Məhkəmə qərarları › İş №e-2-2(113)-1771/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1771/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1771/2025 14.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, proqram təminatı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında “Proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi” barədə xx.xx.2023-cü il tarixli Müqavilə və həmin müqavilə çərçivəsində Sifariş Forması №1, 02 may 2024-cü il tarixli Sifariş Forması №2, 04 noyabr 2024-cü il tarixli Sifariş forması №3 üzrə: - proqram təminatının dəyəri olaraq 17.110 manat, yerinə yetirilmiş xidmətlərin dəyəri olaraq 35.400 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Sifariş Forması №3 ilə nəzərdə tutulan əlavə xidmətlərin tamamlanması üçün tələb olunan təlimin keçirilməsi məqsədi ilə müvafiq şəraitin yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi” barədə xx.xx.2023-cü il tarixli Müqavilə (bundan sonra – “Müqavilə”) bağlanmış və həmin müqavilə çərçivəsində 15 dekabr 2023-cü il tarixində 1 saylı, 02 may 2024-cü il tarixində 2 saylı və 04 noyabr 2024-cü il tarixində 3 saylı Sifariş formaları razılaşdırılmışdır. Müqavilə üzrə İcraçı -İddiaçı MMC” "City Carrier" proqram təminatını Sifarişçi - Cavabdeh MMC-nin lokal server infrastrukturunda isifadəsi üçün təqdim etməyi, sorğu olarsa proqram təminatının idarə edilməsində məsləhətlərin verməyi, razılaşdırılmış müddət ərzində texniki dəstək göstərməyi, Xidmətləri alqı-satqı etməyi, abunəliklə təqdim edilən Xidmətləri təklif etməyi, habelə digər işləri görməyi, Sifarişçi isə bunun müqabilində razılaşdırılmış qiyməti İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə çərçivəsində razılaşdırılmış Sifariş formaları №1 və №2 ilə nəzərdə tutulmuş proqram təminatının adaptasiyası xidmətinin göstərilməsi üzrə öhdəliklər İddiaçı tərəfindən vaxtında və tam həcmdə icra edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən faktiki yerinə yetirilmiş işlərə dair təhvil-təslim aktları cavabdehə poçt vasitəsilə göndərilərək təqdim edilmişdir. Lakin həmin təhvil-təslim aktları cavabdeh tərəfindən imzalanmamış və onların imzalanmamasının səbəbi ilə bağlı iddiaçıya hər-hansı açıqlama verilməmişdir. Bununla da, müqavilə üzrə iddiaçı tərəfindən göstərilən xidmətlərin təhvil verilməsi cavabdeh tərəfindən rəsmiləşdirilməsindən imtina edilmişdir. Lakin həmin xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş və imzalanmış sayılmalıdır. Belə ki, müqavilənin 11.2-ci bəndinə əsasən icraçının təqdim etdiyi təhviltəslim aktı daxil olduqdan 5 (beş) bank günü ərzində Sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təhviltəslim aktı imzalanıb (rəsmiləşdirilib) İcraçıya qaytarılmazsa, və ya bundan imtina edilməsi səbəbləri barədə rəsmi qaydada bildiriş verilməzsə, və ya xidmətlərə dair yazılı formada irad (pretenziya) bildirilməzsə, təhvil-təslim aktı Sifarişçi tərəfindən mübahisəsiz təsdiq edilmiş və Xidmətlər Sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir. Bundan başqa, xidmətlərin göstərilməsi zamanı Cavabdeh MMC-nin nümayəndəsi Rüfət Məmmədov ("xxxx" RM-nin rəisi) Müqavilənin 4.3.5 bəndində qeyd olunan Sifarişçinin Müqavilədə göstərilməyən əlavə funksionallığın işə salınması üçün icraçı ilə razılaşmaq hüququna istinad edərək, iddiaçı tərəfindən əlavə işlərin görülməsini tələb etmişdir. İddiaçı heç bir əlavə ödəniş tələb etmədən cavabdehin tələb etdiyi əlavə işlərin icra edilməsinə razılıq vermişdir və müvafiq olaraq xx.xx.2024-cü il tarixli Sifariş forması №3 tərtib edərək imza etməsi üçün iddiaçının nümayəndəsinə təqdim etmişdir. Qeyd olunanları əks etdirən Sifariş forması №3 imzalanması üçün cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən imzalanmamış və imzalanmamasının səbəbləri barədə iddiaçıya heç bir izah verilməmişdir. Həmin əlavə iş həcminin Müqavilə ilə nəzərdə tutulmadığına və iddiaçı tərəfindən imzalanmış sənədlə təsdiqlənmədiyinə baxmayaraq, təcili olduğunu nəzərə alaraq cavabdehin sifariş etdiyi əlavə işlər də İddiaçı MMC tərəfindən vaxtında icra edilmişdir. Qeyd etmək lazımdır ki, Sifariş forması №3 ilə sözügedən əlavə işlərin həyata keçirilməsi üçün əlavə 3 iş həftəsi vaxt nəzərdə tutulsa da daha tez müddət ərzində başa çatdırılmışdır. Tələb olunan Sifariş formasının qanuna müvafiq olaraq rəsmiləşdirilməsini təmin etmək və xidmətlərin dəyərini ödəmək əvəzinə cavabdeh əsassız olaraq 3-27-109/2-2211/2024 saylı, xx.xx.2024 tarixli məktub təqdim edərək Müqavilə üzrə tərtib edilən xx.xx.2024-cü il tarixli Sifariş forması № 2-də müəyyən olunmuş öhdəliklərin icra edilmədiyini və City Carrier v2.0 proqram təminatının adaptasiya xidmətinin cavabdehə təqdim edilmədiyini, bu səbəbdən müqavilədən imtina etdiyini bildirilmişdir. Halbuki həmin xidmətlər tam olaraq və vaxtında icra edilərək cavabdehə təhvil verilmiş və faktiki yerinə yetirilmiş işlərə dair təhvil-təslim aktları təqdim etmişdir. Üstəlik, iddiaçının xidmətlərin təhvil verilməsinin gecikdirilməsinə istinad edərək müqavilədən imtina etmək hüququ yoxdur. Belə ki, yalnız müqavilədə vaxtında təhvil verilməməsi nəticəsində sifarişçinin müqavilənin icrasına marağının itəcəyi müqavilədə aydın şəkildə göstərildikdə bu hala istinad etmək mümkündür. (MMmaddə 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır) Qeyd etmək lazımdır ki, Sifariş forması № 2-də müəyyən olunmuş öhdəliklərdən başqa həm də Sifariş forması № 3-də müəyyən olunmuş əlavə öhdəliklər də iddiaçı tərəfindən tam yerinə yetirilmişdir. Lakin həmin əlavə işlərin tamamlanması üçün iddiaçı tərəfindən cavabdehin müvafiq nümayəndələrinə təlimin keçirilməsi tələb olunur. Həmin təlimin keçirilməsi üçün müqavilənin 4.3.6-cı bəndinə əsasən Cavabdeh MMC müvafiq şəraitin yaradılması öhdəliyini daşıyır. Lakin cavabdeh müqavilə öhdəliklərini pozaraq buna lazım olan şəraiti yaratmamış, bununla da iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə mane olmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçı cavabdehə xx.xx.2024 tarixli 16/2024 nömrəli məktubla müraciət edilərək yerinə yetirilmiş işlərə/göstərilmiş xidmətlərə dair aktları; 04 noyabr 2024-cü il tarixli Əlavə №3 imzalayıb geri qaytarmaq, Əlavə № 3 ilə nəzərdə tutulan əlavə xidmətlərin tamamlanası üçün tələb olunan təlimin keçirilməsi məqsədi ilə müvafiq şəraitin yaradılmasını xahiş etmişdir. Lakin cavabdeh qeyd olunan bütün tələblərdən qanunsuz və əsassız olaraq imtina etmişdir. Beləliklə, Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən tam şəkildə icra edilsə də cavabdeh məhsul və xidmətlərin təhvil alınmasına dair lazımı sənədləşmələri aparmamış, qəbul etdiyi məhsul/xidmətlərin dəyərini ödəməmiş, bununla da müqavilə öhdəliklərini vaxtında və lazımı qaydada icra etməyərək müqaviləni pozmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, müqavilənin 19.2-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyin təmin edilməsi və göstərilmiş xidmətlərin dəyərini təşkil edən pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin qanunsuz və əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək Tərəflər arasında bağlanılmış 15.12.23-cü il tarixli 1 saylı Müqavilə və Sifariş Formalarına müvafiq olaraq cavabdeh Azərpoçt MMCdən proqram təminatının dəyəri olaraq 17.110 AZN və yerinə yetirilmiş xidmətlərin dəyəri olaraq 35.400 AZN məbləğində pul vəsaitinin tutularaq "SİP” MMC- yə ödənilməsi və Sifariş Forması №3 ilə nəzərdə tutulan əlavə xidmətlərin tamamlanması üçün tələb olunan təlimin keçirilməsi məqsədi ilə müvafiq şəraitin yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı öz iddia ərizəsini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında "Proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi" barədə xx.xx.2023-cü il tarixli Müqavilə (bundan sonra "Müqavilə") bağlanmış və həmin müqavilə çərçivəsində 15 dekabr 2023-cü il tarixində 1 saylı, 02 may 2024-cü il tarixində 2 saylı və 04 noyabr 2024-cü il tarixində 3 saylı Sifariş formaları razılaşdırılmışdır. Müqavilə üzrə İcraçı -"xxxx" MMC" "City Carrier" proqram təminatını Sifarişçi "xxxx" MMC-nin lokal server infrastrukturunda isifadəsi üçün təqdim etməyi, sorğu olarsa proqram təminatının idarə edilməsində məsləhətlərin verməyi, razılaşdırılmış müddət ərzində texniki dəstək göstərməyi, Xidmətləri alqı- satqı etməyi, abunəliklə təqdim edilən Xidmətləri təklif etməyi, habelə digər işləri görməyi, Sifarişçi isə bunun müqabilində razılaşdırılmış qiyməti İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd etmişdir ki, Müqavilə çərçivəsində razılaşdırılmış Sifariş formaları Əlavə №2 ilə nəzərdə tutulmuş proqram təminatının adaptasiyası xidmətinin göstərilməsi üzrə öhdəliklər İddiaçı tərəfindən vaxtında və tam həcmdə icra edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən faktiki yerinə yetirilmiş işlərə dair təhvil- təslim aktları cavabdehə poçt vasitəsilə göndərilərək təqdim edilmişdir. Lakin həmin təhvil-təslim aktları cavabdeh tərəfindən imzalanmamış və onların imzalanmamasının səbəbi ilə bağlı iddiaçıya hər- hansı açıqlama verilməmişdir. Bununla da, müqavilə üzrə iddiaçı tərəfindən göstərilən xidmətlərin təhvil verilməsi cavabdeh tərəfindən rəsmiləşdirilməsindən imtina edilmişdir. Lakin həmin xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş və imzalanmış sayılmalıdır. Belə ki, müqavilənin 11.2-ci bəndinə əsasən icraçının təqdim etdiyi təhvil-təslim aktı daxil olduqdan 5 (beş) bank günü ərzində Sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalanıb (rəsmiləşdirilib) icraçıya qaytarılmazsa, və ya bundan imtina edilməsi səbəbləri barədə rəsmi qaydada bildiriş verilməzsə, və ya xidmətlərə dair yazılı formada irad (pretenziya) bildirilməzsə, təhvil-təslim aktı Sifarişçi tərəfindən mübahisəsiz təsdiq edilmiş və Xidmətlər Sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir. iddiaçıya görə əlavə olaraq, xidmətlərin göstərilməsi zamanı "xxxx" MMC- nin nümayəndəsi Rüfət Məmmədov ("xxxx" RM-nin rəisi) Müqavilənin 4.3.5 bəndində qeyd olunan Sifarişçinin Müqavilədə göstərilməyən əlavə funksionallığın işə salınması üçün icraçı ilə razılaşmaq hüququna istinad edərək, iddiaçı tərəfindən əlavə işlərin görülməsini tələb etmişdir. İddiaçı qeyd etmişdir ki, o heç bir əlavə ödəniş tələb etmədən cavabdehin tələb etdiyi əlavə işlərin icra edilməsinə razılıq vermişdir və müvafiq olaraq xx.xx.2024-cü il tarixli Sifariş forması №3 tərtib edərək imza etməsi üçün iddiaçının nümayəndəsinə təqdim etmişdir. Qeyd olunanları əks etdirən Sifariş forması №3 imzalanması üçün cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən imzalanmamış və imzalanmamasının səbəbləri barədə iddiaçıya heç bir izah verilməmişdir. Həmin əlavə iş həcminin Müqavilə ilə nəzərdə tutulmadığına və iddiaçı tərəfindən imzalanmış sənədlə təsdiqlənmədiyinə baxmayaraq, təcili olduğunu nəzərə alaraq cavabdehin sifariş etdiyi əlavə işlər də iddiaçı "xxxx" MMC tərəfindən vaxtında icra edilmişdir. Qeyd etmək lazımdır ki, Sifariş forması №3 ilə sözügedən əlavə işlərin həyata keçirilməsi üçün əlavə 3 iş həftəsi vaxt nəzərdə tutulsa da daha tez müddət ərzində başa çatdırılmışdır. Tələb olunan Sifariş formasının qanuna müvafiq olaraq rəsmiləşdirilməsini təmin etmək və xidmətlərin dəyərini ödəmək əvəzinə cavabdeh əsassız olaraq 3-27- 109/2-2211/2024 saylı, xx.xx.2024 tarixli məktub təqdim edərək Müqavilə üzrə tərtib edilən xx.xx.2024-cü il tarixli Sifariş forması № 2- də müəyyən olunmuş öhdəliklərin icra edilmədiyini və City Carrier v2.0 proqram təminatının cavabdehə təqdim edilmədiyini, bu səbəbdən müqavilədən imtina etdiyini bildirilmişdir. Lakin iddiaçıya görə, həmin xidmətlər tam olaraq və vaxtında icra edilərək cavabdehə təhvil verilmiş və faktiki yerinə yetirilmiş işlərə dair təhvil-təslim aktları təqdim etmişdir. Bununla yanaşı iddiaçı hesab etmişdir ki, onun tərəfindən öhdəliklərin icra edilməsinə baxmayaraq həmin əlavə işlərin tamamlanması üçün iddiaçı tərəfindən cavabdehin müvafiq nümayəndələrinə təlimin keçirilməsi tələb olunur. Həmin təlimin keçirilməsi üçün müqavilənin 4.3.6- cı bəndinə əsasən cavabdeh "xxxx" MMC müvafiq şəraitin yaradılması öhdəliyini daşıyır. Lakin iddiaçıya görə cavabdeh müqavilə öhdəliklərini pozaraq buna lazım olan şəraiti yaratmamış, bununla da iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə mane olmuşdur. Lakin iddiaçının mövqeyinə görə, o, cavabdehə xx.xx.2024 tarixli 16/2024 nömrəli məktubla müraciət edilərək yerinə yetirilmiş işlərə göstərilmiş xidmətlərə dair aktları; 04 noyabr 2024-cü il tarixli Əlavə №3 imzalayıb geri qaytarmaq, Əlavə № 3 ilə nəzərdə tutulan əlavə xidmətlərin tamamlanası üçün tələb olunan təlimin keçirilməsi məqsədi ilə müvafiq şəraitin yaradılmasını xahiş etmişdir, lakin bu cavabdeh tərəfindən rədd edilmişdir. Yuxarıda qeyd edilənlərə müvafiq olaraq bildirmək istəyirik ki, iddiaçının tələbləri tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi” barədə xx.xx.2023-cü il tarixində müqavilə imzalanmış və tərəflər arasında müvafiq istiqamətdə əməkdaşlıq başlanılmışdır. Müvafiq əməkdaşlıq çərçivəsində tərəflərin arasında xx.xx.2024-cü il tarixində bağlanılmış Sifariş Forması №2-yə əsasən İddiaçı “City Carrier v2.0” proqram təminatının adaptasiyasının icra mərhələlərinin aşağıda qeyd edilən müddətdə həyata keçirməyi öz öhdəsinə götürmüşdür: Texniki tapşırığın tərtibi: ehtimal edilən müddət 4-8 iş həftəsi. Adaptasiya və konfiqurasiya: ehtimal edilən müddət 4-16 iş həftəsi. Testlər və təlim mərhələsi: tətbiq edilən proqram təminatının düzgün işləməsi testlərin keçirilməsi və proqram təminatından istifadə qaydaları üzrə İstifadəçilərə təlimlər: 2-4 iş günü. Yuxarıda göstərilən müddət ərzində müvafiq xidmətin icrasının Sifariş Forması №2-nin bağlandığı tarixdən etibarən ən geci 24 həftə ərzində İddiaçı tərəfindən həyata keçirilməli olduğu görünür. Qeyd edilənlərə əsasən, müvafiq öhdəliyin son icrası üçün tarix 02.11,2024-cü il olaraq müəyyən edilir. Lakin qeyd edilən tarixə qədər İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri icra edilməmiş və City Carrier v2.0 proqram təminatı Cavabdeh MMC-yə təqdim edilməmişdir. Qeyd edilən proqram təminatı İddiaçı MMC tərəfindən müqaviləyə uyğun şəkildə təqdim edilməməsi İddiaçıya bildirilməsinə baxmayaraq, SİP” MMC tərəfindən Cavabdeh MMC-yə öhdəliklərin icrasının gecikdirilməsi və onun səbəbləri barədə heç bir rəsmi məlumat təqdim edilməmiş, tərəflər arasındakı müqavilə üzrə öhdəlikləri pozulmuşdur. Qeyd edilənlərlə bağlı olaraq İddiaçı MMC-yə 28.11,2024-cü il tarixində məktub ünvanlanmışdır. Müvafiq məktubda İddiaçı MMC üçün öhdəliklərin icrasının həyata keçirilməsi üçün ağlabat müddət təyin edilmiş və qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən “Proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi" barədə xx.xx.2023-cü il tarixli müqavilədə və xx.xx.2024-cü il tarixli Sifariş Forması №2-də müəyyən olunmuş öhdəliklər xx.xx.2024-cü il tarixinə qədər icra edilmədiyi və bu barədə "Azərpoçt” MMC-yə məlumat verilmədiyi təqdirdə, tərəfimizdən müvafiq müqaviləyə və sifariş formasına birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Lakin İddiaçı MMC tərəfindən həmin məktuba cavab olaraq xx.xx.2024- cü il tarixli məktubda bildirilmişdir ki, “SİP" MMC tərəfindən öhdəliklər vaxtında icra edilmiş və müvafiq proqram təminatı müqaviləyə və sifariş formalarına uyğun şəkildə təqdim edilmişdir. Həmçinin İddiaçı MMC bildirmişdir ki, Cavabdeh MMC-nin nümayəndəsi Rüfət Məmmədov tərəfindən əlavə işlərin görülməsi üçün müraciət edilmişdir və Sifariş Forması №3 hazırlanıb Cavabdeh MMC-yə təqdim edilmişdir. Lakin İddiaçının iddia ərizəsində göstərdiyi hallarla razılaşmayaraq bildirmək istəyirik ki, İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış “Proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi" barədə xx.xx.2023-cü il tarixli Müqavilə və həmin Müqavilə çərçivəsində razılaşdırılmış 1 və 2 nömrəli Sifariş formaları ilə nəzərdə tutulmuş proqram təminatının təqdim edilməsi üzrə öhdəliklərin İddiaçı MMC tərəfindən vaxtında və tam həcmdə icra edilməsi həqiqəti əks etdirmir. Belə ki, “SİP" MMC tərəfindən təqdim edilmiş yeni proqram təminatının funksionallıqları tələb olunan tarixdə (xx.xx.2024-cü il) Cəmiyyətimizə təqdim edilməmişdir. Bununla yanaşı İddiaçı SİP MMC-nin guya Azərpoçt MMC-nin nümayəndəsi Rüfət Məmmədov tərəfindən əlavə işlərin icrasının tələb edilməsi ilə bağlı bildirmək istəyirik ki, qeyd edilənin əksinə Cavabdeh MMC-nin nümayəndəsi Rüfət Məmmədov tərəfindən İddiaçı MMC-dən əlavə işlərin görülməsini tələb etməmişdir. İddiaçı MMC tərəfindən təqdim edilməli olan yeni proqram təminatının yoxlanılması zamanı müvafiq sistemdə çatışmamazlıqlar aşkar edilmiş və müvafiq çatışmazlıqlar İddiaçı MMC-nin nümayəndələrinə bildirilmişdir. Lakin qeyd edilən çatışmazlıqlar İddiaçı MMC tərəfindən əlavə işlər kimi dəyərləndirilmiş və buna müvafiq olaraq əvvəlcədən heç bir razılıq əldə edilmədən Sifariş forması № 3 hazırlanmış və imzalanması üçün Cavabdeh MMC-yə təqdim edilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Sifariş forması №3 xx.xx.2024-cü il tarixində, yəni İddiaçı MMC tərəfindən öhdəliklərin icra edilməsinin son tarixindən daha sonra təqdim edilmişdir. Əsasən müvafiq proqram təminatını əlçatan etmək, habelə xidmətlərdə qüsur, nöqsan və ya çatışmazlıq aşkar olunduğu təqdirdə razılaşdırılmış müddət ərzində onları aradan qaldırmaq vəzifəsi İcraçıya SİP" MMC-yə məxsusdur. Habelə qeyd edilən Müqavilənin 17-ci bəndinə əsasən istənilən Tərəfin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və müqavilənin əhəmiyyətli dərəcədə pozduğu təqdirdə birtərəfli olaraq müqaviləyə xitam vermək hüququ vardır. Habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində təsbit edilmişdir ki, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi İddiaçı MMC tərəfindən öhdəliklərin tam və vaxtında icra edilməməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş və Cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə şərait yaratmışdır. Həmçinin İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda yuxarıda qeyd edilən məsələlər açıq şəkildə İddiaçıya bildirilmiş və onlara təqdim edilmiş müddət ərzində öhdəliklərin icra edilməməsi və bu barədə məlumat verilməməsinə görə Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023- cü il tarixli Müqaviləyə, ona uyğun olaraq bağlanılmış 1 və 2 nömrəli Sifariş formalarına, habelə qeyd edilənlərdən yaranmış münasibətlərə Cavabdeh MMC tərəfindən birtərəfli qaydada xitam verildiyi İddiaçı MMC-nin diqqətinə çatdırılmışdır. Bununla yanaşı iddiaçının İddiaçı MMC tərəfindən təqdim edilən xidmətlərin Cavabdeh MMC tərəfindən qəbul edilmiş və imzalanmış sayılmalı olduğu barədə iddiasına müvafiq olaraq bildirmək istəyirik ki, İddiaçının bu tələbi tamamilə əsassızdır. Belə ki, ilk olaraq, xidmətlərin təhvil verilməsi barədə “Təhvil-Təslim aktı" İddiaçı MMC tərəfindən öhdəliklərin icra edilməsinin son tarixi olan 02.11,2024-cü il tarixindən daha sonra, yəni xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Yəni iddiaçı ilkin olaraq Müqavilə və Sifariş formalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliyi pozaraq “Təhvil-Təslim aktı”nı daha gec təqdim etmişdir. Həmçinin Müqavilənin 11.2-ci bəndində göstərilmişdir ki, xidmətlər texniki tapşırıqda göstərilən meyarlara uyğun sınaq testlərindən uğurla keçdikdən sonra icraçının xidmətlərin göstərilməsinə dair təqdim etdiyi təhvil-təslim aktı daxil olduğu andan 5 bank günü ərzində Sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb(rəsmiləşdirilib) İcraçıya qaytarılmalıdır. Bəndin şərtindən aydın olur ki, təhvil-təslim aktının mahiyyəti uğurla sınaqdan keçirilən xidmətin təqdim edilməsini təsdiqləməkdir. Lakin Müqavilənin bir tərəfi olan Sifarişçi texniki sınaq zamanı çatışmazlıqlar aşkar etdiyi xidməti qəbul etməmək və bu müqavilə nəzərdə tutulmuş qaydada xidmətlərin lazımınca yerinə yetirilmədiyi halda xidmət haqqını ödəməkdən imtina etmək hüququna malikdir. Yəni təhvil-təslim aktı Müqavilənin şərtlərinə uyğun tərtib edilmədiyi üçün onsuz da etibarsız hesab edilməlidir. Bununla yanaşı vurğulamaq lazımdır ki, İddiaçı MMC tərəfindən ünvanlanmış təhvil təslim aktının təqdim edilmə tarixindən(xx.xx.2024-cü il) 2 gün sonra, yəni xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə birinci xəbərdarlıq məktubu ünvanlanmış və İddiaçı MMC tərəfindən Müqavilədə nəzərdə tutulan xidmətlərin “Azərpoçt" MMC-yə təqdim edilmədiyi və İddiaçı MMC tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən Müqavilənin şərtlərinin pozulduğu bildirilmişdir. Yəni göründüyü kimi İddiaçı MMC-yə rəsmi qaydada xəbərdarlıq bildirilmiş və xidmətlərin qəbul edilmədiyi və Müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olmadığı açıq-aydın göstərilmişdir. Məhz bu səbəbdən təhvil-təslim aktlarının qəbul edilmiş hesab edilməsi tamamilə əsassızdır. Həmçinin iddiaçının “Sifariş forması № 2-də müəyyən olunmuş öhdəliklərdən başqa həm də Sifariş forması № 3-də müəyyən olunmuş əlavə öhdəliklər də iddiaçı tərəfindən tam yerinə yetirilməsi” və “Lakin həmin əlavə işlərin tamamlanması üçün iddiaçı tərəfindən cavabdehin müvafiq nümayəndələrinə təlimin keçirilməsi tələb olunması və həmin təlimin keçirilməsi üçün müqavilənin 4.3.6- cı bəndinə əsasən cavabdeh "xxxx" MMC müvafiq şəraitin yaradılması öhdəliyini daşıması, lakin cavabdeh müqavilə öhdəliklərini pozaraq buna lazım olan şəraiti yaratmaması bununla da iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə mane olması” iddiaları tamamilə əsassızdır. Belə ki, İddiaçı MMC ümumiyyətlə Sifariş forması №2-dəki öhdəliklərini icra etməməyinə baxmayaraq əsassız olaraq və rəsmi formada qarşılıqlı razılıq almayaraq Sifariş forması №3 tərtib edib Cavabdeh MMC-yə ünvanlamışdır. Əsassız olaraq tərtib olunmuş Sifariş forması №3-də müəyyən olunmuş “əlavə işlərin” tamamlanması üçün Azərpoçt MMC-nin müvafiq nümayəndələrinə təlimin keçirilməsi təbii ki, mümkün deyildir. Qeyd etmək lazımdır ki, Sifarişçi, yəni Azərpoçt MMC müqavilənin 4.3.6- cı bəndinə əsasən müvafiq təlimləri o zaman həyata keçirə bilərdi ki, xidmətlər Müqavilənin şərtlərinə uyğun olaraq tam və vaxtında icra edilmiş olsun. Bu səbəbdən iddiaçının mövqeyi tamamilə əsassızdır və Azərpoçt MMC tərəfindən iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə heç bir vəchlə mane olunmamışdır.

5. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, 203000 (iki yüz üç min) manat əldən çıxmış faydanın və 495,47 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1771/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

7. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilə üzrə 118 manat, həmin müqavilə əsasında imzalanmış 02 may 2024-cü il tarixli Sifariş Forması №2 ilə nəzərdə tutulmuş əlavə xidmətlərin dəyəri olaraq 35,400 manat, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xidmət haqqı olaraq 520 manat, dövlət rüsumu qismində 248 manat olmaqla, cəmi 36,286.00 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddiaçı Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1771/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək, qarşılıqlı iddia ərizəsinin qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə geri qaytarılması, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 495,47 (dörd yüz doxsan beş manat qırx yeddi qəpik) manat dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə qaytarılması qərara alınmışdır. II. Tərəflərin mövqeləri:

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib, yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edib, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. III. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən İcraçı Sifarişçinin Sifariş Forması tərtib etməklə verdiyi tapşırığına əsasən “City Carrier” proqram təminatını Sifarişçinin lokal server infrastrukrurunda isifadəsi üçün təqdim etməyi, sorğu olarsa proqram təminatının idarə edilməsində məsləhətləri verməyi, razılaşdırılmış müddət ərzində texniki dəstək göstərməyi, Xidmətləri alqı-satqı etməyi, abunəliklə təqdim edilən Xidmətləri təklif etməyi, habelə digər işləri görməyi, Sifarişçi isə bunun müqabilində razılaşdırılmış qiyməti İcraçıya ödəməyi öhdəsinə götürür.

15. Müqavilənin 2.2-ci bəndinə əsasən xidmətlərin təsviri, qiymətləri, proqram təminatının tətbiq edilmə müddətləri, həmçinin proqram təminatının istifadə edilməsi və abunəlik şərtləri Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Sifariş Formalarında göstərilir.

16. Müqavilənin 4.1.5-ci bəndinə əsasən icraçı bu müqavilənin şərtlərinə uyğun olaraq Sifarişçini keyfiyyətli xidmətlə təmin etməyi öhdəsinə götürmüşdür.

17. Müqavilənin 4.1.7-ci bəndinə əsasən icraçı xidmətin qüsur, nöqsan və ya çatışmazlıqlarının aradan qaldırılması və ya xidmətlərin yenidən göstərilməsi üçün tərəflərin qarşılıqlı olaraq müəyyən etdikləri ağlabatan müddət nəticəsiz qurtararsa, Sifarişçinin qüsur, nöqsan və ya çatışmazlıqlarının aradan qaldırılması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi və ya xidmət haqqı tələbini mütənasib olaraq azaltmağı öhdəsinə götürmüşdür.

18. Müqavilənin 4.3.7-ci bəndinə əsasən sifarişçi bu müqavilənin və Sifariş Formalarının şərtlərinə uyğun olaraq göstərilmiş Xidməti qəbul etməyi öhdəsinə götürmüşdür.

19. Müqavilənin 4.4.7-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş qaydada xidmətlərin lazımınca yerinə yetirilmədiyi hallarda xidmət haqqını ödəməkdən imtina etmək sifarişçinin hüququdur.

20. Müqavilənin 4.4.8-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətdə aşkarlanmış qüsur, nöqsan və ya çatışmazlıqların aradan qaldırılmasını tələb etmək və bunun üçün İcraçı ilə qarşılıqlı razılaşma əsasında ağlabatan müddət müəyyən etmək sifarişçinin hüququdur.

21. Müqavilənin 4.4.9-cu bəndinə əsasən qüsur, nöqsan və ya çatışmazlıqlarının aradan qaldırılması və yaxud Xidmətlərin yenidən göstərilməsi üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, qüsuru öz hesabına aradan qaldırıb çəkdiyi xərclərin əvəzini icraçıdan tələb etmək, xidmət haqqını müvafiq həddə azaltmaq sifarişçinin hüququdur.

22. Müqavilənin 9.4-cü bəndinə əsasən Sifarişçi İcraçını qüvvədə olan və müvafiq qaydada yenilənən kredit kartı məlumatları ilə və ya qüvvədə olan təchizat sifarişi və ya İcraçı tərəfindən qəbul edilən digər alternativ sənədlə təmin edir. Əgər Sifarişçi İcraçını kredit kartı məlumatları ilə təmin edirsə, Sifarişçi Müqavilənin 17.2-ci maddəsində müəyyən edilmiş ilkin abunəlik müddəti və istənilən yenilənmiş abunəlik müddəti ərzində Sifariş Formasında sadalanan bütün Satın alınmış Xidmətlərə görə həmin kredit kartından pul silməyə İcraçıya səlahiyyət verir. Bu qaydada pulların silinməsi ya illik, ya da tətbiq edilən Sifariş Formasında göstərilmiş müxtəlif vaxt tezliklərinə uyğun olaraq öncədən ediləcək. X3 ödənişin kredit kartı ilə deyil, digər üsulla olmasını müəyyən edərsə, icraçı Sifarişçiyə öncədən və ya müvafiq Sifariş Formasında müəyyən edilmiş digər qaydada hesab (invoys) göndərəcək. Sifariş Formasında başqa qayda müəyyən edilməyibsə, göndərilmiş hesab elektron qaimənin təqdim edildiyi gündən 15 (on beş) bank günü ərzində ödənilməlidir. Sifarişçi İcraçını tam və dəqiq hesab və əlaqə məlumatları ilə təmin etməyə və belə məlumatların istənilən dəyişikliyi barədə məlumatlandırmağa görə məsuliyyət daşıyır.

23. Müqavilənin 9.5-ci bəndinə əsasən əgər İcraçı tərəfindən göndərilmiş hesablar Sifarişçi tərəfindən vaxtında ödənilməzsə, İcraçının hüquqları və müdafiə üsulları məhdudlaşdırılmadan (a) ödənilməsi gecikdirilmiş məbləğin 1.5% həddində hər ay üçün gecikmə faizi hesablanır və (b) İcraçı gələcək abunəliyin yenilənməsi və Sifariş Formaları üçün Müqavilənin 9.4-cü maddəsində göstərilmiş müddətdən daha qısa müddət ərzində ödəniş şərtləri müəyyən edə bilər. Əgər Sifarişçi tətbiq edilən ödənişləri ağlabatan qaydada əsaslandırmaqla və xoş məramla mübahisələndirərsə və mübahisənin aradan qaldırılması üçün əzmlə əməkdaşlıq edərsə, İcraçı Müqavilənin 9.5-ci maddəsində göstərilmiş hüquqlarından istifadə etməyəcək.

24. Müqavilənin 11.1-ci bəndinə əsasən göstərilən Xidmətlər Tərəflərin və ya onların səlahiyyətli nümayəndələrinin imzaladığı (rəsmiləşdirdiyi) təhvil-təslim aktları əsasında qəbul edilir.

25. Müqavilənin 11.2-ci bəndinə əsasən xidmətlər texniki tapşırıqda göstərilən meyarlara uyğun sınaq testlərindən uğurla keçdikdən sonra İcraçının xidmətlərin göstərilməsinə dair təqdim etdiyi təhvil-təslim aktı daxil olduğu andan 5 (beş) bank günü ərzində Sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb (rəsmiləşdirilib) İcraçıya qaytarılmalıdır. Bu müddət ərzində Sifarişçi tərəfindən təhvil-təslim aktı imzalanıb (rəsmiləşdirilib) İcraçıya qaytarılmazsa, və ya təhvil-təslim aktının imzalanmasından (rəsmiləşdirilməsindən) imtina edilməsi səbəbləri barədə rəsmi qaydada bildiriş verilməzsə və ya xidmətlərə dair yazılı formada irad (pretenziya) bildirilməzsə, təhvil-təslim aktı Sifarişçi tərəfindən mübahisəsiz təsdiq edilmiş və Xidmətlər Sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir.

26. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi barədə müqaviləyə xx.xx.2023-cü il tarixli, 1 nömrəli sifariş formasına əsasən proqram təminatının dəyəri 100,00 manat olmaqla, 12 aylıq dəstək xidməti 14,400.00 manat, cəmi ədv daxil 17,110.00 manat dəyərində razılaşdırılmışdır.

27. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi barədə müqaviləyə xx.xx.2023-cü il tarixli, 1 nömrəli sifariş formasına əsasən ödəniş şərtləri: Müqavilənin 11-ci bəndinə uyğun olaraq, işlərin və xidmətlərin 100% təhvil verildiyi hesab edilən tarixdən 1 №li sifariş formasında “City Carrier 2.0" proqram təminatının məbləğin 100 % həcmi 30 (otuz) təqvim günü təqvim günü ərzində. “12 aylıq dəstək xidməti" haqqını müqavilə imzalanan tarixindən etibarən müqavilənin müddəti nisbətində bərabər hissəyə bölünərək İcraçı tərəfindən göndərilmiş faktura tarixindən 30 (otuz) təqvim günü ərzində müqavilədə göstərilən bank hesabına köçürülür.

28. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi barədə müqaviləyə xx.xx.2024-cü il tarixli, 2 nömrəli sifariş formasına əsasən proqram təminatının adaptasiya xidmətinin dəyəri 30,000.00 manat olmaqla, cəmi ədv daxil 35,400.00 manat dəyərində razılaşdırılmışdır.

29. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi barədə müqaviləyə xx.xx.2024-cü il tarixli, 2 nömrəli sifariş formasına əsasən ödəniş şərtləri: əlavə sifariş edilən işlərin və xidmətlərin 70 % avans şəklində, qalan 30% müqavilənin 11-ci bəndinə uyğun olaraq, işlərin və xidmətlərin 100% təhvil verildiyi hesab edilən tarixdən 15 (on beş) təqvim günü ərzində müqavilədə göstərilən bank hesabına köçürülür.

30. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi barədə müqaviləyə xx.xx.2024-cü il tarixli, 2 nömrəli sifariş formasına əsasən icra mərhələləri: 1. ehtimal edilən müddət 4-8 iş həftəsi. 2. Adaptasiya və konfiqurasiya: ehtimal edilən müddət 4-16 iş həftəsi. 3. Testlər və təlim mərhələsi: tətbiq edilən proqram təminatından istifadə qaydaları üzrə istifadəçilərə təlimlər: 2-4 iş günü.

31. İddiaçı (müəllif hüququ sahibi) və cavabdeh (lisenziya sahibi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli lisenziya müqaviləsinə əsasən Lisenziya sahibi əlavə olunan sənədlərə uyğun olaraq Program məhsulunun bir nüsxəsini quraşdırmaq və istifadə etmək hüququ yalnız Lisenziya sahibi qanuni yolla əldə etdiyi Program məhsulu əsas təchizatına malik olduğu halda malikdir. Lisenziya sahibi bir hüquqi şəxs üçün Proqram məhsulunu quraşdırmaq və istifadə etmək hüququna malikdir. Proqram məhsulunun bir neçə hüquqi şəxs tərəfindən istifadəsinə yalnız o halda icazə verilir ki, Lisenziya sahibi Program məhsulunun istifadə olunacağı müvafiq sayda müəssisələr üçün “Cıty Carrıer” Müştəri Lisenziyası alsın.

32. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən müvafiq müqavilə çərçivəsində tərəflərin arasında xx.xx.2024-cü il tarixində bağlanılmış Sifariş Forması №2-yə əsasən İddiaçı MMC “City Carrier v2.0” proqram təminatının adaptasiyasının icra mərhələlərinin aşağıda qeyd edilən müddətdə həyata keçirməyi öz öhdəsinə götürmüşdür: 1.Texniki tapşırığın tərtibi: ehtimal edilən müddət 4-8 iş həftəsi. 2. Adaptasiya və konfiqurasiya: ehtimal edilən müddət 4-16 iş həftəsi. 3. Testlər və təlim mərhələsi: tətbiq edilən proqram təminatının düzgün işləməsi testlərin keçirilməsi və proqram təminatından istifadə qaydaları üzrə İstifadəçilərə təlimlər: 2-4 iş günü Yuxarıda göstərilən müddət ərzində müvafiq xidmətin icrasının Sifariş Forması № 2-nin bağlandığı tarixdən etibarən ən geci 24 həftə ərzində İddiaçı MMC tərəfindən həyata keçirilməli olduğu görünür. Qeyd edilənlərə əsasən, müvafiq öhdəliyin son icrası üçün tarix xx.xx.2024-cü il olaraq müəyyən edilir. Lakin qeyd edilən tarixə qədər İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri icra edilməmiş və City Carrier v2.0 proqram təminatının adaptasiyası xidməti Cavabdeh MMC-yə təqdim edilməmişdir. Bununla yanaşı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə öhdəliklərin icrasının gecikdirilməsi və onun səbəbləri barədə heç bir rəsmi məlumat təqdim edilməmiş, tərəflər arasındakı müqavilə üzrə öhdəlikləri pozulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı MMC tərəfindən “Proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi” barədə xx.xx.2023-cü il tarixli müqavilədə və xx.xx.2024-cü il tarixli Sifariş Forması №2-də müəyyən olunmuş öhdəliklər xx.xx.2024-cü il tarixinə qədər icra edilmədiyi və bu barədə Cavabdeh MMC-yə məlumat verilmədiyi təqdirdə, tərəfimizdən müvafiq müqaviləyə və sifariş formasına birtərəfli qaydada xitam veriləcəyi, həmçinin, müqavilənin xitamı ilə əlaqədar Cəmiyyətə dəyən zərərin ödənilməsi barədə tələb irəli sürmək hüququnun olduğunu bildirmişdir.

33. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1771/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-kompüter-texniki ekspertizası təyin edilmiş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mütəxəssisi tədqiqata cəlb edilmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 9/1989 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə tədqiqat obyekti olan “CityCarrier” proqram təminatının İddiaçı MMC və cavabdeh “Azərpoçt" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və eyni tarixli əlavəsi olan 1 və xx.xx.2024-cü il tarixli 2 saylı sifariş formasında göstərilən tələblərə uyğun yaradılıbyaradılmamasına dair ekspert qarşısında qoyulmuş suallar həmin sistem üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bildiyindən həmin suallar məhkəmə tərəfindən tədqiqata mütəxəssis qismində cəlb olunan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və X1” (bundan sonra - Agentlik) publik hüquqi şəxsinin baş biznes analitiki X2 tərəfindən 11 iyul 2025-ci il tarixli Ekspert rəyində cavablandırılmışdır.

35. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və X1” (bundan sonra - Agentlik) publik hüquqi şəxsinin baş biznes analitiki X2 tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli Ekspert rəyinə əsasən: Birinci sual üzrə: xx.xx.2025-ci il saat 15:00-da, xx.xx.2025-ci il saat 15:00-da və xx.xx.2025-ci il saat 14:00-da Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, proqram təminatı Cavabdeh MMC-yə məxsus kompüter sisteminə quraşdırılmışdır. Texniki tapşırıq təqdim edilmədiyindən proqram təminatı müqavilənin 1 saylı sifariş forması və 2 saylı sifariş formasında qeyd olunan tələblərə uyğunluğu nəzərə alınaraq qiymətləndirilmişdir: Proqram təminatının istifadədə rahatlığı: Proqram təminatı "City Carrier”in yüksək performans və sifariş məlumatlarına sürətli çıxışı təmin etməsi ilə bağlı xüsusi yük testlərinin aparılmasına dair sənəd mövcud deyil. Proqram təminatı “City Carrier”in eyni zamanda çoxlu sayda sifariş və müştəri ilə işləməyi dəstəkləməsi ilə bağlı xüsusi yük testlərinin aparılmasına dair sənəd mövcud deyil. Proqram təminatı “City Carrier”də kuryerlərin işləməsi üçün kuryer proqramı işlək vəziyyətdə təqdim olunmamışdır. Proqram təminatı “City Carrier” ilə bağlı sənədlər, o cümlədən istifadəçi təlimatı, istifadə qaydaları və texniki təsvir sənədləri təqdim edilməmişdir. Proqram təminatı “City Carrier” və onun modulları veb proqram təminatı olaraq təqdim olunmuş, İOS və Android versiyaları təqdim olunmamışdır. Proqram təminatı “City Carrier”in ayrı-ayrılıqda Kuryer tətbiqi, Müştəri tətbiqi və İdarəetmə tətbiqi (İOS və Android) tələbi olmasına baxmayaraq, qeyd olunan tətbiqlər təqdim olunmamışdır. Dəstək və yeniləmələr: Müqavilədə texniki dəstək xidmətinin etibarlı və səmərəli şəkildə təmin olunması, zəruri infrastruktur və insan resurslarının mövcudluğu, sistemin müntəzəm yenilənməsi, inteqrasiyaların həyata keçirilməsi və nasazlıqların aradan qaldırılması imkanları proqram təminatı “City Carrier” real rejimdə istifadəyə verilmədiyi üçün məyyən etmək mümkün olmamışdır. Sifarişlərin idarə edilməsi: Sifarişlərin qəbul və emalı, sifarişlərin əl ilə əlavə olunması imkanı proqram təminatı “City Carrier”in Sifarişlər” bölməsində təmin olunmuş, Excel faylları və APİ vasitəsilə yüklənməsi imkanları proqram təminatı “City Carrier”in "Sifarişlər” bölməsində təmin edilməmişdir. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 1) mövcuddur. (iş materialı: 1-ci cild, səhifə 194). Proqram təminatı “City Carrier”in “Sifarişlər” bölməsində sifarişlərin statuslarının həm avtomatik, həm də manual rejimdə (məsələn, "gözləmədə", "çatdırılmada", "tamamlandı" və s.) dəyişdirilməsi imkanının təmin edildiyi müəyyən edilmişdir. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 2) mövcuddur. (iş materialı: 1-ci cild, səhifə 194). Proqram təminatı “City Carrier”in “Sifarişlər” bölməsində göndəriş, göndərici, alıcı, çatdırılma ünvanı və digər zəruri detallar barədə məlumatları göstərən yeni sifarişlərin yaradılması imkanı təmin olunmuşdur. Proqram təminatı “City Carrier”in “Əsas parametrlər” bölməsində sifarişlərin rolu, marşrutu, regionlar, çəkisi, çatdırılma sürəti, tariflər, fərqli formatlı izləmə kodları və digər amillər üzrə sazlamalar və nəzarət sistemini yaratmaq, eləcə də vizuallaşdırmanı təmin etmək qabiliyyətinə malik çevik və istifadəsi rahat administrator paneli təmin olunmuşdur. Proqram təminatı “City Carrier”in “Sifarişlər” bölməsində istifadəçilər sistemdə yaradılmış bütün sifarişlərə baxmaq və lazım gəldikdə məlumatları redaktə etmək imkanına malikdir. Proqram təminatı “City Carrier”in “Sifarişlər” bölməsində istifadəçilərə hər bir sifarişin vəziyyətini izləmək imkanı təmin olunmuşdur. Proqram təminatı “City Carrier”in üzərindən bildirişlərin göndərilməsi və müştərilər, kuryerlər və dispetçerlər kimi prosesin müxtəlif iştirakçıları arasında əlaqə yaratmaq imkanı mövcud deyil. Proqram təminatı “City Carrier”də sifarişlərin idarə edilməsi bölməsində avtomatik çatdırılma alqoritmi, xüsusilə yaxınlıq əsasında sifarişlərin bölüşdürülməsi funksiyası, eləcə də sifarişlərin müxtəlif parametrlərinə əsaslanaraq marşrutların təyin edilməsi imkanları mövcud deyil. Müqavilədə istifadəçilərin proqram təminatı “City Carrier”də sifarişlərin geri qaytarılmasını ləğv etmək və ya emal etmək imkanı qeyd edilməsinə baxmayaraq, yerli baxış zamanı müəyyən edilmişdir ki, müvafiq sənədlərin və bildirişlərin yaradılması imkanı mövcud deyil. Dispetçer: Proqram təminatı “City Carrier”in “Sifarişlər” bölməsində dispetçer sifarişləri qəbul etmək və onları kuryerlərə təyin etmək imkanına malikdir. Proqram təminatı “City Carrier”in “Sifarişlər” bölməsində mövcud sifarişlərə, o cümlədən çatdırılma ünvanları, müştəri məlumatları və digər əlaqəli məlumatlara baxmaq və onları redaktə etmək imkanı mövcuddur. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 3) mövcuddur. (iş materialı: 1-ci cild, səhifə 194). Proqram təminatı “City Carrier”in “Sifarişlər” bölməsində zəruri hallarda sifarişin silinməsi və ya ləğv edilməsi imkanı proqram təminatında mövcuddur. Proqram təminatı “City Carrier”də zəruri hallarda sifarişə təyin edilmiş kuryerin dəyişdirilməsi imkanı proqram təminatında mövcuddur. Proqram təminatı “City Camemdə GPS və ya digər oxşar vasitələrdən istifadə edərək kuryerlərin yerini izləmək imkanı proqram təminatında mövcud deyil. Proqram təminatı “City Carrier”də uğurlu çatdırılma, sifarişin ləğvi və ya marşrutun dəyişdirilməsi kimi çatdırılma hadisələri barədə müştərilərə bildirişlərin göndərilməsi imkanı proqram təminatında mövcud deyil. Proqram təminatı “City Carrier”də mobil telefon, SMS və digər mövcud rabitə kanalları vasitəsilə kuryerlərlə birbaşa əlaqə saxlamaq və ya onlara təlimat göndərmək proqram təminatında baxmaq imkanı yoxdur. Proqram təminatı “City Carrier”in “Əsas parametrlər” bölməsində istifadəçi hesabları üzrə ümumi və xüsusi parametrlərlə dispetçerləri və kuryerləri yaratmaq, onların giriş hüquqlarını dəyişmək və hesabat təqdim etmək imkanı proqram təminatında mövcuddur. Yerli baxış zamanı müəyyən edilmişdir ki, “City Carrier” proqram təminatında çatdırılmanın təsdiqi və foto hesabatlar daxil olmaqla, çatdırılmanın hər bir mərhələsində yüklərin vəziyyətini izləmək imkanı mövcudur, elektron imza imkanı proqram təminatında mövcud deyil. Hesab-faktura: “City Carrier” proqram təminatının “Mühasibat uçotu” bölməsində fərdi və müştəri səviyyəsində hesab-fakturaların yaradılması imkanı təmin olunmuşdur. “City Carrier” proqram təminatının “Mühasibat uçotu” bölməsində hesab-fakturalarda sifarişə dair məlumatlar, o cümlədən çatdırılma təfərrüatları, ödəniş məbləği, müştəri məlumatları və digər zəruri məlumatlar əks etdirilir. “City Carrier” proqram təminatının “Mühasibat uçotu” bölməsində məbləğlər, endirimlər və digər parametrlər daxil olmaqla, mövcud hesabfakturaların redaktə edilməsi imkanı təmin olunmuşdur. “City Carrier” proqram təminatının “Mühasibat uçotu” bölməsində müştəri ödənişlərinin ödəniş üsulu və ödəmə tarixi göstərilməklə hesab-fakturaların yaradılması funksionallığı təmin olunmuşdur. “City Carrier” proqram təminatında müştəri borclarının izlənməsi və vaxtı keçmiş ödənişlər barədə bildirişlərin göndərilməsi funksionallığı təmin olunmamışdır. “City Carrier” proqram təminatının “Mühasibat uçotu” bölməsində ödənilmiş fakturalar və ya borclar haqqında hesabatların təqdim edilməsi funksionallığı təmin olunmuşdur. “City Carrier” proqram təminatında müştərilərə hesab-fakturaların elektron poçt vasitəsilə göndərilməsi funksionallığı təmin olunmuşdur. “City Carrier” proqram təminatında fakturaların PDF və ya digər uyğun formatlarda yüklənməsi və çap edilməsi funksionallığı təmin olunmamışdır; bu imkan yalnız öncədən təyin olunmuş elektron poçt ünvanına göndərilmə vasitəsilə həyata keçirilir. “City Carrier” proqram təminatının “Əsas parametrlər” bölməsinin “Məhsullar” alt bölməsində vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi dərəcələrinin hesablanması və avtomatik tətbiqi funksionallığı təmin olunmuşdur. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 4) mövcuddur. (iş materialı: 1-ci cild, səhifə 195). “City Carrier” proqram təminatında hesab-fakturalara endirimlərin, aksiyaların və promo kodlarının tətbiq edilməsi funksionallığı mövcud deyil. “City Carrier” proqram təminatında hesab-fakturaların arxivləşdirilməsi imkanı təmin olunmuşdur. “City Carrier” proqram təminatının “Mühasibat uçotu” bölməsində tarix, müştəri, hesab nömrəsi və digər parametrlər üzrə arxivləşdirilmiş hesab-fakturaların axtarılması və filtrlənməsi imkanı mövcuddur. “City Carrier” proqram təminatında vaxtında ödənişlərin təmin edilməsi məqsədilə gecikmiş ödənişlər üçün xatırlatmaların göndərilməsi imkanı mövcud deyil. “City Carrier” proqram təminatında fakturaların unikal nömrələnməsi təmin edilir. Tariflər: “City Carrier” proqram təminatının “Əsas parametrlər” bölməsinin “Prices &Services” alt bölməsində məsafə, çəki, məhsulun növü və xidmət növü kimi parametrlər əsasında tariflərin yaradılması imkanı təmin olunmuşdur. “City Carrier” proqram təminatının “Əsas parametrlər” bölməsində çatdırılma şərtlərindən asılı olaraq baza tariflərinin və əlavə qiymətlərin təyin edilməsi imkanı təmin olunmuşdur. “City Carrier” proqram təminatının “Əsas parametrlər” bölməsində şirkətin tələblərinə və bazar şərtlərinə uyğun olaraq tariflərin təyin edilməsi imkanı mövcuddur. “City Carrier” proqram təminatının “Əsas parametrlər” bölməsində mövcud tarifləri dəyişmək, yeni tariflər əlavə etmək və köhnəlmiş tarif planlarını silmək imkanı təmin olunmuşdur. “City Carrier” proqram təminatının “Əsas parametrlər” bölməsinin “Prices &Services” alt bölməsində seçilmiş tarif planı və sifariş parametrləri (məsələn, çəki, məsafə və təcillik) əsasında çatdırılma məbləğinin avtomatik hesablanması funksionallığı mövcuddur. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 5) mövcuddur. (iş materialı: 1-ci cild, səhifə 196). “City Carrier” proqram təminatının “Əsas parametrlər” bölməsində sifarişlərin həcmindən asılı olaraq endirimlərin tətbiqi imkanı təmin olunmuşdur. "City Carrier” proqram təminatının “Əsas parametrlər” bölməsində əlavə ödəniş tələb edən, məsələn, yük sığortası kimi əlavə xidmətləri tətbiq etmək imkanı mövcuddur. “City Carrier” proqram təminatında tarif planlarını kateqoriyalara və ya seqmentlərə qruplaşdırmaq, bu yolla naviqasiyanı sadələşdirmək və müvafiq tarifi seçmək imkanı mövcud deyil. “City Carrier” proqram təminatında tarif seçimində müştəri üstünlükləri, müəyyən xidmətlərin populyarlığı və digər statistik göstəricilərin təhlili və nümayişi imkanı mövcud deyil. “City Carrier” proqram təminatında sifarişlərin statusu dəyişdikdə qiymətlərin yenilənməsi funksionallığı təmin olunmuşdur. “City Carrier” proqram təminatında müvafiq tarifin avtomatik tətbiqi üçün tariflərin sifariş və ödəniş sistemi ilə əlaqələndirilməsi təmin olunmuşdur. “City Carrier” proqram təminatında kuryer xidmətinin genişlənməsi və dəyişən biznes ehtiyaclarına uyğun olaraq tarif sistemini genişləndirmək imkanı mövcuddur. “City Carrier” proqram təminatında tariflərlə bağlı yarana biləcək problemlərin və istifadəçi suallarının cavablandırılması məqsədilə texniki dəstək xidməti nəzərdə tutulmamışdır. “City Carrier” proqram təminatında tarif sisteminin aktuallığını və sabit fəaliyyətini təmin edən müntəzəm yenilənməsi yalnız kuryer tətbiqinin Android versiyası üzrə həyata keçirilmişdir. İstifadəçilər: “City Carrier” proqram təminatında admin, dispetçer, kuryer və müştəri kimi müxtəlif kateqoriyalı istifadəçilər üçün hesablar yaradılmışdır, lakin yalnız müştəri hesabına daxil olmaq imkanı təmin olunmamışdır. “City Carrier” proqram təminatında ad, soyad, epoçt ünvanı və parol kimi əsas məlumatlar əsasında yeni istifadəçilərin qeydiyyatdan keçirilməsi imkanı mövcuddur. “City Carrier” proqram təminatında elektron poçt ünvanının hər bir istifadəçi üçün unikal olmasının yoxlanılması funksionallığı təmin olunmuşdur. • “City Carrier” proqram təminatında istifadəçilərin şirkətdəki rolu və məsuliyyətindən asılı olaraq fərdi giriş səviyyələrinin təyin edilməsi funksiyası mövcud deyil, yalnız ümumi rolların istifadəsi təmin olunmuşdur. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 6) mövcuddur. (iş materialı: 1-ci cild, səhifə 196).“City Carrier” proqram təminatında giriş səviyyəsindən asılı olaraq müxtəlif funksiyalara və proqram modullarına giriş hüquqlarının idarə edilməsi imkanı mövcud deyil. “City Carrier” proqram təminatında girişin təhlükəsizliyini təmin etmək məqsədilə istifadəçinin autentifikasiyası mexanizmi tətbiq olunmuşdur. “City Carrier” proqram təminatında istifadəçi profillərinə, o cümlədən əsas şəxsi məlumatlar və hesab parametrlərinə baxmaq və onları redaktə etmək imkanı təmin olunmuşdur. “City Carrier” proqram təminatında yeni istifadəçilərə bildirişlərin göndərilməsi funksiyası təmin edilməmişdir, qeydiyyat təsdiqlərinin göndərilməsi funksiyası təmin edilmişdir. “City Carrier” proqram təminatında istifadəçilərin siyahısına baxmaq, axtarmaq, funksiyaları təmin edilib, filtrləmək və çeşidləmək funksiyaları təmin edilməmişdir. “City Carrier” proqram təminatında yeni istifadəçilərin əlavə edilməsi, hesabların bloklanması və ya silinməsi imkanları təmin olunmuşdur. “City Carrier” proqram təminatında istifadəçi daxilolmaları, məlumat dəyişikləri və digər əməliyyatlarla bağlı fəaliyyət qeydlərinin qeyd olunması və saxlanılması funksiyası mövcud deyil. "City Carrier” proqram təminatında təhlükəsizlik və təhlil məqsədləri üçün istifadəçi fəaliyyət qeydlərinə baxmaq imkanı mövcud deyil. “City Carrier” proqram təminatı eyni anda çoxsaylı istifadəçi ilə işləmək qabiliyyətinə malikdir; lakin yüksək performans və həssaslıq səviyyəsini təsdiqləyən yük testlərinin aparılması ilə bağlı sənəd mövcud deyil. “City Carrier” proqram təminatında giriş təhlükəsizliyinin artırılması üçün parolun istifadəçi tərəfindən dəyişdirilməsi imkanı təmin olunmayıb və bu mexanizm yalnız sistem administratoru tərəfindən idarə olunur. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 7) mövcuddur. (iş materialı: 1-ci cild, səhifə 197). Marşrutlar: “City Carrier” proqram təminatı məsafə, çatdırılma vaxtı, tıxaclar, sifarişlərin prioriteti və kuryerlərin mövcudluğu kimi parametrləri nəzərə alaraq optimal çatdırılma marşrutlarının müəyyən edilməsi təmin edilməmişdir. “City Carrier” proqram təminatı yeni sifarişlərin qəbulu, sifarişlərin mövcud kuryerlərə təyin edilməsi və paylanması, eləcə də çatdırılma statuslarının yenilənməsi kimi sifarişlərin idarə olunmasını təmin olunmuşdur. “City Carrier” proqram təminatında marşrutlaşdırma sistemi real vaxt rejimində məlumatları emal etmə, sifarişlərdə, trafikdə və ya kuryerlərdə baş verən dəyişikliklərə tez uyğunlaşama və marşrutların dərhal, avtomatik olaraq kuryerlərə bildiriş göndərilməsi funksiyası təqdim olunmayıb. “City Carrier” proqram təminatında GPS naviqasiya və kuryerlərin mobil cihazları ilə inteqrasiyası, real vaxt rejimində kuryerlərin yerinin izlənməsi, yenilənmiş marşrutların göndərilməsi və çatdırılma vəziyyətinin alınması imkanı mövcud deyil. “City Carrier” proqram təminatında sifarişlərdə və ya çatdırılma şəraitində dəyişikliklər olduqda, marşrutlaşdırma proqramı çatdırılma marşrutlarında dəyişiklik etmək və optimal yolları yenidən hesablamaq funksiyasını təmin etmir. Maliyyə əməliyyatları: “City Carrier” proqram təminatında müştərilərin çatdırılma, əlavə xidmətlər və digər kuryer xidmətləri üzrə bütün ödənişləri sistemdə qeydiyyata alınır və hər bir əməliyyat üçün məbləğ, tarix və ödəniş üsulu dəqiq müəyyən edilir. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 8) mövcuddur. (iş materialı: 1-ci cild, səhifə 197). “City Carrier” proqram təminatında kuryer xidmətinin istismarı ilə bağlı yanacaq, avtomobilin saxlanması və digər xərclər daxil olmaqla bütün xərclərin uçotu təmin edilməyib, hər bir əməliyyat üzrə məbləğ, tarix və xərclərin kateqoriyası müəyyən edilməyib. “City Carrier” proqram təminatında müəyyən bir dövr üçün gəlir və xərclərin ümumi məbləğini əks etdirən hesabatların yaradılması imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında gecikmiş ödənişlərlə bağlı hesabatların yaradılması və ödənilməmiş hesab-fakturalar barədə müştərilərə məlumat verilməsi imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında müxtəlif xərc kateqoriyaları üzrə büdcələrin təyin edilməsi və onların uyğunluğuna nəzarət imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında büdcənin cari vəziyyətinin monitorinqi və müəyyən edilmiş limitlərin aşılması barədə bildirişlərin göndərilməsi funksiyası təmin olunmayıb. “City Carrier” proqram təminatında maliyyə əməliyyatları ilə bağlı məlumatların avtomatik ötürülməsi və mühasibat uçotunun sadələşdirilməsi məqsədilə mühasibat sistemləri ilə inteqrasiya təmin edilməyib. Sistem inteqrasiyası: “City Carrier” proqram təminatında şirkətin mühasibat uçotu və maliyyə idarəetmə sistemləri ilə inteqrasiya imkanı üçün iddiaçı tərəfindən APİ cavabdeh tərəfə təqdim edilməsi haqqında sənəd təqdim edilməmişdir. “City Carrier” proqram təminatında maliyyə əməliyyatlarının işlənməsi və uçotu üçün sifarişlər, ödənişlər, hesablar və hesab-fakturalar haqqında məlumatların avtomatik olaraq mühasibat uçotu sisteminə ötürülməsi imkanı təmin olunmayıb. “City Carrier" proqram təminatında inteqrasiya vasitəsilə kuryer xidməti sistemi ilə e-ticarət sistemi arasında sifarişin statusu haqqında məlumat mübadiləsi imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında inteqrasiya vasitəsilə e-ticarət sistemində alınan məlumat əsasında sifarişlər üçün avtomatik hesab-fakturalar və ya göndərmə etiketlərinin yaradılması imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatımüştərilər üçün rahat ödəniş imkanlarının yaradılması və ödənişlərin qəbul prosesinin sadələşdirilməsi məqsədilə müxtəlif ödəniş sistemləri ilə inteqrasiya imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında kuryer xidmətinin iş həcmi ilə bağlı ətraflı hesabatlar və analitik məlumatların əldə olunması məqsədilə hesabat və analitik sistemlərlə inteqrasiya imkanı təmin olunmayıb. Hesabat və analitika: “City Carrier” proqram təminatında tarix aralığı əsasında tamamlanan sifarişlər barədə hesabatların yaradılması imkanı mövcud deyil. “City Carrier” proqram təminatında sifarişlərin çatdırılması üçün tələb olunan orta vaxtın müəyyən edilməsi məqsədilə çatdırılma vaxtlarının təhlil edilməsi imkanı mövcud deyil. “City Carrier” proqram təminatında kuryerlərin performansı və səmərəliliyini əks etdirən hesabatların yaradılması imkanı mövcud deyil. “City Carrier” proqram təminatında vaxtında çatdırılan sifarişlərin faizi, sifarişin emal müddəti və müştəri məmnuniyyəti kimi əsas performans göstəricilərinin izlənilməsi və təhlil edilməsi imkanı mövcud deyil. “City Carrier” proqram təminatında hesabatların PDF, Excel, CSV və digər formatlarda ixrac edilməsi imkanı mövcud deyil. “City Carrier” proqram təminatında ümumi gəlir, xərclər və mənfəət kimi məlumatların göstərilməsi imkanı mövcud deyil. Kuryerlərin əmək haqqının hesablanması: “City Carrier” proqram təminatının “Əsas paramterlər” bölməsinin “Kuryer tarifləri” alt bölməsində kuryerlərin maaşlarının hesablanması üçün baza tariflərin təyin edilməsi imkanı təmin olunmuşdur. “City Carrier” proqram təminatının “Əsas paramterlər” bölməsində tariflərin hesablanması çatdırılma məsafəsi və çəkisi kimi müxtəlif parametrlərə əsasən təmin olunub. “City Carrier” proqram təminatında kuryerin faktiki əmək haqqının hesablanması zamanı onun qazancından vergi tutulmasının hesablanması imkanı mövcud deyil. “City Carrier” proqram təminatı işin keyfiyyətsizliyi və ya müqavilə şərtlərinin pozulması kimi müxtəlif səbəblərə əsaslanan ayırmaların uçotunu təmin etmir. “City Carrier” proqram təminatında kuryerin qazancı haqqında hesabatların yaradılması imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında hesabatlarda tamamlanmış sifarişlər, müəyyən dövr üçün qazanclar, hesablamaların təfərrüatları və digər zəruri məlumatlar təmin olunmayıb. Kuryerlər üçün app. “City Carrier” proqram təminatında kuryerlər proqramda qeydiyyatdan keçə, öz profillərini yarada və əlaqə məlumatları, fotoşəkillər, nəqliyyat vasitəsi haqqında məlumat kimi tələb olunan məlumatların təqdim olunduğu “Kuryer tətbiqi” üzərindən baxmaq imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında kuryerlərin yeni sifarişlərə, o cümlədən çatdırılma təfərrüatlarına, alıcının ünvanlarına, əlaqə məlumatlarına və digər zəruri məlumatlara “Kuryer tətbiqi” üzərindən baxmaq imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında kuryerlərin sifariş təfərrüatlarına, o cümlədən çatdırılma ünvanı, məhsulun növü, çəkisi və digər zəruri məlumatlara “Kuryer tətbiqi" üzərindən baxmaq imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında kuryerlərə istiqamətlər və naviqasiya təqdim etməsi, onların çatdırılma marşrutunu optimallaşdırması imkanlarını təmin edən “Kuryer tətbiqi” üzərindən baxmaq imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatında çatdırılma prosesi üzrə “qəbul edildi”, “çatdırılmadı”, “çatdırıldı” və digər statusların yenilənməsi imkanının təqdim edildiyi “Kuryer tətbiqi” üzərindən baxmaq imkanı təmin olunmayıb. “City Carrier” proqram təminatının “Kuryer tətbiqi”ndə sifarişlərə operativ cavab vermək, eləcə də kuryerlərlə müştərilər və dispetçerlər arasında mesaj və bildiriş göndərmək imkanları təmin olunmayıb. “City Carrier” proqram təminatının kuryerlər üçün tətbiq vasitəsilə qazancları, komissiyaları və digər maliyyə məlumatlarının təqdim edildiyi “Kuryer tətbiqi” üzərindən baxmaq imkanı təmin olunmayıb. Müştəri üçün app “City Carrier” proqram təminatının “Müştəri tətbiqi”nin olmaması səbəbindən yeni sifariş vermək imkanı mövcud deyil. “City Carrier” proqram təminatının “Müştəri tətbiqi”nin olmaması səbəbindən real vaxt rejimində sifarişlərin vəziyyətini və yerini izləmək imkanı yoxdur. “City Carrier” proqram təminatının “Müştəri tətbiqi”nin olmaması səbəbindən çat və ya mesaj vasitəsilə kuryerlə və ya müştəri dəstəyi ilə əlaqə saxlamaq imkanı yoxdur. “City Carrier” proqram təminatının “Müştəri tətbiqi”nin olmaması səbəbindən ödənişlər, elektron pul kisələri və nağd ödənişlər də daxil olmaqla, sifarişlər üçün müxtəlif ödəniş üsulları yoxdur. “City Carrier” proqram təminatının “Müştəri tətbiqi”nin olmaması səbəbindən istifadəçi profili, sifariş tarixçəsi və göndərilən ünvanlar daxil olmaqla şəxsi hesabın idarə edilməsi imkanı mövcud deyil.Çeşidləmə mərkəzi “City Carrier” proqram təminatında unikal barkod və ya izləmə nömrəsi əsasında hər bir paketin tez və dəqiq müəyyən edilməsini təmin edən skan sistemi mövcuddur. “City Carrier” proqram təminatı təyinat və digər parametrlər kimi müəyyən edilmiş meyarlar əsasında paketlərin avtomatik çeşidlənməsini təmin edir. “City Carrier” proqram təminatı çeşidləmə prosesini, o cümlədən işin sürəti barədə məlumatların izlənməsini təmin edir. Təhlükəsizlik və məlumatların qorunması “City Carrier” proqram təminatı üzrə müştəri məlumatlarının və çatdırılmalarının təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi məqsədilə sistemdə etibarlılıq və təhlükəsizlik yoxlamalarının aparılması barədə sənəd mövcud deyil. “City Carrier” proqram təminatı və əməliyyat sistemlərində məlum zəifliklərin aradan qaldırılması məqsədilə mütəmadi yeniləmələrin aparılması barədə sənəd mövcud deyil. “City Carrier” proqram təminatında kuryer çatdırılması ilə bağlı bütün vacib məlumatların ehtiyat nüsxələrinin yaradılması təmin edilməmişdir. “City Carrier” proqram təminatında ehtiyat nüsxələrinin əsas sistemdən ayrı, etibarlı və qorunan mediada saxlanılması təmin olunmamış, bu barədə rəsmi sənəd mövcud deyil. İkinci sual üzrə: Müqavilənin 2 saylı sifariş formasında qeyd olunan işlər üzrə yerli baxış zamanı müəyyən edilmişdir ki, proqram təminatında həmin işlər aşağıda qeyd olunan formada icra edilmişdir: “City Carrier” proqram təminatının v2.0 versiyası üzrə adaptasiya xidməti təyin edilməmiş və rəsmi olaraq imzalanmış akt mövcud deyil. Data Warehouse (DWH) vasitəsilə "Azərpoçt” MMC-nin hesabat tələblərinin ödənilməsi üçün məlumatların SQL bazasında yığılması və adaptasiyası təmin olunmuşdur. Colvir sistemi üçün mühasibatlıq məlumatlarının ixrac şablonları hazırlanmış və “City Carrier” proqram təminatının “Mühasibat uçotu” bölməsində göründüyü kimi təqdim olunmuşdur. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 9) mövcuddur. (iş materialları, cild 1, iş vərəqi: 199). “City Carrier” proqram təminatında sifarişin yaradılma formasında "xxxx" MMC-nin SİP MMC-yə işçi qaydada tələblərini bildirməsinə uyğun olaraq dəyişikliklərin təmin olunması haqqında tərtib olunmuş akt təqdim olunmamışdır. “City Carrier” proqram təminatında çatdırılma prosesində kağız fakturaların dəstəklənməsi imkanı proqram təminatında təmin olunmuşdur. Bununla bağlı, 20 iyun 2025-ci il tarixində Rufat Məmmədov tərəfindən mailto:rufat.mammadov@azems.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 10) mövcuddur. (iş materialları, cild 1, iş vərəqi: 199). “City Carrier” proqram təminatında kuryerlərin əmək haqqının hesablanması imkanı təmin olunmamışdır. Üçüncü sual üzrə: “City Carrier” proqram təminatında sonuncu işlərin hansı tarixdə aparıldığı müəyyən edilə bilməmişdir. Belə ki, bununla bağlı xüsusi loqlama prosesi olmamışdır. Proqram təminatının yerləşdiyi serverdə sonuncu yükləmələrin xx.xx.2024 tarixində həyata keçirildiyini təsdiq edən loq məlumatları xx.xx.2025 tarixində Çingiz Qasımov tərəfindən təqdim edilmişdir. Təqdim olunan məlumatlar əsasında proqram təminatında əlavə funksionallıqların quraşdırılması və ya təhlükəsizliklə bağlı yenilənmələrin mövcudluğunu müəyyən edilə bilməmişdir. Bununla bağlı, 16 may 2025-ci il tarixində Çingiz Qasımov tərəfindən mailto:c.gasimov@gmail.comElektron ünvan 2 elektron poçt ünvanı vasitəsilə təqdim edilmiş ekran görüntüsü (Şəkil 11) mövcuddur. (iş materialları, cild 1, iş vərəqi: 199). Dördüncü sual üzrə: Yerli baxış zamanı “City Carrier” proqram təminatının işləkliyi təmin olunmuşdur.

36. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və X1” publik hüquqi şəxsinin baş biznes analitiki X2 izahatında göstərdi ki, proqram təminatının ilkin baxışda işləkliyi təmin olunmamış, uzun müddət istifadə olunmadığı üçün sistemə qoşulmaq mümkün olmamışdır. Daha sonrakı baxışlarda proqram təminatına qismən baxış imkanı yaranmış, serverlərdə problemlər aşkar edilmiş, son mərhələdə isə proqram təminatı işlək vəziyyətdə olmuşdur. Proqram təminatının uzun müddət işləməməsi log məlumatları vasitəsilə müəyyən edilmişdir. Onun sözlərinə görə, proqram təminatı test rejimində işləyib və müəyyən düzəlişlər aparılmışdır. Lakin bəzi funksionallıqların olmaması səbəbindən proqram təminatının tam şəkildə işlədilməsi mümkün deyil. Yazılmış hissə təyinatına uyğun istifadə oluna bilsə də, ümumilikdə proqram təminatı tam funksional deyil. Proqrama daxil olmaq üçün kodların işlək vəziyyətdə olması və sistemin ümumilikdə aktivləşdirilməsi vacib şərt kimi göstərilmişdir. Proqram təminatında yük testləri aparılmadığı və bu testlərə dair sənədlər, o cümlədən təhvil-təslim aktları, texniki tapşırıq və sınaq nəticələri təqdim olunmadığı üçün bu istiqamətdə rəy verilməsi mümkün olmamışdır. O, həmçinin bildirib ki, yük testlərinin aparılması mümkün olmamış, çünki mütəxəssislərə proqram təminatına daxil olmaq imkanı verilməmişdir. Kuryer proqramı təqdim olunmadığından, bu funksiya “təqdim olunmamış” kimi qeyd edilmişdir. Kuryer proqramının mobil telefona, xüsusilə “Android” sistemi üzərinə yazılması nəzərdə tutulsa da, icraçı tərəfindən təqdim olunmamışdır. Bəzi məhsullar real mühitdə istifadə olunmadığı və təqdim edilmədiyi üçün onlar üzrə rəy vermək mümkün olmamışdır. Sifarişlərin idarə olunması funksionallığı təmin edilməmiş, məlumatların avtomatlaşdırılmış inteqrasiyası və İP ünvanı təqdim edilməmişdir. O, bildirmişdir ki, proqram təminatında bildirişlərin göndərilməsi funksiyası mövcud deyil və icraçı tərəf bu funksionallığın olmadığını təsdiqləmişdir. Avtomatik çatdırılma alqoritmi, sifarişlərin yaxınlıq və digər parametrlərə əsasən bölüşdürülməsi imkanları, eləcə də müştəri və kuryer tətbiqləri təqdim olunmamışdır. Mütəxəssis qeyd etdi ki, elektron imza funksiyası proqram təminatında yoxdur; əl ilə çəkilib skan edilən imza elektron imza hesab edilmir. Müştərilərin məhsulu təhvil alarkən imza atması nəzərdə tutulsa da, bu proses tam funksional şəkildə təmin edilməmişdir. Müştəri borclarının izlənməsi və vaxtı keçmiş ödənişlər barədə bildiriş funksionallığı, endirim və promo kodların tətbiqi, statistik göstəricilərin təhlili, texniki dəstək xidmətinin müştərilər üçün təmin edilməsi və fərdi giriş səviyyələrinin müəyyənləşdirilməsi kimi funksiyalar da təqdim olunmamışdır. O, əlavə edib ki, parol dəyişmə funksionallığı mövcud deyil, optimal çatdırılma marşrutları və kuryerlərlə bağlı maliyyə əməliyyatları proqram təminatında aşkar olunmamışdır. Sistem inteqrasiyası, avtomatik mühasibat uçotu, hesab-fakturaların yaranması və ödəniş sistemlərinin inteqrasiyası da təmin edilməmişdir. Mütəxəssis kuryerlərin əmək haqqı hesablanmasının çox sadə və müqavilə tələblərinə uyğun olmayan formada təqdim olunduğunu qeyd edib. Təhlükəsizlik məlumatlarının qorunması üzrə təhvil-təslim sənədləri və ehtiyat nüsxələrin yaradılmasına dair sübutlar mövcud deyil. Adaptasiya xidmətinə dair təhvil aktı da təqdim edilməmişdir. O, SQL bazasının icraçı tərəfindən hazırlandığını, serverlə bağlı işlərin Cavabdeh MMC-nin əməkdaşı Çingiz Qasımov tərəfindən təqdim edildiyini qeyd edib. Ümumilikdə proqram təminatının işlək hissəsinin dəqiq faiz göstəricisi müəyyən edilməyib, çünki tətbiqlərin bir qismi mütəxəssisə təqdim olunmamışdır. İzahatının sonunda mütəxəssis bildirdi ki, müqavilədə nəzərdə tutulan bəndlərin hamısı icra edilməmişdir, bəzi funksiyalar və tətbiqlərin olub olmamasının müəyyən edilməsi zəruri sənədlərin təqdim edilməməsi səbəbindən ümumiyyətlə mümkün olmamışdır. Proqram təminatına sifarişçinin ümumilikdə 04 iştirakçısı daxil olmuşdur.

37. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

38. Məhkəmə iddianı birinci, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 118 manat pulun tutulması hissəsində əsaslı hesab edir.

39. Belə ki, materiallardan görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə proqram təminatının satın alınması barədə müqavilə, müqavilənin həmin tarixli 1 saylı Əlavəsi bağlanmış, iddiaçıya məxsus olan City Carrier proqram təminatının cavabdehə ümumilikdə 100 manat (ƏDV-siz) satılması razılaşdırılmışdır.

40. Materiallarda olan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən proqram təminatı cavabdehə məxsus kompüter sisteminə quraşdırılmış, işləkliliyi ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir.

41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda proqram təminatının dəyərinin cavabdeh tərəfindən ödənilməsini tələb etməklə haqlıdır.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

44. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

45. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

46. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

47. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

48. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

49. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

50. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 100 manat əsas və 18 manat ƏDV borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 118 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

51. Məhkəmə iddianı ikinci, əlavə görülmüş işlərə görə 35400 manat pulun tutulması hissəsində də əsaslı hesab edir.

52. Belə ki, Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır.

53. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

54. Materiallardan görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli 2 saylı Əlavə imzalanmış, həmin əlavəyə əsasən görüləcək işlərin dəyəri 35400 manat razılaşdırılmışdır.

55. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçı görülmüş işlərlə bağlı təhvil-təslim aktlarını hazırlayıb imza edilməsi üçün poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim etmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya cavab məktubunda işlərin müqavilə üzrə razılaşdırılmış müddətlərdə icra edilib cavabdehə təhvil verilmədiyini, öhdəliklərin icrasının gecikdirilməsi və onun səbəbləri barədə məlumat verilmədiyini bildirmiş, işlərin xx.xx.2024-cü il tarixinə qədər icra edilməsi, icra edilmədiyi təqdirdə müqavilənin birətərəfli qaydada ləğv ediləcəyi göstərilmişdir.

56. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 11.2-ci bəndinə əsasən xidmətlər texniki tapşırıqda göstərilən meyarlara uyğun sınaq testlərindən uğurla keçdikdən sonra İcraçının xidmətlərin göstərilməsinə dair təqdim etdiyi təhvil-təslim aktı daxil olduğu andan 5 (beş) bank günü ərzində Sifarişçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb (rəsmiləşdirilib) İcraçıya qaytarılmalıdır. Bu müddət ərzində Sifarişçi tərəfindən təhvil-təslim aktı imzalanıb (rəsmiləşdirilib) İcraçıya qaytarılmazsa və ya təhvil-təslim aktının imzalanmasından (rəsmiləşdirilməsindən) imtina edilməsi səbəbləri barədə rəsmi qaydada bildiriş verilməzsə və ya xidmətlərə dair yazılı formada irad (pretenziya) bildirilməzsə, təhvil-təslim aktı Sifarişçi tərəfindən mübahisəsiz təsdiq edilmiş və Xidmətlər Sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir.

57. Cavabdehin cavab məktubundan görünür ki, cavabdeh işlərin qüsurlu deyil, müqavilə ilə razılaşdırılmış müddətdə icra edilmədiyini irad bildirmişdir.

58. İddiaçı tərəfindən təqdim edilmiş vatsap danışıqlarından görünür ki, cavabdehin nümayəndəsi Rüfət Məmmədov iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 işlərin gecikməsi səbəbini soruşduqda sonuncu ona bunun səbəbi kimi cavabdehin yeni əlavə sifarişlərinin olmasını bildirmişdir.

59. Cavabdeh tərəf mütəxəssis rəyi verilməzdən əvvəl məhkəməyə ümumiyyətlə iddiaçı tərəfindən hər hansı işin icra edilmədiyini, proqram təminatının ona təhvil verilmədiyini bildirmiş, mütəxəssis rəyi daxil olduqdan sonra isə işlərin qüsurlu icra edildiyini, cavabdehin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğunu göstərmişdir.

60. Halbuki, cavabdeh ümumiyyətlə müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdən iddiaçının ona təhvil aktlarını təqdim etdiyi xx.xx.2024-cü il tarixə qədər iddiaçıya qüsurlarla bağlı hər hansı irad bildirməmiş, iddiaçıya ilk irad məktubu işin icrası yekunlaşdıqdan sonra göndərilmişdir.

61. Bundan başqa, materiallarda olan mütəxəssis rəyindən görünür ki, müqavilənin 2 saylı Əlavəsi ilə razılaşdırılmış işlər: 1. hesabatlar: DWH: cavabdehin hesabat tələblərinin ödənilməsi üçün məlumatlarının SQL bazasında yığılması və adaptasiya edilməsi (bax: rəyin ikinci sual üzrə cavabı – İİİ abzas); 2. mühasibatlıq: colvir sistemi üçün mühasibatlıq məlumatların ixrac şablonlarının hazırlanması (bax: rəyin ikinci sual üzrə cavabı – İV abzas); 3. Sifarişin yaradılma formasında cavabdehin tələblərinə uyğun dəyişikliklər edilməsi (bax: rəyin ikinci sual üzrə cavabı – V abzas (akt təqdim edilmədiyi qeyd edilmişdir); 4. çatdırılma prosesində kağız fakturaların dəstəklənməsinin əlavə edilməsi (bax: rəyin ikinci sual üzrə cavabı – Vİ abzas); kuryerlərin əmək haqqının hesablanması modulunun tərtib edilməsi (bax: rəyin birinci sual üzrə 1.12-ci bəndi) imkanı təmin edilmişdir.

62. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə müqaviləyə uyğun gəlməyən xidmət göstərməsi və iddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozaraq cavabdehə zərər vurması və onu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.

63. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli Əlavəsi ilə razılaşdırılmış işləri icra etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia bu hissədə də təmin edilməli, cavabdehdən 35400 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

64. Bundan başqa iddia ərizəsində 520 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

65. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.

66. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən “HGNS Kaunsilor Vəkil Bürosu”na 520 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

68. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 248 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-dən 118 manat, həmin müqavilənin 02 may 2024-cü il tarixli Sifariş forması №2 ilə nəzərdə tutulmuş əlavə xidmətlərin dəyəri olaraq 35400 manat, 520 manat hüquqi yardıma görə xərc, 248 manat dövlət rüsumu, ümumilikdə 36286 (otuz altı min iki yüz səksən altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar