Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1572/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndə və vəkilləri Nümayəndə2, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə cavabdehlər X1, İddiaçı qarşı “pulun tutulması və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******* manat pulun cavabdehlərdən tutulması, icarə müqaviləsinin qüvvədə olması səbəbindən iddiaçının sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixə Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (“Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməsi, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə 18 000 manat, ödənilmiş bütün dövlət rüsumlarına görə - 356,61 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” Müqavilələrə ödənilmiş – 660 manat, cəmi 19 016,61 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 həmin işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 həmin işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş onunla əlaqəli iddiaçı Cavabdehlər X1, İddiaçı qarşı “pulun tutulması və sairə” tələbinə dair e-2-2(113)-991/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair e-2-2(113)-1572/2025 saylı iş, onunla əlaqəli olan iddiaçı Cavabdehlər X1, İddiaçı qarşı “pulun tutulması və sairə” tələbinə dair e-2-2(113)-991/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilsin və birləşdirilmiş işə e-2-2(113)-991/2025 nömrəsi verilsin. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1572/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1572/2025
24.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver