Məhkəmə qərarları › İş №e-2-2(113)-1557/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1557/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1557/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (müqavilə, akt, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra edilməmiş müqavilənin icrası təmin edilərək 47 ay abunə borcu 282 manat və qeydiyyatdan çıxma aktı 35 manat olmaqla 317 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC AR İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti AR Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin Qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh arasında da xx.xx.2017-ci ildə 015136 nömrəli aktla müqavilə imzalanmışdırvə nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyicisi Cavabdeh həmin öhdəliyini xx.xx.2019-cu ilədək yerin yetirmiş, ödənişlər etmiş, sonradan xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə cavabdeh tərəfindən 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 11 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 47 ay abunə borcu 282 manat təşkil etmiş və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin tərəflərindən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat məbləğində mediasiya xərci ödənilmişdir. 3.xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən icra edilməmiş müqavilənin icrası təmin edilərək 44 ay abunə borcu 264 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh öhdəliyini xx.xx.2020-ci ilədək yerinə yetirmiş, sonradan xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək olan öhdəliy yerinə yetirməmişdir. Beləliklə cavabdeh tərəfindən 2020-ci ildən 9 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 11 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 44 ay abunə borcu 264 manat xidmət pulu ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatda bildiri ki, onun nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılmalı olması barədə məlumatı olmadığından hardasa 1 ilə yaxın müddət üçün xidmət haqqını ödəməmişdir. Lakin cavabdeh tərəfindən tələb edilən məbləğlə razılaşmır.

Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7.Servis Texniki Xidmət Mərkəzi ilə “istehlakçı” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 15136 nömrəli müqaviləyə əsasən istehlakçı Nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-in üzərinə düşür. 8.İddiaçı MMC Servis Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 015136 nömrəli “Nəzarət kassa aparatlarının istismara verilmə” aktına əsasən Cavabdeh məxsus suvenir mağazasına “Mercury” markalı xx.xx.2016 istehsal tarixli nəzarət-kassa aparatı quraşdırılmışdır.

9. İddiaçı MMC tərəfindən Cavabdeh 96 manat məbləğində xidmət haqqının ödənilməsi ilə bağlı EBDD seriyalı 609639 nömrəli, xx.xx.2021-ci il tarixli “malların işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura göndərilmişdir. 10.Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti tərəfindən verilmiş **********5 nömrəli nəzarət kassa aparatının qeydiyyat vərəqəsi Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən **********-14001 kodu olan suvenir mağazası təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçirildiyini təsdiq edir. 11.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış məktubda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli ərizəyə əsasən sonuncuya məxsus olan **********-14001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri -130 F-01 markalı 00219740 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 12.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC Servis Texniki Xidmət Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 15136 nömrəli müqaviləyə və həmin tarixli 01513 nömrəli akta əsasən nəzarət kassa aparatı qeydiyyata alınaraq sonuncunun istifadəsinə verilmiş, aylıq ödənilməli olan haqq 6 (altı) manat məbləğində müəyyən olunmuşdur. İddiaçı cavabdehin ödənişi xx.xx.2020-ci il tarixədək (işin mübahisəsiz halı) ödəməsini nəzərə almaqla, həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün ümumilikdə 44 ay müddətinə (44x6=264) 264 manat məbləğində pulun ödənilməsi tələbi ilə çıxış edir. Lakin iş materiallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə ünvanlanmış müraciətə əsasən xx.xx.2022-ci il tarixdən Merkuri-130F-01 markalı 00219740 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. 13.Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixdən aylıq 6 manat təşkil edən məbləği ödəmədiyini nəzərə alaraq, borc məbləği həmin tarixdən nəzarət kassa aparatının qeydiyyatdan çıxarıldığı tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan dövr üçün hesablanmışdır. Belə olan halda cavabdeh 26 ayın ödənişini, yəni 156 (26x6=156) manatı ödəməmiş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Cavabdehin özü də məhkəmə iclasında verdiyi izahatda ödənilməmiş borcu olmasını təsdiqləmişdir. 14.Qalan hissəyə münasibətdə məhkəmə iddia tələbini əsassız hesab edir. 15.Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 156 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir. 16.İddiaçı eyni zamanda 30 manat məbləğində mediasiya xərcinin də cavabdehdən tutulması ilə bağlı tələb irəli sürür. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 18.İş materiallarına əlavə edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 20 manat məbləğində xərc müəyyən olunmuşdur. Odur ki, məhkəmə cavabdehdən mediasiya xərclərinə görə 20 manat məbləğində pulun tutulmasını məqsədəmüvafiq hesab edir.

IV. Nəticə:

19 Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 156 (yüz əlli altı) manat borc məbləği və mediasiya xərclərinə görə 20 (iyirmi) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar