Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1587/2023 12.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının iştirakı olmadan, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz İB tərəfindən X4 xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1080 (min səksən) manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi və ödənilmiş rüsum xərcinin əvəzi olaraq 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Müşfiqabad qəsəbəsi ünvanda yerləşən **********00000 saylı abonent kodu olan iddiaçıya məxsus çayxana fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri onun tərəfindən daim vaxtlı vaxtında ödənilmişdir. xx.xx.2021-ci il tarixdə istifadədə olmuş SMART G-4 tipli, 1402AZ**********17 nömrəli qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmiş və çıxarılmış sayğac yoxlamaya aparılmışdır. Qeyd etmək lazımdır ki, qaz sayğacı çıxarılarkən sayğacın bütövlülüyü pozulmamış bütün möhürlər üzərində olmuşdur. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra ona bildirilmişdir ki, iddiaçı guya sayğaca müdaxilə etdiyi üçün ona 1080 manat əlavə borc hesablanmışdır. Sayğaca müdaxilə dedikdə ona bildirdilər ki, çıxarılmış sayğac yoxlamadan keçirilmiş, yoxlama zamanı qaz sayğacının çıxış plastmas borusunun deşik olması müəyyən edilmişdir və buna görə barəsində xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək ona 1080 manat cərimə hesablanmışdır. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, iddiaçı istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmişdir. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X7”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qanunun tələbindən də göründüyü kimi qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət fiziki şəxslər üçün bütövlükdə cavabdehin üzərindədir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi iddiaçı məişət qaz qurğusundan istifadə edən fiziki şəxsdir. Həmçinin aktlar iddaçının və ya nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, akt tərtib olunarkən onların iştirakı təmin edilməli idi. Əlavə olaraq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Cavabdeh İB tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. İddaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə edərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 çıxış edərək bildirdi ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus sayğacın çıxış plasmas borusunda deşik olması müəyyən edilmişdir. Sayğac sərf edilmiş qazı tam həcmdə qeyd etməmişdir. 4320 kub həcimində, 1080 manat dəyərində isteklak edilmiş qaz hesablanmışdır. İddia tələbi əsassız olduğu üçün iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - 17 yanvar 2019-cu il tarixli, AKX-1/4512 saylı qaz paylayıcısı ilə sənaye qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədən görünür ki, Cavabdeh İB ilə X5 arasında müqavilə bağlanmışdır. - 01 oktyabr 2021-ci il tarixli, MSK 29/1640-01773-71 nömrəli akta əsasən 09 avqust 2021-ci il tarixində BRQSD-dən Dövlət yoxlamasına aparılmış G4 markalı smartkart tipli qaz sayğacına 01 oktybar 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirildi və yoxlama nəticəsində sayğacın klapanının açıq olması, ekranda açıq işarəsinin olması, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, xətaların normaya uyğun olmaması və sayğacın arxiv yaddaşı proqramı oxunaraq alarm 1 rejiminin qeydə alınmadığı müəyyən edilmişdir. - Təbii X7nın pozulması haqqında 29 oktyabr 2021-ci il tarixli ******* saylı akta əsasən X4 məxsus (abonent kodu- **********00000) obyektə baxış keçirilən zaman (Azəriqaz İB-nin 01 oktyabr 2021-ci il tarixli, MSK 29/1640-01773-71 nömrəli rəyinə əsasən) sayğacın çıxış plastmas borunun kənar təsir nəticəsində deşildiyinə görə dəymiş ziyanın hesablanması tələb olunmuşdur. - 03 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən ünvan 2 ünvanında yerləşən X4 məxsus obyektdə olan G-4 markalı 1402AZ**********17 nömrəli sayğacın klapanının açıq olduğu, ekranda açıq işarəsi olduğu və çıxış plastmas boru kənar təsir nəticəsində deşildiyi aşkar olunduğu və dəymiş ziyan 4320 kub metr (qaz sərfi 4 m3/saat x orta günlük iş rejimi 12 saat x hesabat müddəti 90 gün) qeyd olunmuşdur. - X4 məxsus abonent saldosundan görünür ki, iddiaçının 2021-ci ilin dekabr ayı üzrə borcu (qalıq və aktlar üzrə) 1080 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yoxlama aparılmış və 29 oktyabr 2021-ci il tarixli ******* saylı akta əsasən obyektə baxış keçirilən zaman 01 oktyabr 2021-ci il tarixli, MSK 29/1640-01773-71 nömrəli aktda qeyd olunan nöqsanlara görə dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınin müdafiəsi haqqinda” Qanunun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın: 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın tələblərinə əsasən yalnız sayğaca müdaxilə və qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan qanunsuz qoşulma hallarında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlərin görülməsini nəzərdə tutur. 01 oktyabr 2021-ci il tarixli, MSK 29/1640-01773-71 nömrəli aktda müdaxilə halının olması qeyd olunmuşdur. Belə olduğu halda yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilməli idi. Lakin cavabdeh tərəfindən aparılan yoxlama həmin qanunun tələblərinə uyğun olaraq yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. İddia tələbində 1080 manat məbləğində borcun silinməsi xahiş edilmiş, abonentin saldosundan da görünür ki, 4320 kub metr qaz sərfiyyatına görə akta əsasən 1080 manat məbləğində borc hesablanmışdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 1080 manat borc **********00000 nömrəli abonent kodundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən iddiaçı X4 hesablanmış 1080 (min səksən) manat məbləğində borc silinsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1587/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1587/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver