Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1519/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.526 manat məbləğndə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 01 Fevral 2021-ci ildə Polad Catering MMC ilə bağlanmış müqaviləyə əsasən maliyyə işlərinin yerinə yetirilməsi razılığına gəlmişdir. Bağlanmış müqaviləyə əsasən xx.xx.2021-ci il tarixindən aylıq 250 ödənilməklə maliyyə işlərində kömək etməyi öhdəliyinizə götürmüşlər. Aylıq ödəniş nəğdsiz formada kart ilə ödənilməli idi. Lakin işlədiyimiz dövr ərzində bir neçə dəfə xidmət haqqı gecikdirilərək ödənilmişdir.Belə halların dəfələrlə təkrarlanması və əsassız vədlərin verilməsi uzandığı üçün xx.xx.2023-cü il tarixindən işi dayadırmışdır. İşi dayandırdıqdan sonra dəfələrlə xidmət haqqı tələbini bildirsələr də, ödəyəcəyini deyirdi. Son xəbərdarlıqdan sonra yenədə ödəniş olunmadı. Məhkəməyə müraciət edəcəklərini bildirsələr də, heç bir nəticə olmadı. Bu məsələ ilə bağlı cavabdeh aylıq 250manat ödənişi nəzərə alaraq may 2021 üçün 30 manat ,iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr 2021-ci il üçün 1750 manat, 2023-cü ilin ilin mart ayı üçün 250 manat, aprel, may, iyun,ayları üçün 450 manat, əlavə olaraq məhkəməyə dövlət rüsumu üçün 46 manat ödəniş etməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 05 yanvar 2021-ci il tarixdə maliyyə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.
10. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi maliyyə xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada maliyyə xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür.
11. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
13. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
14. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin faktiki əsasını tərəflər arasında bağlanmış 05 yanvar 2021-ci il tarili ə maliyyə xidmətlərinin göstərilməsinə dair müqavilə təşkil edir. Ona görə də, qeyd edilmiş müqavilə üzrə xidmətlərin göstərilibgöstərilməməsi və göstərilmiş olan xidmətlərə görə məbləğin ödənilib-ödənilməməsi müəyyən edilməlidir.
16. İş materiallarına əlavə olunmuş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş:
17. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir;
18. 25.06.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir;
19. 31.07.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir;
20. 30.08.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir;
21. 30.09.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir;
22. 31.10.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir;
23. 30.11.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir;
24. 31.12.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 250 manat dəyərində maliyyə xidmətləri göstərilmişdir.
25. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə
26. 25.02.2022-ci il tarixli EBBR 926273 saylı dəyəri 500 manat təşkil edən,
27. 04.04.2022-ci il tarixli EBBT 832118 saylı dəyəri 250 manat təşkil edən,
28. 28.04.2022-ci il tarixli EBBV 301807 saylı dəyəri 250 manat təşkil edən,
29. 27.05.2022-ci il tarixli EBBX 192743 saylı dəyəri 250 manat təşkil edən,
30. 25.06.2022-ci il tarixli EBBY 909686 saylı dəyəri 250 manat təşkil edən,
31. 30.07.2022-ci il tarixli EBCB 005509 saylı dəyəri 250 manat təşkil edən,
32. 27.08.2022-ci il tarixli EBCC 655123 saylı dəyəri 250 manat təşkil edən,
33. 28.09.2022-ci il tarixli EBCG 001999 saylı dəyəri 250 manat təşkil edən,
34. 04.11.2022-ci il tarixli EBCİ 589183 saylı dəyəri 250 manat təşkil edən,
35. 06.12.2022-ci il tarixli EBCK 581581 saylı dəyəri 250 manat təşkil edən,
36. 23.12.2022-ci il tarixli EBCL 744178 saylı dəyəri 250 manat təşkil edən,
37. 25.01.2023-cü il tarixli EBCN 599853 saylı dəyəri 250 manat təşkil edən,
38. 28.02.2023-cü il tarixli EBDA 756187 saylı dəyəri 250 manat təşkil edən,
39. xx.xx.2023-cü tarixli EBDC 240797 saylı dəyəri 250 manat təşkil edən,
40. 25.04.2023-cü tarixli EBDE 153236 saylı dəyəri 150 manat təşkil edən,
41. 26.05.2023-cü tarixli EBDG 496601 saylı dəyəri 150 manat təşkil edən,
42. 05.07.2023-cü tarixli EBDJ 215042 saylı dəyəri 150 manat təşkil edən elektron qaimələr göndərilmişdir.
43. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələr üzrə müəyyən ödənişlər etmişdir. Qeyd edilmiş hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlər həm təslim-təslim aktları həm də, elektron qaimələr üzərindən həyata keçirilmişdir.
44. Ona görə də, məhkəmə hesab edir ki, həm təslim-təslim aktları, həm də, elektron qaimələrdə göstərilmiş işlər iddiaçı tərəfindən icra edilmiş və ona görə də, cavabdehin göstərilmiş olan xidmətlərə görə xidmət haqqını ödəmək öhdəliyi yaranmışdır
45. İş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilmiş təhvil-təslim aktları və elektron qaimədə qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə cəmi 6.200 manat təşkil edir.
46. Həminin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiçıya 3.500 manat məbləğində pul ödənilmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı tərəf 220 manat məbləğində pulun da, nağd qaydada ödənildiyini bildirmişdir.
47. Göründüyü kimi, göstərilmiş olan xidmətlərə görə, cavabdeh tərəfindən cəmi 3.720 manat məbləğində pul ödənilmiş və 2.480 manat məbləğində borcu qalmışdır.
48. Ona görə də, məhkəmə hesab edir ki, göstərilmiş olan xidmətlərə görə 2.480 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
49. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat, 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənil
50. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
51. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2.480 (iki min dörd yüz səksən) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat, 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov