Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1746/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı “malların məhv olunması və sairə” barədə ərizəsi və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 23 noyabr 2024-cü il tarixli №3-33- 1100/000093Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli GTME6-921 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 193AAZ17/52ADZ13 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********9603 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 895 ədəd kişi çantaları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və 2) Cavabdehndən (VÖEN:**********) 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Belə ki,dövlət rüsumunun hesablanması kalkulyatorundan görünür ki, iş üzrə 90 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-ci maddəsinə istinad edərək, dövlət rüsumu ödəməmişdir. Belə ki, hazırki iddia tələbi iki hissədən: kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 895 ədəd kişi çantaları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsindən və 7000 manat kompensasiyanın ödənilməsindən ibarətdir.Belə ki, tələblərdən biri 7000 manat kompensasiyanın ödənilməsi qiymətləndirilən iddiadır və həmin hissədə 90 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı “malların məhv olunması və sairə” tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2-2(113)-1746/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1746/2025
14.01.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver