Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-127/2023 07.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil2, nümayəndəsi Chkheidze Elen və tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbləri barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin borclu olduğu 2193,60 manat məbləğində borcun, gecikdirilmiş 58 günə görə 127,20 manat cərimənin, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilən 600 manat məbləğində pulun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manatın, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 50 manat məbləğində pulun, ümumilikdə 3030,80 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Məhsulların təqdim edilməsinə dair” 06 iyul 2021-ci il tarixli 23 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı, yəni İddiaçı sifarişçiyə, yəni Cavabdeh məhsullar istehsal edərək, təhvil verməyi, sifarişçi isə həmin məhsulu qəbul edərək, müəyyənləşdirilmiş məbləği müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin şərtləri yetirilərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 70 C ünvanında (X7) Cavabdeh 23 saylı müqaviləyə 03 saylı Əlavə (X2) ilə razılaşdırlmış mallar tam şəkildə təqdim edilmişdir. Razılaşdırlmış bütün malların Cavabdeh təhvil verilməsinə baxmayaraq, təhvil-təslim aktı cavabdeh tərəfindən mallar təhvil verildiyi vaxt imzalanmamış, belə bildirilmişdir ki, guya təhvil-təslim aktını sonra imzalayacaqlar. Lakin sonradan bir neçə dəfə Cavabdeh müraciət edilərək, təhvil-təslim aktının imzalanması təklif edilsə də, cavabdeh bundan imtina etdi və təhvil verilmiş məhsulların müəyyən qismində guya qüsurların olduğu bildirildi. Lakin konkret olaraq hansı mallarda qüsurların olduğu, ümumiyyətlə qüsurların nədən ibarət olduğu, hansı sayda mallarda qüsurlar olduğu konkret olaraq bizə bildirilmədi. Bundan sonra 08 iyun 2022-ci il tarixli pretenziya ilə Cavabdeh müraciət edilərək, 3 gün ərzində müqavilə öhdəliklərinin təmin edilməsi, yəni borclu olduğu 2193,60 manat məbləğin ödənilməsi, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağımız bildirilmişdir. Lakin müraciətə cavabdeh tərəfindən təmamilə əsassız cavab verilmiş, ödənilməli olan borc məbləği ödənilməmişdir. Bundan sonra Cavabdeh ilə aramızdakı kommersiya mübahisəsinin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmiş, lakin qarşılıqlı razılaşma əsasında aramızda olan mübahisənin həll edilməsi mümkün olmamışdır. Baxmayaraq ki, mediasiya sessiyasında cavabdehlə aramızda razılaşma əldə edilmədi, buna baxmayaraq, hüquqi yardım üçün müqavilə bağlanılan vəkilin təkidi əsasında mübahisənin sülh yolu ilə həll edilməsinin mümkünlüyünün müəyyənləşdirilməsi məqsədilə 14 iyul 2022-ci il tarixdə 3 işçi cavabdehin ünvanına gedərək, bildirilən qüsurların nədən ibarət olması ilə maraqlanmışdır. Bu zaman aydın olmuşdur ki, cavabdehin qüsur kimi qeyd etdiyi məsələlərdən biri guya qutunun düzgün çap olunmaması ilə bağlıdır. Halbuki, qutular çapa verilməzdən əvvəl cavabdeh tərəf qutuların çap nümunəsi ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. Digər qüsur kimi bəzi qutuların guya sökülməsi qeyd edilsə də, həmin qüsurlar malların bir müddət baxımsız şəraitdə saxlanılması nəticəsində də əmələ gələ bilərdi. Qeyd olunanlar barədə işçilər tərəfindən müvafiq akt tərtib edilsə də, cavabdeh tərəf bu aktı imzalamaqdan imtina etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən üzərinə düşən öhdəlik bu günədək yerinə yetirilməmiş və müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-529/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair işin e-2-2(113)-127/2023 nömrəli işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ödənilmiş avans 1960 manat, cərimə 506,3 manat,əldən çıxmış fayda 2030 manat, hüquqi yardıma görə xərc 300 manat, mediasiya sessiyasına görə 60 manat – cəmi 4856,3 manat və ödənilmiş dövlət rüsumu ( mediasiya xərcləri nəzərə alınmaqla )- 8,56 manat ümumilikdə 4864,27 manat tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ilə (VÖEN **********) “Məhsulların təqdim edilməsinə dair“ müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyqun olaraq iddiaçıya 1960 manat avans ödənilmişdir və sifariş edilmiş məhsullar iddiaçıya təqdim edilmişdir. Məhsullar iddiaçıya təqdim olunduqdan sonra müqavilədə nəzərdə tutulmuş qalıq məbləğ cavabdehə ödənilməmişdir. Bunun səbəbi odur ki, iddiaçı müqavilənin 4,2 bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin bəndin tələbi ondan ibarətdir ki , hazır mallar sifarişçiyə, yəni iddiaçıya təqdim olunan zaman təhvil-təslim sənədi imzalanır, qüsurlar aşkar olunduqda icraçıya bildirilir və icraçı qüsurların aradan qaldırılmasını təmin edir. Cavabdeh göndərilən pretenziyaya verdiyi cavabda etiraf edir ki, 31 may 2022 il tarixində təhvil verilən mallarda qüsurların aşkar olunması faktı ona bildirilmişdir. İddiaçıya təqdim olunan mallar keyfiyyət baxımından qüsurlu olduqundan təklif edildi ki, təqdim olunmuş mallara nümayəndənin iştirakı ilə baxış keçirilsin və aşkar olunan qüsurlar barədə müvafiq akt tərtib olunsun. Cavabdeh naməlum səbədən bundan boyun qaçırmışdır. Bununla cavabdeh faktiki olaraq müqavilənin 4.2 bəndinin tələbini pozmuşdur. Belə ki , əgər malların iddiaçıya təhvil verilməsinə dair tərtib olunan aktı iddiaçı imzalamırdısa, bu halda həmin mallar cavabdeh tərəfindən dərhal geri tələb olunmalı idi. Lakin cavabdeh verilmiş malları iddiaçıya verdikdən sonra hər hansı aktın tərtib olunmasından boyun qaçırmışdır və malları geri tələb etməmişdir. Cavabdehin bu hərəkəti onu göstərir ki , malların akt olmadan iddiaçıya verilməsində o gələcəkdə əsassız olaraq iddiaçıdan həmin malların dəyərini tələb etmək məqsədini güdürdü. Cavabdeh göstərilən müqaviləyə uyqun digər bir tələblə iddia qaldırmış və onun tələbi ilə bağlı mediasiya prosessində qərara alınmışdır ki , tərəflərin iştirakı ilə mallara baxış keçirilsin və müvafiq akt tərtib olunsun və həmin aktda aşkar olunmuş bütün nöqsanlar dəqiq göstərilmiş olsun. Bunun məqsədi həm müqavilənin 4.2 bəndinin tələbini icra etmək , həmdə sayda və keyfiyyətdə aşkarlanan qüsürları tam şəkildə aradan qaldırmasını təmin etmək idi . Həmin akt həmdə tərəflərin biri-birinə gələcəkdə bu mallrla bağlı hər hansı əsassız iradların irəli sürülməyəcəyini təmin edəcəkdir. Qeyd olunan mediasiya sessiyası cavabdehin öz iddiası ilə bağlı olsada, tərəflərin biri birinə olan irad və tələblərini ümumiləşdirilmiş şəkildə araşdırılmasına imkan yaradırdı. Lakin mediatorun mallarla bağlı görüş keçiridib müvafiq aktın tərtib edilməsi təklifini tərəflər qəbul etsə də, cavabdeh qəsdən görüşü və aktın tərtib olunmasını pozmuşdur. Nəticədə cavabdehin istehsal etdiyi və bizə çatdırdırılmış keyfiyyətsiz və az miqdarda olan malları təyinatı üzrə işlədə bilmirik, istehsal edilən malların qablaşdırılıb satılması mümükün olmamışdır və bu səbəbdən böyük maddi itkilərə məruz qalınmışdır. Belə ki , bu ərəfədə məhz cavabdeh tərəfindən istehsal olunmuş mallar keyfiyyətsiz olduğuna görə bir neçə müqavilənin icrası təmin edilə bilinməmişdir. Göstərilənlərdən müqavilə şərtlərinin və mövcüd qanunvericiliyin tələblərinin cavabdeh tərəfindən pozulması aşkar olunur. Bu səbəbdən iddiaçı cavabdehə pretenziyanın göndərilməsi qərarına gəlmişdir. Nəzərə alınmalıdır ki , 1) 21 fevral 2022 il tarixində ödənilmiş 1960 manat məbləğində avans indiyə dək icraçının istifadəsində qalmaqdadır. 2 ) müqavilənin 6.2 bəndində nəzərədə tutulmuşdur ki , icraçı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hər gün üçün malın ümumi qiymətinin 0,1 % miqdarında cərimə ödəməlidir. Yararsız mallar bizə 28 may 2022 il tarixində təqdim olunduğu nəzərə alaraq 28 sentyabr 2022 il tarixinə 122 gün keçmiş olur. Bu müddətdə biz təqdim olunmuş mallardan istifadə edə bilmədiyimizə görə icraçı bizə 122 gün üçün cərimə ödəməlidir. Bu cəmi 506,3 manat ( malın ümumi dəyəri 4153,6 manatdır.Bu məbləğin 0,1 %-i 4,15 manat təşkil edir. Deməli qeyd olunan müddət üçün ( xx.xx.2022 il – xx.xx.2022 il = 122 gün ) cərimə məbləqi (4,15 manat X 122 günə) = 506,3 manat təşkil edir. 3 ) Sumqayıt futbol klubu ilə istehsal edilən malların onlara təqdim edilməsini də icraçının təqsirinə görə icra edə bilməmişik. icraçı tərəfindən vaxtında və lazımı qaydada mallar (qutu, poddon və s.) bizə təqdim edilsə idi, 2030 manatlıq müqavilə icra olunardı. Həmin məbləği icraçının təqsirindən əldə edilə bilinməmişdir. 4 ) məhkəmədə hüquqların müdafiəsi üçün çəkilən xərclər də -300 manat - icraçı tərəfindən ödənilməlidir 5 ) mediatora 60 manat ödənilmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə təqdim etdiyi Cavabdeh iddia ərizəsinə olan etirazından görünür ki, İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtləri yerinə yetirilərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 70 C ünvanında Cavabdeh 23 saylı müqaviləyə 03 saylı Əlavə (X2) ilə razılaşdırlmış mallar tam şəkildə təqdim edilmişdir. Razılaşdırlmış bütün malların təhvil verilməsinə baxmayaraq, təhvil-təslim aktı Cavabdeh tərəfindən mallar təhvil verildiyi vaxt imzalanmamış, belə bildirilmişdir ki, guya təhvil-təslim aktını sonra imzalayacaqlar. Lakin sonradan bir neçə dəfə Cavabdeh müraciət edilərək, təhvil-təslim aktının imzalanması təklif edilsə də, bundan imtina edilmiş və təhvil verilmiş məhsulların müəyyən qismində guya qüsurların olduğu bildirilmişdir. Lakin konkret olaraq hansı mallarda qüsurların olduğu, ümumiyyətlə qüsurların nədən ibarət olduğu, hansı sayda mallarda qüsurlar olduğu konkret olaraq bizə bugünədək-malların təhvil verilməsindən keçən 7 ay ərzində bildirilməmişdir. Təqdim edilmiş mallara görə ödənilməli olan qalan məbləğ F.Y. İınanov tərəfindən ödənilmədiyindən İddiaçı 08 iyun 2022-ci il tarixli pretenziya ilə ona müraciət edərək, 3 gün ərzində müqavilə öhdəliklərinin təmin edilməsi, yəni borclu olduğu 2193,60 manat məbləğin ödənilməsi, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Pretenziyaya Cavabdeh tərəfindən tamamilə əsassız cavab verildiyindən, İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Yalnız həmin tələb üzrə iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan vaxtdan 2 aydan da artıq müddət keçdikdən sonra, yəni 25 oktyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən Pretenziya ilə İddiaçı müraciət edilmişdir. Lakin həmin pretenziyada da hansı mallarda qüsurların olduğu, ümumiyyətlə qüsurların nədən ibarət olduğu, hansı sayda mallarda qüsurlar olduğu qeyd edilməmişdir. Belə ki, 21 dekabr 2022-ci il tarixli baxış iclasında da, Cavabdeh nümayəndəsi və vəkilinə verilən "hansı mallarda qüsurların olduğu, ümumiyyətlə qüsurların nədən ibarət olduğu, hansı sayda mallarda qüsurlar olduğu” barədə sualına da cavab verilməmiş, bu suala Cavabdeh özünün aydınlıq gətirəcəyi qeyd edilmişdir. Göstərilənlər bir daha təsdiq edir ki, iddiaçı Cavabdeh tərəfindən irəli sürülmüş hazırkı tələb İddiaçı tərəfindən təhvil verilmiş mallara görə birincinin ödəməli olduğu pul məbləğinin ödənilməsindən boyun qaçırılması məqsədilə ortaya atılmış, hər hansı bir əsası olmayan addımdan başqa bir şey deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində və etirazında qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəfə xidmətin göstərilməsi ilə bağlı elektron qaimə göndərilmiş, Cavabdeh tərəfindən elekton qaiməyə heç bir münasibət bildirilməmiş, bununla yanaşı hazırlanmalı olan şokolad qutusunun eskiz layihəsinin Cavabdeh tərəfindən imzalamaqla təsdiq etdiyini, və qutularında həmin eskiz layihəyə əsasən hazırlandığını, belə ki, eskizdə şokolad qutunun qapağında olan yazılar, həmçinin “şokoladın saxlanılma müddəti və şəraiti barədə təlimatın” yan hissəsinin birində yazılar hansı qaydada çap edilməlidirsə, eyni qaydada da çap edilməklə heç bir qüsura yol verilmədiyini bildirərək İddiaçı iddia tələbinin təmin olunmasını, Cavabdeh iddiasının isə rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahatında “FUETİNO” adlı şokoladların istehsalı ilə məşgul olduğundan İddiaçı ilk öncə qış kolleksiyasına aid qəhvəyi rəngli olan şokolad qutuları və çantalar sifariş verildiyini, sonuncu tərəfindən heç bir qüsur olmadan sifarişin yerinə yetirildiyini bildirmişdir. Bundan əlavə daha sonra İddiaçı yay kolleksiyasına aid ağ rəngli olan şokolad qutuları və çantalar sifariş verildiyini, həmin qutuların rəngi və təlimatının məzmunu fərqli olduğuna görə yeni dizaynla bağlı tərtib edilmiş eskiz tərəfindən təsdiq edildiyini, lakin sifariş qəbul ediləndən sonra məlum olmuşdur ki, qutu eskizdə qeyd olunan dizayna uyğunlaşdırılmamış və nəticədə qutuların qapağında olan “FUETİNO” sözünün, həmçinin “şokoladın saxlanılma müddəti və şəraiti barədə təlimatın” yan hissəsinin birində yazılar tərsinə (180%) çap edilmiş və bu səbəbdən yay kolleksiyasına aid ağ rəngli olan şokolad qutusu və çantanın qəbul edilmədiyini, həmin qüsurların aradan götürülməsi ilə bağlı İddiaçı müraciət edilsə də, müsbət nəticə əldə edilmədiyini bildirmişdir. Həmçinin Cavabdeh izahatında bildirmişdir ki, icraçı çap işlərindən sonra xammal olan kartonu yapışdırmaqla tam hazır qutuları hazırlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Chkheidze Elen iddia üzrə iddiaçı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Vəkil2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqaviləyə əsasən icraçı işi tamamladığı zaman tərəflər arasında təhvil-təslim aktı imzalanmalı olmasına baxmayaraq akt imzalanmamış, bununla yanaşı Cavabdeh üzərində yazıları, rəngləri və fiqurları əks etdirən qutunun dizaynının eskizini İddiaçı təqdim etmiş, adaptasiya işlərini isə sonuncu görməli olduğu halda, qutu eskizdə qeyd olunan dizayna uyğunlaşdırılmamıdığına görə qutuların qapağında və yan hissəsinin birində yazılar tərsinə (180%) çap edilmişdir, halbuki əvvəlki qış kolleksiyasında hər hansı qüsur askar edilməmişdir. Vəkil həmçinin izahatında qusurlu yay kolleksiyasına aid qutulara görə Cavabdeh “Sumqayıt” futbol klubunun sifarişini yerinə yetirə bilmədiklərini bildirmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını, İddiaçı iddiasının isə rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 iyul 2021-ci il tarixli 23 saylı məhsulların təqdim edilməsinə dair müqavilədən görünür ki, müqaviləyə əsasən Eminov X3 Fuad Yaşar oğluna məhsulları istehsal edərək təhvil verir, Cavabdeh isə həmin məhsulu qəbul edir. Müqavilənin 3.3.2-ci maddəsindən görünür ki, Cavabdeh hüquqlarından biri kimi, İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan məhsul sifarişə uyğun gəlməyən çeşiddə verildikdə onları qəbul etməkdən imtina etmək, məhsula görə ödənilən pul məbləğininin qaytarılmasını Cavabdeh tələb edə bilər. Müqavilənin 4.2-ci maddəsinə əsasən İddiaçı tərəfindən məhsulun təhvil verilməsi və Cavabdeh tərəfindən qəbul edilməsi Cavabdeh nümayəndəsi tərəfindən imzalanmış təhvilqəbul sənədləri ilə təsdiqlənir. Həmin bu sənəd Cavabdeh tərəfindən məhsulun kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsinin təsdiqidir. Eyni zamanda Cavabdeh məhsulun keyfiyyətinə aid qüsurlarla bağlı iradları (İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş məhsul bundan ötrü tələb olunan şəraitdə saxlanılıbsa və aşkar edilmiş qüsurlar məhz texnoloji qüsurlar olduqda) məhsulu aldığı gündən 3 iş günü ərzində İddiaçı tərəfindən qəbul edilir və hazırki müqavilənin 5-ci bəndinə əsasən həll olunur. Müqavilənin 6.2-ci bəndindən görünür ki, İddiaçı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hər gün üçün malın ümumi qiymətinin 0,1 % miqdarında cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixli MŞB/5-03737 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh hüquqi yardım məqsədilə 300 manat məbləğində pul ödəmişdir. xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli 222/01-01 nömrəli “Sumqayıt” futbol klubunun Cavabdeh göndərdiyi məktubdan görünür ki, “Sumqayıt” futbol klubu ilə Cavabdeh arasında 20 dekabr 2021-ci il tarixli 09/21 nömrəli hədiyyələrin hazırlanması ilə bağlı müqavilə bağlanmış, həmin müqavilə 8 mart və Novruz Bayramı şənliyi üçün sifariş olunmuş 70 qutu şirniyyatının hazırlanması icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 467 və 752-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə Cavabdeh avans ödənilmiş pulun qaytarılması tələbi hissəsini əsaslı, İddiaçı tələbini isə əsassız hesab edir, belə ki, tərəflərin izahatlarından, iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı sifarişə uyğun olan çeşiddə şokolad qutuları və çantalar hazırlamalı idi. İlk öncə qış kolleksiyasına aid qəhvəyi rəngli olan şokolad qutuları və çantalar sifariş verilmiş və İddiaçı tərəfindən heç bir qüsur olmadan sifariş yerinə yetirilmişdir. Daha sonra İddiaçı yay kolleksiyasına aid ağ rəngli şokolad qutuları və çantalar sifarişi verilmiş, lakin həmin sifariş Cavabdeh çatdırılanda qutuların qapağında olan “FUETİNO” sözünün, həmçinin “şokoladın saxlanılma müddəti və şəraiti barədə təlimatın” yan hissəsinin birində yazılar tərsinə (180%) çap edildiyi aşkar edilmiş və sözügedən qüsura görə sifariş qəbul edilməmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə izahatında şokolad qutularının Cavabdeh tərəfindən təsdiq edilmiş eskizə uyğun olan qaydada hazırlandığını bildirsə də, məhkəmə qeyd edir ki, sözügedən eskizdə qutunun qapaqları, həmçinin yan hissələri bitişik deyil, ayrı-ayrı elementlər kimi göstərilmiş və eskizin uyğunlaşdırılması isə məhz icraçının üzərinə düşür. Həmçinin məhkəmə qeyd edir ki, qış kolleksiyası ilə bağlı qutularda heç bir yalnışlığın olmaması onu deməyə əsas verir ki, həmin qutular eskiz layihəyə uyğun formada düzəldilmiş, lakin yay kolleksiyası qutuları isə layihəyə uyğun formada düzəldilməmişdir. Həmçinin məhkəmə bildirir ki, sifariş təkçə çap işləri ilə bağlı olmadığından, icraçı çapdan çıxan kartonları yapışdırandan sonra hazır məhsul olan qutunun qapağında olan “FUETİNO” sözünün, həmçinin “şokoladın saxlanılma müddəti və şəraiti barədə təlimatın” yan hissəsinin birində yazılar tərsinə (180%) çap edildiyini müəyyən etdikdə həmin yanlışlıqları düzəltməli idi. Qeyd olunanları həmçinin 06 iyul 2021-ci il tarixli 23 saylı müqavilənin 3.3.2 və 4.2-ci maddərin pozulduğunu nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh iddiası ödənilmiş avans 1960 manatın geri qaytarılması, hüquqi yardıma görə xərc 300 manat, mediasiya sessiyasına görə ödənilmiş 60 manat hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəssi ilə bağlı isə qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 80 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə 2030 manat məbləğində əldən çıxmış fayda tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb rədd edilməlidir, belə ki, Cavabdeh “Sumqayıt” futbol klubunun sifarişini yerinə yetirmədiyini bildirsə də, xx.xx.2022-ci il tarixli 222/01-01 nömrəli “Sumqayıt” futbol klubunun məktubunda 8 mart və Novruz Bayramı şənliyi üçün sifariş olunmuş 70 qutu şirniyyatın hazırlanmaması qeyd edilmiş, hazırki mübahisə predmeti olan yay kolleksiyasına aid olan qutular isə xx.xx.2022-ci il tarixdə (bayramlardan sonra) təhvil verilmiş, yəni onların qüsurlu olması məhz sonrakı öhdəliklərə təsis göstərə bilər, o, halda ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədə üçüncü şəxslərin qarşısında məsuliyyət müəyyən edilsin. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin borclu olduğu 2193,60 manat məbləğində borcun, gecikdirilmiş 58 günə görə 127,20 manat cərimənin, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilən 600 manat məbləğində pulun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manatın, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 50 manat məbləğində pulun, ümumilikdə 3030,80 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair iddiası rədd edilməlidir. İddiaçı Cavabdeh iddiası isə qismən təmin edilməli, cavabdeh İddiaçı 1960 manat ödənilmiş avans, 80 manat cərimə, hüquqi yardıma görə çəkilmiş 300 manat məbləğində xərc və mediasiya sessiyasına görə ödənilmiş 60 manat, ümumilikdə 2400 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin borclu olduğu 2193,60 manat məbləğində borcun, gecikdirilmiş 58 günə görə 127,20 manat cərimənin, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilən 600 manat məbləğində pulun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manatın, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 50 manat məbləğində pulun, ümumilikdə 3030,80 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı 1960 manat ödənilmiş avans, 80 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində xərc və mediasiya sessiyasına görə ödənilmiş 60 manat, ümumilikdə 2400 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-127/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-127/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver