Məhkəmə qərarları › İş №e-2-2(113)-1468/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1468/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1468/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi üzrə 26785,88 manat əsas borc, 1339 manat cərimə, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsinə uyğun olaraq 4218 manat məbləğində pulun və ödənilmiş 191 manat dövlət rüsumunun, 1030 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Nəzərə alaraq ki, A. Tərəflər arasında bağlanmış **********590 saylı xx.xx.2019-cu il tarixli “Xidmət Müqaviləsi” (bundan sonra “Müqavilə”) üzrə cavabdehin iddiaçıya 33563,88 manat (otuz üç min beş yüz altmış üç manat, 88 qəpik) ümumi borcu yaranmışdır. İddiaçı həmin borcu cavabdehdən almaq üçün birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iş hal-hazırda Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 1468/2025 nömrəli iş altında icraatdadır. İddiaçı məhkəmədən iddiaçının xeyrinə aşağıdakı cədvəldə qeyd edilənlərin tutulmasını xahiş etmişdir: Tələblərin növü Tələb məbləğləri 26785,88 manat (iyirmi altı min Müqavilə üzrə pul tələbi yeddi yüz səksən beş manat, 88 qəpik) ƏDV daxil əsas borc Sifarişçi tərəfindən gecikdirilmiş ödəniş günləri 1339,00 manat (bir min üç yüz üçün cərimə otuz doqquz manat) Məhkəməyə iddia verilən günə Azərbaycan 4218,00 manat (dörd min iki yüz Respublikası Mərkəzi Bankının müəyyən etdiyi on səkkiz manat) bank uçot dərəcəsi (əsas borcun 15%-i) 1221,00 manat (bir min iki yüz Dövlət rüsumu və vəkil xidmət haqqı iyirmi bir manat) B. Tərəflər kommersiya mübahisəsini barışıq yolu ilə həll etmək niyyətindədirlər və barışıq sazişini imzalamağı məqbul hesab edirlər; C. Cavabdeh iddiaçıdan əsas borca endirim etməsini, əsas borcun ödənişinin gecikdirilməsinə görə hesablanan cərimə məbləğini, məhkəməyə iddia verilən günə Mərkəzi Bankın müəyyən etdiyi bank uçot dərəcəsini (əsas borcun 15%-i) və vəkil xidmət haqqını ləğv etməsini, yəni yekun olaraq ümumi borcun 21643,50 manat (iyirmi bir min altı yüz qırx üç manat, 50 qəpik) ƏDV daxil müəyyən edilməsini təklif etmişdir; D. Tərəflər yuxarıda qeyd edilən təklifləri və şərtləri aşağıdakı şərtlərlə qəbul edirlər. Tərəflər bununla aşağıdakılarla razılaşırlar:

1. X4 A hissəsində göstərilmiş ümumi borc azaldılaraq 21643,50 manat (iyirmi bir min altı yüz qırx üç manat, 50 qəpik) ƏDV daxil müəyyən edilir;

2. Cavabdeh əsas borcu (21643,50 manat) ən geci 16 aprel 2025-ci il tarix də daxil olmaqla ödəyəcəkdir;

3. Cavabdeh, Barışıq Sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəlikləri tam yerinə yetirdiyi təqdirdə, iddiaçı dərhal Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək e-2-2(113)-1468/2025 saylı kommersiya mübahisəsi üzrə iddia ərizəsini geri götürəcəkdir və məhkəmədən işə xitam verilməsini xahiş edəcəkdir;

4. Barışıq Sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən tam yerinə yetirilməsi iddiaçının bu mübahisə üzrə bütün tələblərinin xitamı olacaqdır və iddiaçı cavabdehə qarşı bu müqavilə və yaxud qanun ilə heç bir tələb irəli sürməyəcəkdir;

5. Barışıq Sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən tam və vaxtında yerinə yetirilməzsə, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1468/2025 saylı iş üzrə iddiaçının tələbi üzrə 26 785,88 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 1339 manat faiz borcu, Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsinə uyğun olaraq 4218 manat, hüquqi xidmətlərə görə ödənilmiş 1030 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə 191 manat, cəmi 33563,88 manat pul məbləğləri cavabdeh tərəfindən məcburi icra qaydasında iddiaçıya ödənilir;

6. Hər bir Tərəf X8ni vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür;

7. X5 10 aprel 2025-ci il tarixdən qüvvəyə minir və tərəflər onun şərtlərini tam yerinə yetirənədək qüvvədə qalır;

8. X8 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur;

9. X4 icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur;

10. X5 3 (üç) nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri Barışıq Sazişinin 1 (bir) nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə müəyyən edir ki, barışıq sazişi iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 tərəfindən imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində iddiaçının ödədiyi məhkəmə xərcinin – 191 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə razılıq olduğundan həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Nəzərə alaraq ki, A. Tərəflər arasında bağlanmış **********590 saylı xx.xx.2019-cu il tarixli “Xidmət Müqaviləsi” (bundan sonra “Müqavilə”) üzrə cavabdehin iddiaçıya 33563,88 manat (otuz üç min beş yüz altmış üç manat, 88 qəpik) ümumi borcu yaranmışdır. İddiaçı həmin borcu cavabdehdən almaq üçün birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və iş hal-hazırda Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 1468/2025 nömrəli iş altında icraatdadır. İddiaçı məhkəmədən iddiaçının xeyrinə aşağıdakı cədvəldə qeyd edilənlərin tutulmasını xahiş etmişdir:

Tələblərin növü Tələb məbləğləri

26785,88 manat (iyirmi altı min Müqavilə üzrə pul tələbi yeddi yüz səksən beş manat, 88 qəpik) ƏDV daxil əsas borc Sifarişçi tərəfindən gecikdirilmiş ödəniş günləri 1339,00 manat (bir min üç yüz üçün cərimə otuz doqquz manat)

Məhkəməyə iddia verilən günə Azərbaycan 4218,00 manat (dörd min iki yüz Respublikası Mərkəzi Bankının müəyyən etdiyi on səkkiz manat) bank uçot dərəcəsi (əsas borcun 15%-i) 1221,00 manat (bir min iki yüz Dövlət rüsumu və vəkil xidmət haqqı iyirmi bir manat)

B. Tərəflər kommersiya mübahisəsini barışıq yolu ilə həll etmək niyyətindədirlər və barışıq sazişini imzalamağı məqbul hesab edirlər; C. Cavabdeh iddiaçıdan əsas borca endirim etməsini, əsas borcun ödənişinin gecikdirilməsinə görə hesablanan cərimə məbləğini, məhkəməyə iddia verilən günə Mərkəzi Bankın müəyyən etdiyi bank uçot dərəcəsini (əsas borcun 15%-i) və vəkil xidmət haqqını ləğv etməsini, yəni yekun olaraq ümumi borcun 21643,50 manat (iyirmi bir min altı yüz qırx üç manat, 50 qəpik) ƏDV daxil müəyyən edilməsini təklif etmişdir; D. Tərəflər yuxarıda qeyd edilən təklifləri və şərtləri aşağıdakı şərtlərlə qəbul edirlər. Tərəflər bununla aşağıdakılarla razılaşırlar:

1. X4 A hissəsində göstərilmiş ümumi borc azaldılaraq 21643,50 manat (iyirmi bir min altı yüz qırx üç manat, 50 qəpik) ƏDV daxil müəyyən edilir;

2. Cavabdeh əsas borcu (21643,50 manat) ən geci 16 aprel 2025-ci il tarix də daxil olmaqla ödəyəcəkdir;

3. Cavabdeh, Barışıq Sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəlikləri tam yerinə yetirdiyi təqdirdə, iddiaçı dərhal Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək e-2-2(113)-1468/2025 saylı kommersiya mübahisəsi üzrə iddia ərizəsini geri götürəcəkdir və məhkəmədən işə xitam verilməsini xahiş edəcəkdir;

4. Barışıq Sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən tam yerinə yetirilməsi iddiaçının bu mübahisə üzrə bütün tələblərinin xitamı olacaqdır və iddiaçı cavabdehə qarşı bu müqavilə və yaxud qanun ilə heç bir tələb irəli sürməyəcəkdir;

5. Barışıq Sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən tam və vaxtında yerinə yetirilməzsə, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1468/2025 saylı iş üzrə iddiaçının tələbi üzrə 26 785,88 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 1339 manat faiz borcu, Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsinə uyğun olaraq 4218 manat, hüquqi xidmətlərə görə ödənilmiş 1030 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə 191 manat, cəmi 33563,88 manat pul məbləğləri cavabdeh tərəfindən məcburi icra qaydasında iddiaçıya ödənilir;

6. Hər bir Tərəf X8ni vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür;

7. X5 10 aprel 2025-ci il tarixdən qüvvəyə minir və tərəflər onun şərtlərini tam yerinə yetirənədək qüvvədə qalır;

8. X8 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur;

9. X4 icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur;

10. X5 3 (üç) nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri Barışıq Sazişinin 1 (bir) nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri məhkəməyə təqdim ediləcəkdir.

İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar