Məhkəmə qərarları › İş №e-2-2(113)-1397/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1397/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1397/2023 06.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı xx.xx.2021ci il tarixli, ALM-086/3 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR FHN-dən 21.099,65 ABŞ dolları, daxili yükdaşımalar üzrə isə 17.020,12 manat əsas borc, 76.690 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 manat dövlət rüsumunun, həmçinin dövlət büdcəsinə köçürülmüş 9,58 manat, cəmi 129.999,11 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və Sifarişçinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükü daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi), habelə, yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərir. AR FHN Dövlət X3 müvafiq yüklərin dəmir yolu vasitəsi ilə daşınması məqsədi ilə Ekspeditor ilə 25 avqust 2021-ci il tarixli ALM-086/3 saylı nəqliyyat ekspedisiya müqaviləsi imzalanmışdır, bununla da müqavilənin şərtlərinə uyğun olaraq yerləşdirilmiş sorğuya əsasən ekspeditora işlərin ilkin dəyərinin 100% əvvəlcədən ödənişini etməklə görülmüş işlərin və xidmətlərin vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlər üzrə əməliyyatların (bundan sonra “Xidmətlər” adlandırılacaq) icrasını və ya icrasının təşkilini, sifarişçi isə sifariş edilən xidmətlərin dəyərini ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda Xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış, ekspeditorun bank hesabına 100% öncədən və işlərin görülməsi faktı üzrə ekspeditor tərəfindən sifariş üzrə yekun hesab-faktura təqdim edilir, İşlərin faktiki dəyəri ilə avans ödənişi məbləği arasındakı fərq Sifarişçi tərəfindən hesab-fakturanın təqdim edilməsi andan etibarən 3 bank günü ərzində ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən hər bir sifarişin icra olunması üzrə ekspeditor elektron poçt vasitəsilə sifarişçiyə görülmüş işlər və xidmətlər aktının elektron sürətini göndərir. 5 iş günündən gec olmayaraq, Sifarişçi, elektron poçt vasitəsilə, təsdiqlənmiş aktın sürətini göndərir, yaxud, həmin müddət ərzində, akt üzrə əsaslandırılmış etiraz təqdim edir. AR FHN Dövlət X1 ayrı-ayrı tarixlərdə üzləşmə aktını imzalamış, son olaraq isə mühasib Quliyev Z.R tərəfindən 27 aprel 2022-ci il tarixli yük daşımaları üzrə Üzləşmə aktını imzalamışdır. Həmin aktla tərəflər ekspeditor tərəfindən xx.xx.2022-ci il tarixinə 21.099,65 ABŞ dolları, daxili yükdaşımalar üzrə isə 17.020,12 manat məbləğində daşımaların həyata keçirilməsini, cavabeh isə daşınmaların müqabilində yaranmış borc məbləğinin ödənilmədiyini təsdiqləmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə istinad edilməklə AR FHN Dövlət X2, AR FHN-nə müxtəlif tarixlərdə borcun ödənilməsinə dair xəbərdarlıqlar və tələblər, məsələnin məhkəmədənkənar həll edilməsinə dair məktublar göndərilmiş, lakin cavabdeh müxtəlif bəhanələri əsas tutaraq borcun ödənilməsindən yayınmaqdadır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən daşınma üçün təqdim edilmiş hesab-fakturalar üzrə hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında gecikmə cəriməsi nəzərdə tutulmuşdur. 30 yanvar 2023-cü il tarixə cavabdehə 76.690 manat məbləğində dəbbə pulu hesablanmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.4-cü maddəsinə müvafiq olaraq İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd olunan maddi hüquq normasından məlum olduğu kimi, Cavabdeh yalnız hər hansı bir qurumu yaradarsa onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət X3 Cavabdeh tabeliyində fəaliyyət göstərsə də, sözügedən agentlik Nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında yaradılmışdır. Bu səbəbdən də, Cavabdeh həmin agentliyin öhdəliklərinə cavabdeh qurum deyil. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılmış və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 öz fəaliyyətini davam etdirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” X11n “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilmiş qaydada 2022-ci ilin 11 fevral tarixində dövlət qeydiyyatına alındığına görə hazırkı tələb üzrə cavabdeh mövcud deyil. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. R.Hüseynov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, bəzi üzləşmə aktlarını mühasib imzalayıb. Belə ki, həmin tarixə agentliyin möhürü yox idi. Üzləşmə aktına imza etmiş mühasib Z.Quliyev əvvəlki üzləşmə aktlarını və müqaviləni də rəhbər şəxslər ilə birgə imzalamışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci ildə sonuncu dəfə 167.181,64 ABŞ dolları məbləğində ödəniş edilib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, Dövlət X1 borcları ilə bağlı qəzetdə elan edilib və kreditorlara ödənişlər edilib. Bununla bağlı hər hansı hesabat,tərtib edilməyib. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, öhdəliklərin təhvil verilməsi ilə bağlı sənəd yoxdur. Təhvil-təslim aktlarını imzlayan Z.Quliyev Agentlikdə baş mühasib vəzifəsində çalışıb. Üzləşmə aktlarında olan imzaların Z.Quliyevə məxsus olması ilə bağlı da şübhələri var. Belə ki, aktlar imzalanan vaxt Agentlik artıq fəaliyyət göstərmişdi, belə ki, PHŞ artıq qeydiyyata alınmışdır. Z.Quliyev ləğvetmə komissiyasının tərkibində idi. Müqavilə əsasında daşıma həyata keçirilib və ödəniş edilib, borc mövcud deyil. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC (ekspeditor) ilə Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (müştəri) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ALM-086/3 saylı nəqliyyat-ekspedisiya xidmətləri üzrə müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq, ekspeditor müştərinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükü daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi), habelə, yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərməyi öhdəsinə götürür, məsələn (siyahı məhdudlaşdırılmır): Bütün növ dəmir yol stansiya xidmətləri (yüklərin yüklənməsi və göndərilməsi üçün sənədin alınması, vaqonların/nəqliyyat vasitələrinin verilməsi-götürülməsi, nəqliyyat sənədlərinin tərtib olunması, stansiya xidmətləri üzrə ödənişin (yüklərin/vaqonların/nəqliyyat vasitələrinin saxlanılmasına görə, vaqonların/nəqliyyat vasitələrinin boş dayanmasına görə cərimələrin) edilməsi daxil olmaqla), mühafizə, yükləmə-boşaltma xidmətləri; - Gömrük rəsmiləşdirilməsi və/və ya digər rəsmiliklər; - Keyfiyyət və kəmiyyət ölçüləri - Yükün/malın saxlanması/anbara yığılması; - Yüklərin/malların yenidən yüklənməsi; -Tərəflərin razılaşdırdığı xidmət növləri 1.2-ci bəndinə görə müştəri görülmüş işlərin və xidmətlərin bu müqavilənin şərtlərinə uyğun olaraq vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən ekspeditor müştəri (müştərinin səlahiyyətli şəxsi) tərəfindən verilmiş yüklərə, son yük qəbul edənə və ya müştərinin sifarişində (bundan sonra "Sifariş" adlandırılacaq) qeyd olunan digər məntəqəyə çatdırılması üçün nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə öhdəliyi üzərinə götürür. 3.5-ci bəndinə əsasən: a) Tərəflər arasında başqa cür razılaşdırılmayıbsa, müştəri ekspeditora işlərin ilkin dəyərinin 100%-ni ekspeditor tərəfindən proforma hesab-fakturanın təqdim etmə tarixindən etibarən 3 (üç) gün ərzində köçürür. b) İşlərin görülməsi faktı üzrə ekspeditor tərəfindən sifariş üzrə yekun hesab-faktura təqdim edilir, işlərin faktiki dəyəri ilə avans ödənişi məbləği arasındakı fərq müştəri tərəfindən hesab-fakturanın təqdim edilməsi andan etibarən 3 (üç) bank günü ərzində ödənilməlidir. 3.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan müddət ərzində, ekspeditor müştəriyə yekun hesab-fakturaları təqdim edir. 4.1-ci bəndinə əsasən hər bir sifarişin icra olunması üzrə ekspeditor elektron poçt vasitəsilə müştəriyə görülmüş işlər və xidmətlər aktının elektron surətini göndərir. 5 (beş) iş günündən gec olmayaraq, müştəri, elektron poçt vasitəsilə, müştərinin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə bərkidilmiş aktın surətini göndərir, yaxud, həmin müddət ərzində, akt üzrə əsaslandırılmış etiraz təqdim edir. Tutuşdurma aktında təqdim olunan xidmətlər üzrə tam məlumat olmalıdır ki, bura keçid kodları, nəqliyyat vasitələrinin növləri, nömrələri və mənsubiyyəti, əmtəə- nəqliyyat qaimələrinin nömrələri, göndəriş və təyinat məntəqələri, yükün təsviri və XİF ƏN kodları, brutto çəkiləri daxildir. 5.2-ci bəndinə görə bu müqavilədə qeyd olunan ödəniş müddətləri pozulduğu zaman ekspeditor müvafiq ödənişin daxil olma anına qədər işlərin görülməsini başlamamaq və onların görülməsini dayandırmaq hüququndadır, bu zaman müştəri ekspediotora ödənişin gecikdirilməsi ilə bağlı bütrün itkiləri kompensasiya etməyi öhdəsinə götürür. Hesabfakturaların müüəyyən edilmiş müddət ərzində ödənilməsində gecikdirmələr halında, müştəri ekspeditora ödənişin gecikdirildiyi hər gün üçün ödənilməmiş hesab-fakturaların məbləğinin 0,5% məbləğində penya ödəyir. 7.6-cı bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri onu imzaladıqdan sonra qanuni qüvvəyə minir və xx.xx.2023-cü ilədək daxil olmaqla etibarlıdır. 7.7-ci bəndinə əsasən bu müqavilə tərəflərin istənilən biri tərəfindən, pozmaq niyyəti barədə ən azı 30 (otuz) təqvim günü öncədən xəbərdar etməklə, müştəri tərəfindən ekspeditorun bütün xərclərinin kompensasiya edilməsi şərti ilə, pozula bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqavilə üzrə xx.xx.2021-xx.xx.2022-ci il tarixinə (yük daşımaları üzrə) xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, aktda ALM-086/3 saylı müqavilə üzrə göstərilmiş beynəlxalq yükdaşıma xidmətləri ilə bağlı sonuncu dəfə xx.xx.2022-ci ildə 167.181,64 ABŞ dolları, ümumilikdə 501.799,35 ABŞ dolları məbləğində ödəniş edildiyi və xx.xx.2022-ci il tarixə Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 İddiaçı MMC-yə olan borcunun 21.099,65 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (rəis Nicat Əliyev qeyd edilsə də, Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İddiaçı MMC ilə Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqavilə üzrə xx.xx.2021-xx.xx.2022-ci il tarixinə daxili daşınma üzrə xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, aktda ALM-086/3 saylı müqavilə üzrə göstərilmiş daxili yükdaşıma xidmətləri ilə bağlı xx.xx.2022-ci il tarixə Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 İddiaçı MMC-yə olan borcunun 17.020,12 manat məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (rəis Nicat Əliyev qeyd edilsə də, Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 150422-45Feb saylı işlərin təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqaviləyə əsasən icraçı (ekspeditor) - İddiaçı MMC tərəfindən sifarişçi (müştəri) - Dövlət X2 01-xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə beynəlxalq yük daşıma xidmətlərinə görə ümumilikdə göstərilmiş xidmətlərin cəmi dəyəri 145.580,33 ABŞ dolları təşkil edir. Akt İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 150422-45Feb/1 saylı işlərin təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqaviləyə əsasən icraçı (ekspeditor) - İddiaçı MMC tərəfindən sifarişçi (müştəri) - Dövlət X2 01-xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə daxili yük daşıma xidmətlərinə görə ümumilikdə göstərilmiş xidmətlərin cəmi dəyəri 6.841,06 manat təşkil edir. Akt İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC-nin hesabına 137.477,98 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC-nin hesabına 124.807,59 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC-nin hesabına 306.564,54 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC-nin hesabına 284.208,79 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, İNV-F-2111-0032 nömrəli hesabfakturadan (final-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM- 086/3 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin sentyabr ayı üzrə beynəlxalq yük daşıma xidmətlərinin ümumi dəyəri 22.046,73 ABŞ dolları təşkil edir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, İNV-F-2112-0027 nömrəli hesabfakturadan (final-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM- 086/3 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin oktyabr ayı üzrə beynəlxalq yükdaşıma xidmətlərinin ümumi dəyəri 69.736,19 ABŞ dolları təşkil edir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, İNV-F-2112-0028 nömrəli hesabfakturadan (final-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM- 086/3 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin oktyabr ayı üzrə daxili yük daşıma xidmətlərinin ümumi dəyəri (ƏDV daxil) 1.602,2 manat təşkil edir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, İNV-F-2201-0007 nömrəli hesabfakturadan (final-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM- 086/3 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin noyabr ayı üzrə beynəlxalq yük daşıma xidmətlərinin ümumi dəyəri 47.852,94 ABŞ dolları təşkil edir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsilə göndərilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə Agentliyin MMC qarşısındakı daxili yükdaşımalar üzrə borcu 1602,20 manat təşkil etmişdir. Akt İddiaçı MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsilə göndərilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə Agentliyin MMC qarşısındakı beynəlxalq yükdaşımalar üzrə borcu 58.766,46 ABŞ dolları təşkil etmişdir. Akt İddiaçı MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 təqdim edilən xx.xx.2022-ci il tarixli, İNV-Pre-2202-0004 nömrəli hesab-fakturadan (avans-invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı nəqliyyatekspedisiya xidmətinə dair müqavilə üzrə yükdaşıma xidmətləri üçün avans ödənişinin ümumi dəyəri 167.181,64 ABŞ dolları təşkil edir. xx.xx.2021-ci il-xx.xx.2022-ci il-ci il tarixləri arası dövrdə sifarişçi (müştəri) - Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 ilə (Zakir.GElektron ünvan 1;Elektron ünvan 2) icraçı (ekspeditor) - İddiaçı MMC (Elektron ünvan 3) arasında aparılmış “e-mail” yazışmaları ilə təsdiq edilir ki, həmin dövrlərdə icraçı (ekspeditor) tərəfindən müvafiq olaraq 2021-ci ilin iyul, sentyabr, oktyabr, noyabr ayları üzrə final-invoys və üzləşmə aktları sifarişçiyə (müştəri) göndərilmiş, üzləşmə aktlarının imzalanıb 5 iş günü ərzində icraçıya geri qaytarılması xahiş edildiyi bildirilmişdir. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışı ilə təsdiq edilir ki, xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı nəqliyyat ekspedisiya müqaviləsi üzrə Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 xx.xx.2021-xx.xx.2022-ci illər üzrə 522.899 ABŞ dolları məbləğində beynəlxalq yükdaşıma xidmətləri sifariş etmiş, əvəzində isə cəmi 501.799,35 ABŞ dolları ödəniş etmiş, 17.020,12 manat məbləğində isə daxili yükdaşıma xidmətləri sifariş etmiş, əvəzində isə heç bir ödəniş etməmişdir. Hazırki gündə Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 daxili yükdaşıma xidmətləri üzrə 17.020,12 manat, beynəlxalq yükdaşıma xidmətləri üzrə isə 21.099,15 ABŞ dolları məbləğində borc öhdəliyi mövcuddur. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli 018 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Cavabdeh Dövlət X1, onun tabeliyində olan Taxıl fondu üzrə idarənin, “Qaya”, “Qala” və “Qoşqar” Kombinantlarının ləğv edilməsi üzrə adları və vəzifələri qeyd edilmiş tərkibdə Ləğvetmə Komissiyası yaradılmışdır. “Ədliyyə” qəzetinin aprel 2022-ci il tarixli 04 (217) nömrəli buraxılışından görünür ki, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3, onun tabeliyində olan Taxıl fondu üzrə idarə, “Qaya”, “Qala” və “Qoşqar” Kombinantları ləğv olunduğunu elan edir və kreditorlardan bu elan dərc olunduqdan sonra 60 gün ərzində təşkilata olan tələblərini bildirmələri xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyasının sədri və üzvləri Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 balansında olan dövlət əmlakının bir qismini (Agentliyin tabeliyində olan Taxıl fondu üzrə idarənin, “Qaya”, “Qala” və “Qoşqar” Kombinantlarının bir sıra əmlakları) Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə təhvil vermişdir. Akt Azərbaycan Respublikası Cavabdeh təhvil-təslim komssiyasının sədri və üzvləri (o cümlədən Dövlət X1 Maliyyə şöbəsinin müdiri Zakir Quliyev) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İddiaçı MMC-yə ünvanladığı MMC-nin pretenziya məktubuna cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli ALM-086/3 saylı müqavilə üzrə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İddiaçı MMC-yə 52.889,53 manat borcun Agentliyə aid olmadığı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh Dövlət X3 arasında nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən Dövlət X1 sifarişləri əsasında yükdaşıma xidmətləri göstərilmiş, Agentlik tərəfindən isə göstərilmiş xidmətlərin dəyərindən ödənişlər edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X11 yaradılması haqqında” AR Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanına əsasən Cavabdeh Dövlət X1 bazasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X10 yaradılması; Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində AR Cavabdeh Dövlət X1 balansında olan dövlət əmlakının, habelə X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsinin təmin edilməsi; Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 öz fəaliyyətini davam etdirməsi qərara alınmışdır. AR Prezidentinin 10 fevral 2022-ci il tarixli fərmanı ilə isə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X10 nizamnaməsi təsdiq edilmişdir. Eyni zamanda AR Prezidentinin eyni tarixli digər fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli fərmanında dəyişiklik edilərək Dövlət X3 Cavabdeh strukturuna daxil olan qurumların siyahısından çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X11 dövlət qeydiyyatına alınaraq həmin quruma VÖEN verilmişdir. Hazırda iddiaçı "xxxx" MMC Cavabdeh Dövlət X1 yuxarıda göstərilən yükdaşıma müqaviləsi üzrə dövlətdaxili və beynəlxalq yükdaşımalara görə ona ödənilməmiş borcunun olduğunu əsas göstərərək həmin borcun Cavabdehndən tutulmasına dair iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan borcun əsasında yaranması iddia edilən yükdaşıma müqaviləsi iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında deyil, əvvəllər cavabdehin strukturuna daxil olan qurum olmuş Dövlət X3 ilə bağlandığından ilk növbədə cavabdehin hazırkı iddia üzrə cavab verməli olan şəxs olub-olmaması məsələsinə qiymət verilməlidir. Həmin məsələ ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh Dövlət X1 bazasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X11 yaradılsa və agentliyin balansında olan əmlaklar yeni yaradılmış PHŞ-in balansına verilsə də, agentliyin passivləri PHŞ-ə verilməmiş, eləcə də PHŞ-in nizamnaməsində onun Dövlət X1 hüquqi varisi olması barədə müddəa yer almamışdır. Odur ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X10 Dövlət X1 hüquqi varisi hesab edilməsi barədə əsas yoxdur. Dövlət X1 ləğv edilməsi, belə olan halda onun hüquqi varisinin olmaması barədə cavabdehin Cavabdeh dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birincisi, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X10 yaradılması barədə AR Prezidentinin Fərmanında, eləcə də digər normativ hüquqi aktlarda Dövlət X1 ləğv edilməsi barədə müddəa nəzərdə tutulmamışdır. İkincisi, Mülki Məcəllədə hüquqi şəxsin ləğv edilməsinin, yəni onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsinin qaydaları müəyyən edilmişdir ki, Cavabdeh Dövlət X1 mövcudluğuna Mülki Məcəllədə hüquqi ləğv edilməsi üçün müəyyən edilmiş qaydada xitam verilməsini (Mülki Məcəllənin 61-ci maddəsi, məlumatın Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə iki dəfə dərc edilməsi, ləğvetmə komissiyası tərəfindən məlum kreditorlara bildiriş göndərilməsi, aralıq ləğvetmə balansının təsdiq edilməsi, onun əsasında kreditorlara ödənişlər edilməsi və yekun ləğvetmə balansının təsdiq edilməsini) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. İşə əlavə edilmiş Dövlət X1 Əsasnaməsindən də göründüyü kimi həmin Əsasnamədə Agentliyin aparatının və tabeliyində olan bölmələrin büdcədən maliyyələşdirilən işçilərin sayı, strukturu və ştat cədvəli, büdcə vəsaitləri üzrə xərc smetası və qanunvericiliyə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetasının Nazirlik tərəfindən təsdiq edilməsi (5.11), agentliyin aparatının strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçilərinin AR fövqəadə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi (5.12), agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək hüququna malik olmaması (5.22.10) və s. bəndlər nəzərdə tutulmuşdur ki, həmin bəndlərin məzmunu Mülki Məcəllənin 43.1-ci maddəsinin tələbləri baxımından Agentliyin hüquqi şəxs statuslu qurum olmasını istisna edir. Beləliklə, Dövlət X3 müstəqil hüquqi şəxs deyil, Cavabdeh strukturuna daxil olan qurum olduğundan onun mövcudluğuna və fəaliyyətinə son qoyulmasının nəticələrinin hüquqi şəxsin ləğv edilməsi ilə eyniləşdirilməsi üçün əsaslar yoxdur. Belə ki, hüquqi şəxsdən fərqli olaraq hüquqi şəxsin struktur bölməsi müstəqil mülki hüquq subyektliyinə malik olmur, bu baxımdan struktur bölmənin mövcudluğuna xitam verildiyi halda mülki hüquq subyekti olan hüquqi şəxs mövcud olmaqda davam edir və belə olan halda mövcudluğuna xitam verilmiş struktur bölməsi də daxil olmaqla öz öhdəliklərinə görə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı halda Dövlət X1 öhdəliklərinə görə cavab verməli olan şəxs onun struktur bölməsi olduğu və bilavasitə tabeçiliyində olduğu hüquqi şəxs statuslu qurum, yəni Cavabdeh olduğundan iddia cavab verməli olan şəxsə yönəldilmişdir. İddianın mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Dövlət X3 arasında əvvəllər yükdaşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Dövlət X2 yükdaşıma xidmətlərinin göstərilməsi və həmin xidmətlərə görə haqqın Dövlət X3 tərəfindən ödənilməsi işin mübahisəsiz halları olsa da, Dövlət X1 müqavilə üzrə göstərilmiş xidmətlərə görə "xxxx" MMC-yə ödənilməmiş borcunun qalıb-qalmaması mübahisəli haldır. Mübahisəli borcun mövcudluğunu təsdiq etmək üçün iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə xx.xx.2021-xx.xx.2022-cı il tarixləri arasında dövrdə beynəlxalq və dövlətdaxili daşımalar üzrə Dövlət X1 sifarişləri əsasında göstərilmiş xidmətlər və həmin xidmətlərə görə xidmət haqqı barədə arayışlar, iddiaçı tərəfindən cavabdehin səlahiyyətli şəxslərinin elektron poçt ünvanlarına göndərilmiş 2021-ci ilin oktyabr-noyabr ayları üçün üzləşmə aktları və təhvil-təslim aktları, eyni zamanda xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları və xx.xx.2022-ci il tarixli üzləşmə aktları təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, Agentliyə elektron poçt vasitəsinə göndərilmiş təhvil-təslim və üzləşmə aktları 2021-ci il noyabr ayının sonuna qədər olan dövrü əhatə edir. 2021-ci ilin noyabr ayı üzrə tərtib edilmiş aktlara əsasən xx.xx.2021-ci il tarixə X1 iddiaçıya daxili yükdaşımalara görə 1602,20 manat və beynəlxalq yükdaşımalara görə 58.766,46 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilir. Odur ki, məhkəmə tərəflər arasında bağlanmış müqavilədə təhvil-təslim aktlarının elektron poçt vasitəsilə göndərilməsi və həmin aktlara 5 gün ərzində etiraz edilmədikdə aktın imzalanmış hesab edilməsi barədə şərtin olmasını (müqavilənin 4.3-cü bəndi), eləcə də sözügedən aktların agentliyin səlahiyyətli şəxslərinin (o cümlədən Cavabdeh rəsmi domenində yerləşən elektron poçt ünvanına (zakir.gElektron ünvan 1) göndərilməsi və həmin akta etiraz edilməməsinin öz təsdiqini tapdığını nəzərə alaraq həmin aktları X1 xx.xx.2021-ci il tarixə iddiaçıya olan borcunun məbləğini təsdiq edən sənədlər kimi qiymətləndirir. Digər tərəfdən iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən X3 tərəfindən iddiaçı "xxxx" MMC cəmi 590.773,33 manat məbləğində (xx.xx.2022 və xx.xx.2022) avans təyinatlı və 124.807,59 manat (xx.xx.2021) məbləğində göstərilmiş xidmətlərə görə ödənişlər edilmişdir. İddiaçı "xxxx" MMC isə xx.xx.2021-ci il tarixdən sonra Agentliyin yükdaşımalarla bağlı verdiyi sifarişləri, eləcə də həmin sifarişlər əsasında göstərilmiş xidmətlərin həcmini və dəyərini təsdiq edən mötəbər sənədləri təqdim etməmişdir. Belə ki, xidmətlərin dəyəri barədə təqdim olunan arayışlar iddiaçı tərəfindən tərtib edilmiş birtərəfli sənəd olmaqla xidmətlərin göstərilməsi və borcun olması faktının təsdiq etmək üçün yetərli deyil. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları və xx.xx.2022-ci il tarixli üzləşmə aktları isə Dövlət X1 adından Agentliyin baş mühasibi vəzifəsində işləmiş, Zakir Quliyevin imzası ilə təsdiq edilmiş, lakin üzərinə möhür vurulmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Dövlət X1 bazasında yaradılmış PHŞ xx.xx.2022-ci il tarixdən dövlət qeydiyyatına alındığından AR Prezidentinin xx.xx.2021-ci il tarixli fərmanının müddəalarına uyğun olaraq həmin tarixdən Cavabdeh Dövlət X1 fəaliyyətinə xitam verilmişdir. Odur ki, həmin tarixdən sonrakı dövrdə tərtib edilərək imzalanmış təhvil-təslim aktları və üzləşmə aktları mövcud olmayan Agentliyin baş mühasibi tərəfindən deyil, Cavabdeh səlahiyyətli şəxsləri tərəfindən imzalanmalı idi. Bu baxımından məhkəmə sözügedən üzləşmə və təhvil-təslim aktlarını xidmətlərin göstərilməsi və borcun mövcud olmasını təsdiq edən sənədlər kimi qəbul etmir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən Agentliyin xx.xx.2021-ci il tarixə X1 iddiaçıya daxili yükdaşımalara görə 1602,20 manat və beynəlxalq yükdaşımalara görə 58.766,46 ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapsa da, həmin tarixdən sonra Agentlik tərəfindən iddiaçı "xxxx" MMC-yə həmin məbləğdən daha yüksək məbləğdə - cəmi 715.580,92 manat məbləğində pul vəsaitinin ödənildiyini nəzərə alaraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında hazırda Cavabdeh mübahisəli müqavilə üzrə "xxxx" MMC-yə borcunun olması barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. İddianın dəbbə pulunun tutulması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Dövlət X1 mübahisəli müqavilə üzrə "xxxx" MMC qarşısındakı öhdəliklərini lazımi qaydada icra etməməsi iş materialları ilə öz təsdiqini tapmadığından öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun tutulması tələbinə dair iddia da əsassızdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar