabdehin isə həmin hissədə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh1nə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi tutmanın cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% paylara yönəldilməsi, "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% payların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına cavabdeh "xxxx" MMC-nin iddiaçı İran İslam Respublikasının İran X1 borcunun ödənilməsi hissəsində baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar