Məhkəmə qərarları › İş №e-2-2(113)-1768/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1768/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1768/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: anbarda saxlama müqaviləsi, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025ci il tarixinə hesablanmış 1440 manat məbləğində əsas borcun, 144 manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 180 manat məbləğində saxlama haqqının və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı,“Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (180 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər Müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 1440 manat təşkil etməkdədir. Tərəflərindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq, xx.xx.2024-cü il tarixli Müqavilənin 5.4cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 1600.2 (bir min altı yüz manat, iyirmi qəpik) manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 10 %-i həcmində, yəni cəmi 144 manat dəbbə pulu tələb edilməkdədir.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 1220 (bir min iki yüz iyirmi) manat məbləğində əsas borcun, 144 (bir yüz qırx dörd) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 180 (bir yüz səksən) manat məbləğində saxlama haqqının və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən əsasən, Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıramn ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə saxlanca verilmiş malları saxlayıcının Saray Anbarı ünvanda yerləşən anbarında saxlamaq barədə razılığıa gəlirlər.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədədir.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən Saxlayıcı bu Müqavilə üzrə nəzərdə tutulmuş xidmətin icrasına Tapşıramn və ya onun səlahiyyətli nümayəndəsinin ən azı 1 (bir) gün öncədən verilmiş yazılı və ya şifahi sifarişi əsasında başlayır.

13. Müqavilənin 3.2-ci bəndinə əsasən malların təhvil alınması və anbara yerləşdirilməsi zamanı müvafiq olaraq təhvil-təslim aktı və anbar aktı tərtib edilir, Saxlayıcı və Tapşıranın nümayəndələri tərəfindən imzalamr və təsdiq edilir.

14. Müqavilənin 3.3-cü bəndinə əsasən malların anbara yerləşdirilməsi və anbardan çıxarılması Saxlayıcımü nümayəndəsinin (anbardann) və Tapşıramn nümayəndəsinin iştirakı ilə icra edilir.

15. Müqavilənin 4.1-ci bəndinə əsasən saxlayıcının hüquqları:

16. Müqavilənin 4.1.1-ci bəndinə əsasən Bu Müqavilə ilə nəzərdə tutulmuş qayda və müddətdə saxlama haqqını tələb etmək;

17. Müqavilənin 4.1.4-cü bəndinə əsasən gecikdirilmiş ödəniş üzrə razılaşdırılmış qaydada cərimə məbləği hesablamaq;

18. Müqavilənin 4.1.5-ci bəndinə əsasən saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə saxladığı mallara komisyonçu kimi girov hüququna malik olmaq;

19. Müqavilənin 4.4-cü bəndinə əsasən tapşıranın vəzifələri:

20. Müqavilənin 4.4.1-ci bəndinə əsasən saxlama haqqını müqavilə ilə müəyyən edilmiş qayda və müddətdə Saxlayıcıya ödəmək.

21. Müqavilənin 5.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 180 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Saxlayıcı tərəfindən birtərəfli qaydada aylıq saxlama haqqı yalmz Tapşırana 30 (otuz) təqvim günü öncədən yazılı bildiriş verilməklə dəyişdirilə bilər. Tərəflər razılaşır ki, ödəniş zamanı Manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Tapşıran tərəfindən Saxiayıcıya əlavə olaraq ödəniləcəkdir.

22. Müqavilənin 5.2-ci bəndinə əsasən saxlama haqqı Anbar aktının imzalandığı tarixdən müvafiq ayın sonunadək hesablanaraq malların anbara daxil olduğu gün, növbəti aylarda isə hər ayın ilk 3 (üç) iş günü ərzində nağd və ya köçürmə yolu ilə Tapşıran tərəfindən Saxiayıcıya ödənilir.

23. Müqavilənin 5.3-cü bəndinə əsasən saxlama haqqı malların anbar aktı üzrə anbara daxil edildiyi gündən etibarən son malın anbardan çıxarıldığı günə kimi hesablanır.

24. Müqavilənin 5.4-cü bəndinə əsasən Saxlama haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün Tapşıran Saxiayıcıya aylıq saxlama haqqının 1% miqdarında cərimə hesablayır. Saxlama haqqının gecikdirildiyi gündən etibarən 2 (iki) ay keçdikdən sonra Saxlayıcı Tapşırana yazılı bildiriş təqdim etməklə malları digər anbara yerləşdirə bilər.

25. Müqavilənin 5.5-ci bəndinə əsaəsn saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqım və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər.

26. İddiaçı ilə cavabdeh arasında anbara yüklərin (kamot – 9 ədəd, şkaf – 11 ədəd, resepşn – 1 ədəd, polka – 3 ədəd, tumboçka – 4 ədəd, müştəri vitrini – 2 ədəd, balaca şuşə çərəz qabı – 16 ədəd, polka stelaj – 3 ədəd, şüşə polka – 20 ədəd, şüşə siyirtmə - 5 ədəd, xırda bağlama şurub) təhvil-təsliminə dair 3347 saylı, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və akt hər iki tərəfin imzası ilə imzalanmışdır.

27. 11.01.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh tərəfindən iddiaçının hesabına 400 manat məbləğində ödəniş edilmşdir.

28. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçıya qeyd olunan tarixə əsas borcu 1220 manat və cərimə borcu 1233.80 manat müəyyən edilmişdir.

29. Məhkəmə iddiaçı tərəflərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

32. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

33. 469-cü maddəsinə əsasən Əmlakı saxlayan kreditorun tələbləri girovla təmin edilmiş tələblərin ödənilməsi üçün nəzərdə tutulan həcmdə və qaydada əmlakın dəyərindən ödənilir.

34. 822-ci maddəyə əsasən Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.

35. 823.1-ci maddəyə əsasən tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.

36. 823.2-ci maddəyə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.

37. 823.3-cü maddəyə əsasən tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir.

38. 824.1-ci maddəyə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır.

39. 824.2-ci maddəyə əsasən saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır.

40. 824.3-cü maddəyə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.

41. 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.

42. 830.2-ci maddəsinə əsasən anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir.

43. 830.3-cü maddəsinə əsasən saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.

44. İşdən göründüyü kimi İddiaçı MMC ilə ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən əsasən, Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıramn ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdehə göstərilmiş xidmətlərin dəyəri ödənilməmiş qalmış və hazırda həmin borc məbləğinin ödənilməsi tələb olunur. Məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən iddiaçıya 400 manat ödəniş edilsə də, qalan borc ödənilməyib, nə də ki, cavabdeh tərəfindən iddiaçıya məxsus anbar boşaldılmamışdır.

45. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, göstərilmiş xidmətlərin təhvil-təsliminə dair aktlar və qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 1220 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tələb etdiyi 1220 manat xx.xx.2025-ci ilə gədər yığılmış borcdur, lakin həmin tarixdən sonra da anbarda saxlanılan mallar cavabdeh tərəfindən götürülmədiyi üçün müqavilə üzrə əşyaların anbarda saxlama xidmətindən istifadəsi davam edir. Və məhkəmə hesab edir ki, prosessual qənayət baxımından (gələcəkdə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixindən sonrakı dövr üçün yaranmış borc üzrə yeni iddianın qaldırılması zərurətinin aradan götürülməsi üçün) iddiaçı haqlı olaraq qətnamə icra olunan günə kimi (yəni iddiaçıya məxsus anbarın cavabdeh tərəfindən boşaldılması gününə kimi) hər ay həmin xidmətin razılaşdırılmış dəyəri – sabit aylıq 180 manat olmaqla saxlama haqqının tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia təmin edilməlidir.

46. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 144 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

47. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

48. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

49. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

50. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 61 manat məbləğində müəyyən edilməlidir.

51. İddia tələbinin digər hissəsinə - “borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi” tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci maddəsinə və Mülki Məcəllənin 469 maddəsinə əsasən iddiaçının müqavilə üzrə saxlanca verilmiş əşyalar üzərində girov hüququ olduğu üçün, yaranmış borc məbəğinin cavabdehə məxsus əmlaka yönəldilməsi hüququ yaranmışdır.

52. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 1220 manat əsas borc, 61 manat dəbbə pulu, qətnamə icra olunan günə kimi hər ay 180 manat olmaqla saxlama haqqı tutularaq İddiaçı MMC-yə ödənilməli, tələb üzrə tutma iddiaçıya məxsus anbarda saxlanılan cavabdehə məxsus (kamot – 9 ədəd, şkaf – 11 ədəd, resepşn – 1 ədəd, polka – 3 ədəd, tumboçka – 4 ədəd, müştəri vitrini – 2 ədəd, balaca şuşə çərəz qabı – 16 ədəd, polka stelaj – 3 ədəd, şüşə polka – 20 ədəd, şüşə siyirtmə - 5 ədəd, xırda bağlama şurub) mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 36 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 1220 manat əsas borc, 61 manat dəbbə pulu, qətnamə icra olunan günə kimi hər ay 180 manat olmaqla saxlama haqqı və dövlət rüsumunun əvəzi olaraq 36 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Tələb üzrə tutma iddiaçıya məxsus anbarda saxlanılan cavabdehə məxsus mallara (kamot – 9 ədəd, şkaf – 11 ədəd, resepşn – 1 ədəd, polka – 3 ədəd, tumboçka – 4 ədəd, müştəri vitrini – 2 ədəd, balaca şuşə çərəz qabı – 16 ədəd, polka stelaj – 3 ədəd, şüşə polka – 20 ədəd, şüşə siyirtmə - 5 ədəd, xırda bağlama şurub) yönəldilsin, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh iddiaçınn xeyrinə tutulsun, borc tam ödənildikdən sonra anbar sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar