Məhkəmə qərarları › İş №e-2-2(113)-1537/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1537/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1537/2025 06.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi, pul tələbi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) cavabdeh “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 noyabr 2023-cü il tarixli HZR-BHA\1123 nömrəli Heydər Əliyev adına X1 Modernizasiyası və müxtəlif ölçülü sinklənmiş boruların və müvafiq boru qurğularının yığılması və quraşdırılması işlərinin görülməsi müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 1515750,80 manat, 28362,71 manat cərimə, habelə ödənilmiş dövlət rüsumuna görə 1565 manat, eləcə də hüquqi yardım göstərilməsinə dair 1901 saylı müqaviləyə əsasən ödənilmiş 2000 manat məbləğində vəsait olmaqla, ümumilikdə 1547678,51 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra podratçı) ilə “X3 X4 Sanayi Ve Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı filialı (bundan sonra sifarişçi) arasında bağlanılmış 10 noyabr 2023-cü il tarixli, HZRBHA\1123 nömrəli Heydər Əliyev adına X1 Modernizasiyası və müxtəlif ölçülü sinklənmiş boruların və müvafiq boru qurğularının yığılması və quraşdırılması işlərinin görülməsi müqaviləsi bağlanmışdır. Müqavilənin xüsusi şərtlərinin 4-cü bəndinə əsasən ilkin qiyməti 2701408,52 manat təşkil etmişdir. Bu miqdar yekun miqdar olmamaqla, sifarişçi tərəfindən artırıla və ya azaldıla bilər. Müqavilənin xüsusi şərtlərinin ödəniş şərtləri və qaydasına əsasən sifarişçi podratçı tərəfindən ay ərzində faktiki olaraq yerinə yetirilmiş işlərə görə ödənişi (bundan sonra Proqres Ödənişi adlandırılacaq) tərəflər arasında imzalanacaq təhvil-təslim aktı (forma 1\2\3) və podratçı tərəfindən təqdim edilən hesab faktura və elektron qaimə-faktura əsasında, sənədlərin təqdim edildiyi tarixdən 30 (otuz) təqvim günü ərzində köçürmə yolu ilə podratçıya ödəyir. Sifarişçi hər proqres ödənişindən 5% (beş faiz) tutma məbləği kimi saxlayır və tutulmuş məbləği işlərin tam yerinə yetirilməsindən və yekun təhvil-təslim aktı imzalandıqdan sonra 30 (otuz) təqvim günü ərzində köçürmə yolu ilə podratçıya ödəyir. Müqavilənin xüsusi şərtlərinin 6-cı bəndinə əsasən müqavilənin qüvvəyə minmə tarixi 10 noyabr 2023-cü il, həmin şərtlərin 7-ci bəndinə əsasən müqavilənin qüvvədən düşmə tarixi 10 noyabr 2024-cü il kimi nəzərdə tutulmuşdur. Müqavilənin əsas şərtlərinin 1-ci bəndinə əsasən, podratçı sifarişçinin tapşırığına əsasən müqaviləyə əlavə edilmiş əlavə 1,2,3,4-ə uyğun olaraq bu müqavilənin xüsusi şərtlərinin 3-cü hissəsində göstərilmiş işləri icra etməyi, sifarişçi isə podratçıya bu müqavilənin xüsusi şərtlərin 5-ci hissəsində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin əsas şərtlərinin 4.1-ci bəndinə əsasən işlər hazırkı müqavilə şərtlərinə uyğun yerinə yetirilmişdirsə, işlərin təhvili və qəbulu hər iki tərəfin səlahiyyətli nümayəndəsinin imzaladığı təhvil-təslim aktı əsasında həyata keçirilir. Müqavilənin əsas şərtlərinin 4.2-ci bəndinə əsasən təhvil-təslim aktı podratçının öhdəliklərini bu müqavilə şərtlərinə icra edildiyini təsdiqləyir və sifarişçinin müqavilə üzrə müvafiq ödəmələri həyata keçirməsi üçün əsas təşkil edir. Müqavilənin əsas şərtlərinin 6.4-cü bəndinə əsasən sifarişçi bu müqavilənin xüsusi şərtlərinin 5-ci hissəsində müəyyən olunmuş ödəniş öhdəliyini (avans ödənişi istisna olmaqla) bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, podratçı ödənişin gecikdirdiyi hər təqvim həftəsi üçün bu gecikdirilmiş ödəniş məbləğinin 0,1 faizi əvvəlcədən dəyərləndirilmiş zərəri tələb edə bilər. Müqavilənin əsas şərtlərinin 6.5-ci bəndinə əsasən əvvəlcədən dəyərləndirilmiş zərərin məbləği müqavilənin ümumi dəyərinin 10 faizindən artıq ola bilməz. İddiaçı MMC (bundan sonra podratçı) ilə “X3 X4 Sanayi Ve Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı filialı (bundan sonra sifarişçi) arasında bağlanılmış 10 noyabr 2023-cü il tarixli HZRBHA\1123 nömrəli Heydər Əliyev adına X1 Modernizasiyası və müxtəlif ölçülü sinklənmiş boruların və müvafiq boru qurğularının yığılması və quraşdırılması işlərinin görülməsi müqaviləsinə əsasən podratçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 2533369,72 manat (əsas məbləğ 2146923,49 manat, ƏDV 386446,23 manat) məbləğində işlər görülmüşdür. Görülmüş işlərin dəyərindən ümumilikdə ƏDV daxil olmaqla 1017618,91 manat (əsas məbləğ üzrə 862388,91 manat, ƏDV 155230 manat) vəsait ödənilmiş, 03 dekabr 2024-cü il tarixdə sifarişçinin podratçıya ümumilikdə ƏDV daxil olmaqla, 1515750,80 manat (əsas məbləğ 1284534,58 manat, ƏDV 231216,22 manat) məbləğində borcu qalmaqdadır. Görülmüş işlər aşağıda göstərilən e-qaimələr və təhvil-təslim aktları ilə təsdiq olunmaqdadır. Görülmüş işləri təsdiq edən e-qaimələr və təhvil-təslim aktları: EBDY seriyalı, 196197 nömrəli elektron qaimə üzrə 137198,86 manat borcdan 130338,92 manat ödəniş edilmiş, 6859,94 manat borc qalmışdır; MT2403 seriyalı, 00071867 nömrəli elektron qaimə üzrə 270257,12 manat məbləğində borcdan 256744,27 manat ödəniş edilmiş, 13512,85 manat borc qalmışdır; MT2404 seriyalı, 00141322 nömrəli elektron qaimə üzrə 604249,35 manat məbləğində borcdan 327275,73 manat ödəniş edilmiş, 276973,62 manat borc qalmışdır; EBEC seriyalı, 976218 nömrəli elektron qaimə üzrə 611999,55 manat məbləğində borcdan heç bir ödəniş edilməmişdir; EBEE seriyalı, 049853 nömrəli elektron qaimə üzrə 342347,43 manat məbləğində borcdan 303260 manat ödəniş edilmiş, 39087,43 manat borc qalmışdır; MT2407 seriyalı, 11546870 nömrəli elektron qaimə üzrə 39458,47 məbləğində borcdan heç bir ödəniş edilməmişdir; MT2409 seriyalı, 11929964 nömrəli elektron qaimə üzrə 80807,41 manat məbləğində borcdan ödəniş edilməmişdir; MT2409 seriyalı, 11930397 nömrəli elektron qaimə üzrə 73655,81 manat məbləğində borcdan heç bir ödəniş edilməmişdir; MT2410 seriyalı, 10740789 nömrəli elektron qaimə üzrə 373395,71 manat məbləğində borcdan heç bir ödəniş edilməmişdir. Qaimələr üzrə ümumi borc: 2146923,49 manat, ƏDV: 386446,23 manat; ümumi borc üzrə ödənilmiş məbləğ: 862388,91 manat, ƏDV: 155230 manat; qalıq borc: 1284534,58 manat, ƏDV: 232216,22 manat. Dəfələrlə edilmiş yazılı və şifahi müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Sonuncu pretenziya məktubu 29 noyabr 2024-cü il tarixdə cavabdehə e-mail və e-kargüzarlıq üzərindən təqdim olunsa da, öhdəliklər yenə də icra olunmamışdır. Hal-hazırda cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 1515750,80 manat (əsas məbləğ 1284534,58 manat, ƏDV 231216,22 manat) məbləğində borcu qalmaqdadır. Əsas borcla yanaşı müqavilənin 6.4-cü bəndinə əsasən 28362,71 manat məbləğində cərimə borcu hesablanmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.2, 462.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli HZR-BHA/1123 nömrəli müqaviləyə əsasən yaranmış və ödənilməmiş 314500 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Nümayəndə2 bildirdi ki, iddia tələbini qəbul edir və iddiaçıya həmin məbləğdə borcları var.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə sifarişçi qismində “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı sifarişçinin tapşırığına əsasən müqaviləyə əlavə edilmiş Əlavə 1, 2, 3, 4-ə uyğun olaraq bu müqavilənin xüsusi şərtlərinin 3-cü hissəsində göstərilmiş işləri (bundan sonra “İşlər”) icra etməyi, sifarişçi isə podratçıya bu müqavilənin xüsusi şərtlərinin 5-ci hissəsində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən podratçı Əlavə 1-də göstərilən işlərin istehsal hissəsini 60 təqvim günü ərzində başa çatdıra bilsə, ona 50000 manat (əlli min Azərbaycan manatı) məbləğində əlavə ödəniş alacaq. Podratçı Əlavə 1-də göstərilən işlərin saha montaj hissəsini 60 təqvim günü ərzində başa çatdıra bilsə, ona 150000 manat (yüz əlli min Azərbaycan manatı) daha əlavə ödəniş alacaq (iş təqvimə montaj yeri, tətbiq layihələrinin təftişləri, layihə materiallarının gecikmələri və özlərindən qaynaqlanmayan qeydə alınmış gözləmə vaxtları əlavə olunacaq). Bununla belə, iş başlayanda layihə sahəsinin və materialların 60%-i təhvil veriləcək, qalan 40%-i isə otuz (30) təqvim günü ərzində podratçıya təhvil veriləcək. Hər iki faza (istehsal ve saha montaj) üçün başlanğıc tarihleri sifarişçi tərəfindən podratçıya təhvil sənədi ilə bildiriləcəkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə ilə yerinə yetirilmiş işlər üçün ödəniş sifarişçi tərəfindən köçürmə yolu ilə podratçıya müqavilənin xüsusi şərtlərinin 5-ci hissəsində göstərilmiş qaydada həyata keçirilir. Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi İlə müəyyən edilən tələblərə uyğun olaraq özlərinin bütün vergilərinin, rüsumlarının, lisenziya haqlarının, yığımların və qanunla nəzərdə tutulan digər ödənişlərin aparılmasına görə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə ödənişləri, tərəflər arasında imzalanan təhvil-təslim aktı (bundan sonra “akt”) və podratçı tərəfindən təqdim edilmiş hesab-faktura və elektron qaimə-faktura əsasında 30 (otuz) taqvım günü ərzində podratçıya ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən podratçı görülmüş işlər haqqında sifarişçiyə hər ay yazılı hesabat təqdim edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi hesabatın təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günü ərzində hesabatı təhlil edir və hesabatda göstərilmiş işləri qəbul edir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən hesabatda qeyd edilmiş işlərin şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə sifarişçi hesabatı təsdiqləməkdən, işləri qəbul etməkdən və müvafiq təhvil-təslim aktı imzalamaqdan imtina edə və müvafiq işlər barəsində podratçıdan onun hesabına əiavə icra tələb edə bilər. Podratçı sifarişçinin irad və ya qeydləri ilə razı olmadığı təqdirdə öz hesabına ekspert dəvət edə bilər. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən işlər tam həcmdə yerinə yetirildikdən sonra tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır (işlərin yekun təhvili). Həmin müqavilənin 2.8-ci bəndinə əsasən görüləcək xidmətin qiymətləri Əlavə 1-də göstərilmişdir. Yazılan qiymətlərə vergi öhdəlikləri daxil deyildir. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən əvvəlcədən avans ödəmə olmayacaqdır. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən hesab-fakturaİardan 5% məbləğində təminat kəsintisi tətbiq olunacaqdır ki, bu da işin sonunda təhvil - təslim aktının sifarişçi tərəfindən qəbulundan otuz (30) təqvim günü ərzində köçürmə yolu ilə podratçıya ödəyir.

9. İş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR- BHA/1123 nömrəli podrat müqaviləsinə qiymətlərin razılaşdırılması protokolu adlı Əlavə 1, adam saat cədvəli adlı 2 saylı Əlavə, iş cədvəli adlı 3 saylı Əlavə, tərəflərin məsuliyyəti adlı 4 saylı Əlavə əlavə edilmişdir. Sözügedən Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR- BHA/1123 nömrəli podrat müqaviləsinə xx.xx.2024-cü il tarixli, 1 nömrəli Əlavə razılaşma, xx.xx.2024-cü il tarixli, 2 nömrəli Əlavə razılaşma, xx.xx.2024-cü il tarixli, 3 nömrəli Əlavə razılaşma əlavə edilmişdir. Sözügedən Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir

11. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında xidmət göstərən sifarişçiyə tikinti sahəsində xidmət göstərmişdir. Qeyd edilən tarixlər arasında göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 130336,92 manat təşkil etmişdir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. 2024-cü ilin 01 yanvar – 31 yanvar tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 137198,86 manat (116270,22 + 20928,64 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. 2024-cü ilin 01 yanvar – 31 yanvar tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 130338,92 manat (110456,71 + 19882,21 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 196197 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 137198,86 manat təşkil edir.

15. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında xidmət göstərən sifarişçiyə tikinti sahəsində xidmət göstərmişdir. Qeyd edilən tarixlər arasında göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 256744,27 manat təşkil etmişdir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. 2024-cü ilin 01 fevral – 29 fevral tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 270257,12 manat (229031,46 + 41225,66 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. 2024-cü ilin 01 fevral – 29 fevral tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 256744,27 manat (217579,89 + 39164,38 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00071867 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 270257,1228 manat təşkil edir.

19. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında xidmət göstərən sifarişçiyə tikinti sahəsində xidmət göstərmişdir. Qeyd edilən tarixlər arasında göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 574036,88 manat təşkil etmişdir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. 2024-cü ilin 01 mart – 31 mart tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 604249,35 manat (512075,72 + 92173,63 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. 2024-cü ilin 01 mart – 31 mart tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 574036,88 manat (486471,93 + 87564,95 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00141322 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 604249,3496 manat təşkil edir.

23. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında xidmət göstərən sifarişçiyə tikinti sahəsində xidmət göstərmişdir. Qeyd edilən tarixlər arasında göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 581399,56 manat təşkil etmişdir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. 2024-cü ilin 01 aprel – 30 aprel tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 611999,53 manat (518643,67 + 93355,86 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

25. 2024-cü ilin 01 aprel – 30 aprel tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 581399,55 manat (492711,49 + 88688,07 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 976218 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 611999,55 manat təşkil edir.

27. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında xidmət göstərən sifarişçiyə tikinti sahəsində xidmət göstərmişdir. Qeyd edilən tarixlər arasında göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 325230,06 manat təşkil etmişdir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. 2024-cü ilin 01 may – 31 may tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 342347,43 manat (290124,94 + 52222,49 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

29. 2024-cü ilin 01 may – 31 may tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 325230,06 manat (275618,69 + 49611,36 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

30. xx.xx.2024-cü il tarixli, EBEE seriyalı, 049853 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 342347,43 manat təşkil edir.

31. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında xidmət göstərən sifarişçiyə tikinti sahəsində xidmət göstərmişdir. Qeyd edilən tarixlər arasında göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 37485,55 manat təşkil etmişdir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

32. 2024-cü ilin 01 iyun – 30 iyun tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 39458,47 manat (33439,38 + 6019,09 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

33. 2024-cü ilin 01 iyun – 30 iyun tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 37485,54 manat (31767,41 + 5718,13 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

34. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11546870 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 39458,4684 manat təşkil edir.

35. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında xidmət göstərən sifarişçiyə tikinti sahəsində xidmət göstərmişdir. Qeyd edilən tarixlər arasında göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 76787,06 manat təşkil etmişdir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

36. 2024-cü ilin 01 iyul – 30 iyul tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 80807,41 manat (68480,86 + 12326,55 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

37. 2024-cü ilin 01 iyul – 30 iyul tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 76767,04 manat (65056,81 + 11710,23 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

38. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11929964 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 80807,4148 manat təşkil edir.

39. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında xidmət göstərən sifarişçiyə tikinti sahəsində xidmət göstərmişdir. Qeyd edilən tarixlər arasında göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 69973,03 manat təşkil etmişdir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

40. 2024-cü ilin 01 avqust – 30 avqust tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 73655,81 manat (62420,18 + 11235,63 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

41. 2024-cü ilin 01 avqust – 30 avqust tarixləri daxil olmaqla yerinə yetirilən işlər haqqında arayışdan görünür ki, görülmüş iş(lər)in məbləği ƏDV daxil 69793,02 manat (59299,17 + 10673,85 ƏDV 18%) təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

42. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11930397 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 73655,8124 manat təşkil edir.

43. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 10740789 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 316437,04 manat təşkil edir.

44. İş materiallarına “Hakediş raporu”, “Cumulative monthly progress payment certificate (PPC)” adlı sənədlər əlavə edilmişdir.

45. İddiaçı MMC tərəfindən “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi 3 (üç) gün müddətində tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

48. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023cü il tarixli, HZR-BHA/1123 nömrəli podrat müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən podratçı sifarişçinin tapşırığına əsasən müqaviləyə əlavə edilmiş Əlavə 1, 2, 3, 4-ə uyğun olaraq bu müqavilənin xüsusi şərtlərinin 3-cü hissəsində göstərilmiş işləri (bundan sonra “İşlər”) icra etməyi, sifarişçi isə podratçıya bu müqavilənin xüsusi şərtlərinin 5-ci hissəsində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmiş, görülmüş işlərin dəyərinin bir qismi ödənildə də, bir qismi ödənilməmişdir.

49. İddia tələbini cavabdehdən xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli müqavilə üzrə 314500 manat məbləğində pulun tutulması təşkil edir.

50. Həmin məbləğdə işlərin görülməsi işdə olan və yuxarıda sadalanan sübutlarla (müqavilə, müqaviləyə əlavələr, təhvil-təslim aktları, yerinə yetirilən işlər haqqında arayışlar, elektron qaimələr) öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi də iddia tələbini qəbul etdiyini və iddiaçıya həmin məbləğdə borcunun qaldığını etiraf etmişdir.

51. Məhkəmə qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli müqavilə üzrə 314500 (üç yüz on dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2 X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2023-cü il tarixli, HZR-BHA/1123 nömrəli müqavilə üzrə 314500 (üç yüz on dörd min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar