Məhkəmə qərarları › İş №e-2-2(113)-1739/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1739/2020

25.06.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1739/2020 25.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı (borclu) “xxxxxxxxxxxx” X1 cavabdeh (kreditor) Ləğv prosesində olan “Bank Standard” QapalıSəhmdar Cəmiyyətinə (ləğvedici X2) qarşı “xxxxxxxxxxxx” X1 müflis elan edilməsi və iflas prosesinə başlanılması tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (borclu) “xxxxxxxxxxxx” X4 ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxx” X1 (VÖEN **********) müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 2-ci bəndinin ç) yarımbəndinə əsasən borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatı iflas haqqında məhkəməyə verilən ərizədə göstərməlidir. Həmin qanunun 5-ci maddəsinin 1-ci bəndinin b) yarımbəndinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısını təsdiq edən sənədlər əlavə edilir. Həmin qanunun 8-ci maddəsinin tələblərinə görə iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatı ərizədə göstərməmiş, həmçinin borclu iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısını təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, X6 vergi borcu barədə məlumatın verilməsi barədə (xx.xx.2020-ci il tarixli) çıxarışından görünür ki, VÖEN ********** olan (“xxxxxxxxxxxx” X1) vergi ödəyicisinin 11946,67 manat vergi borcu mövcüddur. Bu hal onu göstərir ki, borclunun (“xxxxxxxxxxxx” MMC-nin) Bank Standard” X5 başqa kreditoru vardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı (borclu) “xxxxxxxxxxxx” X1 cavabdeh (kreditor) Ləğv prosesində olan “Bank Standard” QapalıSəhmdar Cəmiyyətinə (ləğvedici X2) qarşı “xxxxxxxxxxxx” X1 müflis elan edilməsi və iflas prosesinə başlanılması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı (borclu) “xxxxxxxxxxxx” X3 izah edilsin ki, ərizəyə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı əlavə edildikdə, həmçinin “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən tələblərə riayət olunandan sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar