Məhkəmə qərarları › İş №e-2-2(113)-147/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-147/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-147/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC dən 18 fevral 2020- ci il tarixli 05 saylı Müqaviləyə uyğun olaraq 128947,13 ( yüz iyirmi səkkiz min doqquz yüz qırx yeddi manat on üç qəpik ) manat və 21 iyun 2022-ci il tarixli 45 saylı müqaviləyə uyğun olaraq 9345,60 ( doqquz min üç yüz qırx beş manat altmış qəpik) manat və hüquqi yardıma görə vəkilə ödəniln 500 manat ( beş yüz) manat, dövlət rüsumu 428,29 ( dörd yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “OPTİMAL ELEKTRONİKAM”əhdud Məsuliyyətli Cəmiyyəti arasında 18 fevral 2020- ci il tarixli 05 saylı Müqavilə və 21 iyun 2022-ci il tarixli 45 saylı müqavilə bağlanılıb. Müqavilələrə əsasən İddiaçı tərəfindən “OPTİMAL ELEKTRONİKAM”əhdud Məsuliyyətli Cəmiyyətinə toplu SMS göndərilməsi xidməti göstərilmişdir. Hazırda cavabdehin iddiaçıya arasında 18 fevral 2020- ci il tarixli 05 saylı Müqaviləyə uyğun olaraq İddiaçınə 128947,13 ( yüz iyirmi səkkiz min doqquz yüz qırx yeddi manat on üç qəpik ) manat və 21 iyun 2022-ci il tarixli 45 saylı müqaviləyə uyğun olaraq 9345,60 ( doqquz min üç yüz qırx beş manat altmış qəpik) manat borcu qalmışdır. Müqaviləyə uyğun olaraq Pretenziya qaydasında cavabdehə müraciət edilərək iddiaçıya ödənilməli olan məbləğləri tələb etsəkdə cavabdeh heç bir reaksiya verməmişdir.

3. Cavabdeh iddia ərizəsinə etirz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsinn xahiş etdi.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-2464/2024 saylı qərardadı ilə məhkəmə kompüter texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 5/1107 nömrəli rəyi daxil olmuşdur. Daxil olmuş rəydən də aydın görsənir ki, iddiaçının iddia tələbi saxta sübutlara və əsaslara söykənir. İddiaçının məhkəməyə təqdim etdiyi 2022 və 2023-cü il üzrə elektron qaimələr üzrə güya iddiaçı Cavabdeh MMC-nin müştərilərinə 121099,60 (bir yüz iyirmi bir min doxsan doqquz) manat dəyərində 5265200,0 (beş milyon iki yüz altmış beş min iki yüz) ədəd SMS göndərmişdir. Halbuki bu rəqəm ekspert tərəfindən cəmi 2800510,0 ədəd olması müəyyən edilərək onun da cəmi məbləği 64411,73 (altmış dörd min dörd yüz on bir manat 73 qəpik) manat olduğu müəyyən edildi. Əslində ekspertiza rəyindən də görsənir ki, Optimal Elektronika 2022-ci ilin avqust ayından sonra heç bir fəaliyyəti olmaması tam təstiq edilir. 2022-ci ilin avqust ayından sonra heç bir fəaliyyətimizin olmamasına görə iddiaçıya ödənilən bütün ödənişləri əldə etmək mümkün olmamışdır. Baxmayaraq ki, iddiaçıya Cavabdeh MMC-nin heç bir borcu yoxdur, lakin hətta ekspertizanın müəyyən etdiyi və tapa bildiyimiz ödəniş sənədlərindən görsənir ki, iddiaçı tələbini dörd dəfədən çox şişirtməklə haqsız qazanc əldə etmək üçün sənədləri saxtalaşdırmaqdan belə çəkinməmişdi. Yuxarıda qeyd etdiyimiz kimi iddiaçıya heç bir borcdan söhbət gedə bilməz. Lakin hazırkı etiraza əlavə etdiyim ödəniş sənədləri və ekspertiza rəyi nəzərə alınmaqla hesablama aparılsa iddia tələbi ilə də arada çox ciddi fərq olduğu görsənir. Ekspert rəyindən görsənir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında göndərilən SMS lər nəzərə alınmalıdır. Çünki həmin tarixdən sonra şirkət fəaliyyət göstərməmiş və gedən 3-5 ədəd SMS reklam SMS-i ola bilməz. Həmin göndərilən SMS-lərin cəmi sayı (xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında) 2800330,0 ədəd olmuşdur. Həmin rəqəmi də razılaşmaya əsasən SMS in qiymətinə vurulsa (2800330 x 0,023 = 64407,59) 64407,59 manat edir. Həmin SMS-lərin dəyəri tərəfimizdən tam ödənilmişdir. Düzdür ödənilməni təstiq edən sənədləri üç ilə yaxındır ki, fəaliyyət göstərmədiyimiz üçün tam tapa bilmədiyimizdən ödənilməmiş kimi olsa belə cəmi ödədiyimiz məbləğ qəbzlərdən görsənir ki, 2022-ci ildə 29176,33 manat olmuşdur. Göndərilən SMS-lərin dəyərinin 64407,59 manat , ödənişin 29176,33 manat olmasını nəzərə alsaq belə borc 35231,26 manat olur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında xx.xx.2023-cü il tarixli 45 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən, bu müqavilənin predmetini Sifarişçinin tapşırığı ilə İcraçı tərəfindən Müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş xidmətin göstərilməsi, Sifarişçi tərəfindən isə bu xidmətin ödənilməsi təşkil edir. - 2.2-ci bəndinə əsasən, icraçı aşağıdala xidməti göstərməyi öz öhdəsinə götürür: - Sifarişçi tərəfindən mobil telefon nömrələri təqdim olunmuş bütün abunəçilərə SMS vasitəsilə Sifarişçinin müəyyən etdiyi yazılı mətnin göndərilməsi. - 2.3-cü bəndinə əsasən Bu müqavilədə göstərilən xidmət, Sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən müqavilə imzalandıqdan və SMS-lər göndərildikdən sonra göstərilmiş hesab olunur. - 5.1-ci bəndinə əsasən, İcraçının Sifarişçiyə göstərdiyi xidmətin haqqı göndərilən İ (bir) SMS üçün 0.022 AZN (və həmin məbləğə tətbiq olunacaq ƏDV) təşkil edir.. - 5.2-ci bəndinə əsasən Sifarişçi elektron qaimə sistemdə təsdiqləndikdən sonra elektron vergi faktunı və hesab faktura məbləğini 5 (beş) iş günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə ödəyəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında xx.xx.2020-ci il tarixli 05 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən, Bu Müqavilənin predmetini İcraçı tərəfindən Sifarişçinin seçdiyi meyarlar əsasında müəyyən edilən İstehlakçı Analizlərinin aparılması, bu xidmətin şərtləri və qarşılıqlı hüquqlarının tənzim edilməsi təşkil edir. - 2.2-ci bəndinə əsasən, Sifarişçi tərəfindən verilən göndərici adı/adları OPTİMAL icraçı tərəfindən sistemə daxil edilir və həmin göndərici adı ilə abunəçilərə SMS göndərilməsi təmin olunur. - 3.1-ci bəndinə əsasən İcraçının Sifarişçiyə göstərdiyi xidmətin haqqı göndərilən İ (bir) SMS üçün afcjjafııəçinin seçdiyi Kateqoriya, meyarlardan və abunəçilərin sayından asılı olaraq dəyişir. Abu 2 ədəd meyar və 10000 ədəd göndəriş sayı seçməlidir. - 3.2-ci bəndinə əsasən, Sifarişçi, elektron qaimə təsdiqləndikdən sonra elektron vergi faktura və hesab faktura məbləğini 5 (beş) iş günü ərzində İcraçının bank hesabına köçiirmə yolu ilə ödəyəcəkdir. Ödəniş müqaviləyə 1 saylı Əlavəyə uyğun həyata keçirilir. - 5.2-ci bəndinə əsasən Sifarişçi elektron qaimə sistemdə təsdiqləndikdən sonra elektron vergi faktunı və hesab faktura məbləğini 5 (beş) iş günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə ödəyəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdrıma protokoluna əsasən 1 ədəd SMS-in qiyməti 0.23 manat məbləğində razılaşdırılmışdır.

13. İddiaçı tərəfindən cavabdehə EBDC 629178 saylı xx.xx.2023-cü il tarixli 9345.60 manat,EBCN 966766 saylı xx.xx.2023-cü il tarixli 15252.68 manat,EBCM 465271 saylı xx.xx.2023-cü il tarixli 30600.35 manat,EBCK 014997 saylı xx.xx.2022-ci il tarixli 20355 manat,EBCG 635047 saylı xx.xx.2022-ci il tarixli 12213 manat,EBDA ******* saylı xx.xx.2023-cü il tarixli 17567.72 manat,EBCE 461477 saylı xx.xx.2022-ci il tarixli 10856 manat,EBCB 928118 saylı xx.xx.2022-ci il tarixli 10856 manat,EBDC 536510 saylı xx.xx.2023-cü il tarixli 15426.38 manat məbləğində elektron qaimələr göndərilmişdir.

14. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı MMC-yə aid hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixində 1894.35 manat məbləğində ödəniş olmuşdur.

15. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı MMC-yə aid hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixində 3000 manat məbləğində ödəniş olmuşdur.

16. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı MMC-yə aid hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixində 1000 manat məbləğində ödəniş olmuşdur.

17. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 9695 manat ödəniş olmuşdur.

18. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 10 000 manat ödəniş olmuşdur.

19. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 7942 manat ödəniş olmuşdur.

20. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 9695 manat ödəniş olmuşdur.

21. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 32925 manat ödəniş olmuşdur.

22. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 9695 manat ödəniş olmuşdur.

23. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 10524 manat ödəniş olmuşdur.

24. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 13941 manat ödəniş olmuşdur.

25. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 9250 manat ödəniş olmuşdur.

26. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki cavabdeh tərəfindən iddiaçıya 11713 manat ödəniş olmuşdur.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-5/1107/2024 saylı ekspert rəyindən görünür ki, Tədqiq olunan sözü gedən serverdə 05 saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə aid 2022-ci ilin fevral ayı üzrə 278089, mart ayı üzrə 601426, aprel ayı üzrə 562888, may ayı üzrə 660164, iyun ayı üzrə 312882, iyul ayı üzrə 235567, avqust ayı üzrə 25904 ədəd “SMS” mesajların göndərilməsinə dair rəqəmsal izlər aşkar olundu.Tədqiq olunan sözü gedən serverdə 45 saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə aid 2022-ci ilin yanvar ayı ərzində 424, fevral ayı ərzində 2373, mart ayı ərzində 3970, aprel ayı ərzində 7288, may ayı ərzində 48956, iyun ayı ərzində 40207, iyul ayı ərzində 18233, avqust ayı ərzində 1969, sentyabr ayı ərzində 25, oktyabr ayı ərzində 1, noyabr ayı ərzində 26, dekabr ayı ərzində 14 ədəd 2023-cü ilin yanvar ayı ərzində 8, fevral ayı ərzində 17, mart ayı ərzində 22, aprel ayı ərzində 19, may ayı ərzində 10, iyun ayı ərzində 10, iyul ayı ərzində 4, avqust ayı ərzində 16, sentyabr ayı ərzində 8 ədəd göndərilmiş “SMS” lərə dair rəqəmsal izlər aşkar olundu

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/1-9/1303-5/2025 saylı ekspert rəyindən görünür ki, Tədqiq olunan sözü gedən serverdə 05 saylı müqaviləyə əsasən Cavabdeh C-yə aid 2020-ci ilin mart ayı üzrə 119969, may ayı üzrə 200038, iyun ayı üzrə 150054, iyul üzrə 100000, noyabr ayı üzrə 100172, dekabr ayı üzrə ******* ədəd 2021 -ci ilin yanvar üzrə 298601, fevral ayə üzrə 399462, mart ayı üzrə 150059, aprel ayı üzrə 529952, may üzrə 399984, iyun ayı üzrə 202884, iyul ayı üzrə 300395, avqust ayı üzrə 305252, sentyabr üzrə 50034, oktyabr ayı üzrə 450785, noyabr ayı üzrə 270290, dekabr ayı üzrə 251007 2022- ci ilin fevral ayı üzrə 278089, mart ayı üzrə 601426, aprel ayı üzrə 562888, may ayı 660164, iyun ayı üzrə 312882, iyul ayı üzrə 235567, avqust ayı üzrə 25904 ədəd “SMS” sajların göndərilməsinə dair rəqəmsal izlər aşkar olundu.2023- cü ilin 1 yanvar tarixindən 2025-ci ilin 21 aprel tarixinədək “SMS” mesajların göndərilməsinə dair rəqəmsal izlər aşkar olunmadı.Aparılmış tədqiqat zamanı İddiaçı MMC-yə aid serverə daxil olunmaqla mal Elektronika” MMCyə məxsus 05 saylı müqavilə əsasında 2020-2025-ci il zaman intervalına aid aparılmış “SMS” lərin aylar üzrə bütün statistikası bir ədəd “DVD-R” tipli optik ə köçürülərək ekspert rəyinə əlavə olundu.Tədqiq olunan sözü gedən serverdə 45 saylı müqaviləyə əsasən Cavabdeh C-yə aid 2020-ci ilin aprel ayı ərzində 1, iyun ayı ərzində 32, sentyabr ayı ərzində 2, dekabr ayı ərzində 39274 ədəd 2021-ci ilin fevral ayı ərzində 2032, mart ayı ərzində 35798, aprel ayı ərzndə 60809, may ayı ərzində 20216, iyun ayı ərzində 8310, avqust ayı ərzində 8526, sertyabr ayı ərzində 5438, oktyabr ayı ərzində 9196, noyabr ayı ərzində 13868, dekabr ayı ərzndə 2202 ədəd 2022-ci ilin yanvar ayı ərzində 424, fevral ayı ərzində 2373, mart ayı ərzndə 3970, aprel ayı ərzində 7288, may ayı ərzində 48956, iyun ayı ərzində 40207, iyul ayı ərzndə 18233, avqust ayı ərzində 1969, sentyabr ayı ərzində 25, oktyabr ayı ərzində 1, noyabr ayı ərzində 26, dekabr ayı ərzində 14 ədəd 2023-cü ilin yanvar ayı ərzində 8, fevral ayı ərzində 17, mart ayı ərzində 22, aprel ayı ərzində 19 may ayı ərzində 10, iyun ayı ərzində 10, iyul ayı ərzndə 4, avqust ayı ərzində 16, sentyabr ayı ərzində 8 ədəd göndərilmiş "SMS” lərə dair rəqşmsal izlər aşkar olundu. 2024- cü ilin 1 yanvar tarixindən 2025- ci ilin 21 aprel tarixinədək “SMS” mesajların göndərilməsinə dair rəqəmsal izlər aşkar olunmadı. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təyin edilmiş Məhkəmə kompüter-texniki ertizasının rəyinin nəticəsinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə 18 fevral -ci il tarixli 05 saylı və 21 iyun 2022-ci il tarixli 45 saylı müqavilələr əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehlakçı analizləri xidmətləri tərilməklə sifarişçi Cavabdeh MMC-nin müştərilərinə 2020-2023cü illər ərzində ridərilmiş (hər ay üçün ayrılıqda göstərilməklə) SMS-lərin sayı üzrə bütün ödənişlər nəzərə alınmaqla yaranmış cəmi borc 64.350,29 manat məbləğində müəyyən edilir.

29. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1894.35 manat köçürülmüşdür.

30. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 3000 manat köçürülmüşdür.

V. Tətbiq edilən hüquq:

31. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -

32. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

34. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

36. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar, və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 fevral 2020- ci il tarixli 05 saylı Müqavilə və 21 iyun 2022-ci il tarixli 45 saylı müqavilələrə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən “OPTİMAL ELEKTRONİKAM”əhdud Məsuliyyətli Cəmiyyətinə toplu SMS göndərilməsi xidməti göstərilmişdir. Belə ki, hər iki tərəf 02 iyun 2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/1-9/1303-5/2025 saylı ekspert rəyin ilə müəyyən edilmiş müqavilələr uzrə göndərilən sms-lərin sayı ilə sayı ilə razılaşmışdır. Tərəflər arasında mübahisələndirilən hal, cavabdehin iddiaçıya olan qalıq borcudur. Belə i cavabdeh onun tərəfindən təqdim edilmiş kassa məxaric orderlərinin sübut kimi nəzərə alınmasını xahiş etmiş, iddiaçı isə həmin qəbzlərin ödənişləri təsdiq edən sənəd olmadığını bidirmişdir.

37. İddiaçı ilə Cavabdeh arasında 18 fevral 2020-ci il tarixli 05 saylı və 21 iyun 2022-ci il tarixli 45 saylı müqavilələr əsasında mübahisəli dövrdə Cavabdeh müştərilərinə SMSlərin göndərilməsi üzrə işlərin yerinə yetirilib-yetirilməməsinib müəyyən etmək məqsədilə iş üzrə məhkəmə kompüter-texniki ekspertizası keçirilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/1-9/1303-5/2025 saylı ekspert rəyindən görünür ki, Tədqiq olunan sözü gedən serverdə 05 saylı müqaviləyə əsasən Cavabdeh C-yə aid 2020-ci ilin mart ayı üzrə 119969, may ayı üzrə 200038, iyun ayı üzrə 150054, iyul üzrə 100000, noyabr ayı üzrə 100172, dekabr ayı üzrə ******* ədəd 2021 -ci ilin yanvar üzrə 298601, fevral ayə üzrə 399462, mart ayı üzrə 150059, aprel ayı üzrə 529952, may üzrə 399984, iyun ayı üzrə 202884, iyul ayı üzrə 300395, avqust ayı üzrə 305252, sentyabr üzrə 50034, oktyabr ayı üzrə 450785, noyabr ayı üzrə 270290, dekabr ayı üzrə 251007 2022- ci ilin fevral ayı üzrə 278089, mart ayı üzrə 601426, aprel ayı üzrə 562888, may ayı 660164, iyun ayı üzrə 312882, iyul ayı üzrə 235567, avqust ayı üzrə 25904 ədəd “SMS” sajların göndərilməsinə dair rəqəmsal izlər aşkar olundu.2023- cü ilin 1 yanvar tarixindən 2025-ci ilin 21 aprel tarixinədək “SMS” mesajların göndərilməsinə dair rəqəmsal izlər aşkar olunmadı.Aparılmış tədqiqat zamanı İddiaçı MMC-yə aid serverə daxil olunmaqla mal Elektronika” MMCyə məxsus 05 saylı müqavilə əsasında 2020-2025-ci il zaman intervalına aid aparılmış “SMS” lərin aylar üzrə bütün statistikası bir ədəd “DVD-R” tipli optik ə köçürülərək ekspert rəyinə əlavə olundu.Tədqiq olunan sözü gedən serverdə 45 saylı müqaviləyə əsasən Cavabdeh C-yə aid 2020-ci ilin aprel ayı ərzində 1, iyun ayı ərzində 32, sentyabr ayı ərzində 2, dekabr ayı ərzində 39274 ədəd 2021-ci ilin fevral ayı ərzində 2032, mart ayı ərzində 35798, aprel ayı ərzndə 60809, may ayı ərzində 20216, iyun ayı ərzində 8310, avqust ayı ərzində 8526, sertyabr ayı ərzində 5438, oktyabr ayı ərzində 9196, noyabr ayı ərzində 13868, dekabr ayı ərzndə 2202 ədəd 2022-ci ilin yanvar ayı ərzində 424, fevral ayı ərzində 2373, mart ayı ərzndə 3970, aprel ayı ərzində 7288, may ayı ərzində 48956, iyun ayı ərzində 40207, iyul ayı ərzndə 18233, avqust ayı ərzində 1969, sentyabr ayı ərzində 25, oktyabr ayı ərzində 1, noyabr ayı ərzində 26, dekabr ayı ərzində 14 ədəd 2023-cü ilin yanvar ayı ərzində 8, fevral ayı ərzində 17, mart ayı ərzində 22, aprel ayı ərzində 19 may ayı ərzində 10, iyun ayı ərzində 10, iyul ayı ərzndə 4, avqust ayı ərzində 16, sentyabr ayı ərzində 8 ədəd göndərilmiş "SMS” lərə dair rəqşmsal izlər aşkar olundu. 2024- cü ilin 1 yanvar tarixindən 2025- ci ilin 21 aprel tarixinədək “SMS” mesajların göndərilməsinə dair rəqəmsal izlər aşkar olunmadı. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təyin edilmiş Məhkəmə kompüter-texniki ertizasının rəyinin nəticəsinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə 18 fevral -ci il tarixli 05 saylı və 21 iyun 2022-ci il tarixli 45 saylı müqavilələr əsasında İddiaçı tərəfindən istehlakçı analizləri xidmətləri göstərilməklə sifarişçi Cavabdeh MMC-nin müştərilərinə 2020-2023-cü illər ərzində göndərilmiş (hər ay üçün ayrılıqda göstərilməklə) SMS-lərin sayı üzrə bütün ödənişlər nəzərə alınmaqla yaranmış cəmi borc 64.350,29 manat məbləğində müəyyən edilir.

39. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəylərini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin sonuncu ekspert rəyi ilə göndərilmiş smslərin sayı ilə bağlı razılaşmaması üçün əsaslar mövcud deyil, belə ki, həm tərəflər baxış iclasında həmin sayla razılaşmış və mübahisələndirməmiş, həmçinin həmin rəydə müqavilələr üzrə smslərin müqavilələr qüvvədəolduğu bütün dövr ərzində göndərilən sayı göstərilmişdir, odur ki, həmin rəy iş üzrə göndərilmiş smslərin sayı hissəsində sübut qismində qəbul edilməlidir. Digər hissədə ekspertə verilmiş “Cavabdeh MMC-nin müştərilərinə 2020-2023-cü illər ərzində göndərilmiş (hər ay üçün ayrılıqda göstərilməklə) SMS-lərin sayı üzrə bütün ödənişlər nəzərə alınmaqla yaranmış cəmi borc”un hesablanması hissəsində ekspertin suala cavabı nəzərə alınmamalıdır belə ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər ödənişi tösdiq edən sübut qismində nəzərə alınmamalıdır, belə ki, həmin qəbzlər “kassa məxaric orderlərində ümumiyyətlə birtərəfli qaydada tərtib olumu sənədlərdir , hansı ki, iddiaçı tərəfindən ödənişlərin alınmasını təsdiq edə bilməz. İddiaçının səlahiyyətli şəxsinin nə möhürü , nə imzası yoxdur.

40. İş materialları əsasında müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli 05 saylı müqaviləyə əsasən ayrı-ayrı tarixlərdə yaranmış 128947.13 manat borc üzrə 4894.35 manat məbləğində pul köçürülmüşdür.

41. Qeyd olunan halı nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş məbləğ yaranmış borcdan çıxılmalıdır və xx.xx.2020-ci il tarixli 05 saylı müqaviləyə əsasən 123711,80 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

42. Cavabdeh tərəfindən təqdim olunan kassa məxaric orderlərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin ödənişlərin alınması və həmin kassa məxaric orderlərinin mötəbərliyi sübuta yetirilmir.

43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. İddiaçının 21 iyun 2022-ci il tarixli 45 saylı müqaviləyə əsasən 9345.60 manat məbləğində pulun tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki,ekspertiza rəyinə əsasən müəyyən olunur ki iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq həmin müqavilə üzrə cəmi 329 304 sms göndərilmişdir.Adıçəkilən müqavilənin şərltərinə uyğun olaraq 1 sms dəyəri 0.023 manat məbləğində müəyyən olunmuşdur.

45. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki,cavabdehdən 21 iyun 2022-ci il tarixli 45 saylı müqavilə üzrə 7573.99 manat (329 034 sms * 0.023 manat) tutularaq iddiaçıya ödənilməlidir.

46. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 428.29 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

47. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 425 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

48. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat ekspertiza xərcinin 350 manat hissəsi cavabdehdən,50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC dən18 fevral 2020- ci il tarixli 05 saylı Müqaviləyə uyğun olaraq 123711,80 manat və 21 iyun 2022-ci il tarixli 45 saylı müqaviləyə uyğun olaraq 7573,99 manat və hüquqi yardıma görə vəkilə ödəniln 300 manat ( beş yüz) manat, dövlət rüsumu olaraq 425 manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat ekspertiza xərcinin 350 manat hissəsi cavabdehdən,50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar