Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1561/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında "xxxx" Firmasının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 24,4 kv.m olan qeyri-yaşayış sahəsinin 120000 (bir yüz iyirmi min) manata satılmasına dair 27 sentyabr 2022-ci ildə Bak ışəhər 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reystrdə 4Ə-665 nömrə ilə qeydiyyata alınaraq informasiya sisteminə daxil edilmiş AN- 1İ№1084985 saylı daşınnmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı qarşı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında "xxxx" Firmasının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 24,4 kv.m olan qeyri-yaşayış sahəsinin 120000 (bir yüz iyirmi min) manata satılmasına dair 27 sentyabr 2022-ci ildə Bak ışəhər 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reystrdə 4Ə-665 nömrə ilə qeydiyyata alınaraq informasiya sisteminə daxil edilmiş AN-1İ№1084985 saylı daşınnmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi Cavabdeh2 rəsmi qeydə alındığı ünvan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərov küçəsi, ev 13, Cavabdeh1 rəsmi qeydə alındığı ünvan ünvan 3ə alındıqları ünvanlar Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğu üçün mübahisəyə həmin məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22.1 və 22.6-cı bəndlərinə əsasən Abşeron rayonu və Qubadlı rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişlər. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 25, 26, 35, 49, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında "xxxx" Firmasının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 24,4 kv.m olan qeyri-yaşayış sahəsinin 120000 (bir yüz iyirmi min) manata satılmasına dair 27 sentyabr 2022-ci ildə Bak ışəhər 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reystrdə 4Ə-665 nömrə ilə qeydiyyata alınaraq informasiya sisteminə daxil edilmiş AN- 1İ№1084985 saylı daşınnmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1561/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1561/2023
10.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver