Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1305/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Fərzalı oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçıya məxsus 4.94 ha torpaq sahəsini boşaldaraq geri qaytarılması, 2008-2020-ci illər üçün mövcud qanunvericiliyə əsasən hesablanmış icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçıya məxsus 4.94 ha torpaq sahəsini boşaldaraq geri qaytarılması, 2008-2020-ci illər üçün mövcud qanunvericiliyə əsasən hesablanmış icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclası zamanı işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçıya məxsus 4.94 ha torpaq sahəsini boşaldaraq geri qaytarılması, 2008-2020-ci illər üçün mövcud qanunvericiliyə əsasən hesablanmış icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1305/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1305/2021
01.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver