Məhkəmə qərarları › İş №e-2-2(113)-1533/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1533/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1533/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC xeyrinə cavabdeh ’’Galaksi Studio’’ MMC-dən 18 may 2021-ci il, 18/21 saylı xidmətlərin göstərilməsinə dair müqaviləsinə əsasən yaranmış 488,87 manat borcun, ilkin mediasiya sessiyasına ödənilmiş 24 manatın, dövlət rüsumu 6 manat, ümumilikdə 542,87 manat məbləğində vəsait tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ. Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 may 2021-ci ildə 18/21 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləsinə əsasən icraçı adlanacaq, nizamnamə əsasında fəaliyyət göstərən direktor X3 şəxsində təmsil olunan "xxxx" MMC bir tərəfdən, digər tərəfdən “Galaksi Studio’’ MMC gələcəkdə sifarişçi adlanacaq nizamnamə əsasında fəaliyyət göstərən, direktor Amin Hacıyev icraçı ekspress poçt göndərişlərinin, qəbulunu, ünvanlara çatdırılmasını, yüklərin daşınması və gömrük rəsmiləşdiriliməsi işlərini yerinə yetirir. Sifarişçi isə göstərilən xidmətin əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş məbləği icraçıya ödəməyi öz öhdəsinə götürür. Lakin, sifarişçi müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.3 bəndinə əsasən sifarişçi və icraçı hər ayın 5-nə qədər keçmiş ay ərzində ekspress poçt göndərişlərinə görə üzləşmə aktı tərtib edir. 2.6-cı bəndinə əsasən sifarişçi icraçıya imzalanmış üzləşmə aktına əlavə olunan hesab faktura əsasında köçürmə yolu ilə xidmət haqqını ödəməyi öhdəsinə götürür. 4.2.2 bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətin dəyəri üzləşmə aktı əsasında müqavilədə göstərilən müddətdə və məbləğdə ödəyir. Müqavilənin 5 ci hissəsi “Tərəflərin məsuliyyətləri“ 5.4-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətin dəyərinin vaxtında ödənilməməsinə görə məsuliyyət daşıyır. Həmçinin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər mübahisə doğuran bütün məsələləri ilk əvvəl qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll etməlidirlər. Danışıqlar yolu ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. "xxxx" MMC tərəfindən göstərilmiş xidmətə görə tərtib edilmiş Seriya: EBBL №:124444, xx.xx.2021-ci il tarixli , EBBM №: 534722, xx.xx.2021-ci il tarixli və EBBP №: 069595, 30.12.202-ci il tarixli elektron qaimələrə görə cavabdehin 488.87 qəpik borcu yaranmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlamaq istənilsədə mümkün olmamış və xx.xx.2022-ci il tarixində İnternet vergi idarəsi üzərindən “Onlayn Kargüzarlıq” vasitəsi ilə pretenziya məktubu şəxsi kabinetinə göndərilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir.Bununla bağlı xx.xx.2023-cü il tarixdə 14 saylı Mediasiya Təşkilatına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəf bildirişi almasına baxmayaraq ilkin mediasiyada da iştrak etməmişdir. Mediasianın keçirilməsi üçün 20 manat dövlət rüsümü həmçinin 04 manat kargüzarlıq xərcləri üçün ödəniş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 may 2021-ci il tarixli 18/21 nömrəli İddiaçı MMC ilə cavabdeh “Galaksi Studio’’ MMC arasında bağlanmış xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, bu müqaviləyə görə İddiaçı MMC ekspress poçt göndərişlərinin, qəbulunu, ünvanlara çatdırılmasını, yüklərin daşınması və gömrük rəsmiləşdiriliməsi işlərini yerinə yetirir. “Galaksi Studio’’ MMC isə göstərilən xidmətin əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş məbləği icraçıya ödəməyi öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli EBBL seriyalı 124444 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC “Galaksi Studio’’ MMC-yə 18 may 2021-ci il tarixli 18/21 nömrəli müqavilə üzrə 60,65 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBM seriyalı 534722 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC “Galaksi Studio’’ MMC-yə 18 may 2021-ci il tarixli 18/21 nömrəli müqavilə üzrə 369,93 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBP seriyalı 069595 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC “Galaksi Studio’’ MMC-yə 18 may 2021-ci il tarixli 18/21 nömrəli müqavilə üzrə 58,29 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00040 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 24 manat məbləğində mediasiya xərcini ödəmişdir. İddiaçı MMC-nin kuryer xidmətləri üçün tərtib edilmiş mədaxil qəbzlərin surətlərindən görünür ki, “Galaksi Studio’’ MMC-yə göstərilən xidməti əks etdirən 2021-ci ilin sentyabr ayı üçün – 15 qəbz, oktyabr ayı üçün – 76 qəbz, noyabr ayı üçün – 15 qəbz və dekabr ayı üçün – 10 qəbz vardır. xx.xx.2023-cü il tarixli ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İV. Məhkəmənin gəldiyi nəticə İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanılan müqavilədən və elektron qaimələrdən göründüyü kimi, İddiaçı MMC ilə cavabdeh “Galaksi Studio’’ MMC arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış, İddiaçı MMC Galaksi Studio’’ MMCnin sifarişinə əsasən ekspress poçt göndərişlərinin, qəbulunu, ünvanlara çatdırılmasını işlərini yerinə yetirsə də, “Galaksi Studio’’ MMC göstərilən xidmətlərə görə 488,87 manat məbləğində borcunu ödəməyərək öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 488,87 manat məbləğində borc, 24 manat məbləğində mediasiya xərci və 6 manat məbləğində dövlət rüsumu hissədə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Galaksi Studio’’ MMC-dən 488,87 manat borc, 24 manat məbləğində mediasiya xərci və 6 manat məbləğində dövlət rüsumu cəmi 518,87 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “Galaksi Studio’’ MMC-dən 488,87 manat borc, 24 manat məbləğində mediasiya xərci və 6 manat məbləğində dövlət rüsumu cəmi 518,87 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar