Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1719/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 390.527,35 manat borc məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric 3.70 ( üç manat yetmiş qəpik) manat məbləğində xidmət haqqı ödəməli idi. Qeyd edək ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-ni həmin müqaviləyə əsasən 2021-ci il fevral ayından 2022-ci il iyul ayınadək yemək (catering) xidməti ilə təmin etmişdir. Belə ki, sözügedən müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil xx.xx.2022-ci il tarixli 153754 nömrəli elektron qaiməyə əsasən 9883,09 manat dəyərində, xx.xx.2022-ci il tarixli 153109 nömrəli elektron qaiməyə əsasən 2955,78 manat dəyərində, xx.xx.2022-ci il tarixli 327955 nömrəli elektron qaiməyə əsasən 6500,97 manat dəyərində, xx.xx.2022-ci il tarixli 327928 nömrəli elektron qaiməyə əsasən 28344,19 manat dəyərində, xx.xx.2022-ci il tarixli 896838 nömrəli elektron qaiməyə əsasən 7291,22 manat dəyərində, xx.xx.2022-ci il tarixli 896996 nömrəli elektron qaiməyə əsasən 39817,33 manat dəyərində, xx.xx.2022-ci il tarixli 787172 nömrəli elektron qaiməyə əsasən 49415,45 manat dəyərində, xx.xx.2022ci il tarixli 786465 nömrəli elektron qaiməyə əsasən 1864,28 manat dəyərində, xx.xx.2022ci il tarixli 933200 nömrəli elektron qaiməyə əsasən 11552,44 manat dəyərində, xx.xx.2022-ci il tarixli 934000 nömrəli elektron qaiməyə əsasən 30221,33 manat dəyərində, xx.xx.2022-ci il tarixli 264246 nömrəli elektron qaiməyə əsasən 23397,39 manat dəyərində, xx.xx.2022-ci il tarixli 264076 nömrəli elektron qaiməyə əsasən 33749,30 manat dəyərində, xx.xx.2022-ci il tarixli 823671 nömrəli elektron qaiməyə əsasən 29462,00 manat dəyərində, xx.xx.2022-ci il tarixli 823336 nömrəli elektron qaiməyə əsasən 19516,02 manat dəyərində, xx.xx.2022-ci il tarixli 340129 nömrəli elektron qaiməyə əsasən 29053,13 manat dəyərində, xx.xx.2022-ci il tarixli 340115 nömrəli elektron qaiməyə əsasən 16254,62 manat dəyərində, xx.xx.2021-ci il tarixli 894451 nömrəli elektron qaiməyə əsasən 7540,08 manat dəyərində, xx.xx.2021-ci il tarixli 894064 nömrəli elektron qaiməyə əsasən 24037,66 manat dəyərində, xx.xx.2021-ci il tarixli 524549 nömrəli elektron qaiməyə əsasən 5195,54 manat dəyərində, xx.xx.2021-ci il tarixli 883061 nömrəli elektron qaiməyə əsasən 31856,81 manat dəyərində, xx.xx.2021-ci il tarixli 443772 nömrəli elektron qaiməyə əsasən 25805,54 manat dəyərində, xx.xx.2021ci il tarixli 443538 nömrəli elektron qaiməyə əsasən 3910,76 manat dəyərində, xx.xx.2021ci il tarixli 505884 nömrəli elektron qaiməyə əsasən 15515,82 manat dəyərində, xx.xx.2021-ci il tarixli 519627 nömrəli elektron qaiməyə əsasən 2682,38 manat dəyərində, xx.xx.2021-ci il tarixli 904700 nömrəli elektron qaiməyə əsasən 2619,48 manat dəyərində, xx.xx.2021-ci il tarixli 638073 nömrəli elektron qaiməyə əsasən 1883,87 manat dəyərində, xx.xx.2021-ci il tarixli 472675 nömrəli elektron qaiməyə əsasən 419,37 manat dəyərində, xx.xx.2021-ci il tarixli 802064 nömrəli elektron qaiməyə əsasən 79,65 manat dəyərində, xx.xx.2021-ci il tarixli 913190 nömrəli elektron qaiməyə əsasən 119,77 manat dəyərində, xx.xx.2021-ci il tarixli 582404 nömrəli elektron qaiməyə əsasən 138,89 manat dəyərində, ümumi 461.084,19 (dörd yüz altmış bir min səksən dörd manat, on doqquz qəpik) dəyərində xidmət göstərilmişdir. İddiaçı "xxxx" MMC-nin xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ƏDV daxil olmaqla 390.527,35 (üç yüz doxsan min beş yüz iyirmi yeddi manat otuz beş qəpik) manat ödənilməmiş borc məbləği mövcuddur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır.
10. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə a) sifariş olunan vaxtlarda catering (yemək) xidmətinin təmin edilməsi; b) göstərilən xidmətin gigiyena standartlarına uyğunluğu; c) icraçının bütün işçi heyətinin müvafiq geyim, baş üçün setka yaxud papaqların təmin edilməsi, d) xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsi xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür.
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təqdim edilən adam başına 1 menyunun (bir porsiya olmaqla şorba, əsas yemək, salat) dəyərinə görə ƏDV xaric 3.70 manat xidmət haqqı ödəyəcəkdir.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra sifarişçi tərəfindən 10 iş günü ərzində ödəməlidir.
13. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə 01 aprel 2022-ci il tarixdən 01 aprel 2023-cü il tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir.
14. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
16. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
17. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə təşkil edir. Ona görə də, qeyd edilmiş müqavilə üzrə xidmətlərin göstərilib-göstərilməməsi və göstərilmiş olan xidmətlərə görə məbləğin ödənilib-ödənilməməsi müəyyən edilməlidir.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə
20. xx.xx.2021-ci il tarixli EBAY 582404 saylı dəyəri 138,89 manat təşkil edən,
21. xx.xx.2021-ci il tarixli EBAZ 913190 saylı dəyəri 119,77 manat təşkil edən,
22. xx.xx.2021-ci il tarixli EBBB 802064 saylı dəyəri 79,65 manat təşkil edən,
23. xx.xx.2021-ci il tarixli EBBD 472675 saylı dəyəri 419,37 manat təşkil edən,
24. xx.xx.2021-ci il tarixli EBBE 638073 saylı dəyəri 1.883,87 manat təşkil edən,
25. xx.xx.2021-ci il tarixli EBBF 904700 saylı dəyəri 2.619,48 manat təşkil edən,
26. xx.xx.2021-ci il tarixli EBBH 519627 saylı dəyəri 2.682,38 manat təşkil edən,
27. xx.xx.2021-ci il tarixli EBBJ 505884 saylı dəyəri 15.515,82 manat təşkil edən,
28. xx.xx.2021-ci il tarixli EBBK 443538 saylı dəyəri 3.910,76 manat təşkil edən,
29. xx.xx.2021-ci il tarixli EBBK 443772 saylı dəyəri 25.805,54 manat təşkil edən,
30. xx.xx.2021-ci il tarixli EBBL 883061 saylı dəyəri 31.856,81 manat təşkil edən,
31. xx.xx.2021-ci il tarixli EBBM 524549 saylı dəyəri 5.195,54 manat təşkil edən,
32. xx.xx.2021-ci il tarixli EBBN 894064 saylı dəyəri 24.037,66 manat təşkil edən,
33. xx.xx.2021-ci tarixli EBBN 894451 saylı dəyəri 7.540,08 manat təşkil edən,
34. xx.xx.2022-ci tarixli EBBP 340115 saylı dəyəri 16.254,62 manat təşkil edən,
35. xx.xx.2022-ci tarixli EBBP 340129 saylı dəyəri 29.053,13 manat təşkil edən,
36. xx.xx.2022-ci tarixli EBBQ 823336 saylı dəyəri 19.516,02 manat təşkil edən,
37. xx.xx.2022-ci tarixli EBBQ 823671 saylı dəyəri 29.452 manat təşkil edən,
38. xx.xx.2022-ci tarixli EBBS 264076 saylı dəyəri 33,749,30 manat təşkil edən,
39. xx.xx.2022-ci tarixli EBBS 264246 saylı dəyəri 23.397,39 manat təşkil edən,
40. xx.xx.2022-ci tarixli EBBT 934000 saylı dəyəri 30.221,33 manat təşkil edən,
41. xx.xx.2022-ci tarixli EBBT 933200 saylı dəyəri 11.552,44 manat təşkil edən,
42. xx.xx.2022-ci tarixli EBBV 786465 saylı dəyəri 1.864,28 manat təşkil edən,
43. xx.xx.2022-ci tarixli EBBV 787172 saylı dəyəri 49.415,45 manat təşkil edən,
44. xx.xx.2022-ci tarixli EBBX 896838 saylı dəyəri 7.291,22 manat təşkil edən,
45. xx.xx.2022-ci tarixli EBBX 896996 saylı dəyəri 39.817,33 manat təşkil edən,
46. xx.xx.2022-ci tarixli EBBZ 327955 saylı dəyəri 6.500,97 manat təşkil edən,
47. xx.xx.2022-ci tarixli EBBZ 327928 saylı dəyəri 28.344,19 manat təşkil edən,
48. xx.xx.2022-ci tarixli EBCB 153754 saylı dəyəri 9.883,09 manat təşkil edən,
49. xx.xx.2022-ci tarixli EBCB 153109 saylı dəyəri 2.955,78 manat təşkil edən elektron qaimələr göndərilmişdir.
50. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 461.084,19 manat təşkil edir.
51. İş materiallarına əlavə olunmuş, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr üzrə xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 286,7 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 21.869,1 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 13.149 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 20.370,9 manat, xx.xx.2021ci il tarixli ödəniş sənədinə əsasən 51,61 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 3.936,44 manat, xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 2.366,82 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 3.666,76 manat, xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən 4.859,51 manat olmaqla, cəmi 70.556,84 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənmişdir.
52. Qeyd edilmiş hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmiş, cavabdeh də ödənişlər etməklə xidmətin göstərildiyini qəbul etmişdir.
53. Ona görə də, məhkəmə hesab edir ki, elektron qaimələrdə göstərilmiş xidmətlər iddiaçı tərəfindən icra edilmiş və ona görə də, cavabdehin göstərilmiş olan xidmətlərə görə xidmət haqqını ödəmək öhdəliyi yaranmışdır
54. Göründüyü kimi, göstərilmiş olan xidmətlərə görə, cavabdeh tərəfindən cəmi 70.556,84 manat məbləğində pul ödənilmiş və 390.527,35 (461.084,19-70.556,84) manat məbləğində borcu qalmışdır.
55. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb olunan borc məbləğinin ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
56. Ona görə də, məhkəmə hesab edir ki, göstərilmiş olan xidmətlərə görə 390.527,35 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
57. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
58. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 390.527 (üç yüz doxsan min beş yüz iyirmi yeddi) manat, 35 (otuz beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov