Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1685/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (Qarayeva Məhsəti Şahin qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: ipoteka, pul tələbi, subyektiv hüquq) X9 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (Qarayeva Məhsəti Şahin qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin olunmaqla cavabdeh "xxxx" Construction MMC-dən 36000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq onaödənilməsi barədə qətnamə çıxarılmasını, "xxxx" Construction MMC-nin hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor- ipoteka saxlayan "xxxx" ASC ilə alıcı- ipoteka qoyan Qarayeva Məhsəti Şahin qızı və satıcı X3 arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 174 saylı evin 94 saylı mənzilinə dair 07 sentyabr 2010-cu il tarixli alğı satqı və ipoteka müqaviləsi imzalanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19 oktyabr 2010-cu il tarixli MA № ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 174 saylı evin 94 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli 10/1 nömrəli qərarı ilə "xxxx" ASC-nin bank lisenziyası ləğv edildiyindən tələbin güzəşti müqaviləsinə əsasən qeyd olunan iş üzrə hüquqlar "xxxx" İKB ASC-yə (hazırkı adı İddiaçı ASC) keçmişdir. Həmin əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, hazırda bankın xeyrinə ipoteka ilə yüklü edilmiş mənzilin yerləşdiyi yaşayış binasının sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmiş və alıcı-ipoteka qoyan X2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 mart 2021-ci il tarixdə Çıxarış verilmişdir. AR Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən verilmiş 13 sentyabr 2023-cü il tarixli № 5-21/2-1548/2023 saylı sorğuya əsasən bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən istismar müddəti başa çatmış yaşayış binasının sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi "xxxx" Construction MMC-yə həvalə edilmişdir. Bununla əlaqədar "xxxx" Construction MMC-yə xəbərdarlıq məktubu ünvanlanmış, lakin cavablandırılmamışdır. Tərəflər arasında ilkin mediasiya sessiyası keçirilmiş, lakin razılıq əldə olunmamışdır. 07 sentyabr 2010-cu il tarixli № 288/232 saylı alğı-satqı və ipoteka 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 36000 manat qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən "xxxx" Construction MMC tərəfindən ipoteka predmetinin məhv edilməsi (sökülməsi) ilə bağlı həmin mənzilin dəyəri – 36000 manat "xxxx" Construction MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, "xxxx" Construction MMC tərəfindən ipoteka predmetlərinin qanunsuz olaraq, ipoteka saxlayana heç bir məlumat verilmədən qəsdən məhv etməsi halı ilə bağlı "xxxx" Construction MMC barəsində xüsusi qərar çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Belə ki, Qarayeva Məhsəti Şahin qızı arasında imzalanmış 07 sentyabr 2010-cu il tarixli alğı-satqı və ipoteka müqaviləsinin 2.3.2-ci bəndlərinə əsasən alıcı-ipoteka qoyanın ipoteka predmetinə sahib olmaq və təyinatına uyğun olaraq istifadə etmək, bu şərtlə ki, istifadə ipoteka predmetinin məhv edilməsinə, zədələnməsinə və ya onun dəyərinin azaldılmasına səbəb olmasın. Həmin müqavilənin 2.4.3 və 2.4.5-ci bəndlərinə əsasən ipoteka qoyanın ipoteka predmeti onun sahibliyində və istifadəsində olduqda saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə etmək, ipoteka predmetini lazımi vəziyyətdə saxlamaq üçün lazımi tədbirlər görmək və sair kimi vəzifələri vardır. Həmin müqavilənin 2.5.4-cü bəndinə əsasən ipoteka saxlayan, ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək hüququna malikdir. Qarayeva Məhsəti Şahin qızının kredit öhdəliklərinin təminatı olaraq Qarayeva Məhsəti Şahin qızı ilə bank arasında imzalanmış ipoteka müqaviləsinin şərtləri, həmçinin “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Nəticədə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ipoteka saxlayan olaraq İddiaçı ASC ("xxxx" İKB ASC) ipoteka ilə yüklü edilmiş mənzilə qarşı tələb irəli sürmək hüququndan məhrum olmuşdur. Həmçinin iddia tələbi üzrə "xxxx" Construction MMC-nin hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir. "xxxx" Construction MMC tərəfindən ipoteka predmetinin məhv edilməsi (sökülməsi) ilə bağlı həmin mənzilin dəyəri – 36000 manat "xxxx" Construction MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, cavabdeh tərəfindən ipoteka predmetlərinin qanunsuz olaraq, ipoteka saxlayana heç bir məlumat verilmədən qəsdən məhv etməsi halı ilə bağlı "xxxx" Construction MMC barəsində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq məhkəməyə izahatında tərəflər arasında imzalanmış ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqaviləsinin hazırda qüvvədə olduğunu və müntəzəm olaraq ödənişlərin həyata keçirildiyini, ipoteka qoyan şəxslə hansısa problemlərinin olmadığını, əmlak özgəninkiləşdirilərkən onlara heç bir məlumat verilmədiyini, bununla bağlı olaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Construction MMC və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qarayeva Məhsəti Şahin qızı məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC “kreditor-ipoteka saxlayan”, X4 “alıcı-ipoteka qoyan”, X3 “satıcı” olmaqla imzalanmış 07 sentyabr 2010-cu il tarixli 288/232 saylı müqaviləyə əsasən, satıcı, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27 avqust 2010-cu il tarixli 11/20283 nömrəli arayışa əsasən 1 otaqlı ümumi sahəsi 29,74 m2, o cümlədən yaşayış sahəsi 16,74 m2 olan, ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli, 7 bloklu binanın, 4-cü mərtəbəsindəki mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Həmin müqavilənin müvafiq olaraq 2.4.3, 2.4.4 və 2.4.5-ci bəndlərinə əsasən kreditor-ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetini özgəninkiləşdirməmək və ya ona dair digər sərəncam verməmək, ipoteka predmetini yararlı vəziyyətdə saxlanılmasını təmin etmək məqsədilə cari və əsaslı təmir daxil olmaqla lazımi tədbirlər görmək, bu müqavilənin məqsədlərinə uyğun olaraq ipoteka predmetinin məhv olma və ya zədələnməsi təhlükəsi yarandıqda kreditor-ipoteka saxlayanı xəbərdar etmək alıcı-ipoteka qoyanının vəzifəsidir. Həmin müqavilənin 2.5.4-cü bəndinə əsasən alıcı-ipoteka qoyandan ipoteka predmetindən təyinatı üzrə istifadə edilməsini, habelə onun qorunması üçün lazımi tədbirlərin görünməsini tələb etmək kreditor-ipoteka saxlayanın hüququdur. "xxxx" ASC “ilkin kreditor”, “X1 Bankı” ASC “yeni kreditor olmaqla imzalanmış 29 yanvar 2016-cı il tarixli müqaviləyə əsasən bu müqaviləyə əsasən ilkin kreditor xx.xx.2014cü il tarixli depozit müqaviləsi əsasında yeni kreditordan cəlb etdiyi əmanət məbləği və ona hesablanmış faizlərin xx.xx.2016-cı il tarixə olan manat ekvivalenti miqdarında özünün bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə N1-də göstərilən və yeni kreditora ötürülən kredit portfeli üzrə olan ödənişlərlə əvəzləşdirməyi öhdəsinə götürür. İddiaçı ASC-nin sorğusuna Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, Yasamal RİH Başçısının 198 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən istismar müddəti başa çatmış yaşayış binasının sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi "xxxx" Construction MMC-yə həvalə edilmişdir. Yasamal RİH başçısının 300 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə M.Şərifzadə küçəsi 174 ünvanında sökülməsi nəzərdə tutulan yaşayış binasının yerində "xxxx" Construction MMC-yə 4 girişli, 14 mərtəbəli yeni yaşayış binasının tikintisinə icazə verilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı surətindən məlum olur ki, 210 manat İddiaçı ASC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 24-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri ilə yanaşı ipoteka qoyan və ipoteka saxlayan arasında bağlanan ipoteka müqaviləsində tərəflərin əlavə hüquq və vəzifələri müəyyənləşdirilə bilər. 25.3.1 və 25.3.2-ci maddələrinə əsasən ipoteka qoyan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək və ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək vəzifələrini daşıyır. 26.1.2 və 26.1.4-cü maddələrinə əsasən ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək, ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək ipoteka saxlayanın hüququdur. 27.2-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir. 27.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 28.1-ci maddəsinə əsasən ipoteka ilə təmin edilmiş tələb başqasına keçdikdə həmin tələbin təminatı olan ipoteka ona keçir. Tələbin keçdiyi şəxs ipoteka saxlayanın hüquq və vəzifələrini əldə edir. 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 31.1 və 31.1.2-ci maddələrinə əsasən ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb edə bilər. 32.1-ci maddəsinə əsasən ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. İV.Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC X4 və X3 arasında 07 sentyabr 2010-cu il tarixli 288/232 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli, 7 bloklu binanın, 4-cü mərtəbəsindəki mənzil ipoteka ilə yüklü edilmişdir. Daha sonra "xxxx" ASC və “X1 Bankı” ASC (İddiaçı ASC) arasında 29 yanvar 2016-cı il tarixli tələbin güzəşti müqaviləsinə əsasən "xxxx" ASC-yə məxsus hüquq və öhdəliklər İddiaçı ASC-yə ötürülmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakın qəsdən məhv edilməsi (sökülməsi) nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verildiyi zaman ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə qarşı pul tələb edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, həm tərəflər arasında imzalanmış müqavilənin bəndlərindən, həm də yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən aydın olur ki, ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək ipoteka saxlayanın hüququdur, qeyd olunan hərəkətlərin qarşısını almaq isə ipoteka qoyanın birbaşa vəzifəsidir. Belə olan halda iddiaçı ipoteka saxlayan kimi ipoteka predmetinə hər-hansısa təsirləri onun baş verdiyi anda dayandırılmasını tələb edə bilərdi. Bundan başqa ipoteka qoyumuş əmlak söküldükdə ipoteka qoyan Qarayeva Məhsəti Şahin qızı ipoteka saxlayan İddiaçı ASC-ni dərhal xəbərdar etməli idi. İpoteka qoyan Qarayeva Məhsəti Şahin qızının ipoteka qoyulmuş mənzili saxlama vəzifələrini pozması nəticəsində ipoteka qoyulmuş mənzil məhv olduqda ipoteka saxlayan İddiaçı ASC ipoteka qoyan Qarayeva Məhsəti Şahin qızından əsas öhəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Bundan başqa cavabdeh ipoteka qoyulmuş mənzili özbaşına olaraq qəsdən söküb məhv etməmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin məktubundan aydın olur ki, istismar müddəti başa çatdığı üçün ipoteka qoyulmuş mənzilin yerləşdiyi bina Yasamal RİH Başçısının sərəncamı ilə sökülmüş, yerində yeni yaşayış binası inşa edilmişdir. Bu halda ipoteka qoyan Qarayeva Məhsəti Şahin qızına yeni binada müvafiq əvəz verilmiş mənzilə ipoteka hüququ şamil edilməli və ya ipoteka saxlayan İddiaçı ASC müvafiq surətdə ipoteka qoyan Qarayeva Məhsəti Şahin qızına çatmış əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə etməli idi. Bu hüquqları tam müdafiə olunmayan, yəni əvəz kimi verilən əşya və ya müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda, ipoteka saxlayan İddiaçı ASC əsas öhdəliyin vaxtından əvvəl icrasını ipoteka qoyan Qarayeva Məhsəti Şahin qızından tələb edə bilərdi, tələb yerinə yetirilmədikdə ipoteka qoyan Qarayeva Məhsəti Şahin qızının aldığı müvafiq əvəzə tutmanı yönəldə bilərdi. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, məhdud əşya hüququ növü kimi ipoteka, əsas etibarilə öhdəliyin icrasının təmini üsulu kimi çıxış edir, yəni tərəflər arasında imzalanmış ipoteka müqaviləsi kredit müqaviləsinin təmin edilməsi üçün imzalanmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi də hazırda borcalan tərəfindən müqavilə öhdəliklərinin tam şəkildə, vaxtı-vaxtında icra edildiyini bildirmişdir. Belə olan halda iddia tələbinin təmin edilməsi, məhkəmə qətnaməsi icra ediləcəyi halda gələcəkdə iddiaçının əsassız varlanması ilə nəticələnəcəkdir. Beləliklə məhkəmə iddiaçının mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə 210 manat mediasiya xərcinin cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən qeyd edilən xərclər iddiaçının özünə aid edilməlidir. Vİ.Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (Qarayeva Məhsəti Şahin qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1685/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1685/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver