Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1743/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (müqavilə üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 194.18 manat ödənilməmiş borc məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 08 fevral 2018-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 194.18 manat ödənilməmiş borcu qalmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1743/2025 saylı Qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, təqdim edilmiş sübutlar əsasında məhkəmə iclasının keçirilib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. 5.Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 08 fevral 2018-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilə üzrə “Şirkət” “Korporativ Abunəçi”yə mobil rabitə xidmətləri göstərir, “Korporativ Abunəçi” isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan Korporativ abunəçi tərəfindən “Şirkət”in təqdim etdiyi və hazırkı Müqavilənin 2 saylı Qoşmasında əks olunmuş Tariflərin arasından seçilmiş korporativ tarif əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə “Şirkət” “Korporativ Abunəçi”yə şirkətin şəbəkəsindən istifadə etmək üçün “Sim Kart” paketləri ilə birlikdə 10 ədəd Nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə Qoşma olunur. “Korporativ Abunəçi” isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarifə (2 saylı Qoşmada göstərilmiş Tariflərdən hər hansı biri və ya bir neçəsi) uyğun olaraq xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin edir. 1.3-cü bəndinə əsasən, bu müqavilə üzrə korporativ nömrələrin hər birinin nominal dəyəri göstərilməklə aşağıdakılar kimi bölünür: Sadə nömrə paketi 10 (ƏDV daxil) manat, Gümüş nömrə paketi 50(ƏDV daxil) manat, Qızıl nömrə paketi 250(ƏDV daxil) manat və Platinium nömrə paketi 1000 (ƏDV daxil) manat. 3.1-ci bəndə əsasən bu müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti müvafiq korporativ tarifə uyğun, digər xidmətlərin və cihazların dəyəri isə hazırkı müqavilənin müvafiq qoşmalarında göstərilir və ödəniş bank köçürməsi yolu və ya “Şirkət”in müəyyən etdiyi digər qaydada həyata keçirilir. Bank köçürməsi yolu ilə hesab-faktura əsasında ödəniş edən Korporativ Abunəçi hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən Korporativ Abunəçi isə hər növbəti ayın 15-dən gec olmayaraq ödənişi təmin etməlidir. 7.1-ci bəndinə əsasən, bu müqavilə hər iki tərəfin imzalandığı gündən etibarən qüvvəyə minir və 1 il ərzində qüvvədə olacaq, lakin həmin müddət bitdikdən sonra bu müqavilə avtomatik olaraq növbəti illər üçün uzadıla bilər, o şərtlə ki, tərəflərdən biri bu müqavilənin bitməsinə bir ay qalmış digər tərəfə bu müqavilənin uzadılmasına qarşı yazılı etiraz bildirməsin.
9. 08 fevral 2018-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə 1 saylı Qoşmadan görünür ki, Cavabdeh MMC-yə 19 ədəd nömrə təqdim edilmişdir.
10. 08 fevral 2018-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə 2 saylı Qoşmadan görünür ki, aylıq abunə haqqı 1 manat, şəbəkədaxili zənglər, şəbəkəxarici zənglər, ölkədaxili SMS 0.03 manat, ölkədaxili internet 0.25 manat, beynəlxalq zənglər 0.32 manat, beynəlxalq SMS 0.04 manat, şənbə, bazar və bayram günləri bütün gün ərzində və gecə saat 00:00-dan 08:00-a qədər zəngin dəyəri 24 qəpik olaraq müəyyən edilmişdir.
11. 08 fevral 2018-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə 3 saylı qoşmaya əsasən şirkət korporativ abunəçiyə Huawei E8372 LTE Wingle USB Dongle cihazının güzəştli şərtlə təqdim olunmasını və USB Modern xidməti çərçivəsində mütləq Data tarif paketindən istifadə imkanlarının yaradılması ilə bağlı xidmətlərinin göstərilməsini, Korporativ abunəçi isə bunun müqabilində şirkətin müəyyən etdiyi təriflərə əsasən müəyyən olunan haqqın ödənilməsini öz öhdəsinə götürür. 3. Bu qoşma yalnız Huawei E8372 LTE Wingle USB Dongle cihazları və əlaqədar xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında münasibətləri tənzimləyir və digər növ USB Dongle modellərinin təqdim olunması ilə bağlı münasibətlərə şamil edilmir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, CC 344 nömrəli hesab-fakturadan görünür ki, yanvar 2019- iyun 2023 dövrü üçün İddiaçı MMC tərəfindən təqdim olunmuş xidmətlərə görə cəmi ödənilməli məbləğ 194.18 manat təşkil edir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 16 noyabr 2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 194.18 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
14. 24 dekabr 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir.
15. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 fevral 2018ci il tarixli, ***-**** nömrəli “Mobil rabitə xidmətlərinin göstərilməsi” barədə müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyi lazımınca icra etməməsi İddiaçıya göstərilən müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1), “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (448.2), Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. (448.4)
17. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 08 fevral 2018-ci il tarixli, ***-**** nömrəli “Mobil rabitə xidmətlərinin göstərilməsi” barədə müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mobil rabitə xidmətləri göstərilmiş, lakin cavabdeh müqavilənin tərkib hissəsini təşkil edən korporativ tarif planı əsasında xidmət haqqının ödənişini tam həyata keçirməmiş, nəticədə müqavilə üzrə ƏDV daxil 194.18 manat məbləğində borcu yaranmışdır.
18. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdehin xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə İddiaçıya borcunun yarandığını, belə olan halda isə İddiaçının borcun ödənilməsini Cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehdən ümumilikdə 194.18 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
19. Bundan əlavə iddiaçı tələbində 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılmasıilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 194.18 manat borc məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 224.18 (iki yüz iyirmi dörd manat on səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlham Əhmədov