Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1744/2023 18.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı X4 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 İdarəsinin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 İdarəsi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2013-cü il tarixli 258 nömrəli müqaviləyə əsasən cavabdehdən 2018, 2019, 2020 və 2021-ci illər üçün 4235,80 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı (DRİ) ilə Cavabdeh MMC arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2013-cü il tarixində 258 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq Cavabdeh istismar etdiyi radioelektron vasitələrinin anketlərini DRİ-yə təqdim etmiş, anketlərə əsasən DRİ tezlik və radioelektron vasitələrindən istifadəyə görə 2018-2021-ci illər üçün hesabları cavabdehə göndərmişdir. Cavabdehə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 44-cü və 45-ci bəndləri əsasında tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X4 İdarəsinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03 aprel 2013-cü il tarixli 258 nömrəli X4 İdarəsi ilə Cavabdeh MMC arasında radiotezlikərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilədən görünür ki, bu müqavilə ilə İcraçı Sifarişçinin rəsmi müraciətini nəzərə alaraq UQD rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Müqavilənin 3-cü maddəsindən görünür ki, isarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. xx.xx.2021-ci il tarixli EBBN seriyalı 893684 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBM seriyalı 882423 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBL seriyalı 678287 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBK seriyalı 539867 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 585157 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBF seriyalı 991125 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBF seriyalı 991125 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBE seriyalı 342854 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBC seriyalı 682701 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 100,80 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBC seriyalı 204553 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2021-xx.xx.2021-ci il üçün 403,19 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAM seriyalı 831980 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2020-xx.xx.2020-ci il üçün 1209,59 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli EAAR seriyalı 297313 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2019-xx.xx.2019-cu il üçün 1209,60 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2018-ci il tarixli EAAH seriyalı 058127 nömrəli elektron qaimədən görünür ki, X4 İdarəsi Cavabdeh MMC-yə xx.xx.2018-xx.xx.2018-ci il üçün 1686,40 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixli 13R-20 saylı hesabdan görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixə Cavabdeh MMC 1209,60 manat ödəməlidir. xx.xx.2019-cu il tarixli 13R-19 saylı hesabdan görünür ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Cavabdeh MMC 1209,60 manat ödəməlidir. xx.xx.2018-ci il tarixli 14-R-18-1 saylı hesabdan görünür ki, xx.xx.2018-xx.xx.2018ci il tarixə Cavabdeh MMC 1607 manat ödəməlidir. xx.xx.2021-ci il tarixli 12R-21 saylı hesabdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixə Cavabdeh MMC 1209,60 manat ödəməlidir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 03 aprel 2013-cü il tarixdə bağlanmış radiotezliklərin ayrılması, radielektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqaviləyə əsasən İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh MMC 4235,80 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqını ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 4235,80 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4235,80 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1744/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1744/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver