Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1640/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi və cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: korporativ mübahisə, səhmdara sənədlərin təqdim edilməsi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı sənədlərin rəsmi qaydada verilməsi və cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin 2020-2023-cü illər hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların və bu məlumatları təsdiq edən sənədlərin surətinin təqdim edilməsi, Cəmiyyətin 2020-2023-cü illər ərzində fəaliyyətinə dair məlumatların - həmin illər üzrə illik hesabatı və maliyyə hesabatları, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəylərinin surətinin təqdim edilməsi və 100 manat dövlət rüsumu Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi vəzifəsinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən ötən illər ərzində hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatlar, həmin illər üzrə illik hesabatı və maliyyə hesabatları, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəyləri tədim edilməmiş və dividend ödənilməmişdir. Bununla da səhmdar kimi İddiaçı hüquqları pozulmuş və bu pozuntu davam etməkdədir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2, 99.2.1, 99.2.2, 99.2.3, 99.2.4, 99.2.5, 99.2.6, 99.2.7, 99.2.8, 99.2.9, 99.2.10, 99.2.11, 100.3, 106-1.3, 106-1.3.1, 106-1.3.2, 106-1.3.6, 106-3.1, 106-3.3-cü maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, **********486700 nömrəli reyestrdən çıxarışdan görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalının miqdarı 12000 manatdır və nizamnamə kapitalındakı mayalarının miqdarı: İddiaçı 4,17%, Nümayəndə2 8,33%, X1 46,67% və X2 40,83%-dir. Cavabdeh QSC-nin nizamnaməsinin 3.1-ci bəndinə əsasən Cəmiyyətin nizamnamə kapitalı 12000 manata bərabər tutulan 120 ədəd adi adlı sənədsiz səhmdir. Hər bir səhmin nominal dəyən 100 manatdır. X1-5600 manat, 56 ədəd adi adlı sənədsiz səhm 46.67%; X2-4900 manat, 49 ədəd adi adlı sənədsiz səhm 40.83%; Nümayəndə2-1000 manat, 10 ədəd adi adlı sənədsiz səhm 8.33%; İddiaçı-500 manat, 5 ədəd adi adlı sənədsiz səhm 4.17%. Həmin Nizamnamənin 5.5-ci bəndinə əsasən Cəmiyyətin adi səhminin sahibi olan səhmdarının bu Nizamnamə ilə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 5.5.1. Cəmiyyətin idarə edilməsində Azərbayan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericiliklə və bu nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 5.5.2. Bu Nizamnamə və qanunvericiliklə müəyyən edilmiş qaydada, Cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, üdə bır dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; 5.5.3. Ümumi Yığıncağın çağırılmasını tələb etmək; 5.5.4. Ümumı Yığıncağın gündəliyində dəyişikliklərin edilməsini tələb etmək; 5.5.5. Ümumı Yığıncaqda səsvermə huququ ilə şəxsən və ya etibarnamə əsasında nümayəndəsi vasitəsilə iştirak etmək və onun protokolunun surətini tələb etmək; 5.5.6. Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 5.5.7. Cəmiyyətin xalis mənfəətindən dividend almaq; 5.5.8. Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, Cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dıvidendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Cəmiyyətin yerdə qaıan əmlakının müəyyən hissəsini almaq. 5.6. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən digər hüquqlara malik olmaq. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh QSC-yə müraciət olunaraq, 2 (iki) gün ərzində Cavabdeh QSC-nin 2020-2023-cü illər hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların, Cəmiyyətin 2020-2023-cü illər ərzində fəaliyyətinə dair məlumatlar həmin illər üzrə illik hesabatı və maliyyə hesabatları, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəylərinin təmin edilməsi və 2020-2023-cü illər ərzində dividendin ödənilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; 99.2.5. idarəetmə strukturu; 99.2.6. inkişaf siyasəti; 99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; 99.2.8. idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; 99.2.9. investisiyaların həcmi və mənbəyi; 99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; 99.2.11. ictimai layihələr. 100.1-ci maddəsinə əsasən səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz. 101.3-cü maddəsinə əsasən qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur. 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.2-ci maddəsinə əsasən bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 106-1.6-cı maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır: 106-1.6.1. qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq; 106-1.6.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə mərkəzi depozitara on təqvim günü ərzində yazılı bildiriş vermək; 106-1.6.3. qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək. 106-2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır. Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. 107-6.3-cü bəndinə əsasən səhmdarın tələbi ilə protokolun (ümumi yığıncağın) surəti ona təqdim edilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, tədqiq olunmuş sübutlar əsasında işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Cəmiyyətin nizamnamə kapitalı 12000 manata bərabər tutulan 120 ədəd adi adlı sənədsiz səhmdir. Hər bir səhmin nominal dəyəri 100 manatdır. Həmçinin işin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, X1 nominal dəyəri 5600 manat olan 56 ədəd, X2 nominal dəyəri 4900 manat olan 49 ədəd, Nümayəndə2 nominal dəyəri 1000 manat olan 10 ədəd və İddiaçı nominal dəyəri 500 manat olan 5 ədəd adi adlı sənədsiz səhmə malikdirlər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanmış normaların məzmunundan görünür ki, cavabdeh qapalı səhmdar cəmiyyətinin səhmdarı olan iddiaçı üzvü olduğu cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ümumi yığıncağın protokolları, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, səhmdarların reyestrini tələb etmək, cəmiyyətin nizaməsinin surəti almaq və s. kimi hüquqları vardır. Həmçinin cavabdeh qapalı səhmar cəmiyyəti hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi və s. hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Hazırda cavabdeh məhkəmə iclaslarından məlumatı olmasına baxmayaraq iddiaçının bildirdiklərinin əksini təsdiq etdən sübutları məhkəməyə təqdim etmədiyi üçün məhkəmə, Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə uyğun olaraq iddiaçının təqdim etdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni müvafiq məlumatların dərc olunmamasını və iddiaçının müraciəti ilə müvafiq sənədlərin təqdim edilməməsini müəyyən olunmuş hesab edir. İddiaçı Cavabdeh QSC-nin səhmdarı olmaqla 2020-2023-cü illər hesabat dövrü üzrə maliyyə göstəricilərinin, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlərin, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların, cəmiyyətin 2020-2023-cü illər ərzində fəaliyyətinə dair məlumatların, həmin illər üzrə illik hesabatının və maliyyə hesabatlarının, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəyləri barədə məlumat almaq hüququ vardır və onun bu barədə tələbləri haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunaraq cavabdeh tərəfindən 2020- 2023-cü illər hesabat dövrü üzrə maliyyə göstəricilərinin, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlərin, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların, cəmiyyətin 2020-2023cü illər ərzində fəaliyyətinə dair məlumatların, həmin illər üzrə illik hesabatının və maliyyə hesabatlarının, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəylərinin təsdiq edilmiş surətləri iddiaçıya təqdim edilməlidir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh QSC tərəfindən 2020-2023-cü illər hesabat dövrü üzrə maliyyə göstəricilərinin, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlərin, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların, cəmiyyətin 2020-2023-cü illər ərzində fəaliyyətinə dair məlumatların, həmin illər üzrə illik hesabatının və maliyyə hesabatlarının, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəylərinin təsdiq edilmiş surətləri İddiaçı təqdim edilsin. Cavabdeh QSC-dən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1640/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1640/2025
05.06.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver