Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1584/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış xidməti müqavilələrə və ona edilmiş əlavələrə əsasən iddiaçı tərəfindən 2020-ci ilin avqust ayı üzrə göstərilmiş 4500 manat məbləğində xidmətə görə ödənilməmiş 1050,00 manat və 2020-ci ilin sentyabr-dekabr ayları üzrə görülmüş və dəyəri ödənilməmiş 25.350,00 manat xidmətə görə, ümumilikdə 26.400,00 manat xidmət haqqı, Mərkəzi bankın Uçot dərəcəsinə uyğun faiz, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat və mediasiya üçün ödənilmiş ödənilmiş 200 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində xx.xx.2019-cu il tarixli KTTX 28/0419 nömrəli “Xidmət Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin verdiyi sifarişlər əsasında icraçı (iddiaçı) istifadəsində olan “SHAQMAN” yük markalı, betonqarışdıran (D.N.N:Az 99CN 474, Buraxılış ili 2012) texnikası ilə nəqliyyat xidmətini icra edir və bu xidmət müqabilində sifarişçi (cavabdeh) icraçıya xidmət haqqı ödəyir. Xidmət Müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500,00 manat təşkil edir. xx.xx.2019-cu il tarixli KTTX 28/0419 saylı xx.xx.2019-cu il tarixli Müqaviləyə Əlavə № 3-ə əsasən xx.xx.2019-cu il tarixli KTTX 28/0419 nömrəli “Xidmət Müqaviləsi”nin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır. Cavabdeh iddiaçıya 2020-ci ilin avqust ayı üzrə göstərilmiş 4500 AZN məbləğində xidmətə görə ödənilməmiş 1050,00 və 2020-ci ilin Sentyabr-dekabr ayları üzrə görülmüş və dəyəri ödənilməmiş 25.350,00 AZN xidmətə görə ümumilikdə cəmi 26.400,00 AZN xidmət haqqını bu günədək ödəmədiyi üçün 26.400,00 manat əsas borcu, Mərkəzi bankın Uçot dərəcəsinə uyğun faizi, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat və ödənilmiş 200 manat dövlət rüsumunu (mediasiya üçün ödənilmiş) verməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya 25.350,00 manat məbləğində xidmət haqqı vaxtında ödənilmədiyi üçün Mərkəzi bankın Uçot dərəcəsi nəzərə alınmaqla məhkəmə qətnaməsi qəbul edilən günə qədər faiz borcu ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli KTTX 28/0419 nömrəli xidmət müqaviləsinə əsasən icraçı istifadəsində olan Shacman yük markalı, betonqarışdıran (D.N.N:Az ** CN ***, Buraxılış ili: 2012) sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçinin tələbi ilə icraçı özünə məxsus texnikanı sifarişçinin bu müqavilədə göstərilən təyinat yerinə göndərir və həmin texnika ilə sifarişçiyə xidmət göstərir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4500 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və icraçı ilə sifarişçi arasında bu müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd sayılır. Müqaviləyə 03 nömrəli xx.xx.2019-cu il tarixli Əlavədən görünür ki, KTTX 28/0419 saylı xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 10 dekabr 2020-ci il tarixli 22 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin dekabr ayı ərzində 2400 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 noyabr 2020-ci il tarixli 21 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin noyabr ayı ərzində 8850 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 oktyabr 2020-ci il tarixli 20 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin oktyabr ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 may 2019-cu il tarixli 03 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin may ayı ərzində 600 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 dekabr 2019-cu il tarixli 10 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin dekabr ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 may 2019-cu il tarixli 03 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin may ayı ərzində 11400 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 iyun 2019-cu il tarixli 04 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin iyun ayı ərzində 12600 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 iyul 2019-cu il tarixli 05 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin iyun ayı ərzində 13500 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 avqust 2019-cu il tarixli 06 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin avqust ayı ərzində 12900 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 sentyabr 2019-cu il tarixli 07 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin sentyabr ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 oktyabr 2019-cu il tarixli 08 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin oktyabr ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 noyabr 2019-cu il tarixli 09 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin noyabr ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 dekabr 2019-cu il tarixli 10 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu ilin dekabr ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 yanvar 2020-ci il tarixli 11 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin yanvar ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 29 fevral 2020-ci il tarixli 12 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin fevral ayı ərzində 8700 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 mart 2020-ci il tarixli 13 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin mart ayı ərzində 7800 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 aprel 2020-ci il tarixli 14 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin aprel ayı ərzində 8400 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 may 2020-ci il tarixli 15 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin may ayı ərzində 4200 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 iyun 2020-ci il tarixli 16 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin iyun ayı ərzində 4500 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 iyul 2020-ci il tarixli 17 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin iyul ayı ərzində 4500 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 avqust 2020-ci il tarixli 18 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin avqust ayı ərzində 4500 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 sentyabr 2020-ci il tarixli 18 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin sentyabr ayı ərzində 5100 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 oktyabr 2020-ci il tarixli 20 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin oktyabr ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 noyabr 2020-ci il tarixli 21 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin noyabr ayı ərzində 8850 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 10 dekabr 2020-ci il tarixli 22 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin dekabr ayı ərzində 2400 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 yanvar 2020-ci il tarixli 11 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin yanvar ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 29 fevral 2020-ci il tarixli 12 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin fevral ayı ərzində 8700 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 mart 2020-ci il tarixli 13 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin mart ayı ərzində 7800 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 aprel 2020-ci il tarixli 14 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin aprel ayı ərzində 8400 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 may 2020-ci il tarixli 15 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin may ayı ərzində 4200 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 iyun 2020-ci il tarixli 16 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin iyun ayı ərzində 4500 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 iyul 2020-ci il tarixli 17 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin iyul ayı ərzində 4500 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 sentyabr 2020-ci il tarixli 19 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin sentyabr ayı ərzində 5100 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 noyabr 2020-ci il tarixli 21 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin noyabr ayı ərzində 8850 manat xidmət haqqı hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 10 dekabr 2020-ci il tarixli 22 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin dekabr ayı ərzində 2400 manat xidmət haqqı hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə hazırkı müqavilə üzrə EAAU 493388 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU 493169 nömrəli xx.xx.2019-cu il tarixli, EAAV 740700 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 601346 nömrəli xx.xx.2019-cu il tarixli, EBAA 202543 nömrəli xx.xx.2019-cu il tarixli, EBAA 202736 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 382488 nömrəli xx.xx.2019-cu il tarixli, EBAD 017742 nömrəli xx.xx.2019-cu il tarixli, EBAE 147658 nömrəli xx.xx.2019-cu il tarixli, EBAF 157768 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 702235 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 447380 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 651084 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 966057 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 966057 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 970061 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 185753 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 537014 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 908474 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 126152 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 696449 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 097195 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 097238 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli KTTX 28/0419 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin ümumilikdə 26.400,00 manat məbləğində borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2019-cu il tarixli KTTX 28/0419 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 26.400 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 26.400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olmaqla yanaşı iddiaçı məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 26.400 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 06 noyabr 2023-cü il tarixli MŞB/13-00302 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardıma görə ödənilmiş vəsait də ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 2113 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1000 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən həmin vəsait iddiaçı tərəfindən vəkilə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 26.400 manat əsas borc, 1000 manat məbləğində hüquqi yardıma çəkilmiş xərc, ödənilmiş 200 manat dövlət rüsumu, ümumilikdə 27600 (iyirmi yeddi min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1584/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1584/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver