Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-146/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı Müqaviləyə uyğun olaraq 14769,64 manat, 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı müqaviləyə uyğun 1157,58 manat, dövlət rüsumunun ödənilməsinə görə 139,28 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat, ümumilikdə 16565,5 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 aprel 2019-cu il tarixli 19-04|05 saylı və 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə toplu SMS göndərilməsi xidməti göstərilmişdir. Hazırda cavabdehin iddiaçıya 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı Müqaviləyə uyğun olaraq 14769, 64 manat və 30 yanvar 2020-ci il tarixli 20-01/06 saylı müqaviləyə uyğun 1157,58 manat borcu qalmışdır. Müqaviləyə uyğun olaraq pretenziya qaydasında cavabdehə müraciət edilərək iddiaçıya ödənilməli olan məbləğləri tələb etsələrdə cavabdeh heç bir reaksiya verməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1-ci, 448.2-ci maddələrinə istinad olunmuşdur. İddia tələbinə qarşı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. İş materiallarında olan sübutlar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında imei adresi vasitəsi ilə sifarişlər cavabdeh tərəfindən verildiyi görsənsə də sifariş verilmiş xidmətin iddiaçı tərəfindən icra edildiyini sübut edən faktlar yoxdur. Təqdim edilmiş imei adresinin skrinşotları saxta hazırlanmış sənədlərə daha çox bənzədiyindən iş üzrə texniki ekspertiza keçirilib ilk öncə həmin sifarişlərin verilib verilmədiyi müəyyən edilməlidir. Bundan sonra iddiaçının icra etdiyi sms göndərişlərinin həqiqətən Cavabdehnın müştərilərinə göndərdiyini təsdiq edən sənədlər müvafiq operatorlardan alınıb təqdim edilməlidir. Bu olmadığı təqdirdə iddia heç bir halda əsaslı sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq iş üzrə tərəflər arasında aparılmış imei yazışmalarının həqiqiliyinin müəyyən edilməsi üçün texniki ekspertizanın keçirilməsi və müvafiq oreratorlardan göndərilmiş smslərin çıxarışlarının əldə edilməsi üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinə qarşı cavabdehin nümayəndəsi və vəkili tərəfindən yenidən etiraz təqdim edilmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinə növbəti etirazı bildirirək 2022-ci ilin dekabr ayından Cavabdeh MMC tamamilə fəaliyyətini dayandırdığı halda ona xidmət göstərməsini iddia edərək qaimə göndərilmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarı). İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, sifarişlərin sayına uyğun qaimələr var və onlar üzrə də müəyyən məbləğlər ödənilmişdir. Əgər sifarişlər yoxdursa qarşı tərəf e-qaimələri qəbul etməməli idi. Suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ildən qarşı tərəfin fəaliyyət göstərməməsi barədə məlumatları olmamışdır. Şirkətin tam fəaliyyətinin dayandırılması barədə qərar, hər hansı rəsmi məlumat iddiaçıya məlum deyildir. E-qaimələrinin gec vurulma səbəbi isə e-qaimə vurularkən ƏDV dərhal iddiaçı tərəfindən ödənilməli idi. İddiaçı cavabdeh tərəflə şifahi danışıqlar apararaq bildirmişdir ki, onların büdcəsində pul olduğu zaman iddiaçı e-qaiməni vuracaqdır. Cavabdeh tərəf ödəməkdən yayındığı üçün iddiaçı e-qaiməni məcbur qalıb gec vurmalı olmuşdur. xx.xx.2023-cü il tarixli qaimə üzrə heç bir ödəniş olmamışdır. 2020-ci ildən pulun ödənilməsi barədə dəfələrlə şifahi qaydada xəbərdarlıqlar, müraciətlər olunmuşdur. Lakin qarşı tərəf borcu ödəməkdən yayınmışdır. Sonda isə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbi qəbul etməyərək əlavə bildirmişdir ki, sifarişlər verilib, lakin icra olunmamışdır. İddiaçı tərəfindən SMS-lər göndərilsə də, onların hansı sayda, hansı məzmunda göndərilməsi cavabdeh tərəf üçün qeyri-müəyyən olduğunu bildirmişdir. Göndərilmiş hissədə iddiaçı tərəfə ödəniş edilmiş, lakin qalan hissədə ödəniş edilməmişdir. E-qaimənin təsdiqi cavabdeh tərəfindən olmamışdır. Qaimələr xidmətin göstərilməsini sübut edən tək sübut ola bilməz. E-qaimələr üzrə cavabdeh üzərinə düşən bütün borc məbləğini ödəmişdir. Cavabdeh tərəfindən verildiyi görsənsə də, sifariş verilmiş xidmətin iddiaçı tərəfindən icra edildiyini sübut edən faktlar yoxdur. Ekspert rəyinə əsasən tədqiq olunan məlumat bazası daxilində “İD-2492” olan xx.xx.2019- xx.xx.2025-ci il zaman intervalında ümumilikdə cəmi 10233916 , tədqiq olunan məlumat bazası daxilində “İD-2779” olan xx.xx.2019- xx.xx.2025-ci il zaman intervalında ümumilikdə ******* ədəd nömrəyə SMS mesajın göndərilməsi aşkar olunub. Lakin elə smslər var ki, onlar üzrə ödənişlər edilmişdir. Bir nömrəyə 2 dəfə təkrar göndərilməsi xidmət sayılmır. Həmin dövrdə vurulmuş e-qaimələrdən imtina edilməməsi, avtomatik təsdiq edilmə səbəbi şirkətin həmin dövrdə fəaliyyətinin dayandırılması ilə bağlı idi. Cavabdeh fəaliyyətini dayandırdığı halda maşınlara GPRS xidmətinin göstərilməsi qeyri-müəyyəndir. Cavabdehə məxsus maşınlar ləğv prosesində istifadə edilmirdi. Xidmətlərin göstərilməməsi barədə qarşı tərəfə məlumat verilməsi barədə məlumatı yoxdur. Qarşı tərəf sübuta yetirməlidir ki, xidməti cavabdehə göstərmişdir. Sonda isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında imzalanmış 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı müqavilənin predmetindən görünür ki, bu müqavilənin predmetini Sifarişçinin tapşırığı ilə İcraçı tərəfindən Müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş xidmətin göstərilməsi, Sifarişçi tərəfindən isə bu xidmətin ödənilməsi təşkil edir. İcraçı aşağıdakı xidməti göstərməyi öz öhdəsinə götürür: Sifarişçi tərəfindən mobil telefon nömrələri təqdim olunmuş bütün abunəçilərə SMS vasitəsilə Sifarişçinin müəyyən etdiyi yazılı mətnin göndərilməsi. Bu müqavilədə göstərilən xidmət, Sifarişçi və ya onım səlahiyyətli nümayəndəsi tərəfindən müqavilə imzalandıqdan və SMS-lər göndərildikdən sonra göstərilmiş hesab olunur. Sifarişçi tərəfindən verilən göndərici adı/adlan OPTİMAL, GENTLEMAN və MOV icraçı tərəfindən sistemə daxil edilir və həmin göndərici adı ilə abunəçilərə SMS göndərilməsi təmin olunur. Bu müqaviləyə əsasən sms miqdarı barədə məlumat və SMS-lər göndərildikdən sonra nəticə hesabatı İcraçının Sifarişçiyə təmin etdiyi proqramda - vveb interfeysdə öz əksini tapacaq. Qeyd olunan nəticə hesabatları operatorların göndərilən SMS-in abunəçiyə çatıb-çatmamasını əks etdirən cavab kodlarının yazılı ifadəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, İcraçının Sifarişçiyə göstərdiyi xidmətin haqqı müştəriyə çatdırılan 1 (bir) SMS üçün 0.007 AZN (və həmin məbləğə tətbiq olunacaq ƏDV) təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən, Sifarişçi elektron qaimə sistemdə təsdiqləndikdən sonra elektron vergi faktura və hesab faktııra məbləğini hər növbəti ayın 10-dək İcraçının bank hesabına köçürmə yolu ilə ödəyəcəkdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, bu müqavilənin predmetinə uyğun olaraq hesablanmış SMS-lərin dəyəri Müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə ödənilməzsə, hər gecikdirilən gün üçün Sifarişçi İcraçıya hesab-fakturadakı məbləğin 0,1 %-i miqdarında cərimə ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən Sifarişçi SMS göndəriləcək abunəçilərin siyahısını İcraçıya təqdim edir. İcraçı tərəfdən Elektron ünvan 1 elektron poçt ünvanı, Sifarişçi tərəfdən isə Elektron ünvan 2, Elektron ünvan 3 elektron poçt ünvan(lar)ı rəsmi yazışma ünvanları kimi qəbul edilir və bu ünvanlardan göndərilən elektron poçtun məzmunu Tərəflərin rəsmi mövqeyi hesab edilir. Sifarişçi bu elektron poçt ünvanları, habelə operativliyi təmin etmək məqsədilə Sifarişçinin **********, ********** mobil telefon nömrə(lər)indən SMS vasitəsilə sifariş verə bilər və bu formada verilmiş sifariş rəsmi sifariş hesab olunur. İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında imzalanmış 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı X2 Edilməsi üzrə müqavilənin predmetindən görünür ki, hazırkı Müqavilənin predmeti GPSim xidməti üzrə Mobile Solution and Marketing Technologies MMC və Sifarişçi tərəfindən aşağıdakı şərtlərin tətbiqini və bununla əlaqədar olaraq tərəflər arasında qarşılıqlı hüquq və öhdəlikləri və digər məsələləri təşkil edir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, MSM T bu müqavilənin imzalanması və Sifarişçinin müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsindən sonra Sifarişçiyə məxsus olan və Əlavə №2-də göstərilmiş avtonəqliyyat vasitələrində işlək vəziyyətdə olan X2etmə cihazlarına Data Sim-kartların quraşdırılmasını, sazlanmasını və GPSim xidmətinin işlək vəziyyətdə Sifarişçiyə təhvil verilməsini öhdəlik olaraq qəbul edir. Müqavilənin 3.2.3-cü maddəsinə əsasən Sifarişçi bu müqavilənin 4.3 bəndində göstərilmiş şərtlər daxilində ödənişin heç bir gecikmə olmadan ödənilməsini öhdəlik olaraq qəbul edir. Müqavilənin 4.1-ci bəndinə əsasən, hazırkı Müqavilə çərçivəsində İcraçı ona məxsus olan avtonəqliyyat vasitəsi üzrə GPSim xidmətinin göstərilməsi üçün cihazları Sifarişçiyə 24 ay müddətinə istifadə üçün pulsuz təqdim edir. Sifarişçi İcraçıdan əldə etdiyi xidməti 24 aydan tez dayandırmaq istədikdə 24 ay müddətinin tamam olmasına qədər olan ayların ödənişi hesablanaraq MSM T-yə etməyini öz öhdəliyinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən, Əlavə №1-ə əsasən quraşdırılmış hər bir cihaz üzrə GPSim xidmətindən istifadəyə görə Sifarişçi hər bir avtonəqliyyat vasitəsinə görə 9 AZN+ƏDV qiyməti olmaqla 24 ay müddətində ödəniş həyata keçirir. Müqavilənin 4.3-cü bəndinə əsasən Əlavə N1-də göstərilməklə, Sifarişçi avtonəqliyyat vasitəsini cihaz və simkartla təmin edilməsi üçün İcraçının tələb etdiyi əraziyə gətirir. Müqavilənin 4.4-cü bəndinə əsasən Sifarişçi bu müqavilənin 4.1. bəndinə istinad etməklə Əlavə №1-də qeyd olunan avtonəqliyyat vasitələrinin sayına müvafiq hesablanmış ümumi ödəniş məbləğini Əlavə №1 imzalandığı gündən sonrakı 14 gün ərzində MSM T-nin təqdim etdiyi akt hesab-faktura əsasında ödəyir. Müqavilənin 4.5-ci bəndinə əsasən Sifarişçi bu müqavilənin 4.2 bəndinə əsaslanmaqla hesablanan aylıq ödəniş məbləğini MSM T tərəfindən təqdim olunan hesabfaktura əsasında köçürmə yolu ilə və ya hesab-faktura va mədaxil qəbzi əsasında nəğd şəkildə ödəyir. Ödəniş MSM T tərəfindən hesab-faktura və ya mədaxil qəbzi təqdim olunduğu gündən sonrakı 5 gün ərzində Sifarişçi tərəfindən həyata keçirilir. Müqavilənin 4.7-ci bəndinə əsasən, ödəniş üzrə öhdəlik vaxtında verinə yetirilmədikdə Sifarişçi, aylıq 10 % gecikmə faizi ödəyəcəyinə, MSM T -nin xəbərdarlıq və ya bildirişi ilə hüquqi vasitələrdən istifadə zamanı çəkiləcək hüquqi xərclərin tamamını Sifarişçiyə aid olacağını qəbul edir və razılaşır. EAAX seriyalı, 081292 nömrəli, xx.xx.2019-cü il tarixli elektron qaiməyə əsasən 1291,10 manat məbləğində, EBAK seriyalı, 251024 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 477,90 manat məbləğində, EBAK seriyalı, 523273 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 467,29 manat məbləğində, EBAL seriyalı, 347515 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 4453,32 manat məbləğində, EBAL seriyalı, 347592 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 1310,39 manat məbləğində, EBAL seriyalı, 346585 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 6606,82 manat məbləğində, EBAL seriyalı, 347096 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3411,67 manat məbləğində, EBAL seriyalı, 347471 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3734,11 manat məbləğində, EBAL seriyalı, 347609 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3127,94 manat məbləğində, EBAL seriyalı, 346990 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2720,89 manat məbləğində, EBAL seriyalı, 347534 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3054,93 manat məbləğində, EBAL seriyalı, 347259 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 6317,69 manat məbləğində, EBAQ seriyalı, 272556 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 531 manat məbləğində, EBAR seriyalı, 798250 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 584,10 manat məbləğində, EBAW seriyalı, 410250 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1688,58 manat məbləğində, EBAW seriyalı, 842276 nömrəli, xx.xx.2021ci il tarixli elektron qaiməyə əsasən 584,10 manat məbləğində, EBAX seriyalı, 953291 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 141,60 manat məbləğində, EBAX seriyalı, 952716 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 562,86 manat məbləğində, EBAY seriyalı, 339975 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 637,20 manat məbləğində, EBAZ seriyalı, 780218 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 743,40 manat məbləğində, EBBB seriyalı, 400098 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 771,72 manat məbləğində, EBBC seriyalı, 777761 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 732,78 manat məbləğində, EBBE seriyalı, 369204 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 732,78 manat məbləğində, EBBF seriyalı, 763677 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 732,78 manat məbləğində, EBBH seriyalı, 806332 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBH seriyalı, 806332 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBK seriyalı, 386489 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBL seriyalı, 758658 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBN seriyalı, 451806 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 690,30 manat məbləğində, EBBM seriyalı, 791812 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 118 manat məbləğində, EBBP seriyalı, 427028 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 32045,71 manat məbləğində, EBBS seriyalı, 743464 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 32045,71 manat məbləğində, EBCA seriyalı, 369960 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 8260 manat məbləğində, EBDO seriyalı, 779512 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9108.05 manat məbləğində, görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. “Paşa Bank” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 27157,38 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 4000 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 2542,37 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 2000 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2000 manat məbləğində ödənişlər edilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2020-ci tarixli əməliyyat üzrə 25227,83 manat məbləğində, xx.xx.2021-ci tarixli əməliyyat üzrə 1242 manat məbləğində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənişlər edilmişdir. Hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 100 manat məbləğində, xx.xx.2022-ci tarixli əməliyyat üzrə 1251 manat məbləğində, xx.xx.2022-ci il tarixli əməliyyat üzrə 1824 manat məbləğində, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənişlər edilmişdir. “Paşa Bank” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2019-cu tarixli əməliyyat üzrə 1094,16 manat məbləğində, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödəniş edilmişdir. “Unibank KB ASC” tərəfindən verilmiş hesabdan çıxarış məlumatına əsasən, xx.xx.2022-ci il tarixli əməliyyat üzrə, 2000 manat məbləğində, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödəniş edilmişdir. “X4 Azərbaycan” tərəfindən verilmiş hesabdan çıxarış məlumatına əsasən, xx.xx.20221-ci il tarixli əməliyyat üzrə 3450 manat məbləğində, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödəniş edilmişdir. İddiaçı tərəfindən hansı məzmunda və neçə sayda SMS bildirişlərin göndərilməsi müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə kompyuter-texniki ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-5/1114/2025 saylı rəyi ekspert rəyi ilə məlumat bazası daxilində Cavabdeh MMC-yə aid “customerld-2492” içərisində N°19-04/05” müqavilənin 2.Müqavilə Predmeti bölməsinin 2.24 bəndinə əsasən “SenderName = Optimal” olan xx.xx.2022-ci il tarixdə 457991 ədəd, xx.xx.2022-ci il tarixdə 208299 ədəd, xx.xx.2022-ci il tarixdə 91749 ədəd, 01,05.2022-ci il tarixdə 100925 ədəd, xx.xx.2022-ci il tarixdə 114678 ədəd, 01,07.2022-ci il tarixdə 283674 ədəd və xx.xx.2022-ci il tarixdə 3040 ədəd “SMS” mesajın göndərilməsi aşkar olundu. Ümumilikdə cəmi ******* ədəd SMS mesaj abonentlərə göndərilmişdir. “SenderName = Optimal” olan Ümumilikdə cəmi 420258 SMS” mesajın göndərilməsi müəyyən olundu. İddiaçı tərəfindən hansı məzmunda və neçə sayda SMS bildirişlərin göndərilməsi müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə kompyuter-texniki ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-5/323/2025 saylı rəyi ekspert rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqat nəticəsində tədqiq olunan "xxxx" MMC-nin məlumat bazasında Cavabdeh MMC-yə aid “İD-2492” və “İD-2779” olan xx.xx.2019 - xx.xx.2025-ci il zaman intervalına aid məlumatlar daxilində “SenderName=GENTLEMAN”, “SenderName= MOV” və “SenderName= MG Store” olan SMS mesajların göndərilməsinə dair hər hansı məlumat müəyyən olunmadı. Tədqiq olunan "Mobil Solution and Marketing Technologies” MMC-nin məlumat bazasında “İD-2492” olan xx.xx.2019 - xx.xx.2025-ci il zaman intervalına aid məlumatlar daxilində “SenderName=Optimal” olan xx.xx.2019- 111805, xx.xx.2019-945602, xx.xx.2019- 192277, xx.xx.2019-24078, xx.xx.2019-829044, xx.xx.2019-339487, xx.xx.2019-427900, xx.xx.2019- 816364, xx.xx.2019-342298, xx.xx.2020- 346392, xx.xx.2020-131941, xx.xx.2020- 407762, xx.xx.2020-180772, xx.xx.2020- 476197, xx.xx.2021-143808, xx.xx.2021- 164303, xx.xx.2021-177635, xx.xx.2021- 54417, xx.xx.2021 -246533, xx.xx.2022- 457991, xx.xx.2022-208299, xx.xx.2022- 114678, xx.xx.2022-283674 xx.xx.2020- 85316, xx.xx.2020- 327533, xx.xx.2020- 48541, xx.xx.2021- 167197, xx.xx.2021-245086, xx.xx.2021- 225903, xx.xx.2022-91749, və xx.xx.2022-3040 xx.xx.2020- 489084, xx.xx.2020- 211618, xx.xx.2020-97580, xx.xx.2021- 334028, xx.xx.2021- 259829, xx.xx.2021- 143063, xx.xx.2022-100925, ədəd “SMS” mesajın göndərilməsinə aid rəqəmsal qeydlər müəyyən olundu. Tədqiq olunan "xxxx" MMC-nin məlumat bazasında “İD-2779” olan xx.xx.2019- 29.0.2025-ci il zaman intervalına aid “SenderName=Optimal” olan xx.xx.2021-ci ildə ******* ədəd və xx.xx.2021-ci ildə 450803 ədəd “SMS” mesajın göndərilməsinə aid rəqəmsal qeydlər müəyyən olundu. Tədqiq olunan məlumat bazası daxilində “İD-2492” olan xx.xx.2019- xx.xx.2025-ci il zaman intervalında ümumilikdə cəmi 10233916 ədəd nömrəyə (xx.xx.2019-xx.xx.2021-ci il intervalında ******* ədəd xx.xx.2021-xx.xx.2025-ci il zaman intervalında ******* ədəd nömrəyə) SMS mesajın göndərilməsi aşkar olundu. Tədqiq olunan məlumat bazası daxilində “İD-2779” olan xx.xx.2019- xx.xx.2025-ci il zaman intervalında ümumilikdə ******* ədəd nömrəyə SMS mesajın göndərilməsi aşkar olundu. Nəzərə alsaq ki, bir abonent nömrəsinə bir neçə SMS mesaj göndərilməsi mümkündür buradan belə nəticəyə gəlinir ki, aşkar olunmuş SMS mesajların göndərildiyi abonent nömrələri daxilində təkrarlanan abonent nömrələri vardır. Tədqiq olunan məlumat bazası daxilində “İD-2492” və “İD-2779” olan xx.xx.2019-ci il zaman intervalında aid “SenderName=Optimal” üzrə göndərilmiş SMS mesajların xarici yaddaş qurğusuna köçürməyə cəhd olunsada məlumatın həcminin çox olması səbəbindən bu mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 139,28 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqavilələri üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin tapşırığı ilə cavabdeh tərəfindən mobil telefon nömrələri təqdim olunmuş bütün abunəçilərə SMS vasitəsilə cavabdehin müəyyən etdiyi yazılı mətnin göndərilməsi xidmətini göstərməyi, cavabdeh isə bu xidmətin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtinə əsasən göstərilən xidmət, cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən müqavilə imzalandıqdan və SMS-lər göndərildikdən sonra göstərilmiş hesab olunur. Həmçinin tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı müqaviləyə əsasən iddiaçı bu müqavilənin imzalanması və cavabdehin müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsindən sonra cavabdehə məxsus olan və Əlavə №2-də göstərilmiş avtonəqliyyat vasitələrində işlək vəziyyətdə olan X2etmə cihazlarına Data Sim-kartların quraşdırılmasını, sazlanmasını və GPSim xidmətinin işlək vəziyyətdə cavabdehə təhvil verilməsini, cavabdeh isə ödənişin heç bir gecikmə olmadan ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı müqavilədə nəzərdə tutulmuş, 14769,64 manat dəyərində sms xidmətləri iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqının 14769,64 manat hissəsini ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, ödəniş tapşırıqları, ekspert rəyi), e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Cavabdehin nümayəndəsi verilmiş sifarişlər üzrə SMS-lərin göndərilməsini, yəni iddiaçı tərəfindən xidmət göstərilməsini mübahisələndirdiyi üçün ekspertiza təyin olunmuş və ekspertiza nəticəsində həqiqətən iddiaçı tərəfindən cavabdehə xidmət göstərildiyi, hətta SMS-lərin sayı və aparılmış ödənişlərin fərqini nəzərə aldıqda, iddiaçının tələb etdiyi 14796 manatdan artıq xidmət haqqının ödənilmədiyi müəyyən edilmişdir. Bundan başqa elektron qaimənin 2023-cü ildə cavabdehə göndərilməsi xidmət həmin vaxtda göstərilməsi demək deyildir. Belə ki, ekspert rəyində son SMS-lərin xx.xx.2022-ci il tarixdə göndərildiyi qeyd edilmişdir. Yəni, iddiaçı cavabdehin fəaliyyət göstərmədiyi 2023-cü ilin yanvar ayından sonra ona heç bir xidmət göstərməmiş, sadəcə elektron qaiməni aralarında yaranmış praktikaya əsasən sonradan cavabdehə göndərmişdir. Eyni zamanda iddiaçı 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı X2 Edilməsi üzrə müqavilədə nəzərdə tutulmuş, 1157,58 manat dəyərində GPSim xidmətləri iddiaçı tərəfindən göstərilsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqından 1157,58 manat hissəsini ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, elektron qaimə, ödəniş tapşırıqları) da təsdiq olunur. Belə ki, elektron qaimələr və ödəniş tapşırıqları arasında fərqi nəzərə aldıqda cavabdehin tam ödəniş etmədiyi müəyyən olunmuşdur. Mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, iddiaçı tərəfindən cavabdehə SMS və GPSim xidmətlərinin göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə ümumilikdə hər iki müqavilə üzrə 15927,22 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 15927,22 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan və hüquqi yardım xərci ağlabatan olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 139,28 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 500 manatın əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə kompyuter-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 22 aprel 2019-cu il tarixli 19-04/05 saylı müqaviləyə uyğun olaraq 14769,64 manat, 30 yanvar 2020-ci il tarixli №20-01/06 saylı müqaviləyə uyğun 1157,58 manat, ümumilikdə 15927 (on beş mion doqquz yüz iyirmi yeddi) manat, 22 (iyirmi iki) qəpik pul vəsaiti, ödənilmiş 139 (yüz otuz doqquz manat) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Məhkəmə-kompyuter-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-146/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-146/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver