Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1745/2023 03.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndələri X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xidmətlərin göstərilməsi ilə bağlı borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə cavabdehdən 14 oktyabr 2020-ci il, 18/21 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən yaranmış 2192.60 manat borcun, 7269 .97 manat dəbbə pulu, ilkin mediasiya sessiyasına ödənilmiş 100 manat bə 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9592.57 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2020-ci ildə 60/20 nömrəli xidmətlərin göstərilməsinə dair müqaviləsinə əsasən “icraçı“ adlanacaq, nizamnamə əsasında fəaliyyət göstərən Direktor; X4 şəxsində təmsil olunan "xxxx" MMC bir tərəfdən, digər tərəfdən “Azerbaycan Respublikasının Mərkəzi Bankı"gələcəkdə “Sifarişçi'' adlanacaq, sədr müavini; Aftandil Babayev arasında icraçı sifarişçinin adına daxil olmuş sənədlərin, bağlamaların və ağır çəkili (200-250 kg) yüklərin Sifarişçi tərəfindən tələb olunan zəruri məlumatlar və sənədlər təqdim edildikdən sonra 2 (iki) iş günündən gec olmayaraq qanunvericiliyə uyğun gömrük rəsmilləşdirilməsini aparılmasını, gömrük rəsmilləşdirilməsi bitdikdən sonra həmin iş günü ərzində, əgər iş günü bitmişdirsə, növbəti iş günü yüklərin təhlükəsiz qaydada çatdırılması müqaviləsi bağlanılmışdır. Lakin, Sifarişçi müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 6.1.1 bəndinə əsasən Sifarişçi və İcraçıya 1 əməliyyat üçün 830 manat tərtib olunmuş hesab fakturaya əsasən 10 bank günü ərzində bank hesabına ödəyir. 6.3 bəndinə əsasən çəkisi 250 kg artıq olan yüklərin çatdırılması üçün yaranan xərclərin dəyəri əwətcədən razılaşdırmaqla İcraçı tərəfindən təqdim edilmiş sənədlər əsasında həyata keçiriləcək. Sifarişçi tərəfindən müqaviləyə daxil edilmiş 9-cu (Cərimə və sanksiyalar) maddəsinin 9.1. bəndinə əsasən Sifarişçi bu müqavilənin 6.1.1-ci bəndi ilə müəyyən edilmiş müddət ərzində ödəmələr aparmadıqda, Tərəflər digər hüquqlara ziyan vurmadan bu bənddə nəzərdə tutulmuş cərimə və sanksiyaları tətbiq edə bilər. 9.2-ci bəndinə əsasən Sifarişçi ödənişi həyata keçirmədiyi halda, İcraçı ötürülmüş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 0,1% həcmində dəbbə pulu tələb edə bilər. Həmçinin müqaviənin 13-cü maddəsinin (Mübahisələrin həlli)13.1. bəndinə əsasən tərəflər mübahisə doğuran bütün məsələləri ilk əvvəl qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll etməlidirlər. 13.2 maddəyə əsasən sə danşıqlar yolu ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.İddiaçı tərəfindən göstərilmiş xidmətə görə tərtib edilmiş Seriya: EBBL №:30674, xx.xx.2022-ci il tarixli elektron qaimə və 2022/115A nömrəli hesab faktura görə cavabdehin 2192.60 qəpik borcu yaranmışdır. Müqavilənin 9.2 bəndinə əsasən 7269 dəbbə pulu hesablanmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq yaranmış borcla bağlı istərsə şifahi istərsə yazılı şəkildə məlumat verilmişdir. xx.xx.20223-cü ildə İlkin mediasiya sesiyası keçirilməsi üçün məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Milli Bankının etbarnamə üzrə nümayəndəsi X3 ilə İMS keçirilmişdir. Lakin qarşı tərəflə razılaşma əldə olunmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı 13 mart 2023-cü il tarixdə məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirilmişdir ki, Cəmiyyətlə Mərkəzi Bank arasında xx.xx.2020-ci il tarixli 60/2 nömrəli xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Mərkəzi Bankın adına ölkə xaricindən daxil olan və onun adından ölkə xaricin zöndərilən yüklərin gömrük rəsmiləşdirilməsi, daxil olan yüklərin Mərkəzi Bankın Bakı şəhəri ərazisində təyin etdiyi ünvana çatdırılması və onun adından yükün ölkə xaricinə göndərilmə; Cəmiyyətə həvalə olunmuşdur. İddia ərizəsində göstərilir ki, Cəmiyyət tərəfindən göstərilmiş xidmətə dair tərtib edilmiş 07.01,2022-ci il tarixli EBBL 30674 nömrəli elektron qaimə və 2022/115A nömrəli hesabfaktur üzrə yaranmış borc Mərkəzi Bank tərəfindən ödənilmir. İddiaçının bu iddiası həqiqəti əks etdirmir. Belə ki, Müqavilənin 6.3-cü bəndinə əsasə qabaritləri standart evropalet ölçülərindən və çəkisi 250Jkg-dan artıq olan yüklərin çatdırılması üzr yaranan xərclərin dəyəri Mərkəzi Bankla əvvəlcədən razılaşdırılmaqla Cəmiyyət tərəfindən təqdir ediləcək sənədlər əsasında Mərkəzi Bank tərəfindən əlavə olaraq ödənilir. Lakin, Cəmiyyət tərəfindən təqdim edilən ümumi məbləği 2192,60 manat təşkil edən xx.xx.2022-ci il tarix 2022/115A nömrəli hesab-fakturada qeyd edilən və daşıma haqqının ümumi məbləj 390 manat olaraq göstərilən yükün nə qabariti, nə də çəkisi Müqavilənin 6.3-cü bəndində qey edilən ölçüləri keçmir. Bundan əlavə, Müqavilənin şərtlərinə zidt olaraq Cəmiyyət tərəfindən Mərkəzi Banka heç bir məlumat vermədən qeyd edilən yükün üçünc şəxsin - "xxxx" MMC-nin xidmətindən istifadə etməklə icra edildiyi iddia edilmiş və bununla əlaqədar 045005 nömrəli kassa mədaxil orderinin qəbzi Mərkəzi Banka təqdir edilmişdir. Eyni zamanda Cəmiyyətə ünvanlanmış xx.xx.2022-ci il tarixli 6-1.16-2-2022-18169 nömrə məktubda bildirilmişdir ki, təqdim olunmuş hesab-faktura və elektron qaimə dəyişdiriləcəyi təqdirdə Müqavilə üzrə ödənilməsi nəzrədə tutulan xidmət haqqı (830 manat) və yüklərin anbarda saxlama haqqı (972.60 manat) Mərkəzi Bank tərəfindən ödəniləcəkdir. Qeyd etmək istərdik ki, İddiaçıya eyr məzmunlu xx.xx.2022-ci il tarixli 01.18-3-2022-2464 nömrəli və xx.xx.2022-ci il tarixli 01.18-c 2022-5292 nömrəli məktublar da göndərilmişdir. Sonuncu dəfə Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli 201/2022 nömrəli məktubl Mərkəzi Banka müraciət edilərək 2 192.60 manat məbləğin ödənilməsi tələb edilmişdir. Mərkə; Bank tərəfindən öz növbəsində Cəmiyyətə ünvanlanmış xx.xx.2022-ci il tarixli 6-1.16-2-2022 18169 nömrəli cavab məktubunda da Cəmiyyətə xidmət haqqı (830 manat) və yüklərin anbard saxlama haqqının (972.60 manat) ödəniləcəyini bildirmiş, hesab-fakturada qeyd edilən daşıma xərclərinin (hava limanından Mərkəzi Bankın inzibati binasınadək 240,5 kq. yükün daşınması üçü 390 AZN) isə Müqavilənin 6.3-cü bəndinin tələbinə (daşınan yükün nə çəkisi (240,5 kq), nə də qabaritləri) uyğun gəlmədiyi üçün, həmin vəsaitin ödənilməsinin mümkün hesab edilmədiyi qeyd edilmişdir. Buna baxmayaraq, Cəmiyyət heç bir səbəb göstərmədən yenilənmiş hesab-faktura və elektron qaiməni Mərkəzi Banka göndərməmiş və məsələni əsassız olaraq məhkəmə müstəvisinə çıxarmışdır. Cəmiyyətin əsas məqsədi ədalətin bərpası deyil, Mərkəzi Bankdan haqsız qazanc əld etmək istəyidir. Bunu Cəmiyyət tərəfindən Müqavilənin 9.2-ci bəndinə istinad edərək hesabladığı dəbbə pulundan (7269 manat 97 qəpik) da görmək olar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı əsaslı hesab etməyərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən bundan sonra icraçı adlanacaq İddiaçı MMC ilə digər tərəfdən bundan sonra “sifarişçi” adlanacaq Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında bağlanmış xx.xx.2020ci il tarixli, 60/20 nömrəli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi bu müqavilədə razılaşdırılmış şərtlər daxilində və bu müqavilənin 6.1.1-ci bəndinə razılaşdırılan qiymətlərlə sifarişçinin adına ölkə xaricindən daxil olan və onun adından ölkə xaricinə göndərilən yüklərin sifarişçinin Bakı şəhəri ərazisində təyin etdiyi ünvana çatdırılması və sifarişçinin adından yükün ölkə xaricinə göndərilməsi barədə icraçının tender təklifini qəbul etmişdir. Bu müqavilənin ümumi məbləği illik 15770 manatdan, 3 illik isə 47310 manatdan artıq olmamaqla müəyyən edilir. 4.1.1. İcraçı sifarişçinin adına daxil olmuş sənədlərin, bağlamaların, iri qabaritli və ağır çəkili (200-250 kq) yüklərin sifarişçi tərəfindən tələb olunan zəruri məlumatlar və sənədlər təqdim edildikdən sonra 2 iş günündən gec olmayaraq qanunvericiliyə uyğun gömrük rəsmiləşdirilməsinin aparılmasını öhdəsinə götürür. 6.1.1. Malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması ilə bağlı xidmət haqqı 1 əməliyyat üçün 830 manatdır.Sifarişçi yerinə yetirilmiş xidmətlərin haqqını icraçı tərəfindən təqdim olunan hesab fakturaya əsasən 10 bank günü ərzində icraçının bu müqavilədə göstərilən bank hesabına ödəyir. Müqavilənin ümumi məbləği illik 15770 manatdan, 3 illik isə 47310 manatdan artıq olmamaqla müəyyən edilir. - İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına xx.xx.2021-ci il tarixli, 30/21 nömrəli müraciət ünvalayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Famko Express MMC arasında münasibətlər 62/20 saylı, xx.xx.2020 tarixli müqavilə ilə tənzimlənir. On ildən artıqdır ki, Mərkəzi Bankla əməkdaşılq edirik. Bu müddət ərzində xidmətimiz barədə heç bir narazılıq olmamış, göstərdiyimiz xidmət Bank əməkdaşları tərəfindən yüksək qiymətləndirilmişdir.Qeyd edir ki, 62/20 saylı müqavilənin 6.1 bəndində və 6.2 bəndində qeyd edilən ifadələrdə yaranan boşluq, Beləki, müqavilədə qeyd edilən: “malların gömrük rəsmiləşdirilməsinin aparılması və İşin görülməsi ilə əlaqədar vergi, rüsum və bu tipli ödəmələr İcraçının öz hesabına həyata keçirilməlidir” ifadəsi Maliyə departamenti tərəfindən süni problemlərin yaradılmasna səbəb olmuşdur. Bu barədə Hüquq departamenti ilə müzakirə apararaq hər hansı bir vergi və rüsumların Sifarişçi tərəfindən ödənilməli olduğunu təsdiq etsək də Maliyyə departamenti enə də həmin rüsumları ödəməkdən imtina etməkdədir. Maliyə departamenti fikrinə görə biz Mərkəzi Bankın ödəməli olduğu ixrac və idxal rüsumlarını İcraçı öz hesabına ödəməlidir. Bu da həm məntiqi baxımdan doğru deyil, həm də İcraçı şirkət olaraq bizim imnaklarımızdan xaricindədir. Məlumat üçün bildirmişdir ki, şirkət Mərkəzi bank əvəzinə bir sıra ödənişləri edir ki, Bankın rəsmi ödənişləri həyata keçənə qədər olan müddətdə saxlanc xərcləri və sair kimi gündəlik əlavə olunan xərclər Bank üçün əlavə xərclərə səbəb olmasın. Belə olan surətdə ödədiymiz məbləğində Maliyə departamenti tərəfindən onlara geri ödəniləməməsi risqi olduğu üçün biz həmin məbləğidə ödəmək risqini qəbul edə bilmirik. Bu kimi hallar da Mərkəzi Bank üçün ölkəyə gələn malların Gömrük prosesinin gecikməsinə və gecikmə hallarında isə əlavə saxlanc xərclərinin yaranmasına səbəb olur.Bir neçə dəfə Hüquq departamenti və Maliyə departamenti şöbəsinin iştirak ilə görüş keçirərək qeyd olunan məsələnin müzakirə etməyi təklif etsək də bu təklif Maliyə departamenti tərəfindən qəbul edilməmişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, 01.18-3-2022-5292 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, Cəmiyyətlə Mərkəzi Bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli 60/20 nömrəli Müqavilənin 6.3-cü bəndinə əsasən qabaritləri standart evropalet ölçülərindən və çəkisi 250 kg-dan artıq olan yüklərin çatdırılması üzrə yaranan xərclərin dəyəri Sifarişçi ilə əvvəlcədən razılaşdırılmaqla icraçı tərəfindən təqdim ediləcək sənədlər əsasında Sifarişçi tərəfindən əlavə olaraq ödənilir. Buna baxmayaraq, tərəfinizdən təqdim edilən ümumi məbləği 2192,60 manat təşkil edən xx.xx.2022-ci il tarixli 2022/115A nömrəli hesab-fakturada qeyd edilən və daşıma haqqının ümumi məbləği 390 manat olan yükün nə qabariti, nə də çəkisi Müqavilənin 6.3-cü bəndində qeyd edilən ölçüləri keçmir. Bundan əlavə, tərəfinizdən Mərkəzi Banka heç bir məlumat verilmədən "xxxx" MMC-nin xidmətindən istifadə etdiyini bildirirərək 045005 nömrəli kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir. Məlum olmuşdur ki, sözügedən yükün çatdırılmasında bu Cəmiyyətin xidmətlərindən istifadə edilməmişdir. Odur ki, müvafiq dəqiqləşdirmələr aparılmaqla Mərkəzi Banka yeni hesabfaktura təqdim edildikdən sonra, sözügedən Müqavilə üzrə ödəniş həyata keçiriləcəkdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 6-1.16-2-2022-18169 nömrəli məktubda göstərilmişdir. MMC tərəfindən təqdim edilmiş hesab-faktura və Vergi Sistemi vasitəsilə göndərilmiş xx.xx.2022-ci il tarixli EBBP seriyalı elektron qaimə dəyişdirildiyi halda qeyd edilən xidmət haqqı (830 manat) və yüklərin anbarda saxlama haqqı (972.60 manat) bank tərəfindən ödəniləcəkdir. Eyni zamanda hesabfakturada göstərilən daşıma xərcləri (hava limanından Mərkəzi Bankın inzibati binasınadək 240.5 yükün daşınması üçün 390 manat) Müqavilənin 6.3-cü bəndinin tələbinə (daşınan yükün nə çəkisi (240.5 kq), nə də qabaritləri) uyğun gəlmədiyi üçün həmin vəsaitin ödənilməsi mümkün hesab edilmir. - İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2022/115 A nömrəli hesab fakturaya əsasən X5 terminal haqqı 972.60 və 390 manat, bəyannamənin sənədləşdirilməsi xidmətlərinin məbləği 830 manat olmaqla, ümumilikdə 2192.60 manat təşkil edir. - EBBP seriyalı 306704 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərin həcmi 2192.60 manat təşkil edir. - İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına xx.xx.2022-ci il tarixdə xəbərdarlıq qaydasında məktub ünvanlanaraq, 2192.60 manat məbləğində ödənişin həyata keçirilməsi xahiş edilmiş, əks təqdirdə müqavilənin 13.2-ci bəndi ilə tədbir görüləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli, 18/21 nömrəli xidmətlərin göstərilməsi müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmətin göstərilməsi müqaviləsindən və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 60/20 nömrəli müqaviləyə əsasən İddiaçı MMC sifarişçi olan Mərkəzi Bankın adına (ünvanına) ölkə xaricindən daxil olan və onun adından ölkə xaricindən daxil olan və onun adından ölkə xaricinə göndərilən yüklərin gömrük rəsmiləşdirilməsi və sifarişçinin adına ölkə xaricindən daxil olan yüklərin bankın Bakı şəhəri ərazisində təyin etdiyi ünvana çatdırılması və onun adından yükün ölkə xaricinə göndərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd edilən müqavilənin icra olunması ilə əlaqədar iddiaçı tərəfindən həyata keçirilmiş tədbirlərə müvafiq olaraq banka xx.xx.2022-ci il tarixdə, 2022/115 A nömrəli hesab faktura təqdim edilərək, sənədləşmə xidmətinin məbləği 830 manat, anbarda saxlama haqqı 972.60 manat və 390 manat daşıma xidməti olmaqla, ümumilikdə 2192.60 manat məbləğində məbləğində pulun ödənilməsi tələb edilmişdir. Bank qeyd edilən məbləğlərdən 830 manat xidmət haqqı və 972.60 manat məbləğində yüklərin saxlama haqqını qəbul etmiş, lakin daşıma haqqını təşkil edən 390 manatı mübahisələndirmişdir. Qeyd edilən səbəbdən də müvafiq hesab-faktura üzrə ödənişlər həyata keçirilməmişdir. Belə ki, iş materiallarından məlum olur ki, yükün daşıma xidməti birbaşa olaraq İddiaçı MMC tərəfindən deyil, digər bir hüquqi şəxs tərəfindən həyata keçirilmişdir. Bununla bağlı banka "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə kassa mədaxil orderi də təqdim edilmişdir. Məhkəmə 830 manat xidmət haqqı və 972.60 manat məbləğində yüklərin saxlama haqqı olmaqla, ümumilikdə 1802.60 manat təşkil edən məbləğin cavabdeh tərəfindən qəbul edilməsini və müqavilədə nəzərdə tutulmasını nəzərə alaraq bu hissədə iddia tələbini əsaslı hesab edir. Tələb edilən 390 manat məbləğində daşıma haqqına münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ümumiyyətlə daşıma xidmətinin üçüncü şəxsə ("xxxx" MMC) həvalə edilməsi ilə bağlı hər hansı bir bənd nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı məhz həmin məbləğin konkret olaraq hansı əsasla hesablandığını sübuta yetirə bilməmişdir. Belə ki, işin hallarından məlum olur ki, nə iddiaçı ilə daşıma xidmətini həyata keçirmiş hüquqi şəxs arasında, nə də Mərkəzi Bankla həmin şirkət arasında hər hansı bir müqavilə, rəsmi münasibətlər mövcud olmamışdır. Məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, iddia iki elementdən ibarətdir: predmet və əsas. İddianın predmetini - mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Hüquqi faktlar tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsini, dəyişməsini və ya hüquq və vəzifələrin yaranmasına maneçilik törədən hallardır. Bütün hüquqi faktlar iddianın faktiki əsasını təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli 3№-li qərarına əsasən, məhkəmələrə tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə dair işlərə baxarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda, iddiaçı tərəfindən tələb edilən 2192.60 manat borc məbləğinin 390 manat təşkil edən hissəsi məhkəmə qaydasında öz təsdiqini tapmadığından məhkəmə iddianı yalnız 1802.60 manat (2192.60-390) hissədə əsaslı hesab edir. İddiaçı eyni zamanda iddia tələbində 7269.97 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 90 (doxsan) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul və 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1802.60 manat borc məbləği, 90 manat məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasına ödənilmiş 100 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2022.60 manat tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankından 1802.60 manat borc məbləği, 90 manat məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasına ödənilmiş 100 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2022.60 ( iki min iyirmi iki manat altmış qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1745/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1745/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver