Məhkəmə qərarları › İş №e-2-2(113)-1361/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1361/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1361/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: birgə fəaliyyət haqqında müqavilə, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 46000 manat zərərin, 379364,23 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “X1 istehsal kompleksi” MMC arasında xx.xx.2023-cü il tarixdə “Birgə fəaliyyət haqqında müqavilə” bağlanmışdır. Sözügedən müqavilə ilə “X1 istehsal kompleksi” MMC-yə məxsus Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən, ümumi sahəsi 560 ha olan, müasir suvarma sistemləri ilə təhciz edilmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çuğundur bitkisinin əkilməsindən, əkin üzrə tərəflərin birgə, qarşılıqlı, əldə edilən gəlirin bölüşdürülməsindən və bundan irəli gələn digər hüquq və vəzifələr tənzimlənmişidir. Yuxarıda istinad olunan müqavilənin şərtlərinə uyğun olaraq “X1 istehsal kompleksi” MMC tərəfindən 560 ha əkinə yararlı, kənd təsərrüfatı təyinatlı, pivot suvrama sistemi ilə təhciz olunmuş torpaq sahəsi birgə fəaliyyətin məqsədləri üçün Cavabdeh MMC-nin faktiki və əməli istifadəsinə verilmişdir. Yuxarıda istinad olunan müqaviləyə əsasən Cavabdeh MMC ona təqdim olunmuş, suvarma sistemləri ilə təhciz edilmiş torpaq sahəsində öz vəsaiti hesabına çuğundur bitkisinin əkinini və ona aqrotexniki qulluğun həyata keçirilməsini (bax 2.2.1), hazırkı müqavilənin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2024-cü il tarixinədək yuxarıda sözügedən torpaq sahəsində quraşdırılmış, “X1 İstehsal kompleksi” MMC-yə məxsus suvarma sistemindən səmərəli və effektiv istifadə edilməsini, eləcə də həmin suvarma sistemini saz və işlək vəziyyətdə saxlanılması qaydalarına əməl etmək öhdəliklərini (bax bənd 2.2.3) üzərinə götürsə də, birgə fəaliyyət haqqında müqavilənin qüvvədə olduğu dövrdə tərəfimizdən aparılan araşdırmalar, manitorinqlər və yerində baxış nəticəsində müəyyən edilmişdir ki, ümumi dəyəri 114000 (bir yüz on dörd) manat məbləğində olan 6 (altı) hissədən ibarət pivot suvarma sistemi (avadanlığı) Cavabdeh MMC-nin əməkdaşlarının məsuliyyətsiz və müqavilə şərtlərinə zidd hərəkətləri nəticəsində qismən yararsız hala düşmüşdür ki, bununla da “X1 istehsal kompleksi” MMC-yə hazırkı vaxta 46000 (qırx altı min) manat məbləğində maddi zərər vurulmuşdur. Həmçinin ilkin araşdırmalarla müəyyən edilmişdir ki, pivot suvarma sisteminin plastik su borularının istifadəyə yararsız hala salınmasına nasosxanada çıxış suyunun təzyiqinin nəzarətsiz saxlanması, bununla da təzyiqin 8-9 ATM-ə çıxması səbəb olmuşdur. Nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, pivot suvarma sistemləri saz və işlək vəziyyətdə istifadə üçün Cavabdeh MMC-yə təqdim olunarkən suyun təzyiqinin 6 ATM-dən yuxarı olmasının bu sistemin yerüstü plastik borularının yararsız hala düşməsinə səbəb olacağı cavabdehə çatdırılmışdır. Yuxarıda göstərilənlərlə yanaşı nəzərinizə çatdırmağı zəruri hesab edirik ki. Cavabdeh MMC-yi ilə “X1 istehsal kompleksi” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, “birgə fəaliyyət haqqında” müqavilənin 3.2-ci bəndinin tələbinə görə bu müqavilənin məqsədləri üçün çəkilməli olan bütün xərclər Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğu halda, həmin öhdəlik tərəfinizdən icra olunmamış, bu səbəbdən də 560 ha torpaq sahəsinin 200 ha-da aparılmış əkinin toxumu “X1 istehsal kompleksi” MMC tərəfindən alınmışdır. Sözügedən müqavilənin 2.2.1-ci bəndinə əsasən çuğundur əkinini və ona aqrotexniki qulluğun həyata keçirilməsi öhdəliyini də Cavabdeh MMC üzərinə götürməsinə baxmayaraq müqavilənin qüvvədə olduğu 20 oktyabr, 30 oktyabr, 15 noyabr 2023-cü il tarixlərdə, eləcə də bununla da tərəfimizdən cavabdehin diqqətinə çatdırılmışdır ki, bu tarixlərdən sonrakı müxtəlif vaxtlarda tərəfimizdən 560 ha torpaq sahəsində aparılmış əkinə yerində baxış keçirilərkən əkininin, eləcə də aqrotexniki qulluğun düzgün aparılmadığı müəyyən edilmişdir ki, bu da son nəticədə “X1 istehsal kompleksi” MMC-yə maddi zərərin vurulmasına əsas olacaqdır. Cavabdeh MMC tərəfindən “X1 istehsal kompleksi” MMC-yə ünvanlanmış elektron məktubda “X1 istehsal kompleksi” MMC arasında bağlanmış 2-ci müqaviləyə istinad edilməklə göstərilmişdir ki, 205 ha (95 ha+75 ha+35 ha) torpaq sahəsindəki bitki “X1 istehsal kompleksi” MMC-yə aiddir. Daha sonra həmin məktubda göstərilmişdir ki. xx.xx.2024-cü il tarixdən sonra bütün məsuliyyəti “X1 istehsal kompleksi” MMC daşıyır. Yuxarıda göstərilən məktubda qeyd edilənlərlə əlaqədar qeyd edirik ki, Cavabdeh MMC ilə “X1 istehsal kompleksi” MMC-ti arasında xx.xx.2023-cü il tarixdə “birgə fəaliyyət haqqında” müqavilə bağlandıqdan sonra hər hansı “2-ci müqavilə” bağlanmamışdır. xx.xx.2023-cü il tarixli müqavilənin “xüsusi şərtlər” adlanan Vİİ hissəsində əks olunmuş şərtə əsasən bu müqavilənin imzalanması ilə tərəflər arasında buna qədər aparılmış, razılaşdırılmış, imzalanmış hər hansı sənəddə əks olunmuş bütün münsaibətlər bu müqavilə ilə tənzimlənir. İstinad olunan 31 avqust 2023-cü il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin 6.1-ci bəndinin tələbinə görə öhdəliyini icra etməyən, yaxud öhdəliyini lazımınca icra etməyən tərəf bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. Yuxarıda göstərilən xüsusatlarla yanaşı o da qeyd edilir ki, cavabdehlə bağlanmış birgə fəaliyyət haqqında müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən birgə fəaliyyətdən əldə olunan mənfəətin 36%-i “X1 istehsal kompleksi” MMC-nin hesabına köçürülməlidir. Sözügedən müqavilənin “Müqavilənin müddəti”ni ehtiva edən 4.1-ci bəndinin tələbinə görə bu müqavilə imzalandığı anadan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Müqavilənin ləğv edilməsi tərəflərin bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərdən azad etmir. Sözügedən bəndin tələbindən göründüyü kimi müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Cavabdehə olan mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmamışdır. Belə ki, “X1 istehsal kompleksi” MMC tərəfindən İnternet Vergi İdarəsi vasitəsi ilə cavabdehə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziyada 31 avqust 2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 3.2-ci bəndindən yaranan öhdəliyinin icra olunması, hazırkı vaxta pivot suvarma sistemlərinə vurulmuş 46000 (qırx altı min) manat məbləğində zərərin əvəzinin ödənilməsi, eləcə də sahəni boşaltmaqla pivot suvarma sisteminin yuxarıda sözügedən müqavilə şərtlərinə uyğun olaraq “X1 istehsal kompleksi” MMC-yə təhvil verilməsi xahiş olunsa da, cavabdeh buna əməl etməmişdir. Yuxarıda sadalanan xüsusatlarla yanaşı qeyd etməyi zəruri hesab edirik ki, “X1 istehsal kompleksi” MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış audit yoxlaması nəticəsində verilən Auditor rəyi ilə müəyyən edilmişdir ki, “X2-İstehsalat Kompleksi” MMC ilə Cavabdeh MMC arasında Birgə fəaliyyət haqqında” Müqavilədən irəli gələn öhdəliklərə əsasən Cavabdeh MMC-nin “X2-İstehsalat Kompleksi” MMC-yə 379364,23 manat məbləğində ödənilməmiş öhdəliyi mövcuddur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 56519,70 manat məbləğində zərərin, 379364,23 manat pulun, ümumilikdə 435883,93 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (İ tərəf) ilə cavabdeh (İİ tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə görə müqavilənin predmetini Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən, sahəsi 560 ha olan müasir suvarma sistemləri ilə təhciz edilmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çuğundur bitkisinin əkilməsi, əkin üzrə tərəflərin birgə qarşılıqlı fəaliyyətinin əsaslarının, əldə edilən gəlirin bölüşdürülməsi və bundan irəli gələn digər hüquq və vəzifələr tənzimlənməsi təşkil edir.

9. Müqavilənin 3.1-ci bəndinə görə tərəflərin birgə fəaliyyət haqqında bu müqavilədən əldə etdikləri gəlirlər bütün xərclər çıxıldıqdan sonra bu müqaviləyə uyğun olaraq tərəflər arasında bölüşdürülür.

10. Müqavilənin 3.2-ci bəndinə görə bu müqavilənin məqsədləri üçün çəkilməli olan bütün xərclər İİ tərəfin vəsaiti hesabına həyata keçirilir. Birgə fəaliyyətdən əldə olunan mənfəətin bölgüsü 64% - İİ tərəfin sərəncamında saxlanılır, 36 % - İ tərəfin hesabına köçürülür.

11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,999 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,0721 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).

13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,3475 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).

14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).

15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,4878 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).

16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 0,974 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).

17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,4545 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).

18. "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 067/2025 saylı məktubda göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən Salyan rayonu ərazisində 200 (iki yüz) hektar ərazidə qışlıq çuğundur əkilib 390,97 (üç yüz doxsan) ton məhsul zavoda verilib, 80 (səksən) ha ərazidə isə yazlıq çuğundur əkilib 651,56 ton məhsul zavoda təhvil verilmişdir. Lakin təhvil verilən malın dəyəri zavodumuz tərəfindən “X3"MMC-yə satılan xidmət və toxumun məbləğini qarşılamadığından, həmçinin Cavabdeh MMC” tərəfindən təhvil verilmiş yazlıq çuğundur üçün qaimə göndərməməsi və təhvil verilən çuğundura görə təhvil-təslim aktının fermer tərəfindən imzalanmaması kimi səbəblərdən istənilən sənədləri Məhkəməyə təqdim edə bilmirik. Hal hazırda Cavabdeh MMC hər iki sezonda təhvil verilən şəkər çuğundurunun miqdarı çıxıldıqdan sonra belə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılan xidmət, dərman və toxum haqqına görə borclu qalmışdır.

19. "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 116/2025 saylı məktubda göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən Salyan rayonu ərazisində 200 (iki yüz) hektar ərazidə qışlıq çuğundur əkilib 390,97 (üç yüz doxsan) ton məhsul zavoda verilib, 80 (səksən) ha ərazidə isə yazlıq çuğundur əkilib 651,56 ton, yəni 84200,58 manat dəyərində məhsul zavoda təhvil verilmişdir. Lakin təhvil verilən malın dəyəri zavodumuz tərəfindən Cavabdeh MMC-yə satılan 105538,35 manat dəyərində xidmət və toxumun məbləğini borcunu qarşılamadığından, həmçinin Cavabdeh MMC” tərəfindən təhvil verilmiş yazlıq çuğundur üçün qaimə göndərməməsi və təhvil verilən çuğundura görə təhvil-təslim aktının fermer tərəfindən imzalanmaması kimi səbəblərdən istənilən sənədləri Məhkəməyə təqdim edə bilmirik. Hal hazırda "xxxx" MMC hər iki sezonda təhvil verilən şəkər çuğundurunun miqdarı çıxıldıqdan sonra (84200,58-105538,35 manat (borc)) belə müəssisəmiz tərəfindən satılmış olan xidmət, dərman və toxum haqqına görə "xxxx" İstehsalat Birliyi MMC-yə 21337,77 manat məbləğində borcu qalmışdır.

20. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

21. Belə ki, iddia iki hissədən ibarətdir: 1. 379364,23 manat pulun (mənfəət) tutulması; 2. 56519,70 manat məbləğində zərərin ödənilməsi.

22. Məhkəmə iddia tələbini birinci hissədə əsassız hesab edir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmış, müqavilə əsasında Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən, sahəsi 560 ha olan müasir suvarma sistemləri ilə təhciz edilmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çuğundur bitkisinin əkilməsi, əkin üzrə tərəflərin birgə qarşılıqlı fəaliyyətinin əsasları, əldə edilən gəlirin bölüşdürülməsi və bundan irəli gələn digər məsələlər tənzimlənmiş, müqavilə ilə birgə fəaliyyətdən əldə olunan mənfəətin 64%-nin cavabdehin sərəncamında saxlanılması, 36 %-nin isə iddiaçının hesabına köçürülməsi razılaşdırılmışdır.

24. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 3.2-ci bəndinə birgə fəaliyyətdən əldə edilən mənfəətin bölüşdürülməsi qaydası razılaşdırılmışdır.

25. İddiaçı iddia ərizəsində ona çatası mənfəətin 379364,23 manat olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı cavabdehin mənfəət əldə etməsi öz təsdiqini tapmamış, iddiaçı tərəfindən də bununla bağlı hər hansı mötəbər və təkzibedilməz sübut məhkəməyə təqdim edilməmişdir.

26. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş cavablarda hazırda "xxxx" MMC-nin hər iki sezonda təhvil verilən şəkər çuğundurunun miqdarı çıxıldıqdan sonra (84200,58-105538,35 manat (borc)) belə həmin Birliyə satılmış olan xidmət, dərman və toxum haqqına görə 21337,77 manat məbləğində borcu qaldığı göstərilmişdir.

27. Halbuki, xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqavilənin 3.1-ci bəndinə görə tərəflərin birgə fəaliyyət haqqında bu müqavilədən əldə etdikləri gəlirlər bütün xərclər çıxıldıqdan sonra bu müqaviləyə uyğun olaraq tərəflər arasında bölüşdürülür.

28. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə üzrə gəlir əldə etməsi öz təsdiqini tapmadığından iddia tələbi mənfəətin ödənilməsi hissəsində təmin edilə bilməz.

29. Məhkəmə iddianı ikinci hissədə də əsassız hesab edir.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

33. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

34. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

35. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

36. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

37. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

38. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

39. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

40. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

41. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

42. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

43. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 56519,70 manat maddi zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 838 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 838 (səkiz yüz otuz səkkiz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar