Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1433/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçıASC-nin cavabdeh “Cavabdeh” İctimai Birliyinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıASC-nin cavabdeh “X1 Komək” İctimai Birliyinə qarşı “torpaq sahəsindən çıxarılma” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən, “xxxx” ASC-nin istifadəsində olan 671 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi vəsatət təqdim edərək, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə İddiaçıASC arasında yaranan kommersiya mübahisələrinə dair hakim Leyla Əliyevanın icraatında olan işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə tərəflərin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2021 saylı iş və hazırkı e-2-2(113)-1433/2021 saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmənin icraatında bir biri ilə əlaqədar olan işlərin tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının birbirinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçıASC-nin cavabdeh “Cavabdeh” İctimai Birliyinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair e- 2-2(113)-1433/2021 saylı iş “X1 Komək” İctimai Birliyin İddiaçıASC- yə qarşı “mühafizə zolağından istifadənin qadağan olunması” tələbinə dair e-2-2(113)-2476/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh “Cavabdeh” İctimai Birliyinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair e-2-2(113)-1433/2021 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan “Cavabdeh” İctimai Birliyin İddiaçıASC- yə qarşı “mühafizə zolağından istifadənin qadağan olunması” tələbinə dair e-2-2(113)-2476/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1433/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1433/2021
29.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver