Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-153/2023 23.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar X26, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3 və Cavabdeh2 qarşı xalis gəlirdən pay hüququna uyğun məbləğlərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xalis gəlirdən pay hüququna uyğun məbləğlərin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçılar X26, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3 və Cavabdeh2 qarşı xalis gəlirdən pay hüququna uyğun məbləğlərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçılar X26, İddiaçı3 və İddiaçı1 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı Cavabdeh1 Mənzil Tikinti Kooperativinin şəhəri, H.Əliyev prospekti 16-cı məhəllə ərazisində 16 mərtəbəli (mansardlı) 2 girişli, ümumi sahəsi 17357,76 m2, qeyri-yaşayış sahəsi 1211,2 m2, faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri yaşayış sahəsi 1208 m2 təşkil edən binanın yaşayış və qeyri yaşayış sahələrinin satışı nəticəsində əldə edilmiş xalis mənfəətin müəyyən edilməsi, kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqqına uyğun olaraq Cavabdeh1 MTK-dan tutularaq iddiaçılar Ayhan Çalbay, İddiaçı3 Rüstəm oğlu və İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi (bundan sonra - MTK) 18 sentyabr 2013-cü il tarixində yaradılmış, 24 sentyabr 2013-cü il tarixində ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışına (**********196100) əsasən MTK-nın qanuni təmsilçisi Qanuni nümayəndədur və aşağıdakı mütləq payda üzvləri vardır: İddiaçı1 - 2%, Əli-X18 - 1 %, İddiaçı3 - 3 %, Cavabdeh3 - 31 %, X8 - 5%, Çalbay Ayhan (Türkiyə Respublikası) - 27%, Qanuni nümayəndə - 31%. Yuxarıda qeyd edilən məlumatlar xx.xx.2022-ci il tarixli, 34 nömrəli vəkil sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********447200 nömrəli məktubu ve məktuba əlavə edilən sənədlər əsasında əldə edilmişdir. Bildiririk ki, Şəhər İcra Hakimiyyətinin Başçısının 22 oktyabr 2015-ci il tarixli “istismar müddəti başa çatmış, ağac materiallarından inşa olunmuş binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binası tikintisi, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən şəhəri, 16-cı məhəllə ərazisində ağac materiallarından inşa olunmuş, istismar müddəti başa çatmış 1 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünün Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə Cavabdeh1 Mənzil Tikinti Kooperativinə 3008 m2, sahədə 1 ədəd, 2 girişli çoxmərtəbəli yaşayış binası tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Qeyd edilən ərazidə MTK tərəfindən çoxmərtəbəli yaşayış binası tikilmiş və başa çatmışdır. Yaşayış binası ilə bağlı məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə vəkil sorğusu göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi vəkil sorğusuna 15 avqust 2022- ci il tarixli **********74 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, sözügedən çoxmənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən hüquqmüəyyənedici sənədlərə əsasən 16 mərtəbəli (mansardlı) 2 girişli binanın ümumi sahəsi 17357,76 m2, qeyri- yaşayış sahəsi 1211,2 m2, faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri yaşayış sahəsi 1208 m2 təşkil edir. MTK-da mütləq pay haqqı və hüququ olan üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 MTK-nın sədri Qanuni nümayəndə müraciət edərək, MTK-nın apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsait və binanın tikintisinə sərf olunan xərclər barədə məlumatın, tikintinin aparılması ilə bağlı malmaterialın alınması üçün bağlanmış müqavilələrin, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələrinin təsdiq olunmuş surətlərinin təqdim edilməsini xahiş etmişlər. MTK-nın sədri müraciəti cavablandırmamışdır. Bundan başqa vəkil sorğusu əsasında əldə edilmiş sənədə əsasən məlum olmuşdur ki, "xxxx" MMC və Cavabdeh1 MTK arasında bağlanmış müqaviləyə əsasən şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli yaşayış binasının tikintisi ilə əlaqədar audit xidməti göstərilmiş və "xxxx" MMC tərəfindən hesabat tərtib edilərək MTKnın sədrinə təqdim edilmişdir. MTK-nın sədrindən hesabatın təqdim edilməsi xahiş olunsa da, verilməsi təmin edilməmişdir. Bununla belə, kooperativ üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 xx.xx.2022-ci il tarixində MTK-nın sədri Qanuni nümayəndə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4 və 111.8-ci maddələrinə əsaslanaraq, 15 gün müddətində Cavabdeh1 MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında müraciət ünvanlamışlar. Müraciətdə ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində Cavabdeh1 MTK tərəfindən inşa edilən iki girişli 16 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında, şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində Cavabdeh1 MTK tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında. MTK-nın sədri Qanuni nümayəndə 15 gün müddətində Cavabdeh1 MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılmasını təmin etməmişdir. Bununla belə, Kooperativ üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 MTK-nın qanuni təmsilçisi Qanuni nümayəndə mübahisəyə mediasiyada baxılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif irəli sürülmüş, lakin təklifə heç bir münasibət bildirilməmişdir. Kooperativ üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 mübahisəyə baxılması üçün mediasiya təşkilatına müraciət etmişlər. Mediasiya prosesinin tətbiqi barədə təklifdə MTK-nın maliyyə təsərrüfat fəaliyyətinə dair məlumatların və sənədlərin verilməsi, gəlir-xərc barədə sənədlərin təqdim edilməsi, xalis gəlirin bölüşdürülməsi barədə ümumi yığıncağın çağırılması və kooperativin cari fəaliyyəti ilə bağlı digər məsələlərə dair mübahisəyə baxılması təklif edilmişdir. Mübahisəyə baxılması ilə əlaqədar 23 avqust 2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və sessiyada MTK-nın nümayəndəsi iştirak etməmiş və eyni tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/5-02781 nömrəli arayış verilmişdir. Bununla yanaşı, Kooperativ üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 MTK-nın sədri Qanuni nümayəndə xx.xx.2022ci il tarixində pretenziya göndərmiş və pretenziyada həmçinin 10 gün müddətində şəhəri, H. Əliyev prospekti 16- cı məhəllə ərazisi ünvanında tikilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli hündürmərtəbəli binada mənzillər və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş Kooperativin mənfəəti barədə rəsmi məlumat verilməsi xahiş olunsa da, məlumat verilməmişdir. İddia ərizəsində qeyd edilən dəlillərdən göründüyü kimi, MTK-da mütləq pay haqqı olan üzvlər Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 hüquqları pozulmuş və MTK-dan pay haqlarının alınması üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etsələr də, mümkün olmamışdır. Hazırkı tarixədək koorperativin mənfəətindən qanunvericilikdə nəzərdə tutulan qaydada pay bölüşdürülməmişdir.
3. Bundan sonra iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində cəlb edilmişlər.
4. Daha sonra iddiaçılar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində 16 mərtəbəli (mansardlı) 2 girişli, ümumi sahəsi 17357,76 m2, qeyri-yaşayış sahəsi 1211,2 m2, faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri- yaşayış sahəsi 1208 m2 təşkil edən binasının yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş ******* manat xalis gəlirdən MTK-da 27% səs və pay hüququ olan İddiaçı2 938250 manat, 3% səs və pay hüququ olan X9 104250 manat, 2% səs və pay hüququ olan X3 69500 manat Cavabdeh1 MTK-dan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar X26, İddiaçı3 və İddiaçı1 Cavabdeh1nə və qeyrilərinə qarşı “kooperativin mənfəətinin payçılar arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə edilmiş əlavəni Cavabdeh1nə münasibətdə tamamilə əsassız hesab edir. İş materiallarında olan iddia ərizəsinə əlavədən görünür ki, iddiaçılar tərəfindən ilkin iddia tələblərinə dəyişiklik edilərək, Cavabdeh1 şəhərində, Heydər Əliyev prospekti,16-cı məhəllə ərazisində 16 mərtəbəli 2 girişli binasının satışından əldə edildiyi iddia edilən ******* manat xalis gəlirdən 27 % pay hüququ olan Ayhan Çalbaya 938250 manat, 3 % pay hüququ olan İddiaçı3 104250 manat və 2 % pay hüququ olan İddiaçı1 69500 manat xalis gəlirin Cavabdeh1ndən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamənin qəbul olunması xahiş edilmişdir. Həmin tələbi irəli sürərkən iddiaçılar ona əsaslanmışlar ki, bundan daha öncə inşa edilmiş Cavabdeh1 şəhərində, Heydər Əliyev prospekti,17-ci məhəllə ərazisində 2 girişli binasının satışından əldə edilmiş xalis gəlir ******* manat təşkil etmiş və həmin gəlirdən 27 % pay hüququ olan Ayhan Çalbaya 938250 manat, 3 % pay hüququ olan İddiaçı3 104250 manat və 2 % pay hüququ olan İddiaçı1 69500 manat gəlir düşmüşdür. Bu rəqəmləri səsləndirərkən iddiaçılar tərəfindən Çalbay Ayhanla bağlanılmış “auditor xidmətinin göstərilməsinə dair” 06 may 2021-ci il tarixli, 074/32 saylı müqaviləyə əsasən sərbəst auditor X15 tərəfindən tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, 32 saylı auditor rəyinə istinad edilmişdir. Adı çəkilən auditor rəyinin də, onun əsasında tələb olunan xalis gəlirdən pul məbləğinin bölünməsi tələbinin də hər hansı hüquqi əsası yoxdur. İlk növbədə qeyd edilməlidir ki, sərbəst auditor X15 tərəfindən tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, 32 saylı auditor rəyi mötəbər sayıla bilməz, çünki həmin rəyin hazırlanması barədə müqavilə Cavabdeh1 təmsil edən onun sədri ilə bağlanılmamış, rəy hazırlanarkən kooperativin maliyyə və digər sənədlərindən istifadə edilməmiş, rəydə göstərilmiş rəqəmlərin hansı mənbədən götürüldüyü öz əksini tapmamışdır. Eyni zamanda Cavabdeh1 2013-cü ildə şəhərində, Heydər Əliyev prospekti, 17-ci məhəllə ərazisində 2 girişli binasının satışından əldə edildiyi iddia olunan xalis gəlirin mütləq şəkildə həmin kooperativin şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində 2 girişli binasının satışından əldə edilmiş xalis gəliri ilə eynilik təşkil etməli olması və bu səbəbdən hər hansı mötəbər sənədə istinad edilmədən bu məbləğə uyğun şəkildə sözügedən binanın satışından əldə edilmiş xalis gəlirin bölüşdürülməsinin tələb edilməsi də məntiqsiz görünür. Belə ki, ilkin olaraq şəhərində, Heydər Əliyev prospekti, 17-ci məhəllə ərazisində inşa edilmiş 2 girişli binadan bir neçə il sonra inşa edilmiş Cavabdeh1 şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində yerləşən 16 mərtəbəli 2 girişli binasının tikintisinə çəkilmiş xərclər və əldə edilmiş xalis gəlir fərqli olmuşdur ki, bu da həmin dövrdə binanın tikitisinə çəkilən xərclərin artması, yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş vəsaitlərin azalması və digər obyektiv faktorlarla əlaqəli olmuşdur. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 sədri Qanuni nümayəndə ilə “”X12” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış “auditor xidmətinin göstərilməsinə dair” 22 sentyabr 2021-ci il tarixli, M-9552 saylı müqaviləyə əsasən qeyd edilən cəmiyyətin auditoru tərəfindən Cavabdeh1 şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində inşa etdiyi 16 mərtəbəli 2 girişli yaşayış binasının tikitisinə çəkilmiş xərclərin, yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olmuş vəsaitlərin və təsisçilərlə hesablaşmaların auditi aparılaraq həmin auditin nəticəsinə dair 07 yanvar 2022-ci il tarixli, M-9552 saylı auditor rəyi hazırlanmışdır. Həmin rəydən aydın olur ki, Cavabdeh1 həmin bina ilə bağlı gəliri ******* manat təşkil etmişdir ki, həmin gəlirdən də 27 % pay hüququ olan Ayhan Çalbaya 517625 manat, 3 % pay hüququ olan İddiaçı3 57513 manat və 2 % pay hüququ olan İddiaçı1 38343 manat vəsait hesablanmalıdır. Lakin həmin rəydə də göstərilmişdir ki, Cavabdeh1 təsisçilərindən Cavabdeh3 və keçmiş təsisçi Cavabdeh2 tərəfindən hesablanmış gəlir məbləğinin ******* manatı hər hansı əsas olmadan artıq götürülmüşdür. Nəzərə alınsa ki, iddiaçılara çatası məbləğ ümumilikdə 600000 manatdan bir qədər artıqdır, aydın olur ki, tələb olunan pul vəsaiti Cavabdeh1 hesabında deyildir. Bununla yanaşı, nəzərə alınsa ki, iddiaçılar “Cavabdeh1 şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində inşa etdiyi 16 mərtəbəli 2 girişli yaşayış binasının tikintisinə heç bir pul vəsaiti qoymamışlar, onların həmin binadakı yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş gəlirdən paylarına uyğun pul vəsaitini Cavabdeh1ndən tələb etmələrinin hər hansı hüquqi əsasının olmadığı bir daha öz təsdiqini tapır. Yuxarıda sadalananlardan görünür ki, iddiaçılar X26, İddiaçı3 və İddiaçı1 “kooperativin mənfəətinin payçılar arasında bölüşdürülməsi” tələbi Cavabdeh1nə münasibətdə tamamilə əsassızdır. ”X12” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış və tərəfimizdən məhkəməyə təqdim olunmuş 07 yanvar 2022-ci il tarixli, M-9552 saylı auditor rəyindən görünür ki, Cavabdeh1 şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində inşa etdiyi 16 mərtəbəli 2 girişli yaşayış binasının tikintisindən əldə edilmiş gəlirdən iddiaçılara paylarına uyğun şəkildə nə qədər pul vəsaiti hesablanmalıdır və hesablanmış pul vəsaiti də Cavabdeh1 hesabında deyildir. Həmin rəyi mötəbər saymayaraq şəxsi mülahizələri əsasında, özü də şişirdilmiş rəqəmlərlə paylarına mütənasib hesab etdikləri məbləği Cavabdeh1ndən tələb etməkdə iddiaçılar haqlı deyillər.
6. Cavabdeh3 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların iddiası X10, eyni zamanda Cavabdeh2 münasibətdə (birlikdə götürülmüş təsisçilərə) təmin edilə bilməz, faktiki (iddiaçıların pul qoyması sübuta yetərsə) və hüquqi əsaslar (əlvə pay haqqı qoymalarına dair sənədlər olarsa) mövcud olduğu təqdirdə isə “Lider Ayta" MTK-ya qarşı iddiaları qismən təmin edilə bilər. Təsisçilər hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Göründüyü kimi, cavabdehlər Əlizadə Famil və Cavabdeh2 hüquqi şəxsin təsisçiləridir və əgər həqiqətən də iddiaçılar "xxxx" MTK-dakı təsis payına uyğun dividendini, payını istəyirsə, hüquqi şəxsdən bunu tələb etməlidir, təsisçilərdən deyil. Çünki qanunla təsisçi buna məsuliyyət daşımır. İddiaçı öz iddiasını sübut etməyə borcludur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçılar aşağıdakı halları sübut etməyə, sənədlər və sübutlar təqdim etməyə borcludurlar. İddiaçıların "xxxx" MTK-nın tikdiyi 16-cı məhəllədəki bina üçün qoyduqları vəsaitin həcmini və bunu təsdiq edən sübutları (qəbzlər, hesabdan çıxarış, ümumi yığıncağın protokolu və s.) məhkəməyə təqdim edilmiş ilkin iddia ərizəsi və onlara edilmiş əlavələrdə, e-məhkəmə sisteminə yerləşdirilmiş sənədlərdə bu halları təsdiq edən sübutlar görünmür. Hətta iddiaçıların özlərinin belə istinad etdikləri xx.xx.2022-ci il tarixli audit hesabatında da qeyd olunur ki, iddiaçılar heç bir pul vəsaiti qoymamışlar. Cavabdeh kimi məhz Cavabdeh2 və Cavabdeh3 iddiaçılara pul vəsaiti ödəməli olduqlarını da təsdiq edən sübut yoxdur. İddiaya əlavəyə görə guya Cavabdeh2 və Cavabdeh3 hüquqi şəxsin kassasından hansısa məbləğlərdə pul vəsaiti götürüblər. Birincisi götürməyiblər, ikincisi hətta götürmüş olsaydı belə, həmin pul vəsaitini tələb etmə hüququ "xxxx" MTK-ya məxsusdur, digər təsisçi bunu tələb edə bilməz. Yəni iddiaçı cavabdehlərdən (Nazim və Famildən) digər cavabdehin ("xxxx" MTK-nın) xeyrinə hansısa məbləğin ödənilməsini tələb edə bilməz. Cavabdeh2 və Cavabdeh3 fiziki şəxs təsisçi kimi digər təsisçiyə iddiaya edilmiş son əlavədəki məbləğlərdə borcun olmasını sübut etməlidir. Ümumiyyətlə bu cavabdehlər iddiaçılardan heç bir məbləğdə pul almayıblar və onlara da borcları yoxdur. E-məhkəmə kabinetində iddiaçılar cavabdehlərdən pul vəsaitini tələb etmək üçün əsas sübut kimi Şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad ediblər. Birincisi həmin qərar hüquqi baxımdan səhv qərardır, çünki qərarda cinayət işi həm AR CM-nin 75-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi, həm də AR CPM-nin 39.1.2-ci maddəsi, yəni əməldə cinayət tərkibi olmadıqda əsası ilə rədd edilmişdir. Bu absurddur. İkincisi, müraciətlə həmin qərar ləğv edilmiş, araşdırma yenidən aparılmışdır. Bu məsələdə cavabdehlər haqlıdır və heç bir saxtakarlıq yoxdur. İddiaçılardan Çalbay Ayhanı hüquqi şəxsin 17-ci məhəllədə tikilən binasına əlaqəsi olmuş, ora tikinti üçün pul vəsaiti yatırmış, təsisçi olmuşdur. Digər iddiaçılar Nafiə Səidova və İddiaçı3 isə ümumiyyətlə hüquqi şəxsin fəaliyyətində iştirak etməmiş, pul vəsaiti qoymamışlar. 17-ci məhəllədəki bina ilə əlaqədar mənfəət bölüşdürülmüş və hər bir təsisçi paylarını götürmüşlər. 2016-cı ildə Çalbay Ayhan 17-ci məhəllədəki binadan əldə etdiyi vəsait artıq özü təkbaşına bina tikmək qərarına gəlmiş və "xxxx" adlı şirkətlə şəhərində uşaq bağçasını sökərək yerində bina tikməyə başlamışdır. Eyni zamanda artıq "xxxx" MTK-nın 16-cı məhəllədə tikmək istədiyi binanın xərclərində iştirak etmək istəmədiyini bildirmişdir. Çalbay Ayhan 17-ci məhəllə tikilərkən birgə vəsait hesabına alınmış dəyəri 150000 manat olan qülləli krandan öz payına düşən 50000 manatı istəmiş və şirkətdən ayrıldığını bildirmişdir. Ona həmin kranın pulu ödənilmişdir. Kranın ödənişində problem yarandığına görə Çalbay Ayhan Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmişdir ki, orada da araşdırma zamanı Çalbay Ayhan bildirdi ki, əsas tələbi 17-ci məhəllədəki bina ilə bağlıdır və ona pul əksik ödənilib. İdarədə araşdırma zamanı ona krandan ona düşən 50000 manat ödənilmiş və istəyirsə audit keçirilməsi tövsiyə edilmişdir. Çalbay Ayhan da auditor təyin etdirmiş və rəy alınmışdır. Həmin rəy eməhkəmə sisteminə elə iddiaçılar tərəfindən yüklənmişdir. Göründüyü kimi, iddiaçılardan yalnız Çalbay Ayhanın "xxxx" MTK-da 17-ci məhəllədə payı olmuş və öz payını götürmüşdür və özü təsis etdiyi "xxxx" MTK-ya yatırmışdır. 16-cı məhəllədəki binaya isə heç bir vəsait qoymamış, oradan ayrıldığını bəyan etmişdir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13, 43.5, 49.1, 49.3, 49.4, 49.5, 110-2.2-ci maddələrinə istinad olunmuşdur.
8. İş üzrə digər cavabdehlər Cavabdeh1 MTK Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işdə iştirak etməyən cavabdehlərin və ya nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
9. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. İş materiallarından görünür ki, Cavabdeh1 MTK-nın nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cavabdeh1 (bundan sonra - Kooperativ) istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti koperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevirilməlidir. 2-ci bəndinə əsasən kooperativin fəaliyyətinin məqsədi kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının təmin edilməsidir. 3.3-cü bəndinə əsasən kooperativin əsas məqsədi yaşayış binalarının tikintisi və digər tikinti xidmətlərinin göstərilməsidir. 4.4-cü bəndinə əsasən kooperativin ilkin pay fondu 20 (iyirmi) manat həcmində müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimidir: Əli- X18 - 0,2 AZN, 1%, 0,2 pay pul şəklində, Cavabdeh3 - 6.6 AZN,33%, 6.6 pay pul şəklində, X11 - 6.6 AZN,33%, 6.6 pay pul şəklində, Çalbay Ayhan -5.6 AZN,28%, 5.6 pay pul şəklində, X7 - 0,4 AZN,2%, 0,4 pay pul şəklində, İddiaçı3 - 0,6 AZN,3%, 0,6 pay pul şəklində.
12. xx.xx.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı3 tərəfindən Cavabdeh1 MTK-nın nizamnamə kapitalına 0,60 manat məbləğində ödəniş edilmişdir.
13. xx.xx.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X7 tərəfindən Cavabdeh1 MTK-nın nizamnamə kapitalına 0,40 manat məbləğində ödəniş edilmişdir.
14. xx.xx.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Çalbay Ayhan tərəfindən Cavabdeh1 MTK-nın nizamnamə kapitalına 5,60 manat məbləğində ödəniş edilmişdir.
15. xx.xx.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X11 tərəfindən Cavabdeh1 MTK-nın nizamnamə kapitalına 6,60 manat məbləğində ödəniş edilmişdir.
16. xx.xx.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh1 MTK-nın nizamnamə kapitalına 6,60 manat məbləğində ödəniş edilmişdir.
17. xx.xx.2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Əli-X18 tərəfindən Cavabdeh1 MTK-nın nizamnamə kapitalına 0,20 manat məbləğində ödəniş edilmişdir.
18. xx.xx.2017-ci il tarixli hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışlardan görünür ki, Cavabdeh1 MTK-nın nizamnamə kapitalının miqdarı 20 manatdır. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı1 - 2%, Əli-X18 - 1 %, İddiaçı3 - 3 %, Cavabdeh3 - 31 %, X8 - 5%, Çalbay Ayhan (Türkiyə Respublikası) - 27%, Qanuni nümayəndə - 31% təşkil edir.
19. Cavabdeh1 MTK-nın üzvlərinin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının protokolundan görünür ki, Qanuni nümayəndə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri seçilməsi təsdiqlənmiş və təklif qəbul edilmişdir.
20. Şəhər İcra Hakimiyyətinin başçısının 22 oktyabr 2015-ci il tarixli “istismar müddəti başa çatmış, ağac materiallarından inşa olunmuş binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binası tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamına əsasən şəhəri, 16-cı məhəllə ərazisində ağac materiallarından inşa olunmuş, istismar müddəti başa çatmış 1 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünün Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə Cavabdeh1 Mənzil Tikinti Kooperativinə 3008 m2, sahədə 1 ədəd, 2 girişli çoxmərtəbəli yaşayış binası tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir.
21. xx.xx.2015-ci il tarixli, 244020 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya təsis vəsaiti üçün 10500 manat məbləğində vəsait ödənilmişdir.
22. xx.xx.2015-ci il tarixli, 243987 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya təsis vəsaiti üçün 27700 manat məbləğində vəsait ödənilmişdir.
23. xx.xx.2015-ci il tarixli, 243995 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya təsis vəsaiti üçün 40800 manat məbləğində vəsait ödənilmişdir.
24. xx.xx.2015-ci il tarixli, 243998 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya təsis vəsaiti üçün 40200 manat məbləğində vəsait ödənilmişdir.
25. xx.xx.2015-ci il tarixli, 244013 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya təsis vəsaiti üçün 5250 manat məbləğində vəsait ödənilmişdir.
26. xx.xx.2015-ci il tarixli, 244014 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya təsis vəsaiti üçün 1650 manat məbləğində vəsait ödənilmişdir.
27. xx.xx.2015-ci il tarixli, 244023 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya təsis vəsaiti üçün 10400 manat məbləğində vəsait ödənilmişdir.
28. xx.xx.2016-cı il tarixli, 293260 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya xərcləri ödəmək üçün 318320 manat məbləğində vəsait ödənilmişdir.
29. xx.xx.2016-cı il tarixli, 293261 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh1 MTK-ya xərcləri ödəmək üçün 318314 manat məbləğində vəsait ödənilmişdir.
30. xx.xx.2016-cı il tarixli, 293287 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya xərcləri ödəmək üçün 37100 manat məbləğində vəsait ödənilmişdir.
31. xx.xx.2016-cı il tarixli, 293288 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh1 MTK-ya xərcləri ödəmək üçün 37103 manat məbləğində vəsait ödənilmişdir.
32. xx.xx.2016-cı il tarixli, 293327 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya xərcləri ödəmək üçün 114740 manat məbləğində vəsait ödənilmişdir.
33. xx.xx.2016-cı il tarixli, 293328 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh1 MTK-ya xərcləri ödəmək üçün 114740 manat məbləğində vəsait ödənilmişdir.
34. xx.xx.2017-ci il tarixli, 052015 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya təsis vəsaiti üçün 9300 manat məbləğində vəsait ödənilmişdir.
35. xx.xx.2017-ci il tarixli, 317249 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh1 MTK-ya xərcləri ödəmək üçün 108000 manat məbləğində vəsait ödənilmişdir.
36. xx.xx.2017-ci il tarixli, 317250 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya xərcləri ödəmək üçün 108000 manat məbləğində vəsait ödənilmişdir.
37. xx.xx.2018-ci mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 17000 manat məbləğində ödənişlər edilmişdir.
38. xx.xx.2018-ci mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 20000 manat məbləğində ödənişlər edilmişdir.
39. xx.xx.2018-ci mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 18800 manat məbləğində ödənişlər edilmişdir.
40. xx.xx.2018-ci mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 6200 manat məbləğində ödənişlər edilmişdir.
41. xx.xx.2018-ci mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 20000 manat məbləğində ödənişlər edilmişdir.
42. xx.xx.2018-ci mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 10000 manat məbləğində ödənişlər edilmişdir.
43. xx.xx.2018-ci mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 10000 manat məbləğində ödənişlər edilmişdir.
44. xx.xx.2019-cu mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 6000 manat məbləğində ödənişlər edilmişdir.
45. xx.xx.2019-cu mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 1000 manat məbləğində ödənişlər edilmişdir.
46. xx.xx.2019-cu mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 7000 manat məbləğində ödənişlər edilmişdir.
47. xx.xx.2019-cu mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MTK tərəfindən 111250 (dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 7000 manat məbləğində ödənişlər edilmişdir.
48. xx.xx.2021-ci il tarixli, 32 nömrəli audit rəyindən görünür ki, şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə ünvanında yerləşən yaşayış binasının mənzillərinin satışından əldə olunmuş vəsaitin müəyyən olunması və təsisçilərin paylarının hesablanması məqsədilə audit keçirilmiş və müəyyən edilmişdir ki, kooperativdə 32% payla təmsil olunan Çalbay Ayhanın 38644,20 manat alacağı divident pulu qalmışdır.
49. ”X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 yanvar 2022-ci il tarixli, M-9552 saylı auditor rəyindən görünür ki, təsisçi Cavabdeh3 və MTK-nın keçmiş sədri vəzifəsində işləmiş Cavabdeh2 Şıxali oğlu tərəfindən "xxxx" MTK-dan artıq götürülmüş ******* manat, MTK-nın kassasına mədaxil edilməlidir. Bundan başqa, X4 38623 manat, X1 2396 manat, X2 2319 manat, cəmi 43319,0 manat borc qalıqları alınaraq kassaya mədaxil edilməlidir. Bundan sonra, (1334221 manat + 43319 manat = ******* manat) ******* manatdan 228028 manat dövlət büdcəsinə vergilərin ödənilməsi üçün, qalan ******* manat təsisçilər arasında aşağıdakı qaydada ödənilməlidir: Çalbay Ayhana - 517625 manat, Qanuni nümayəndə - 421019 manat; X5 - 95857 manat; İddiaçı3 - 57513 manat; İddiaçı1 - 38343 manat; Əli- X18 - 19172 manat; cəmi 1149 531,0 manat.
50. İddiaçılar X26, İddiaçı3 və İddiaçı1 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MTK-nın sədrinə müraciət edərək 15 gün müddətində MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb etmişlər. Növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində Cavabdeh1 MTK tərəfindən inşa edilən iki girişli 16 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında, şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində Cavabdeh1 MTK tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında.
51. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubundan görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində yerləşən çoxmənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən hüquqmüəyyənedici sənədlərə əsasən binanın ümumi sahəsi 17357,76 m2, qeyri-yaşayış sahəsi 1211,2 m2, faktiki olaraq isə ümumi sahəsi 16832,2 m2, qeyri- yaşayış sahəsi 1208 m2 təşkil etmişdir.
52. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, rayon, xx qəsəbəsi, Q.Zakir küçəsi, döngə 04, ev 05-də yaşayan Qanuni nümayəndə şəhər prokurorluğuna etdiyi müraciətində göstərmişdir ki, əvvəllər "xxxx" MTK-da baş mühasib işləmiş kassa mədaxil orderlərinə saxta imza etməklə guya MTK-nın kassasına müəyyən məbləğdə pulun daxil edilməsi görüntüsünü yaratmışdır. Həmin qaimələr sonradan tərəfindən auidit yoxlamasına təqdim edilərkən həmin fakt üzə çıxmışdır. Qanuni nümayəndə baş vermiş hadisəyə hüquqi qiymət verilməsini xahiş etmişdir. Cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
53. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qanuni nümayəndə və Çalbay Ayhanın müraciəti əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
54. Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(060)-24/2023 nömrəli qərarı ilə şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X6 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv edilərək iş yenidən araşdırılması üçün şəhər Prokurorluğuna qaytarılmışdır.
55. İddiaçılar X26, İddiaçı3 və İddiaçı1 pretenziya məktubu ilə Cavabdeh1 MTK-ya müraciət edərək, şəhəri, H.Əliyev prospekti 16-cı məhəllədə tikilmiş hündürmərtəbəli binada mənzillər və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş kooperativin mənfəəti barədə 10 gün ərzində məlumat verilməsini xahiş etmişlər.
56. İddiaçılar X26, İddiaçı3 və İddiaçı1 pretenziya məktubu ilə Cavabdeh3 və Cavabdeh2 müraciət edərək MTK-dan götürdükləri vəsaitin kooperativin üzvlərinə pay haqlarına uyğun olaraq ödənilməsini xahiş etmişlər.
57. İddiaçılar X26, İddiaçı3 və İddiaçı1 məktubla Cavabdeh1 MTK-ya müraciət edərək 32% paya sahib olduqları MTK tərəfindən şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində inşa edilən iki girişli 16 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər barədə məlumatın, tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələrin, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələrinin təsdiq olunmuş surətlərinin 5 iş günü ərzində təqdim edilməsini xahiş etmişlər.
58. Cavabdeh1 MTK-nın sədri Qanuni nümayəndə X26, İddiaçı3 və İddiaçı1 mıəktubla müraciət edərək bildirmişdir ki, MTK-nın müqavilələri və digər sənədləri təsisçilərdən heç bir vaxt gizlədilməyib və tərəflərindən təftiş aparıla bilər.
59. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, eskpertin vəsatətində qeyd edilən sənədlər tam şəkildə təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
Tətbiq edilən hüquq
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.4-cü maddəsinə əsasən kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. 109.5-ci maddəsinə əsasən mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.6-cı maddəsinə əsasən əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7-ci maddəsinə əsasən üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır. 109.9-cu maddəsinə əsasən dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109-4.1.5-ci maddəsinə əsasən kooperativin üzvlərinin mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; hüququ vardır. 109.11-ci maddəsinə əsasən kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər. 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2-ci maddəsinə əsasən kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. 110-3.2-ci maddəsinə əsasən kooperativ öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar götürdükləri öhdəliklərinə və bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır. 110-3.3-cü maddəsinə əsasən kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə bütün zəruri məlumatlar verilməlidir. 110-3.4-cü maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən biridir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
62. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iddiaçılar Cavabdeh1 Mənzil Tikinti Kooperativinin şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində 16 mərtəbəli binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş ******* manat xalis gəlirdən MTK-da pay hüququ olan iddiaçılara cavabdehlər tərəfindən müvafiq ödənişlər edilməsini xahiş etmişlər.
63. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.
64. İddiaçılar istehlak koopertivi olan "xxxx" MTK-nın inşa etdiyi şəhəri, Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında yerləşən binanın tikintisi üçün MTK-ya vəsait qoyduqlarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçıların istinad etdikləri xx.xx.2021-ci il tarixli, 32 nömrəli audit rəyi şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə ünvanında yerləşən bina ilə bağlı olmuşdur.
65. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iddia tələbində iddia etdiyi hallar öz təsdiqini tapmadığından, həmin halların mövcudluğunu təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova